Türkiyə və Azərbaycana qarşı hücumun hədəfi – Avropanı qorxuya salan GƏLƏCƏK

Türkiyə və Azərbaycana qarşı hücumun hədəfi – Avropanı qorxuya salan GƏLƏCƏKTürkiyədə keçirilən referendumdan "bəli" çıxmasından sonra kampaniya boyunca "xeyir" cəbhəsini dəstəkləyən Avropanın hərəkətə keçəcəyi gözlənilən idi. Çünki referendumun nəticələri Osmanlının süqutundan sonra Qərb istiqamətini seçən, daha doğrusu Avropanın öz "əlaltısı" görmək istədiyi Türkiyənin güclü və müstəqil siyasət xəttini formalaşdırdı.

Bundan sonra: prezident üsul-idarəsi ilə güclənən Türkiyə daxili sabitliyini daha asan təmin edəcək; daxili sabitliyin təmin edilməsi xarici siyasətdə daha aktiv addımlar atmağa şərait yaradacaq; maraqlar toqquşanda Qərbin Türkiyəni daxildən "vurmaq" imkanları azalacaq; FETÖ kimi "səssiz terror" qruplaşmaları dövlətin içinə sıza bilməyəcək; Avropa İttifaqının 50 ildir qapı ağzında gözlətdiyi Türkiyə öz maraqlarına uyğun ittifaqlarla əməkdaşlıq edəcək; güclü Türkiyə həm də türk dünyası və İslam aləminin birləşməsi, güclənməsi deməkdir.

Bu baxımdan, Avropanın kabus olaraq gördüyü güclü Türkiyəyə qarşı hücuma keçməsi heç də təsadüfi deyil. Və Avropa klassik üsulları ilə öz ədalətsiz mahiyyətini bir daha ortaya qoydu.

Demokratiya: Avropanın dəyənəyi

AŞPA-nın yaz sessiyasında müzakirəyə çıxarılan "Türkiyədə demokratik təsisatların fəaliyyəti" adlı hesabat layihəsində Türkiyənin monitorinq mərhələsinə qaytarılması təklif olundu. Hesabat Türkiyədəki son Konstitusiya referendumundan sonra ölkə üzrə məruzəçilər tərəfindən hazırlanıb. Müzakirələr zamanı bəzi assambleya üzvləri sənədə əlavə və dəyişikliklər təklif etsələr də, bu təkliflərin heç biri qəbul edilməyib və Türkiyənin postmonitorinq prosesindən monitorinq mərhələsinə salınmasına dair müddəa olduğu kimi saxlanılıb. Sonda qətnamə layihəsi tam şəkildə səsə qoyularaq qəbul edilib. Qərarın lehinə 113, əleyhinə 45 parlamentar səs verib. Türkiyə 13 il əvvəl monitorinq prosesindən çıxarılmışdı və post-monitorinq mərhələsində idi. Bununla, Türkiyə monitorinqdən çıxarıldıqdan sonra yenidən monitorinq altına alınan ilk ölkə olub.

Bu addım Avropanın demokratik prinsipləri siyasi alətə çevirdiyini sübut edir. Məqsəd hansısa türk vətəndaşın "tapdanan hüququ" yox, referendumda seçki qutusundan Avropanın istəmədiyi, onun "əlaltısı" olmayacaq Türkiyənin çıxmasıdır. Qərbin klassik yanaşması ilk dəfə deyil, güman ki, sonuncu dəfə də olmayacaq.

Azərbaycan öz təcrübəsində dəfələrlə belə ədalətsiz, qərəzli yanaşmalara məruz qalıb:

- Rəsmi Bakının müstəqil siyasətini qəbul etməyən dairələr Azərbaycanda "siyasi məhbus"ların olduğunu iddia edərək, təzyiqlər etməyə cəhdlər ediblər. Ümumiyyətlə qondarma "siyasi məhbus" məsələsi Azərbaycana qarşı dəfələrlə istifadə olunub.

