İlhamə Quliyeva: "Buynuzu gicişməsin, gəlib hər şeyi alt-üst edəcəyəm"

İlhamə Quliyeva: "Buynuzu gicişməsin, gəlib hər şeyi alt-üst edəcəyəm"Xalq artisti İlhamə Quliyeva dahi bəstəkar Fikrət Əmirovun oğlu Cəmil Əmirovun fikirlərinə münasibət bildirib.

Hazırda Avropada istirahətdə olan sənətkar ölkə.az-ın əməkdaşı ilə söhbətində bildirib ki, Cəmil Əmirovun Brilliant Dadaşovaya icazə vermək səlahiyyəti yoxdur.

Qeyd edək ki, C.Əmirov publika.az-a müsahibəsində atasının bəstəsi olan "Neyləmişəm" əsərini oxumaq üçün Brilliant Dadaşovaya icazə verdiyini bildirib:

"İlhamə Quliyeva olsun, ya Flora Kərimova, ya da başqası, heç kimin heç kimə hansısa mahnını oxuyub-oxmaması ilə bağlı qadağa qoymağa haqqı çatmır. Bəstəkarın mahnısına qadağa qoymaq müğənninin səlahiyyətinə aid olmayan bir işdir. O ki qaldı məhkəməyə, qoy versin. Dünyanın heç bir ölkəsində belə absurd qadağa yoxdur ki, hansısa müğənni hansısa bəstəkarın mahnısını oxuduğuna görə həmkarını məhkəməyə versin. Özüm də musiqiçiyəm və belə şeyləri yaxşı bilirəm. Əgər doğrudan da, atam sənəd əsasında həmin mahnıları İlhamə Quliyevaya versəydi, mən susardım və heç bir müdaxilə etməzdim. Amma ortada heç bir sənəd, dəlil-sübut yoxdur. İlhamə Quliyeva hansı əsasla atamın mahnılarının ona məxsus olduğunu deyir, bu, mənə aydın deyil. Əslində, atam bir kitabda özü yazıb ki, 20 mahnımı Rəşid Behbudova həsr eləmişəm. Yəni Rəşid Behbudov üçün yazılmış mahnılardır. Amma bu, o demək deyil ki, həmin mahnıları Rəşiddən sonra İlhamə Quliyeva, ya da başqaları oxumamalıydılar. Mahnı yaşamaq üçün bəstələnib. Buna görə də təkrar edirəm ki, kim istəsə, həmin mahnıları oxuya bilər".

İlhamə Quliyeva isə deyib ki, bu əsəri onun səsi üçün Cəmil Əmirov yox, Fikrət Əmirov yazıb:

"Hazırda Avropada istirahətdəyəm. Gələndən sonra özüm Cəmil Əmirovun cavabını verəcəyəm. Mahnını mənimçün Cəmil yox, Fikrət Əmirov yazıb. Əsərin hüquqları kimdə olur-olsun, mənim səsim üçün yazılıb. Mən heç vaxt buna icazə verməyəcəyəm. Cəmilin də hüququ çatmır. O yox, atası yazıb və mənim mülkiyyətimdir. Dünya dağılsa da, verməyəcəyəm. Heç kəsin buynuzu gicişməsin. Elə belə də yaz. Heç kim mənimlə mübahisəyə girməsin. Bu, mənim adıma yazılan əsərdir. Fikrət Əmirov, əgər sağ olsaydı və icazə versəydi, mən nə karəyəm ki? Oğlu çox yaxşı bilir ki, bu əsərlər mənim səsim üçün bəstələnib. O da özünü yığışdırsın. Gəlib hər şeyi alt-üt edəcəyəm. İcazə vermirəm. Brilliant o mahnını efirdə oxusa, onda məni qarşısında görsün".

Qeyd edək ki, Fikrət Əmirovun məşhur "Neyləmişəm" mahnısını bu günlərdə Brilliant Dadaşova da oxuyub. İlhamə Quliyeva isə Dadaşovanın mahnını bir daha oxuyacağı halda məhkəməyə müraciət edəcəyini bildirib.


Sonxeber.az
Telegramda izləyin
Şou-biznes   Baxılıb: 1332   Tarix: 25 iyun 2015  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Sevil və Sevincin biznesi batdı

Müğənnilər Sevil və Sevinc Səfərovalar bizneslərini bağlayıb. Bu barədə onlar "Qonaqcanlı"da danışıb. Bildirilib ki, mağaza və gözəllik salonlarının fəaliyyəti illər öncə dayandırılıb. Bacılar müəyyən bir məbləğ itirdiklərini də əlavə ediblər. (Bizim.Media)

19 dekabr
.

