Fransa prezidentliyinə namizəddən SƏRSƏM AÇIQLAMA: "Dağlıq Qarabağ Ermənistana birləşdirilməlidir"
"Dağlıq Qarabağ konfliktinin həlli tərəflərin Dağlıq Qarabağın Ermənistana birləşməsi ilə bağlı razılığa gəlməsidir".
Əsl ad və soyadı Marion Ann Perrin Le Pen olan fransız siyasətçi, ölkənin ifrat sağçı və irqçi siyasətçisi Jan-Mari Le Penin qızı Mari Le Pen belə deyib.
Milli.Az bildirir ki, Fransadakı ermənilərin "Nouvelles d'Arménie" jurnalına müsahibəsində aşkar ermənipərəst mövqe tutan Mari Le Pen "Fransa Milli Cəbhəsi" partiyasının sədridir və ölkədə keçiriləcək prezident seçkilərinə namizəd qismində qatılıb.
Onun sözlərinə görə, sabiq Sovetlər Birliyində respublikalar arasındakı sərhədlər çox sürətlə, heç bir təhlil olmadan beynəlxalq sərhədlərə çevrilib.
"Dağlıq Qarabağın müstəqilliyi variantı ilə müqayisədə onun Ermənistana birləşməsi daha məqbul variantdır. Ümumiyyətlə, düşünürəm ki, Fransa Şərqdə xristianların müdafiəçisi kimi lider mövqeyini geri qaytarmalıdır", - söyləyən Le Pen qondarma "erməni soyqırımı"nı da unutmadığını deyib: "O hadisələrdə həlak olmuş ermənilərin xatirələrini sayğı ilə anıram. 1915-ci ildə Türkiyədən qaçan ermənilərin bir qisminin Fransaya gəlməsi ölkə həyatında önəmli hadisə oldu. Birinci Dünya Savaşından sonra Fransanın bərpasında mühüm rol oynamış ermənilər cəmiyyətimizə nümunəvi şəkildə assimilyasiya oldular".
Fransa prezidentliyinə digər namizəd Fransua Fiyon isə bu yaxınlarda "Nouvelles d'Armenie"yə verdiyi müsahibəsində Azərbaycanı "Dağlıq Qarabağı işğal etmək"də suçlamışdı.
Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət Baxılıb: 1317 Tarix: 19 aprel 2017
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda PaylaşQırğızıstan prezidentinin Azərbaycana dövlət səfəri başa çatıb - FOTO
Qırğız Respublikasının Prezidenti Sadır Japarovun Azərbaycan Respublikasına dövlət səfəri aprelin 25-də başa çatıb. AZƏRTAC xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Füzuli Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Prezident Sadır Japarovu Azərbayca
25 aprelQırğızıstan Ağdamda məktəb binası inşa edəcək
Qırğızıstan tərəfindən Ağdamda məktəb binası inşa ediləcək. xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Qırğızıstan Prezidenti Sadır Japarovla mətbuata bəyanatında bildirib. Dövlətimizin başçısı qeyd edib ki, Qırğızıstanın vəsaiti hesabına Ağdamda orta məktəb binası tikiləcək və hər iki Preziden
24 aprelİlham Əliyev: "Biz dörd kənd məsələsini heç vaxt yaddan çıxarmamışıq"
"İkinci Qarabağ müharibəsindən dərhal sonra dörd kənd məsələsini qaldırdıq. Əslində, biz həmin kəndləri heç vaxt yaddan çıxarmamışıq". AZƏRTAC xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev aprelin 23-də ADA Universitetində təşkil olunan "COP29 və Azərbaycan üçün Yaşıl Baxış" mövzusund
23 aprelQırğızıstan Prezidenti Sadır Japarov Füzuli rayonuna gedib
Azərbaycan Respublikasında dövlət səfərində olan Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 25-də Füzuli rayonuna gəlib. xəbər verir ki, Füzuli Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Qırğız Respublikasının Prezidenti Sadır Japarovu Azərbaycan Respublikasını
25 aprelNaxçıvanın yeni baş naziri kimdir? - DOSYE
Naxçıvan Ali Məclisinin qərarı ilə muxtar respublikanın yeni Baş naziri Ceyhun Cəlilov təyin olunub. yeni baş nazirin dosyesini təqdim edir:. Ceyhun Ramiz oğlu Cəlilov 1987-ci ildə Naxçıvan Muxtar Respublikasının Şahbuz şəhərində anadan olub. 2009-cu ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxal
25 aprel