Son Dəqiqə! "Azərbaycan ordusu Ağdamdan cəbhəni yarıb Xankəndinə ..."

Ötən ilin aprel döyüşlərində aldıqları zərbələrdən sonra Qarabağdakı erməni silahlı birləşmələri müdafiə xəttini durmadan möhkəmləndirir.

Sonxeber.az virtualaz.org-a istinadən xəbər verir ki, qondarma "DQR"in "təhlükəsizlik şurasının katibi", general Vitali Balasanyan "Mediamaks" agentliyinə müsahibəsində hazırda birinci müdafiə xəttində bütün mühəndis işlərinin yekunlaşdığını deyib. Onun sözlərinə görə, ikinci və üçüncü müdafiə xətlərində bir az yarımçıq işlər qalıb ki, bunlar da yekunlaşmaq üzrədir.

Vitali Balasanyan özünə və ötən ilin aprelində təmas xəttinin iki istiqamətində Azərbaycan ordusunun əks-həmləsinə tab gətirməyib darmadağın olan erməni ordusuna təskinlik verərək deyib ki, Azərbaycanın nəzarət altına aldığı ərazilər "strateji əhəmiyyət kəsb etmir". "Lakin itirilən hər santimetr torpaq, hər ölən əsgər bizim üçün dözülməz və ağır dərddir", - öz mövqeyi ilə "bir qarış da torpaq qaytarmamaq" tərəfdarları sırasında olan Balasanyan deyib.

Xatırladaq ki, ötən ilin aprel döyüşləri zamanı Vitali Balasanyan orduda heç bir vəzifə tutmurdu, buna baxmayaraq erməni qüvvələrinin təmas xəttində darmadağın edilərək geri çəkilməsindən sonra Balasanyan da daxil olmaqla birinci Qarabağ müharibəsinin bir çox səhra komandirləri səfərbər edilərək ön xəttə göndərilmişdi. Balasanyan isə özünün sonradan təsdiq etdiyi kimi Ağdərə-Tərtər istiqamətində döyüşlərə faktiki komandanlığı üzərinə götürmüşdü. Çünki ermənilərin Ağdərə yaxınlığında dislokasiya olunmuş Mataqis polkunun komandiri, polkovnik Arutyun Əmirxanyan döyüşlər başlayanda qaçıb aradan çıxmışdı. (Sonradan onu vəzifəsindən azad etdilər-red.)

Erməni generalı iddia edir ki, Azərbaycanın planı aşağıdakından ibarət olub: hərbi əməliyyatların dördüncü, yaxud beşinci günündə təmas xəttinin mərkəzi hissəsində-Ağdam istiqamətində cəbhəni yarmaq və Stepanakertə (Xankəndi) qədər irəliləmək. Balasanyana görə Azərbaycanın arsenalı bu planı reallaşdırmağa imkan verirdi. Lakin o, lovğalanır ki, həmin günlərdə erməni ordusunun müdafiəni təşkil etməsi buna mane oldu.

Əlbəttə, ötən ilin apelində Qarabağda hərbi əməliyyatların Azərbaycan ordusunun təmas xəttinin iki istiqamətində bir neçə kilometr irəliləməsinin ardınca Rusiyanın müdaxiləsi ilə dayandırılması baş verməsəydi, general Balasanyan da indi bu müsahibəni verib lovğalanmazdı...

Ağdam istiqamətinə gəldikdə isə məlumdur ki, ötən ilin aprelində cəbhənin həmin istiqamətində vəziyyət dəyişməz qalmışdı. Azərbaycan ordusu həmin istiqamətdən əks-hücum əməliyyatı keçirməmişdi, ancaq Ermənistan ordusu həmin istiqamətdə dinc əhalinin təmas xəttinə daha yaxın və sıx yaşadığını nəzərə alaraq artilleriya zərbələrini əsasən bu istiqamətə yönəltmişdi.
Son Dəqiqə! "Azərbaycan ordusu Ağdamdan cəbhəni yarıb Xankəndinə ..."Son Dəqiqə! "Azərbaycan ordusu Ağdamdan cəbhəni yarıb Xankəndinə ..."Son Dəqiqə! "Azərbaycan ordusu Ağdamdan cəbhəni yarıb Xankəndinə ..."