- AŞPA-nın məruzəçisi Kristofer Ştrasserin apardığı monitorinqlər təzyiqin əsas vasitəsi idi. Hansı ki, Azərbaycan tərəfi alman deputatın erməni lobbisinə bağlı olduğunu dəfələrlə bəyan etmişdi. Avropa Strateji Kəşfiyyat və Təhlükəsizlik Mərkəzinin (European Strategic İntelligence and Security Center - ESİSC) Avropa Şurası Parlament Assambleyasında anti-Azərbaycan kampaniyası aparan erməni şəbəkəsi haqda dərc etdiyi hesabat isə hər şeyi gün üzünə çıxarır.

"Ermənistanı müdafiə edən bir neçə QHT illər boyunca AŞPA-dakı əlaqələrinin köməyilə Azərbaycana qarşı amansız kampaniya aparır. Heç kim iddia etmir ki, Azərbaycan mükəmməl dövlətdir, lakin Ermənistanın Dağlıq Qarabağı qanunsuz işğalını müdafiə etmək məqsədilə yaratdığı gizli siyasi şəbəkə AŞPA-nı alət edib. "Avropa sabitlik təşəbbüsü" (YEİS) təşkilatının rəhbəri olan Cerald Knaus Soros Fondunun idarə heyətinin üzvüdür. O, Azərbaycanı heç bir sübutu olmadan tez-tez korrupsiyada ittiham edir. 2012-ci ildə "mister X" AŞPA daxilində anti-Azərbaycan şəbəkəsini inkişaf etdirməyə başladı. Knaus YEİS vasitəsilə "kürü diplomatiyası" adlı hesabat dərc edərək, ona maksimum dəstək verdi. Bu məruzənin nəşrində bir hədəf var idi: böhtana əsaslanan şübhəli mühit yaratmaq və Bakıya qarşı siyasi müharibədə iştirak edəcək deputatların şəbəkəsini formalaşdırmaq. Soros Fondunun üzvünə AŞPA daxilində effektiv iş üçün Parlament məclisinin dəstəyini təmin etmək lazım idi. Çünki təkcə erməni deputatların dəstəyi bəs etmirdi və daha çox deputat prosesə qoşulmalı idi. Xüsusilə Avropa İttifaqı ölkələrinin nümayəndələri olarsa, lap əla olardı. Kristofer Ştrasser və digər deputatların dəstəyini alan Knaus buna nail oldu. Knausun yaxın dostu Ştrasser Ermənistana sevgisi ilə məşhurdur. O, 2015-ci ilin 24 aprelində İrəvanda "soyqırımı qurbanlarını" yad edən alman hökumətinin yeganə nümayəndəsi idi. Bu faktın özü də göstərirdi ki, Ştrasser Dağlıq Qarabağın qanunsuz işğalı da daxil olmaqla, Ermənistan maraqlarının müdafiəsində mükəmməl namizəddir. Knaus və Ştrasser "siyasi məhbus" məsələsini qaldıraraq Azərbaycana qarşı hücumda birləşdi. Knaus Corc Sorosun xeyrinə işləyirdi, Ştrasser isə Ermənistanın" – deyə hesabatda bildirilir.

Bu faktlar Azərbaycan və Türkiyəyə qarşı qərəzli hücumları prioritet elan edən AŞPA-nın nəyə xidmət etdiyini, hansı dairələrin sifarişlərini yerinə yetirdiyini sübut edir. Azərbaycan AŞPA-ya üzv olduğu 16 il ərzində yalnız ədalətsizlik və qərəzli təzyiqlərlə üzləşib. Azərbaycana saxta ittihamlarla hücum edən AŞPA Ermənistanın işğalçı siyasətinin aradan qaldırılması istiqamətində isə heç bir təsirli addım atmır. Bu baxımdan, Avropa Şurasından nəsə gözləməyə dəyərmi?!

