Təcilli! Erməni ordusuna növbəti raket zərbəsi

Serj Sarkisyan, Robert Koçayran, Bako Saakyan, Seyran Ohanyan, Zori Balayan Azərbaycan ordusunun hədəfində

"Ermənistanda ciddi təşviş var və keçmiş hərbçi Vova Vartanovun mətbuat konfransında dedikləri bunun bir nümunəsidir".

Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin keçmiş əməkdaşı, polkovnik-leytenant Üzeyir Cəfərov bildirib.

"Baş verənləri nə qədər gizlətməyə çalışsalar da, Ermənistanda ciddi çaxnaşma yaradıb".
"Təbii ki, bu məsələdə "OSA" zenit raket kompleksinin (ZRK) vurulması əsas rol oynayıb. Həmçinin, Azərbaycan ermənilərə işləyən casus şəbəkəsini zərərsizləşdirib ki, bu da onların Azərbaycana qarşı diversiya imkanlarını aşağı salıb. Buna görə də çox narahatdırlar, itkilərini ictimaiyyətə izah edə bilmirlər. Baş verənləri nə qədər gizlətməyə çalışsalar da, Ermənistanda ciddi çaxnaşma yaradıb. Aprel döyüşlərindən sonra ermənilər ordunu gücləndirmələri, Azərbaycan ordusunun hər addımını nəzarətdə saxlamaları barədə çox basıb-bağlayırdılar.

Ermənistanda çaxnaşma o qədər böyük olub ki, ilk diversiya kəşfiyyat dəstəsinin komandiri Vova Vartanov xüsusi mətbuat konfransı keçirərək Azərbaycanı birdəfəlik məhv etməyə çağırıb. O, Azərbaycan ordusunun daha yaxşı təchiz olunduğunu da gizlətməyib:

"Biz həmişə onlardan pis silahlanmışıq. Onların neft dollarları hesabına disbalans davam edir. O həmişə olacaq, çünki türklər varlıdır. Mən, ümumiyyətlə bu dövləti məhv etməyə, parçalamağa çağırıram", - deyə Vartanov Azərbaycan barədə xam xəyallarını açıqlayıb.

O hətta bunu necə etməyin "yollarını" da göstərib. Onun fikrincə, Ermənistan ordusu təlimləri Azərbaycana oxşar ərazilərdə aparmalıdır, Azərbaycandakı bütün dilləri öyrənməlidir və s. Erməni kəşfiyyatçı azərbaycanlıların döyüş qabiliyyətini də etiraf edib: "Türklər də yaxşı döyüşçülərdir. Amma bizim üstünlüyümüz motivasiyamızdadır. Biz qəhrəman olmağa məcburuq", - deyərək erməniləri ruhlandırmağa, ölkədə yaranmış çaxnaşmanı yatırmağa çalışır.

Təbii ki, Vova Vartanov qeyri-rəsmi şəkildə Ermənistan müdafiə nazirliyinə dəstək verir. Nazirlik isə "OSA" ZRK-ya cüzi zərər dəydiyini, hadisə nəticəsində insan tələfatı olmadığını iddia edir. Lakin ermənilərin yalan danışdığına hətta Rusiya mətbuatı belə diqqət yetirib. Rusiyalı jurnalist Mixail Belyayev "Vestnik Kafkaza" portalında yazdığı məqaləsində video görüntüyə əsasən bildirir ki, hadisə zamanı "OSA" ZRK-nın bütün heyət üzvləri həlak olub:

"Aydın görünür ki, raketin düşməsi zamanı pelenqator fırlanır, bu, heyət üzvlərinin içəridə olması deməkdir. Həm də video yazıdan aydın olur ki, bu nisbi xəsarət deyil, tam məhv etmədir. Ehtimal edilir ki, Azərbaycan ordusu növbəti dəfə İsrail istehsalı olan radioidarəli "Spayk" raketlərindən istifadə edib. Bu raketlərin effektivliyi 2016-cı ilin aprel döyüşlərində nümayiş etdirilmişdi".

Üzeyir Cəfərov Azərbaycanın "Spayk" raketlərindən daha effektiv istifadəsinin vacibliyini vurğulayır:

"Azərbaycan bəzi erməni liderlərə qarşı cinayət işi qaldırıb. Amma tutduqları vəzifə sayəsində onları həbs edə bilmir. Qarabağdakı işğal rejiminin rəhbəri Bako Saakyan, elə Serj Sarkisyan özü Xocalı soyqırımının əsas cinayətkarlarındandır. Bu cinayətkarları Azərbaycana məxsus Dağlıq Qarabağ ərazisində "Spayk" raketləri ilə vurmaq lazımdır. Azərbaycan Dağlıq Qarabağın hər qarışını nəzarətə götürməli və beynəlxalq birliyə göstərməlidir ki, bura öz ərazisidir".

