ŞOK! Bakıda 245 hündür mərtəbəli bina söküləcək

ŞOK! Bakıda 245 hündür mərtəbəli bina söküləcək"Nazirlər Kabinetinin 2017-ci ilin I rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında cənab prezident bir daha tikinti sektorunun inkişafı və əhalinin mənzil şəraitinin daha da yaxşılaşdırılmasına diqqət çəkərək, Bakı şəhərində 300-dən çox yeni hündürmərtəbəli bina tikildiyini, Bakının müxtəlif yerlərində artıq müddəti keçmiş və yararsız vəziyyətdə olan binaların sahibkarlar tərəfindən sökülərək köhnəlmiş, qəzalı vəziyyətdə olan o binaların yerində hündürmərtəbəli, gözəl memarlığı ilə seçilən binalar tikildiyini qeyd etdi. Ölkə başçısının inşaat sektorunun inkişafına belə yüksək diqqət və qayğısı bizi çox sevindirir".

"APA-Economics" xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Abbas Ələsgərova "İnşaatçı" qəzetinə (qurumun rəsmi nəşri - red.) müsahibəsində bildirib.

Onun sözlərinə görə, Dövlət Komitəsi Bakı şəhərinin müvafiq rayonlarının ərazisində köhnəlmiş və qəzalı vəziyyətdə olan binaların sökülərək, yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi və qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli, 86 nömrəli qərarının icrasında yaxından iştirak edir və müvafiq rayon icra hakimiyyətləri tərəfindən təqdim olunan ərazi və ərazi hissələrinin yenidən qurulması üçün tələb olunan ərazi planlaşdırma sənədlərinin razılaşdırılmasını həyata keçirir: "Qeyd olunan qərarın qəbulundan bu günədək Bakı şəhərinin yerli icra hakimiyyəti orqanları tərəfindən təqdim olunan 80 ərazi planlaşdırma sənədindən 60-ı Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən razılaşdırılıb. Bu isə öz növbəsində ümumi yaşayış sahəsi 2,6 milyon kvadratmetr olan 245 hündürmərtəbəli yaşayış binası və ya 25000 mənzil deməkdir. Artıq real olaraq söküntü işlərinə və əhalinin köçürülməsinə başlanılmışdır. Eyni zamanda onlarla hündürmərtəbəli yaşayış binaları artıq tikilir. 5 il müddətinə nəzərdə tutulmuş bu böyük tikinti layihəsi bugünkü templə davam edərsə uğurla həyata keçiriləcək. Ölkə başçısının da qeyd etdiyi kimi, bu layihələrin icrası sosial mahiyyət kəsb etməklə yanaşı, həm də şəhərimizin gözəlləşməsinə xidmət edir. Vətəndaşlar yeni mənzillərə köçürülür, qəzalı binalardan canı qurtarır, eyni zamanda, həmin vətəndaşlara əvvəlkindən təxminən 10, bəzi hallarda 20, yaxud 30% daha böyük ölçüdə təmirli mənzillər verilir. Həmçinin, yeni binaların tikildiyi müddətdə sakinlər sahibkarların hesabına şəhərdə kirayə evlərdə, yaxud da sakinlərin əvvəl yaşadıqları həmin ərazidə tikilmiş əsas binanın mənzillərində müvəqqəti yaşayış yeri ilə təmin edilirlər. Bunu, sakinlərin heç bir xərc çəkmədən qəzalı vəziyyətdə olan mənzillərinin, yeni, daha rahat və geniş mənzillərlə əvəz olunduğu sosial mənzillər hesab etmək olar. Çünki köhnəlmiş və qəzalı vəziyyətdə olan həmin binalar istismar müddətini başa vurduğu üçün artıq həmin binaların sakinləri üçün real təhlükə mənbəyinə çevrilmişdi. Məhz bu layihə həmin problemləri vaxtında həll edə biləcək sosialyönümlü vacib tədbirlərdəndir. Bizdə olan məlumata görə, xaricdə sosial mənzillər, hündürlüyü 3 mərtəbədən çox olmayan və əsasən bir mərtəbədə bir neçə mənzilli koridor tipli yığcam mənzillər nəzərdə tutulur və belə tikililər massiv şəklində şəhər ətrafında aparılır".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Hadisə   Baxılıb: 2871   Tarix: 21 aprel 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Qara dənizdə gəmi batıb

Qara dənizdə Tanzaniya bayrağı altında üzən "Mohammed-Z" gəmisi batıb. "Report" xəbər verir ki, bu barədə Rumıniya Dəniz Administrasiyası məlumat yayıb. Məlumata görə, gəmi Rumıniyanın Sfıntu-Qeorqe şəhərindən 26 dəniz mili aralıda batıb. Qeyd edilib ki, "Mohammed -Z"i

18 may
.