- Azərbaycana qarşı hücumların əsas hədəfinin Bakını məhz Dağlıq Qarabağ münaqişəsində təslimçi sülhə məcbur etmək olduğu da aydındır. 2015-ci ilin dekabrında amerikalı konqresmen Kristofer Smitin ABŞ Helsinki Komissiyasına təqdim etdiyi Azərbaycanda yüksək vəzifəli məmurlara sanksiyaların tətbiq olunması üçün "Azərbaycanda Demokratiya Aktı" adlı layihənin əsas məqsədi də bu idi.
Bu planlar baş tutmadı və Azərbaycan "aprel müharibəsi" ilə oyunları pozdu. Lakin bütün bunlar, həmçinin, qardaş Türkiyəyə qarşı atılan ədalətsiz addım Azərbaycanın AŞPA-dakı fəaliyyəti haqda yenidən düşünməyinə zərurət yaradır.

Ümumiyyətlə, İslam dünyasına qarşı aqressiv mövqe nümayiş etdirən, islamofobiya meyllərinin gücləndiyi Avropa Azərbaycana, Türkiyəyə və digər müsəlman ölkələrinə yaxşı nə vəd edə bilər?!

Baş verənlər təsdiq edir ki: Azərbaycan inteqrasiya meyllərini yenidən nəzərdən keçirməli, öz milli maraqlarına uyğun strateji hədəflərinə doğru irəliləməlidir; Region ölkələri, İslam dünyası, Şərqlə əlaqələrini daha da genişləndirməli, onların böyük potensialından yararlanmalı, öz milli dövlətçiliyini daha da gücləndirməlidirlər. Eyni siyasətin Türkiyə tərəfindən izlənilməsi də vacibdir.

Azərbaycan Türkiyənin daim yanındadır və Avropanın qərəzli siyasətinə qarşı qardaş ölkə ilə eyni səfdə yer alır.

Avropanın yuxususuna haram qatan nədir?

Burada Avropanın eyni saxta arqumentlərlə Azərbaycan və Türkiyəyə hücum etməsi də diqqət çəkir.

Türkiyə və Azərbaycan Şərq-Qərb arasında körpü rolunu oynayır, regionda hər iki ölkənin birliyi böyük siyasi gücün yaranmasına səbəb olub və bu güc strateji məsələlərin istiqamətinə təsir edir. Türkiyə-Azərbaycan birliyi həm türk dünyasının, həm də İslam aləminin gələcəyi hesab olunur. Bu baxımdan, Avropanın qorxuları təəccüblü deyil.

ABŞ-ın nüfuzlu "Stratfor" analitik mərkəzinin rəhbəri Corc Fridmanın bir müddət öncə verdiyi "Bakı və Ankara yaxın gələcəkdə güc sahibi olacaq" pronozları da Qərbin qorxularını aydın şəkildə göstərir.

"Türkiyə Orta Şərqi, Orta Asiyanı və Balkanları ələ alaraq böyük bir gücə çevriləcək. Paytaxt Ankaradan İstanbula köçürüləcək. Aralıq və Qara dəniz türk gölünə çevriləcək. Neo Osmanlı nəzəriyyəsi gerçəkləşəcək və Türkiyə Osmanlı imperiyasına yenidən hökm edə biləcək. Artıq bu prosesin izlərini görə bilirik. Türkiyə İslam coğrafiyasında getdikcə digər ölkələr üzərində təsir imkanlarını genişləndirir. Balkanlarla da öz təsirlərini artırır. Qafqazda Azərbaycan və Gürcüstanla güclü bir ittifaq qurdu", - deyən Fridmanın sözləri Avropanın yuxusuna haram qatıb.

Bütün bunlar iki qardaş ölkəyə hücumların əsil mahiyyətini də ortaya çıxarır.

