Təcili! Ermənistanı alt-üst edən SİRR ORTAYA ÇIXDI: Qarabağ ermənilərinin türk olduğu SÜBUT EDİLDİ

Təcili! Ermənistanı alt-üst edən SİRR ORTAYA ÇIXDI: Qarabağ ermənilərinin türk olduğu SÜBUT EDİLDİ"Qarabağda yaşayan ermənilər əslində erməni əsilli xalq deyil. Onlar Dağlıq Qarabağ münaqişəsində erməni millətçilərinin və şovinistlərinin girovu oldu, lakin çox az adam anlayır ki, oradakı yerli əhalinin ermənilərə heç bir aidiyyəti yoxdur".

"Kafkazplus" saytı vaxtilə Dağlıq Qarabağ Muxtar Vilayətinin tərkibində yaşayan, Azərbaycan vətəndaşlığı statusunu daşımış sakinlərin etnik tərkibini araşdırıb.

Sayt yazır ki, Qarabağda yaşayan ermənilər İrəvanda və Ermənistanın digər ərazilərindəki ermənilərdə həm zahirən, həm də mentalitet olaraq fərqlənir: "Həmçinin, bütün müşahidəçilər Qarabağ "erməniləri" ilə azərbaycanlıların zahiri oxşarlığını qeyd edirlər. Lakin onların erməni adlandırması pradakos yaradır".

Müsəlman və xaçpərəstliyə bölünən qarabağlılar

Araşdırmada alimlərin fikrinə istinadən bildirilir ki, Qarabağ sakinlərinin əksəriyyəti Qafqaz Albaniyasının qədim əhalisinin nəsilləridir (Bu gün Ermənistan rejimi alban tarixinə də iddia edir – red.).

"Sadəcə olaraq, onların biri tamamilə türk dilinə keçdilər və müsəlman oldular, digərləri xaçpərəstliyə keçdilər. Xaçpərəstliyi seçənlər illər sonra bura gələn ermənilərin dilini mənimsədi. Bunu sübut edən digər məqam Ermənistandakı ermənilər arasında yayılan genetik xəstəliklərin Qarabağdakı "ermənilər" arasında olmamasıdır. Bu xəstəlik ermənilərin bu ərazilərə köçdüyü Aralıq dənizinin şərq sahilləri (indiki Suriya, Livan əraziləri. Ermənilər hələ də bu ölkələrdə kompakt şəkildə yaşayırlar – red.) və Balkan yarımadasının cənub hissəsi üçün tipikdir. Bununla yanaşı, Qarabağa aid tarixi etnosların da ermənilərə heç bir aidiyyəti yoxdur. Bu etnoslar daha çox alban nəslindən gələn Dağlıq Dağıstanın xalqlarına yaxındır. Təbii ki, ermənilər bura gələndən sonra yerli tarixi və mədəniyyəti məhv edərək, ermənizmi yaydılar. Qafqaz Albaniyasının dini cəhətdən də erməni kilsəsinə heç bir yaxınlığının olmaması da sübutlardan biridir. Yerli tarixi məhv edən ermənilər Qarabağdakı alban dini nümunələrini də məhv etdi", - araşdırmada deyilir.

Azərbaycan xaçpərəstləri necə "erməni" oldu?

Sayt yazır ki, Qarabağın məbədlərində köhnə alban yazılarının ermənilər tərəfindən şüurlu şəkildə dəyişdirildiyinə dair bir çox fakt var: "Ermənilər yazıların üzünü köçürür və "təmiz erməni" variantına çevirirdilər. Bununla belə alban xaçpərəstlər öz dillərini və etnik şüurlarını uzun müddət saxlayırdı. Hətta XVIII əsrdə əcnəbilər qeyd edirdilər ki, Qarabağdakı xaçpərəstlər dinlərinə görə ermənilərdən fərqlənirlər. Yerli "ermənilər" albanların və türklərin törəmələridir. Lakin XIX əsrdə ermənilər Rusiya imperiyası hakimiyyətini inandırdırdılar ki, Azərbaycanın ərazisindəki xaçpərəstləri də ənənəvi erməni kilsəsinə tabe etmək lazımdır. Nəticədə Alban katalikosu ləğv olundu və Eçmiədzin katalikosuna tabe edildi. Rusiya imperiyasında erməni kilsəsinə inananların hamısı, o cümlədən Qarabağın alban əhalisi erməni hesab olunurdu. Bundan sonra İrandan və Türkiyədən ermənilər kütləvi sürətdə Qarabağa köçməyə başladı. Lakin yenə də yerli alban xalqının assimlyasiya edilməsi tamamilə mümkün olmadı. Çünki Qarabağa köçən ermənilərin əksəriyyəti tacirlər idi. Onlar ticarət-sələm şəbəkəsini yaratdılar və özlərini Qarabağın yerli əhalisindən üstün tuturdular, hətta onlarla nikaha belə daxil olmurdular. Qarabağ ilk köçən ermənilər sonradan Rusiya imperiyasının böyük şəhərlərinə getdilər. Erməni ruhanilərin səylərinə baxmayaraq, Azərbaycan xaçpərəstləri öz yaddaşını saxlayırdı".

