Son Dəqiqə! Bakıda məktəblinin başı avtobusun qapılarının arasında qalıb partladı: Qan içində...

Son Dəqiqə! Bakıda məktəblinin başı avtobusun qapılarının arasında qalıb partladı: Qan içində...Bakıxanov qəsəbəsində 12 yaşlı uşağın başı 49 saylı marşrutun qapılarının arasında qalıb. Nəticədə məktəbli ciddi xəsarət alıb.

Şahidlərin virtualaz.org-a bildirdiklərinə görə, hadisə ötən gün günorta saatlarında Sabunçu İcra Hakimiyyətinin yaxınlığında baş verib. Sürücü uşaq avtobusa daxil olmadan qapını bağlayıb.

Hadisə şahidinin danışdığına görə avtobus Sabunçu Rayon İcra Hakimiyyətinin yaxınlığındakı dayanacaqda sərnişin götürürüdü. Sərnişinlər hamısı avtobusa minməmiş sürücü güzgüyə baxmadan qapıları bağlayıb. Bu zaman 6-cı sinif şagirdi olan oğlanın başı qapının arasında, bədəni çöldə qalıb, qapı uşağa ciddi xəsarət yetirib. "Sifəti qan içində idi, başı partlamışdı. Sərnişinlərin qışqırığına sürücü qapını açdı", - şahidlərdən biri deyir.

Lakin sürücü xəsarət alan uşağa yardım etmədən heç nə olmamış kimi yoluna davam edib. Xəsarət alan məktəblini isə avtobusun sərnişinlərindən biri-qadın təcili yardımla xəstəxanaya aparıb.
Son Dəqiqə! Bakıda məktəblinin başı avtobusun qapılarının arasında qalıb partladı: Qan içində...Hadisə ilə bağlı 3 saylı Sabunçu Şəhər Klinik Xəstəxanasına zəng etdik və xəstəxanadan faktı təsdiqlədilər. Məlum oldu ki, xəsarət alan 12 yaşlı məktəbli Hüseyn Məmmədovdur. O, ötən gün xəstəxanaya daxil olarkən başında yaralar olub və yaralar tikildikdən sonra evə buraxılıb. Həkimin sözlərinə görə, xəstənin vəziyyəti orta ağır qiymətləndirilir. Xəstəxanadan onu da bildirdilər ki, faktla bağlı polis idarəsinə məlumat verilib.

Qeyd edək ki, Bakıda sərnişin avtobuslarının törətdikləri qəzalar, bu zaman sərnişinlərin həlak olması və ya ciddi xəsarət alması, o cümlədən sərnişin avtobusları tərəfindən yol hərəkəti qaydalarının kobud pozulması halları haqda tez-tez eşdilir. Bakıda sərnişindaşıma sahəsində mövcud olan və uzun illərdir davam edən bu problemlərdən dəfələrlə yazılır, danışılır. Vəziyyət isə dəyişmir.
Son Dəqiqə! Bakıda məktəblinin başı avtobusun qapılarının arasında qalıb partladı: Qan içində...Bakı Nəqliyyat Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mais Ağayev sözügedən sayta bildirib, 49 saylı marşrutda baş verən bu hal araşdırılacaq və polisə müraciət olunacaq:"Bu faktla bağlı polisə müraciət edəcəyik. Həmin sürücünün günahı varsa, barəsində ciddi tədbir görüləcək".

Agentlikdə marşrut avtobuslarında baş verən özbaşnalıqlardan da xəbərdardırlar. M.Ağayevin sözlərinə görə, sürücülərlə bağlı çox ciddi problemlər var. Hazırda ən əsas problem peşəkar sürücülərin olmamasıdır. BNA avtobus sürücüləri tərəfindən baş verən qayda pozuntuları və dgər xoşagəlməz halların qarşısı almaq üçün vahid sürücü bazasının yaradılmasına başlayıb: "Bu bizi narahat edən ən əsas problemlərdən biridir. Bu gün ictimai nəqliyyatda peşəkar sürücülərlə bağlı kifayət qədər problem var. Peşəkarlıq təkcə nəqliyyat vasitəsini idarə etmək deyil, sərnişin-sürücü münasibətlərində də problemlər yaşanır. Bütün bunların qarşısını almaq üçün BNA vahid sürücü bazasının yaradılmasını təklif edib və artıq bununla bağlı konkret addımların atılmasına başlanılıb. İlkin mərhələdə bizim sürücü-təlim mərkəzimiz yaradılıb. Hazırda burada İslam Həmrəyliyi Oyunları ilə bağlı fəaliyyət göstərəcək sürücülər çalışırlar, ondan sonra isə ictimai nəqliyyatda çalışan bütün sürücülər təlim mərkəzinə məcburi şəkildə cəlb ediləcəklər. Yəni sürücü-təlim mərkəzinin kurslarını keçmiş, buranın müsbət rəyini almış sürücülər ictimai nəqliyyatda işləyə bilərlər. Bizim bütün daşıyıcılar qarşısında belə bir tələb qoyacağıq və onlar kimi gəldi işə götürməyəcəklər".
Son Dəqiqə! Bakıda məktəblinin başı avtobusun qapılarının arasında qalıb partladı: Qan içində...BNA rəsmisi, həmçinin qeyd edib ki, daşıyıcılarla bağlı tenderlərin keçirilməsi də nəzərdə tutulub. Artıq 125 saylı marşrutun sahibi tender əsasında seçilib. Bundan sonra da növbəti tenderlərin keçirilməsi planlaşdırılır.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Hadisə   Baxılıb: 7978   Tarix: 26 aprel 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Naxçıvandakı partlayışda həlak olanların FOTOLARI

