Azərbaycanlı qadını zorlayıb çılpaq şəkilləri ilə şantaj edən avtobus sürücüsünün fotosu yayıldı
Ankara məhkəməsi bu il yanvarın 4-də Azərbaycan və Türkiyə vətəndaşlığı daşıyan, iki uşaq anası 37 yaşlı azərbaycanlı müəllimi zorlayan avtobus sürücüsünə hökm çıxarıb.
Sonxeber.az virtualaz.org-a istinadən xəbər verir ki, məhkəmə bu cinayəti törədən İbrahim Tuncaya 34 il 8 ay həbs cəzası kəsib. Məhkəmə prokurorun ona tələb etdiyi cəzaya heç bir endirim etməyib.
Xəbər verildiyi kimi bu zorlama hadisəsi Türkiyədə geniş rezonansa səbəb olmuşdu. Məsələ parlamentin müzakirəsinə çıxarılmışdı və qadın haqları fəalları aksiyalar keçirmişdilər. Həmin gün axşam saat 11 radələrində S. adlı azərbaycanlı qadın işdən evinə dönərkən mindiyi bələdiyyə avtobusunun sürücüsünün təcavüzünə məruz qalıb. Avtobus sürücüsü içəridə başqa sərnişinlərin olmadığı bir vaxtda qapıları bağlayıb və qadına hücum çəkərək onu zorlayıb, telefonla qadının çılpaq şəkillərini çəkib. Daha sonra təhdid edib ki, hadisə ilə bağlı şikayət etsə, onu tapıb öldürəcək.
Məhkəmə prosesi zamanı avtobus sürücüsü öz əməlinə bəraət qazandırmağa çalışaraq deyib: "Bir qadın axşam saat 11-də niyə küçəyə çıxır? Niyə təkbaşına avtobusa minir?"
Təvacüzə məruz qalan azərbaycanlı ingilis dili müəlliməsi məhkəməyə qatılmayıb, onun ifadəsi videokonfrans vasitəsilə alınıb. Zərərçəkənin vəkili Hüsniye Şimşək isə sürücünün hətta özünü müdafiə etmək üçün verdiyi ifadədə belə nifrət cinayəti işlədiyini, məhkəmənin çıxaracağı qərarın Türkiyə üçün əhəmiyyət daşıdığını bildirib. Dövlət ittihamçısı təqsirləndirilən sürücünün özünü müdafiə etmək üçün işlətdiyi ifadənin qəbuledilməz olduğunu bildirib, Türkiyədə hər kəskin istədiyi saatda təkbaşına, yaxud qrup halında hərəkət və səyahət azadlıqlarının olduğunu xatırladıb. Məhkəmə qərarını elan edib və Tuncayın zorlamaya görə 17 il, zorlamaq məqsədi ilə şəxsin azadlığını məhdudlaşdırma cinayətindən 6 il, qəsb əməlinə görə 6 il 8 ay, özəl həyatın gizliliyinə müdaxilə əməlindən 4 il, təhdid etməyə görə 1 il olmaqla cəmi 34 il 8 ay həbsə məhkum edilməsinə qərar verib. Məhkəmə sürücünün bütün xahişlərinə baxmayaraq onun cəzasında heç bir yüngülləşdirməyə razı olmayıb.
Sonxeber.az
Telegramda izləyin
Hadisə Baxılıb: 10357 Tarix: 06 may 2017
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Gəncədəki dəhşətli qəzanın görüntüləri - VİDEO
Gəncədə ağır yol qəzası baş verib. Qaynarinfo xəbər verir ki, hadisə nəticəsində iki nəfər yaralanıb. Qəza Böyük Bazarın yaxınlığında baş verib. Olayın görüntüləri sosial şəbəkələrdə yayılıb. Hadisənin təfərrüatları bəlli deyil. Olay barədə rəsmi məlumat da yoxdur. Videodan aydın görünür ki, qəzaya yüksə
17 sentyabr 2021Azərbaycanda QHT sədri vəfat edib
"Hüquqi Yardım" İctimai Birliyinin sədri, hüquqşünas və mediator İlqar Qasımov vəfat edib. "Report" xəbər verir ki, bu barədə onun yaxınları məlumat yayıb. Məlumata görə, o, bu gün dünyasını dəyişib. Mərhum sabah Lənkəranda dəfn olunacaq. Allah rəhmət eləsin!