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Hadisə   Baxılıb: 3547   Tarix: 27 aprel 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Antalyanın məşhur istirahət bölgəsində nəhəng burulğan - VİDEO

Bu gün səhər saatlarında Antalyanın Kəmər bölgəsində dəniz üzərində təxminən 15 dəqiqə davam edən nəhəng burulğan meydana gəlib. Ətrafda olan insanlar təbiət hadisəsini telefonları ilə qeydə alıblar. Qeyd olunur ki, nəhəng burulğan sahilə çatmayaraq tədricən zəifləyərək yox olub.\

15 sentyabr 2021
.

Rektorun anası koronavirusdan vəfat etdi

Azərbaycan Tibb Universitetinin rektoru Gəray Gəraybəyliyə ağır itki üz verib. Unikal.org-un məlumatına görə, rektorun anası Sveta xanım koronavirusdan vəfat edib. Allah rəhmət eləsin!

13 sentyabr 2021
.

Biləsuvarda buğa məktəb direktorunun qabırğasını sındırdı

Biləsuvar rayonunda 7 il bəslədiyi buğa direktor müavinini xəstəxanalıq edib. -a istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Cürəli kəndində məktəb direktoru Alim Hacıyevin yaşadığı ünvanda olub. Hacıyev həyətyanı sahədəki təssərrüfatında mal-qaraya qulluq edərkən buğa ona qəfil hücum edib. Nəticəd

18 sentyabr 2021
.

Vətən müharibəsi iştirakçısı qəzada öldü - FOTOLAR

Sabirabadda baş vermiş ağır yol qəzasında Xaçmaz Rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin böyük məsləhətçisi, Vətən müharibəsi iştirakçısı Elşən Ağayev həyatını itirib. "Report"a istinadən xəbər verir ki, hadisə Yastıqoba kəndind

13 sentyabr 2021
.

Hövsan yolunda iki maşın toqquşdu - Xəsarət alan var + VİDEO

Hövsan yolunda yol-nəqliyyat hadisəsi baş verib. xəbər verir ki, hadisə Hövsan yolunda olub. Toyota Prius markalı avtomobillə Daewoo Nexia markalı minik maşını toqquşub. Baş vermiş hadisə zamanı 1 nəfər xəsarət alıb. Qəza nəticəsində hər iki avtomobilə ciddi ziyan dəyib

12 sentyabr 2021
.

Bakıda "Toyota" piyadanı vuraraq ÖLDÜRDÜ

Bakıda yol-nəqliyyat hadisəsi olub. Bu barədə -a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, sentyabrın 10-u saat 9 radələrində Xəzər rayonunun Buzovna qəsəbəsi ərazisində qəsəbə sakini A.Kamallı idarə etdiyi "Toyota" markalı avtomobillə yolu keçən paytax

11 sentyabr 2021
.

Sabirabadda ağır qəza - Ölən və yaralılar var

Sabirabadda baş verən yol qəzasında 1 nəfər ölüb, 4 nəfər yaralanıb. apa-ya istinadən xəbər verir ki, hadisə Sabirabad rayonunun Yastıqobu kəndinin ərazisində baş verib. "Tofaş" markalı avtomobillə "VAZ 2107" markalı avtomobilin toqquşması nəticəsində 1 nəfər ölüb, 4 nəfər yaralanıb

12 sentyabr 2021
.

Lənkəranda FACİƏ: 1 yaşlı körpə ÖLDÜ

Lənkəran rayonunda bir yaşlı körpə naməlum səbəbdən ölüb. xəbər verir ki, hadisə Səpnəkəran kəndində qeydə alınıb. Belə ki, 2020-ci il təvəllüdlü İbrahim Nazim oğlu Ağazadənin halı qəfil pisləşib. Bu səbəbdən valideynləri körpəni Lənkəran Rayon Mərkəzi Xəstəxanasına aparıblar. Ancaq həkim müayinəsində

13 sentyabr 2021
.

SON DƏQİQƏ: Bakıda ağaclıq ərazi yanır

Bakıda ağaclıq ərazidə yanğın başlayıb. xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə paytaxtın Səbail rayonu ərazisində ağaclıq ərazidə yanğın olması barədə məlumat daxil olub. Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələr

17 sentyabr 2021