Bakıda 28 may metrosu yaxınlığında ürəkdağlayan ölüm!

Bakıda 28 may metrosu yaxınlığında ürəkdağlayan ölüm!Aprelin 25-də səhər saatlarında Nəsimi rayonu, Nizami küçəsində bədbəxt hadisə baş verib. Binaların üzlənməsi ilə məşğul olan 31 yaşlı fəhlə Emil Oruc oğlu Hacıyev hündürlükdən yıxılaraq dünyasını dəyişib.

Sonxeber.az virtualaz.org-a istinadən xəbər verir ki, Emil Hacıyev "Bakıinşaat" şirkətinin əməkdaşı olub. Şirkət Nizami, 28 May küçələrindəki binaların təmiri ilə məşğul olur. E.Hacıyev məcburi köçkün kimi Yeni Yasamalda məskunlaşıb.

"Fəhlələr küləkli hava şəraitində belə işləyirlər. Çox zaman qoruyucu kəmərlərdən istifadə edilmir, bir neçə dəfə qəza şəraiti yaranıb", - hadisənin şahidi olan mağaza satıcısı bildirib.

Şahidlərin sözlərinə görə, mərhum yıxılarkən qışqıraraq ətrafdakıları köməyə çağırıb. Lakin ona yardım etmək mümkün olmayıb. Hazırda Nəsimi Rayon Polis İdarəsi 22-ci bölməsinin əməkdaşları hadisə yerindədirlər.

Qeyd edək ki, yol kənarlarındakı binalarda balkonlar təmir edilir. Lakin təmir gedən ərazilərdə təhlükəsizlik tədbirləri görülməyib. Xüsusilə küləkli havalarda daş, dəmir parçaları ətrafa yayılır.

Səhiyyə Nazirliyindən faktı təsdiqləyərək bildiriblər ki, təcili tibbi yardım hadisə yerinə çatanadək E.Hacıyev dünyasını dəyişib.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Hadisə   Baxılıb: 12109   Tarix: 25 aprel 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bakıda qadın yeniyetmənin telefonunu alıb qaçdı

Bakıda yeniyetməyə qarşı soyğunçuluq edilib. Daxili İşlər Nazirliyindən -a verilən xəbərə görə, mayın 17-si axşam saatlarında Səbail rayonu ərazisində bir yeniyetmənin mobil telefonu soyğunçuluq yolu ilə əlindən alınıb. Səbail rayon Polis İdarəsinin 9-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərl

18 may
.

Azərbaycanda yenidən zəlzələ oldu - RƏSMİ + YENİLƏNİB

Lənkəranda gün ərzində ikinci dəfə zəlzələ baş verib. xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb. Zəlzələlərin Tədqiqatı Bürosunun məlumatına əsasən, rayonda 4,4 bal gücündə zəlzələ qeydə alınıb. Təbiət hadisəsi yerli vaxtla saat 20:23-də qeydə alınıb, zəlzələ ocağını

11 may
.

Nərimanov rayonunda 48 yaşlı kişini avtomobil vurub

Bakının Nərimanov rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. "Report"un məlumatına görə, avtomobil yolu keçən 1976-cı il təvəllüdlü Mərdəliyev Müqabil Yusif oğlunu vurub. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zaman

12 may
.

Şamaxıda dəm qazı 63 yaşlı qadını öldürüb

Şamaxıda 63 yaşlı qadın dəm qazından zəhərlənərək ölüb. "Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə rayonun Qurdtəpə kəndində qeydə alınıb. Belə ki, kənd sakini 1961-ci il təvəllüdlü Xanməmmədova Şaaxanım dəm qazından zəhərlənərək dünyasını dəyişib. Hazırda faktla bağlı araşdırm

19 may
.

24 yaşlı tibb bacısı xəstəxanada öldü - Müəmmalı hadisə - FOTO

İstanbulda özəl xəstəxanalardan birində tibb bacısı dünyasını dəyişib. haberler-ə istinadən xəbər verir ki, İstanbulda özəl xəstəxanalardan birində xəstə babası ilə birgə qaldığı iddia edilən 24 yaşlı tibb bacısı Selen Bilgin səhər saatlarında xəstəxana otağında ölü tapılıb. Hadisə ilə bağlı saxlanıla

18 may
.

XƏBƏRDARLIQ - Mayın 22-dən 25-dək...

Mayın ayının 19-u paytaxtda yenidən geomaqnit qasırğası müşahidə olunacaq. -ə istinadən xəbər verir ki, qasırğa gecə saatlarında öz təsirini göstərməyə başlayacaq. Növbəti gündən etibarən isə geomaqnit qasırğası səngiyəcək. Mayın 22-dən etibarən isə yenidən müşahidə olunmağa başlayacaq və bu hal ayı

18 may
.

Qırmızı bülletenlə axtarışda olan cinayətkar Yunanıstanda saxlanıldı

"Cinayət törətmək üçün təşkilat yaratmaq" maddəsi ilə qırmızı bülletenlə axtarışa verilən cinayətkar təşkilatın rəhbəri Ramazan Bayğara Yunanıstanda saxlanılıb. Bu barədə Türkiyənin Adana valiliyi tərəfindən məlumat verilib. Bununla bağlı verilən yazılı açıqlamada Bayğaranın Yunanıstanda Beynəlxal

11 may
.

Pakistanda yol qəzası baş verib, 14 nəfər ölüb

Pakistanın şimal-qərbində baş verən yol qəzasında 14 nəfər ölüb. "Report" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb. Məlumata görə, bir ailəni daşıyan mini yük maşınının yarğana aşması nəticəsində 14 nəfər ölüb, 12 nəfər yaralanıb

18 may
.

Qazaxıstanda sərxoş sürücü avtomobilini dayanacaqdakı piyadaların üzərinə sürüb: Ölənlər var

Qazaxıstanın Almatı vilayətində sərxoş sürücünün idarə etdiyi "ZİL-131" markalı yük avtomobili və piyadaların iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsində iki nəfər ölüb, üç nəfər isə yaralanıb. Bu barədə regionun yol polisinin rəisi Baurjan Alenov "Facebook"da bildirib. "Sürüc

12 may