Azərbaycanda qaynatası ilə qaynanasını öldürən Bayramla bağlı ELƏ QƏRAR VERİLDİ Kİ...

Azərbaycanda qaynatası ilə qaynanasını öldürən Bayramla bağlı ELƏ QƏRAR VERİLDİ Kİ...Sumqayıt Apellyasiya Məhkəməsində qayınana və qayınatasını öldürməkdə təqsirləndirilən Bayram Həsənovun apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Hakim Mübariz Zeynalovun sədrliyi ilə keçirilən prosesdə verilən qərara əsasən, B.Hüseynovun apellyasiya şikayəti təmin edilməyib, Bakı Ağır Cinayətlər Məhkəməsinin 2014-cü il iyulun 17-də çıxardığı hökmü dəyişdirilmədən qüvvədə saxlanılıb.

İttiham aktına əsasən, qətl hadisəsi 2013-cü ilin yanvarın 2-də, Abşeron rayonu Novxanı bağlar massivində baş verib. Belə ki, 36 yaşlı Bayram Həsənov qayınanası Rəfiqə Hüseynovanı və qayınatası Nəzər Hüseynovu öldürüb. B.Həsənov hadisədən əvvəl qohumlarının kirayədə yaşadığı evə gəlib onlarla mübahisə edib. Mübahisə zamanı B.Həsənov özü ilə gətirdiyi ov tüfəngi ilə atəş açaraq qayınanası və qayınatasını öldürüb. O, hadisəni törədəndən sonra qaçıb. Abşeron Rayon Polis İdarəsinin əməkdaşları onu Binəqədi rayonu ərazisində saxlayıb.

O, ilkin ifadəsində deyib ki, 3 ilə yaxındır ailəsində problemlər var. Bir neçə gün əvvəl isə B.Həsənovun 7 il birlikdə yaşadığı həyat yoldaşı Gülnar Həsənova azyaşlı qızlarını da götürərək ata evinə gedib. Bundan sonra isə münasibətlər daha da gərginləşib. Münasibətlərə aydınlıq gətirmək üçün qohumlarının evinə gələn B.Həsənov burada onlarla mübahisə edib. O, mübahisə zəminində əvvəl havaya atəş açıb, ardıcıl olaraq əvvəl qayınanasını, sonra da qayınatasını odlu silahla qətlə yetirib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə B.Həsənov ömürlük azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib. O, barəsində olan hökmün dəyişdirilməsini və cəzasının müddətli cəza ilə əvəz edilməsini xahiş edib.

Sumqayıt Apellyasiya Məhkəməsində hakim İlham Həsənovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin apellyasiya şikayəti üzrə qərar elan edib. Hökmə əsasən, ona 20 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilib. Onun cəzasının ilk 2 ilini həbsxanada, qalan hissəsini isə ciddi rejimli cəza çəkmə müəssisəsində çəkməsi barədə qərar qəbul edilib.
Daha sonra dövlət ittihamçısı B.Həsənovuun cəzasının ağırlaşdırılması ilə bağlı protest verib. Ali Məhkəmə isə Sumqayıt Apellyasiya Məhkəməsinin çıxardığı hökmünü ləğv edərək, cinayət işini yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarıb.
///Report


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Hadisə   Baxılıb: 2128   Tarix: 18 may 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Bakı metrosunda qorxulu anlar - VİDEO

Bu gün Bakı metrosunda qorxulu anlar yaşanıb. -in xəbərinə görə, bir nəfər metronun "Gənclik" stansiyasında qatar yoluna düşüb. Sözügedən şəxs digər şəxslərin müdaxiləsindən sonra platformaya çıxarılıb. "Bakı Metropoliteni" QSC-nin Mətbuat Xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat

1 may
.

Kəlbəcərdə yol qəzasında bir hərbçi həlak olub, bir neçəsi xəsarət alıb - YENİLƏNİB

Mayın 3-də Kəlbəcər rayonu ərazisində şəxsi avtomobilin qəzaya uğraması nəticəsində xəsarət alan hərbi qulluqçu Əhmədov Fuad Cəlal oğlu vəfat edib. Bu barədə -a Müdafiə Nazirliyindən bildirilib. Məlumata görə, qəza nəticəsində xəsarət alaraq yaxınlıqdakı hərbi tibb müəssisəsinə təxliyə edilən digər hərb

3 may
.

Türkiyə ordusunun hərbçisi şəhid olub

Türkiyə Silahlı Qüvvələrinin hərbçisi İraqın şimalında şəhid olub. "Report" xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyindən bildirilib. Qeyd olunub ki, ötən gün 'Pəncə-Kilid" əməliyyatı bölgəsindəki posta ildırım düşməsi nəticəsində Türkiyə Silahlı Qüvvələrinın hərb

5 may
.

Vətəndaş ona hədiyyə edilən ov tüfəngini könüllü polisə təhvil verdi

Abşeron rayonu, Masazır qəsəbəsində yaşayan bir nəfər Abşeron Rayon Polis İdarəsinə müraciət edərək əmisi oğlunun hədiyyə etdiyi sənədləri olmayan ov tüfəngini könüllü təhvil vermək istədiyini bildirib. Bu barədə -a Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, vətəndaşa nümunəvi hərəkətin

28 aprel
.

Yataqda telefondan istifadə edənlərə XƏBƏRDARLIQ

Müasir texnologiyalar həyatımızı kökündən dəyişdirərək, diqqətimizi və marağımızı günün istənilən vaxtında, hətta gecə saatlarında da qadcet ekranlarına yönəldib. Bununla belə, alimlər bunun sağlamlıq üçün ciddi fəsadlara səbəb olacağı barədə xəbərdarlıq edirlər. xarici KİV-ə istinadən təhlükənin əsa

7 may
.

Dördüncü kurs tələbəsi vəfat etdi

Bakı Slavyan Universitetinin tələbəsi vəfat edib. Bu barədə Azərbaycan Universitetləri səhifəsi məlumat yayıb. Bildirilib ki, universitetin Sosial Elmlər fakültəsinin IV kurs tələbəsi Fidan Nəcəfova uzun sürən xəstəlikdən sonra vəfat edib.( )

4 may
.

Hacıqabulda 17 yaşlı qız qızılcadan ölüb

Hacıqabul sakini olan 17 yaşlı qız qızılcadan ölüb. APA-nın məlumatına görə, Hacıqabul rayonunun İkinci Udulu sakini, 2007-ci il təvəllüdlü Ayişə Eyvaz qızı Qarayeva gecə saatlarında qızılca diaqnozu ilə Şirvan xəstəxanasına yerləşdirilib. Vəziyyəti ağırlaşan 17 yaşlı xəstə Bakıya aparılarkən yolda ölü

5 may
.

Abşeronda 49 yaşlı qadın qətlə yetirilib: Əri saxlanılıb

Aprelin 28-də saat 22:30 radələrində Abşeron rayonu ərazisində 1976-ci il təvəllüdlü Ağayeva Sevincin kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb. Bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinə

28 aprel
.

İlahiyyat İnstitutunun gənc məzunu vəfat etdi

Azərbaycanda İlahiyyat İnstitutunun keçmiş tələbəsi vəfat edib. xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb. Bildirilib ki, Azərbaycan İlahiyyat İnstitutunun təhsil göstəricilərinə görə fərqlənən gənc məzunu Günel Aslanova uzun sürən xəstəlikdən sonra vəfat edib

28 aprel