Avtomobil almaq istəyənlər mütləq oxuyun - Artıq...

Avtomobil almaq istəyənlər mütləq oxuyun - Artıq..."Azərbaycanda avtomobil bazarında müşahidə edilən çöküş əvvəlki aylarda olduğu kimi davam edir".
Bu haqda məlumat verən Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Ramil Osmanlı deyib ki, yaxın vaxtlarda bu sahədə hansısa irəliləyişin əldə olunacağı gözlənilmir:
"Dolların məzənnəsinin möhkəmlənməsi səbəbindən avtomobil bazarı üzrə qiymət artımı bahalaşmanın tərkib hissəsidir. Son 1 ildə xüsusilə ikinci əl avtomobillərin qiymətində əvvəlki illərlə müqayisədə artım müşahidə edilir. 2000-ci ilə qədər istehsal olunmuş avtomobillərdə 10-15 faiz, 2000-2009-ci illərdə istehsal olmuş avtomobillərdə 20 faizə qədər, 2009-2015-ci illərdə istehsal olunan avtomobillərdə isə qiymət artımları 20-30 faiz arasında dəyişir.
R.Osmanlı avtomobil bazarında müşahidə edilən mənfi tendensiyanı həm də əhalinin alıcılıq qabailiyyətinin aşağı düşməsi ilə əlaqələndirib:
"2013-2014-cü illərdəki göstəricilərlə müqayisədə hazırda idxal 10 dəfə azalıb. 2015-ci ilin göstəricilərilə müqayisədə isə indiki idxal 5-6 dəfə aşağıdır. Həm idxalın azalması, həm dolların çox sürətlə manata nisbətdə möhkəmlənməsi avtomobil bazarına da öz təsirini göstərib. Bu səbəbdən də qiymətlər artıb. Həm də əvvəlki illərlə müqayisədə avtomobil alanların sayında da xeyli azalma müşahidə olunub. 2013-2014-cü illərdə Azərbaycana təxminən 100 min avtomobil idxal olunub və gətirilən avtomobillərin 80 faizini minik avtomobilləri təşkil edib. İndi isə bu rəqəm 10 min avtomobil ətrafında dəyişir. Bu o deməkdir ki, əvvəlki illərlə müqayisədə tələb 8-10 dəfə aşağı düşüb".

Mənbə: Modern.az


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
İqtisadiyyat   Baxılıb: 3088   Tarix: 18 may 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Dövlət qurumunun əməkdaşlarının maaşları ARTIRILDI

"Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının məbləğləri"ndə dəyişiklik edilib. -ın xəbərinə görə, Nazirlər Kabineti bu barədə qərar verib. Bu Qərar 2024-cü il yanvarı

27 fevral
.

Azərbaycanda dollarla bağlı VACİB AÇIQLAMA

"Mərkəzi Bankın bu gün təşkil etdiyi hərracda 79,4 milyon dollarlıq sifariş qeydə alınıb. Bütövükdə, mart ayının geridə qalan günlərində hərraclarda 227.4 milyon dollar satılıb". xəbər verir ki, bu sözləri millət vəkili Vüqar Bayramov bildirib. Deputat əlavə edib ki, bu ilin ilk 2 ayı, xüsusə

12 mart
.

Azərbaycan nefti ucuzlaşıb

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,75 ABŞ dolları, yaxud 0,86 % azalaraq 87,17 ABŞ dolları təşkil edib. Bu barədə "Report"a neft bazarındakı mənbə məlumat verib. Hərracların nəticələrinə görə, "Brent" markalı neftin may fyuçerslərini

22 mart
.

Azərbaycanda elektrik mühərrikli nəqliyyat vasitələrindən istifadənin təşviqi ilə bağlı SƏRƏNCAM

Prezident İlham Əliyev elektrik mühərrikli nəqliyyat vasitələrindən istifadənin təşviq edilməsi haqqında Sərəncam imzalayıb. Bu barədə xəbər verir. Sərəncamda qeyd olunur ki, karbon emissiyalarının azaldılmasında, enerji səmərəliliyinin yüksəldilməsində və nəqliyyat sənayesində innovasiyaların təşviqind

7 mart
.

Cahangir Əsgərovun həyat yoldaşına yeni vəzifə verildi

AZAL-ın keçmiş prezidenti Cahangir Əsgərovun həyat yoldaşı Zərifə Həmzəyeva yeni vəzifə verilib. Bu barədə İqtisadiyyat.az məlumat yayıb. Bildirilib ki, o, "Caspian Energy Club"ın İdarə Heyətinin yeni tərkibində yer alıb

6 mart
.

Bank sektorunun aktivləri ilk rübdə 241 milyon manatdan çox azalıb

2024-cü il aprel ayının 1-nə Azərbaycan bank sektorunun aktivləri 48 milyard 909,9 milyon manat təşkil edib. APA xəbər verir ki, bu 2024-cü ilin əvvəli ilə müqayisədə 0,5% və 241,3 milyon manat azdır. Bu ilin əvvəlində yerli bankların cəmi aktivləri 49 milyard 151,2 milyon manata bərabər olub. Bu dövrd

20 aprel
.

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

2024-cü ilin yanvar-mart ayları ərzində Azərbaycanda nərə balığından hazırlanan qara kürünün həcmi açıqlanıb. Bu barədə -a Dövlət Statistika Komitəsindən bildirilib. 2024-cü ilin ilk üç ayında Azərbaycanda 103,1 kq nərə balığı kürüsü istehsal edilib. Bu göstəricinin həcmi ötən ilin müvafiq dövrü il

24 aprel
.

İnvestorların DİQQƏTİNƏ: Türkiyədən gələn məhsullar ucuzlaşa bilər? - AÇIQLAMA

Azərbaycanla Türkiyə arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutma ləğv edilir. Türkiyədən gələn məhsullar ucuzlaşa bilər? . Məsələ ilə bağlı iqtisadçı Xalid Kərimli -a açıqlama verib. O bildirib ki, Türkiyədən gələn heç bir məhsul ucuzlaşmayacaq:. "Azərbaycanla Türkiyə arasınd

23 aprel
.

Şokoladın qiyməti dəyişəcək? - VİDEO

Şokolad qiymətlərində kəskin artım gözlənilir. Çünki şokoladın əsas inqrediyenti olan kakaonun dünya bazarlarında dəyəri tarixdə ilk dəfə olaraq bir ton üçün 10 min dollar həddini keçərək rekorda imza atıb. İqtisadçı Eldəniz Əmirov bildirib ki, kakaonun qiymətinin dünya bazarlarında artması təbii şokoladları

29 mart