Dörd dost ağır qəzaya düşdü - Biri öldü

Ötən gecə Bakı şəhər Binəqədi rayonu Goradil qəsəbəsində ağır yol qəzası baş verib. "Qafqazinfo" xəbər verir ki, gecə saat 01 radələrində 199-cu il təvəllüdlü Məmmədov Piruz İsa oğlunun idarə etdiyi "Mercedes Benz C 320" markalı avtomobil yol kənarındakı evin daş hasarına çırpılıb

16 may
.

Qadının əsnəməkdən çənəsi kilidləndi

ABŞ-də qadın əsnəyərkən bədbəxt hadisə ilə üzləşib. "Unikal"-a istinadən xəbər verir ki, qadının əsnədiyi zaman çənəsi kilidlənib. Elmi adı trismus adlanan bu vəziyyət qadını və ailəsini narahat edib. İlk zaman amerikalının ailəsi onun zarafat etdiyini düşünüb. Lakin çənəsini bağlaya bilməyə

18 may
.

Bakıda "kokain" və "ekstazi" həblərini satmaq istəyən şəxs saxlanılıb

Bakıda "kokain" və "ekstazi" həblərini satmaq istəyən şəxs saxlanılıb. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb. Qeyd olunub ki, Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinə Xəqani küçəsində bir nəfərin narkotik vasitənin təsiri altınd

18 may
.

24 yaşlı tibb bacısı xəstəxanada öldü - Müəmmalı hadisə - FOTO

İstanbulda özəl xəstəxanalardan birində tibb bacısı dünyasını dəyişib. haberler-ə istinadən xəbər verir ki, İstanbulda özəl xəstəxanalardan birində xəstə babası ilə birgə qaldığı iddia edilən 24 yaşlı tibb bacısı Selen Bilgin səhər saatlarında xəstəxana otağında ölü tapılıb. Hadisə ilə bağlı saxlanıla

18 may
.

Tərtərdə 19 yaşlı qız öz evindən oğurluq edib

Tərtərdə öz evindən oğurluq edən qız saxlanılıb. APA xəbər verir ki, rayon polis şöbəsinə fərdi yaşayış evlərinin birindən 2 650 manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması barədə məlumat daxil olub. Məlumatla əlaqədar polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə oğurluq əməlini törətməkd

18 may
.

Sumqayıtda 56 yaşlı kişinin asılmış meyiti aşkarlanıb

Sumqayıtda 56 yaşlı kişi özünü yaşadığı binanın qarşısında ağacdan asaraq intihar edib. APA xəbər verir ki, hadisə 18-ci mikrorayonda qeydə alınıb. 1968-ci il təvəllüdlü Füzuli Pənah oğlu Mikayılovun meyitini ailəsi səhər saatlarında aşkar edib. Meyit aidiyyəti üzrə təhvil verilib. Faktla bağlı araşdırm

18 may
.

Hondurasın Rusiyadakı səfiri qəflətən vəfat edib

Moskvada Hondurasın Rusiyadak səfiri Xuan Ramon Elvir Salqado qəflətən vəfat edib. "Report" xəbər verir ki, bu barədə Hondurasın xarici işlər naziri Enrike Reyna sosial şəbəkədə bildirib. KİV-də yayılan məlumata görə, Salqado evdə keçinib. Diplomat şəhərin Zamoskvoreçye rayonunda yaşayırdı

19 may
.

Göygöldə yeniyetmə ÇAYDA BATDI -VİDEO

Gəncədə çayda batdığı ehtimal olunan 14 yaşlı yeniyetmənin axtarışları davam edir. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, hadisə yerinə cəlb edilən FHN-in Gəncə Regional Mərkəzinin qüvvələri tərəfindən 2010-cu il təvəllüdlü Murad Yasin oğlu Allahverdiyevi

19 may