Düzdür, Azərbaycan Bako Saakyan kimi cinayətkarları zərərsizləşdirərsə, Ermənistan bu faktı gizlətməyə çalışacaq. Yaxud da son günlərdə olduğu kimi, yalandan iddia edəcək ki, əks hücumla çox sayda Azərbaycan əsgəri qətlə yetirib. Amma bununla belə, Azərbaycan Serj Sarkisyan, Robert Koçayran, Bako Saakyan, Seyran Ohanyan, Zori Balayan, Samvel Babayan kimi dinc əhaliyə qarşı hərbi cinayətlər törətmiş qatilləri məhz işğal edilmiş Azərbaycan ərazisində cəzalandırmalıdır. Çünki, qisas qiyamətə qala bilməz.
Təcilli! Erməni ordusuna növbəti raket zərbəsiTəcilli! Erməni ordusuna növbəti raket zərbəsiMənbə: istipress


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 5562   Tarix: 18 may 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Bizim qarşımızda dövlət maskası geyinən terrorçu-cinayətkar qruplaşma var" - Politoloq

Xəbər verdiyimiz kimi Qazax rayonu ərazisində mina hadisəsi baş verib. Minaya düşən Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu İsmayılov Vüsal İntiqam oğlunun müalicəsi hazırda Reanimasiya şöbəsində davam etdirilir, vəziyyəti ağır qiymətləndirilir. Məsələ ilə bağlı politoloq Tural İsmayılov -a açıqlam

29 aprel
.

Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub - YENİLƏNİB + FOTO

Aprelin 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qırğız Respublikasının Prezidenti Sadır Japarov ilə məhdud tərkibdə görüşü olub. Bununla bağlı məlumat yayıb. 11:49. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qırğız Respublikasının Prezidenti Sadır Japarov ilə məhdud tərkibd

24 aprel
.

Növbəti delimitasiya zamanı hansı kəndlər QAYTARILACAQ? - Açıqlama

Xəbər verdiyimiz kimi, 2024-cü il aprelin 23-də Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sərhəddə yerdəki geodeziya ölçmələrinə əsaslanaraq koordinatların dəqiqləşdirilməsi prosesi çərçivəsində ilk sərhəd dirəyi quraşdırılıb. İki ölkənin ekspert qruplarının işi davam edir. Hansı əraziləri

25 aprel
.

Prezident: "Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar"

"Bu gün biz bəzi ölkələrdən Azərbaycana qarşı əsassız hücumları görürük. Biz cavab tədbirləri görürük". AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev aprelin 23-də ADA Universitetində keçirilən "COP29 və Azərbaycan üçün Yaşıl Baxış" mövzusunda beynəlxalq forumd

23 aprel
.

İlham Əliyev və Putin görüşünün kadrarxası görüntüləri - Video

Məlum olduğu kimi, Azərbaycan Prezidenti İlham Əliyev aprelin 22-də Moskvaya rəsmi səfər edib və Rusiya lideri Vladimir Putinlə görüşüb. "Qafqazinfo" xəbər verir ki, Rusiya mediası liderlərin görüşünə dair yeni və əsasən kadrarxası görüntüləri yayıb. Sözügedən görüntüləri isə "Rossiy

29 aprel
.

Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar

Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar. Bununla bağlı məlumat yayıb

25 aprel
.

İlham Əliyevin Berlində Olaf Şolts ilə geniş tərkibdə görüşü başlayıb

Aprelin 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Berlində Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts ilə geniş tərkibdə görüşü başlayıb. Bununla bağlı AZƏRTAC məlumat yayıb

26 aprel
.

Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər

Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov birgə nahar ediblər. xəbər verir ki, dövlət başçılarına şəhərin Baş planı barədə məlumat verilib

25 aprel
.

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamda məktəbin təməlqoyma mərasimində iştirak ediblər

Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdam rayonunun Xıdırlı kənd tam orta məktəbinin birgə təməlqoyma mərasimində iştirak ediblər. Bununla bağlı AZƏRTAC məlumat yayıb

25 aprel