Terror və qətllər

Araşdırmadan məlum olur ki, erməni ruhanilər vəziyyəti xeyirlərinə dəyişmək üçün başqa yollara əl atmağa başlayır. Onlar Alban katalikosuna gəlmə erməniləri keşiş təyin etmək üçün hakimiyyət nümayəndələrini satın alırlar. Ermənizm həm də siyasi xətt üzrə yayılırdı. Bu, "daşnaksütyun"un gəlişindən sonra xüsusilə gücləndi. Daşnaklar ilk növbədə əhali arasında erməni millətçiliyinin kök salmasına diqqət yetirirdi. Erməniləşməyə etiraz edən yerli əhali təqiblərə məruz qalır, terrorla üzləşirdi. Daşnaklara yardım etmək istəməyən insanlar qətlə yetirilirdi.

Azərbaycanın səhvi və hələ də itirlməyən şans

Sayt yazır ki, SSRİ dövründə Azərbaycan hakimiyyətinin ən böyük günahı ermənilərin "qardaşlıq" yalanlarına inanaraq, alban milləti və mədəniyyətini dirçəltməyə başlamaması oldu.

"Hətta möcüzə ilə öz tarixi köklərini saxlayan udinlər də sovet vaxtı ciddi problemlərlə üzləşdi. Sadəcə olaraq, udinlər Dağlıq Qarabağ Muxtar Vilayətinin erməni millətçilərinə tabe olmadıqları üçün tamamilə assimiliyasiyaya məruz qalmadı. Beləliklə, erməni adlandırılan Qarabağ əhalisinin ermənilərə heç bir aidiyyəti yoxdur, onlar türk komponentləri ilə qədim albanlardır. Hətta günümüzdə belə onlar təmiz erməni dilində danışmırlar. Xoşbəxtlikdən, Qarabağ xaçpərəstləri arasında cəsarətli insanlar hələ də qalır. Onlar alban keçmişləri uğrunda mübarizəni davam etdirirlər. Bunu etmək çətin və təhlükəlidir, lakin yenə də var", - deyə sayt vurğulayır.

Qeyd edək ki, bir müddət öncə Artur Ağacanov adlı şəxs sosial şəbəkədə Qarabağda erməni təbliğatına və saxtakarlığına etiraz etmişdi. O, Qarabağın xaçpərəst əhalisinin erməni millətçilərinin zəhərli təbliğatı ilə beyinlərinin yuyulması haqda danışırdı.

"Çox əsrlər ərzində Qarabağ ərazisi müxtəlif müharibələr və toqqumalara səhnə olub. Bu proses nəticəsində Qafqaz Albaniyasının qədim hissəsi olan bölgənin mədəniyyəti, məbədlər, arxitektura abidələri və xalqların mirası dağıdılıb. Qədim miras hazırda erməni mədəniyyəti və tarixinə aid edilib", - deyə Ağacanov müraciətində bildirirdi.

Qarabağın Azərbaycana məxsus olduğu dediyi üçün...