Xəbər verdiyimiz kimi, bu gün Sədərək rayonu ərazisində sursat partlayışı nəticəsində 1951-ci il təvəllüdlü Rzayev Vilayət Həsən oğlu və 1970-ci il təvəllüdlü Əliyev Adəm Həsən oğlu həlak olublar. "Qafqazinfo" həlak olan mülki şəxslərin fotolarını təqdim edir:

28 aprel
.

SON DƏQİQƏ! Məşhur tiktoker evinin qarşısında ÖLDÜRÜLDÜ - FOTO

TikTok-da yüz minlərlə izləyicisi olan məşhur İraq fenomeni Om Fahad Bağdadda naməlum şəxslər tərəfindən güllələnərək öldürülüb. xəbər verir ki, hadisə şahidlərinin sözlərinə görə, Om Fahad evinin qarşısında avtomobilində olarkən motosikletdə olan şəxs tərəfindən odlu silahla öldürülüb. İraq Daxili İşlə

28 aprel
.

Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR - VİDEO

Dörd aylıq körpənin balkondan düşərək vəfat etdiyi yerin görüntüləri yayılıb. -ın məlumatına görə, bədbəxt hadisə paytaxtın Sabunçu rayonu, Ramana qəsəbəsi ərazisində baş verib. Eyvandan düşərək dünyasını dəyişən dörd aylıq Ayla Eyvazlının babasının sözlərinə görə, hadisəyə səbəb ehtiyatsızlıq olub

26 aprel
.

Azərbaycanda makler və övladları bıçaqlandılar

Mingəçevir şəhərində makler və onun iki oğlu bıçaqlanıb. "Unikal"ın məlumatına görə, hadisə M.Maqomayev prospektində baş verib. Daşınmaz əmlakın satışı ilə məşğul olan Canpolad Qarayevin, övladları Elvin və İbrahim Qarayevlərin Elvin Abdullayevlə aralarında baş verən mübahisə qanlı davaya çevrilib

27 aprel
.

Bakıda avtomobil yanır, yolda tıxac yaranıb - VİDEO

Bakıda metronun "20 Yanvar" stansiyası yaxınlığında avtomobil yanır. -a istinadən xəbər verir ki, avtomobilin söndürülməsi üçün hadisə yerinə yanğınsöndürmə briqadaları cəlb edilib. Hadisə nəticəsində Moskva prospektində ciddi tıxac yaranıb. Hazırda yanğının tam söndürülməsi üçün iş aparılı

27 aprel
.

Salyanda avtomobil oğurlayan şəxsin digər cinayət əməllərinin üstü də açılıb

Salyanda avtomobil oğurlayan şəxsin digər cinayət əməllərinin üstü də açılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, Salyan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakininə məxsus VAZ-2106

27 aprel
.

Zəngəzurda iranlı turistlərin ölümünə və xəsarət almasına səbəb olan erməni sürücü saxlanılıb

Zəngəzurda iranlı turistləri daşıyarkən qəzaya urğayan avtobusun sürücüsü saxlanılıb. Bu barədə Ermənistanın İstintaq Komitəsinin mətbuat katibi Qoar Abramyan sosial şəbəkə hesabında bildirib. O, qeyd edib ki, qərar cinayət işi çərçivəsində qəbul edilib. Xatırladaq ki, hadisə dünən Ermənistanın Qərb

28 aprel
.

Azərbaycanda müəllim vəfat edib - FOTO

Cəbrayıl rayonu Hovuslu kənd tam orta məktəbin müəllimi vəfat edib. xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. Məlumata görə, məktəbin fizika müəllimi Vəkil İsmixan oğlu Abbasov 60 yaşında dünyasını dəyişib

27 aprel
.

Yeddi gündən sonra meyiti tapılan İbrahimin FOTOSU

Sosial şəbəkələrdə aprelin 20-də Ceyranbatan su kanalının Sumqayıt şəhərinin "Stansiya Sumqayıt" adlanan ərazisindən keçən hissəsində batan və yeddi gün sonra meyiti tapılan 13 yaşlı İbrahim Əliyevin görüntüləri yayılıb. həmin fotonu təqdim edir:. Qeyd edək ki, 2011-ci il təvəllüdlü İbrahi

27 aprel