12 sentyabr 2021Mingəçevirdə minik avtomobili kül oldu
Mingəçevir şəhərində "Mercedes" markalı minik avtomobilinin mühərrik hissəsində elektrik avadanlıqları yanıb. Fövqəladə Hallar Nazirliyindən -a verilən məlumata görə, avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb
11 sentyabr 2021Taliblərin marşal Dustumun iqamətgahında yaşayışları - VİDEO
"New York Times" nəşri Kabulu ələ keçirdikdən sonra ölkənin keçmiş vitse-prezidenti Əbdül-Rəşid Dustumun iqamətgahını zəbt edən "Taliban" yaraqlılarının həyatından kadrlar göstərib. "Şəhərdə yaşasam da, ilk dəfədir belə bir yer görürəm", - deyən taliblərdən biri nəşrə müsahibəsind
11 sentyabr 2021DİN-dən ƏMƏLİYYAT - 172 nəfər saxlanıldı
Daxili İşlər Nazirliyi (DİN) sentyabrın 10-da qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumatları açıqlayıb. DİN-in mətbuat xidmətindən -a bildiriblər ki, respublikanın daxili işlər orqanları ötən gün ərzində törədilmiş 49 cinayətin üstünü "isti izlər"lə açıblar. Əvvəlki dövrlərdə
11 sentyabr 2021Samuxda FACİƏ - Körpə bacı-qardaş öldü
Samux rayonunda üç və iki yaşlı körpələr naməlum şəraitdə ölüb. xəbər verir ki, hadisə Qarayeri qəsəbəsində qeydə alınıb. Kənd sakinləri - 2018-ci il təvəllüdlü Nurəddin Əfqan oğlu Quliyevin və bacısı Ruqəyya Əfqan qızı Quliyevanın yaşadıqları evdə səhhətlərində problem yaranıb. Vəziyyətləri ağırlaşa
12 sentyabr 2021Azərbaycan Müdafiə Nazirliyi Rusiya MN-ə məktub ünvanladı
Digər ölkələrə aid nəqliyyat vasitələrinin Rusiya Federasıyası sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan Respublikası ərazilərinə qanunsuz keçməsi ilə bağlı Müdafiə Nazirliyi tərəfindən Rusiya Federasiyası Müdafiə Nazirliyi və Sülhməramlı qüvvələrin komandanlığına məktublar ünvanlanmışdır
12 sentyabr 2021Azərbaycanda xəstə əməliyyatdan əvvəl öldü
Sumqayıt sakini əməliyyat masasında ölüb. -a istinadən xəbər verir ki, hadisə 2 saylı Sumqayıt şəhər xəstəxanasında qeydə alınıb. Həmin xəstəxanada qarın nahiyəsindəki yırtıqdan əməliyyat olunacaq 52 yaşlı Heybət Salmanov anesteziya verilərkən dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır
16 sentyabr 2021Samuxda azyaşlı bacı-qardaşın çöplü şirədən zəhərlənib öldüyü güman edilir
Samux rayonunda üç və iki yaşlı körpələr naməlum şəraitdə ölüb. -a istinadən xəbər verir ki, hadisə Qarayeri qəsəbəsində qeydə alınıb. Kənd sakinləri - 2018-ci il təvəllüdlü Nurəddin Əfqan oğlu Quliyevin və bacısı Ruqəyya Əfqan qızı Quliyevanın yaşadıqları evdə səhhətlərində problem yaranıb. Vəziyyətlər
13 sentyabr 2021