"Kafkasplus" Qarabağ xaçpərəstlərinin bioloji olaraq Azərbaycana yaxın olduğunu yenidən vurğulayır və yazır ki, erməni millətçilərinin terroruna görə onların çoxu əsil kimliyini gizlədir: "Son 25-30 ildə erməni millətçilərinə qarşı çıxan çoxsaylı fəal, siyasətçi, ictimai xadim ya məhv edilib, ya da qorxudulub. Lyuba adlı fəal Qarabağın ermənilərə aid olmadığını və Azərbaycanı tərkib hissəsi olduğunu dediyi üçün dəhşətli təhlükələrlə üzləşdi. Bu gün Ermənistanda Qarabağdan olanlara "ikinci növ" insan kimi baxırlar, onları aşağılayırlar. Hansı ki, bu insanlar erməni olmadıqlarını bildikləri halda qorxudan susurlar. Lakin həqiqəti gizlətmək yox, mübarizə aparmaq lazımdır. Dünya ictimaiyyəti, beynəlxalq təşkilatlar – BMT, UNESCO erməni zülmünün qarşısını almalıdır".

Mənbə: publika.az


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 4017   Tarix: 17 may 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycana dövlət səfərinə gəlib - YENİLƏNİB

Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 24-də Azərbaycan Respublikasına dövlət səfərinə gəlib. AZƏRTAC xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Qırğız Respublikasının Prezident

24 aprel
.

Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar

Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb və Füzuli şəhərinin Baş planı ilə tanış olublar. Bununla bağlı məlumat yayıb

25 aprel
.

Nazir direktoru işdən çıxardı

Valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 1 nömrəli tam orta internat məktəbinin direktoru İsmayıl Əliyev vəzifəsindən azad edilib. "Unikal"ın əldə etdiyi məlumata görə, bununla bağlı elm və təhsil naziri Emin Əmrullayev əmr imzalayıb. Hələlik direktor vəzifəsinə təyinat yoxdur

25 aprel
.

İlham Əliyev və Vladimir Putinin BAM veteranları ilə görüşü olub - YENİLƏNİB + VİDEO

Aprelin 22-də Moskvada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin Baykal-Amur magistralının 50 illik yubileyi münasibətilə dəmir yolu sahəsinin veteranları və işçiləri ilə birgə görüşü olub. Bu barədə məlumatı Azərbaycan Prezidentinin Mətbua

22 aprel
.

Prezident: "Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar"

"Bu gün biz bəzi ölkələrdən Azərbaycana qarşı əsassız hücumları görürük. Biz cavab tədbirləri görürük". AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev aprelin 23-də ADA Universitetində keçirilən "COP29 və Azərbaycan üçün Yaşıl Baxış" mövzusunda beynəlxalq forumd

23 aprel
.

Rusiya Qarabağdakı abidələrlə bağlı məsələlərin həllində Bakı və İrəvana yardım göstərməyə hazırdır

"Rusiya Qarabağ ərazisində dağıdılmış abidələrlə bağlı məsələlərin həllində Azərbaycan və Ermənistana kömək göstərməyə hazırdır". Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova brifinqdə bildirib. "Ermənistan və Azərbaycan arasında mədəni abidələrin, tarixi abidələrin v

25 aprel
.

Qırğızıstan Prezidenti Sadır Japarov Füzuli rayonuna gedib

Azərbaycan Respublikasında dövlət səfərində olan Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 25-də Füzuli rayonuna gəlib. xəbər verir ki, Füzuli Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Qırğız Respublikasının Prezidenti Sadır Japarovu Azərbaycan Respublikasını

25 aprel
.

"Sülhməramlılar üçün Qarabağda heç bir funksiya qalmamışdı" - Peskov

"Rusiya sülhməramlıları Qarabağı tərk etdilər, çünki onlar üçün regionda artıq heç bir funksiya qalmamışdı". "Qafqazinfo" xəbər verir ki, bunu Birinci Kanalda Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib. Onun sözlərinə görə, vəziyyət Ermənistanın Azərbaycan sərhədlərin

22 aprel
.

Prezident: "Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər göstərilir"

"Cənubi Qafqazda ayırıcı xətləri çəkmək üçün bəzi cəhdlər göstərilir. Məhz bu səbəbdən Avropa Komissiyasının sədri, ABŞ-nin Dövlət katibi və Ermənistanın baş nazirinin tarixdə görünməmiş Brüssel görüşündən narahatlığımızı bildirdik". AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Prezident

23 aprel