Məşhur şoumenin 6-cı dəfə boşanmasının ŞOK səbəbi üzə çıxdı

Xəbər verildiyi kimi, məşhur şoumen Mehmet Ali Erbil özündən 40 yaş kiçik həyat yoldaşı Gülseren Ceylandan ayrılır. Türkiyə mətbuatına istinadla xəbər verir ki, iddialara görə, ayrılığın əsas səbəbi böyük yaş fərqindən irəli gələn fikir ayrılıqları və bitib-tükənməyən mübahisələr olub. Mehmet Ali Erbi

14 dekabr
.

"Survivor 2026" iştirakçıları bəlli oldu - FOTO

"Survivor 2026"da könüllülər komandasında iştirak edəcək kişi iştirakçıların adları bəlli olub. xəbər verir ki, bu barədə Acun Ilıcalı son paylaşımında qeyd edib. Könüllülər komandasında iştirak edən kişi iştirakçılar Engincan Tura, Eren Semerci, Erkan Bilben, Onur Alp Çam, Ramazan Sarıdır

14 dekabr
.

Mətanət İsgəndərlinin keçmiş gəlini qəbir daşlarının hasarına zərər yetirdi - VİDEO

Əməkdar artist Mətanət İsgəndərlinin keçmiş gəlini Canana ilə bağlı maraqlı hadisə yaşanıb. Canananın idarə etdiyi avtomobil Biləsuvar rayonunda hərəkətdə olarkən göndərilən yanlış məkan bildirməsi ilə başqa istiqamətə getməsi səbəbindən qəbiristanlıq ərazisinə daxil olub. Nəticədə avtomobil bir neç

20 dekabr
.

Rəqsanənin qızı Yağmur niyə anasını hələ də görməyib? - CAVABI MÜZAKİRƏ YARATDI

Müğənni Rəqsanənin qızı, "Yana" ləqəbli qızı Yağmur həbsdən çıxan anasını hələ də görməməsi səbəbinə aydınlıq gətirib. xəbər verir ki, gənc ifaçı özü barədə yaranan suallalrı cavablayıb:. "İnşallah ayın 16-sı anamı görəcəyəm. Sonrası da mənim işimlə əlaqədar olaraq gəlməyim alınmır. Bun

13 dekabr
.

Həyat yoldaşından boşanmaq üçün TV proqramına müraciət edən qadın estetiklərlə yeni biri oldu!

Bir dövr "Esra Erolda" proqramına həyat yoldaşından boşanmaq üçün müraciət etməsi ilə tanınan və sonradan paylaşımları ilə fenomenə çevrilən Yazgül Bayat, son vaxtlar etdirdiyi estetik dəyişikliklərlə yenidən diqqət mərkəzinə düşüb. türk mediasına istinadən xəbər verir ki, "Tək günahı

17 dekabr
.

Xalq artisti: "2 aydan bir ev alıram, hobbimdir"

Xalq artisti Röya Ayxanı qonaq olduğu verilişlərin birində aldığı sualla məəttəl qalıb. xəbər verir ki, izləyicilərdən biri sənətçiyə "Hər 2-3 aydan bir ev alır" sözləri sənətçini təəccübləndirib. Gənc izləyici bu məlumatı onun makler dostundan aldığını bildirib. Sual qarşısında təəccüblənə

13 dekabr
.

Emil qayınatası ilə qızının fotosunu yayımladı

Müğənni Emil Bədəlov sosial media hesabındakı paylaşımı ilə diqqət çəkib. Axşam.az xəbər veri rki, ifaçı qayınatası, Xalq artisti Firuz Əliyev və kiçik qızı Cahanın səmimi fotolarını izləyiciləri ilə bölüşüb. Qeyd edək ki, müğənni Firuz Əliyevin qızı Xanımla ailəlidir. Onların 3 qız övladı var

18 dekabr
.

İbrahim Tatlısesi vuran şəxsdən diqqətçəkən sözlər: "Azadlığa buraxılmaq istəyirəm"

2011-ci ildə sənətçi İbrahim Tatlısesə qarşı həyata keçirilən silahlı hücumun sifarişçisi kimi məhkum edilən Abdullah Uçmakın sosial media hesabından diqqət çəkən paylaşım edilib. türk mediasına istinadən xəbər verir ki, 14 mart 2011-ci ildə baş verən hadisə ilə bağlı uzunmüddətli həbs cəzası alan v

15 dekabr