Mənbə: publika.az


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 1599   Tarix: 26 aprel 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

İlham Əliyev: "Azərbaycanda ciddi və ya potensial qaydada yarana biləcək hər hansı risk yoxdur"

"Azərbaycanda ciddi və ya potensial qaydada yarana biləcək hər hansı risk yoxdur". AZƏRTAC xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev aprelin 23-də ADA Universitetində təşkil olunan "COP29 və Azərbaycan üçün Yaşıl Baxış" mövzusunda beynəlxalq forumda çıxışında deyib. "Üzləş

23 aprel
.

İlham Əliyev: "Ermənistan Naxçıvan Muxtar Respublikası ilə yol əlaqəsini qurmaq imkanını bloklayır"

"Zəngəzur dəhlizinə gəldikdə, qeyd etdiyiniz kimi, 2020-ci il noyabrın 10-da imzalanmış Üçtərəfli Bəyanatda bu məsələ aydın şəkildə əks olunur. Bəli, "Zəngəzur dəhlizi" sözü orada qeyd olunmayıb. Lakin yazılıb ki, Azərbaycanın şərq hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında yo

23 aprel
.

"Azərbaycanla Ermənistan arasında delimitasiya prosesinə sürətlə gedir" - Politoloq

Dünən 2024-cü il aprelin 23-də Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sərhəddə yerdəki geodeziya ölçmələrinə əsaslanaraq koordinatların dəqiqləşdirilməsi prosesi çərçivəsində ilk sərhəd dirəyi quraşdırılıb. İki ölkənin ekspert qruplarının işi davam edir. Yaxın gələcəkdə hansı əraziləri

24 aprel
.

Azərbaycan Prezidenti: "Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb"

"Müharibədən cəmi 3 il yarım vaxt keçib, artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb və bu proses davam etdirilir". AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev aprelin 26-da Berlində Almaniyanın Kansleri Olaf Şolts ilə birgə mətbuat konfransında deyib

26 aprel
.

İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub - YENİLƏNİB + FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Berlində Almaniya Federativ Respublikasının xarici işlər naziri Annalena Berbok ilə görüşü olub. Bununla bağlı AZƏRTAC məlumat yayıb. 16:48. Almaniyada işgüzar səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyevin bu ölkənin xarici işlər naziri Annalen

26 aprel
.

Naxçıvanın yeni baş naziri kimdir? - DOSYE

Naxçıvan Ali Məclisinin qərarı ilə muxtar respublikanın yeni Baş naziri Ceyhun Cəlilov təyin olunub. yeni baş nazirin dosyesini təqdim edir:. Ceyhun Ramiz oğlu Cəlilov 1987-ci ildə Naxçıvan Muxtar Respublikasının Şahbuz şəhərində anadan olub. 2009-cu ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxal

25 aprel
.

Azərbaycan və Almaniya liderlərinin Berlində birgə mətbuat konfransı olub - YENİLƏNİB + FOTO/VİDEO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Almaniya Federativ Respublikasının Kansleri Olaf Şoltsun aprelin 26-da Berlində keçirilən birgə mətbuat konfransı başa çatıb. 14:41. Berlində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Almaniya Kansleri Olaf Şoltsun birgə mətbuat konfrans

26 aprel
.

Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - Video

Xəbər verdiyimiz kimi, 24 il əvvəl ABŞ Dövlət Departamentinin xüsusi nümayəndəsi, Minsk Qrupunun həmsədri Keri Kavano tərəfindən ulu öndər Heydər Əliyevə təsəlli olaraq təqdim olunan Ağdam Cümə məscidinin bir parça daşı məscidə qaytarılıb. "Qafqazinfo"nun məlumatına görə, həmin həssas anlar

25 aprel
.

Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub - YENİLƏNİB + FOTO

Aprelin 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qırğız Respublikasının Prezidenti Sadır Japarov ilə məhdud tərkibdə görüşü olub. Bununla bağlı məlumat yayıb. 11:49. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qırğız Respublikasının Prezidenti Sadır Japarov ilə məhdud tərkibd

24 aprel