Teatrın direktoru restoranda oğurluq edən xalq artistindən danışdı -"Onun..."

Teatrın direktoru restoranda oğurluq edən xalq artistindən danışdı -"Onun..."Xalq artisti Ramiz Məmmədovun adının oğurluqda hallanması aktyorun fəaliyyət göstərdiyi Musiqili Komediya Teatrında da mənfi qarşılanıb.

Teatrın direktoru Əliqismət Lalayev Yeniçağ.az-a açıqlamasında yazılanlardan narazı olduğunu ifadə edib:

"Ramiz Prezident təqaüdçüsüdür, xalq artistidir, teatrın sevilən aktyorudur. Belə sözlərlə ona psixoloji təsir etmək olmaz. Ayıbdır. Bu bilirsiniz nəyə bənzəyir? Bir dəli quyuya daş atır və yüz ağıllı onu çıxarda bilmir. Belə bir şey ola bilməz, mümkün deyil. Mən bu məsələdə jurnalistləri də qınayıram. Belə şeylər yazmamalıydılar".

R.Məmmədov da belə bir ittihamın şər-böhtan olduğunu bildirib.

Qeyd edək ki, Südabə adlı bir qadın "Xəzər Xəbər"də xalq artistini restoranların birində sırğasını oğurlamaqda günahlandırıb:

"Restoranda kameraya baxdıq. Sonra Ramiz müəllimə zəng etdim, dedi ki, sən məni şantaj edirsən, pul istəyirsən və təhqir etdi. Sonra polis bölməsinə şikayət etdim. Amma bizi polis bölməsində üzləşdirmədilər".

Xalq artisti Ramiz Məmmədov isə haqqındakı ittihamı qəbul etməyib:

"Mənim yerdən tapdığım sırğa yox, balaca əşya idi. Qadının sırğasından xəbərim yoxdur. Onu da polisə vermişəm. Polis araşdırdı və sırğanı mənim götürmədiyim bilindi".

Qeyd edək ki, Ramiz Məmmədovun restoranların birinin kamera görüntülərində yerə əyilərək nə isə götürməsi görüntülənib.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Mədəniyyət   Baxılıb: 8824   Tarix: 12 aprel 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Alim Qasımov və qızı Moskva Musiqi Evində çıxış ediblər

Xalq artisti Alim Qasımov və qızı, Əməkdar artist Fərqanə Qasımova ötən gün Çexov Beynəlxalq Teatr Festivalı çərçivəsində Moskva Musiqi Evində "Dünya məhəbbət üzərində qurulub" kompoziyası ilə çıxış edib. xəbər verir ki, konsertdə dünyaca məşhur sənətçi qızı ilə birlikdə ifa etdikləri Azərbayca

4 iyul 2021
.

Kann Kinofestivalında ilin ən yaxşı aktyoru və aktrisası

Amerikalı aktyor və musiqiçi Kaleb Landri 74-cü Kann kinofestivalının "Ən yaxşı aktyor" naminasiyasında qalib olub. TASS agentliyinə istinadən xəbər verir ki, 31 yaşlı aktyor rejissor Castin Kurzelin "Nitram" filmindəki roluna görə bu mükafata layiq görülüb. "Ən yaxşı aktrisa"

18 iyul 2021
.

Sayı 100-dən artıq Gəncə bəy evləri – VİDEO

Gəncə bəylərinin evinin yaşı XVII əsrin əvvəllərinə təsadüf edir. XVII əsrin ortaları və XIX əsrin əvvəllərində xüsusi memarlıq üslubunda tikilən belə evlərin sayı daha da artıb. Buna səbəb XVII əsrdən başlayaraq Gəncədə yaşayan və əsasən ticarətlə məşğul olan insanların digər ölkələrlə ticarət əlaqələr

12 sentyabr 2021
.

Alim Qasımov nəvəsi üçün qonaqlıq verdi - VİDEO

Xalq artisti Alim Qasımovun ailəsi ilə birlikdə yollandığı şam yeməyindən görüntülər yayılıb. xəbər verir ki, xanəndə nəvəsinin ad günü və universitetə daxil olmasını qeyd edib. Gecədə mahnılar səsləndirən ifaçıya qızı, Əməkdar artist Fərqanə Qasımova, nəvələri də qoşulublar

19 iyun 2021
.

Məşhur aktrisa vəfat etdi - FOTO

Məşhur türkiyəli aktrisa Nedret Güvenç dünyasını dəyişib. Türkiyə mətbuatlna istinadən xəbər verir ki, bu barədə sosial mediada məlumat yayılıb. 90 yaşlı aktrisanın səhər saatlarında yuxuda ikən vəfat etdiyi bildirilir. Güvençin ölümündən kədərlənən bir çox sənətçi onun haqqında paylaşımlar edib. Qey

31 iyul 2021
.

Azərbaycanda qəbri tapılan xanın skeleti çıxarıldı

Şəkidə Xan məscidində aşkar edilən Məhəmmədhüseyn xan Müştaqa məxsus qəbir açılıb. Bu barədə -a Dövlət Turizm Agentliyi qoruqların idaretmə mərkəzinin müşaviri Elşən Mustafayev məlumat verib. O qeyd edib ki, qəbirdəki insan qalıqları xüsusi qaydada oradan çıxarılıb və skelet yoxlanılması üçün aidiyyət

7 iyul 2021
.

Hər reklamdan 50 min qazanacaq

Sonuncu dəfə "Muhteşem yüz yıl" serialında rol alan Merve Boluğur İnstaqram hesabında izlənmə sayı artdığı üçün reklam qiymətini qaldırıb. Türkiyə mətbuatına istinadən xəbər verir ki, 3 milyon 600 min izləyicisi olan aktrisa etdiyi hər reklamdan 50 min TL qazanacaq. Qeyd edək ki, M.Boluğu

22 avqust 2021
.

Alişan Bakıdadır - Konsert verəcək + FOTO

Türkiyəli müğənni Alişan Bakıdadır. xəbər verir ki, bu barədə ifaçı instaqram hesabında yazıb. Alişan paytaxtda məkanların birində konsert verəcək. Qeyd edək ki, bundan əvvəl Alişanın bu yay Bakıda planlaşdırdığı konserti təxirə düşmüşdü

11 sentyabr 2021
.

Qarabağ işğaldan əvvəl və sonra - VİDEO

Məşhur fotoqraf Rza Diqqəti yeni layihəsini təqdim edib. Sonxeber Real TV-ə istinadən bildirir ki, dünya şöhrətli fotoqraf Reza Diqqəti "Qarabağ dronla" adlı yeni layihəsini təqdim edib. 1992-ci ildə mən Birinci Qarabağ müharibəsinin şahidi olmuşdum. Müəllif 2020-ci ilin oktyabrındakı İkinc

23 iyun 2021