ANS-in qeyri-adi müraciəti ilə bağlı - Açıqlama

ANS-in qeyri-adi müraciəti ilə bağlı - AçıqlamaYayımı dayandırılımış ANS telekanalının kollektivi 14 il öncə dünyasını dəyişən eks-prezident Heydər Əliyevə müraciət ünvanlayıb. ANS kollektivinin bir qisminin də çalışdığı istipress.com saytında dərc olunan müraciətdə onların səslərinə səs verilmədiyi və problemlər içərisində olduqları qeyd olunub.

Müraciətdə deyilir ki, artıq 10 aydır keçmiş Sovetlər Birliyinin ilk müstəqil televiziya və radiosu bağlanıb. Kollektiv telekanalın arxivini əldə edə bilmədiklərindən şikayətlənib. "Arxivimizə girişimizə yasaq qoyulub. Müstəqil jurnalistikamızın ən qabaqcıl nümayəndələrinin çalışdığı ANS-in əməkdaşları pərən-pərən düşüb. Müraciət etdiyimiz dövlət qurumları bizə yalnız sükutla cavab verirlər. Səs verdiyimiz prezidentə səsimiz gedib çatmır. ANS 25 illik keçmişindən məhrum edilib. Otaqlarımızın qapısı hüquq-mühafizə orqanlarının əmri ilə möhürlənib. Öz əmlakımıza əl vura bilmirik",- deyə müraciətdə qeyd olunur.

ANS Şirkətlər Qrupu prezidentinin media üzrə müşaviri Mais Məmmədov "Yeni Müsavat"a bildirib ki, müraciəti heç də hansısa şəxsin fikri saymaq doğru deyil: "Bu müraciət tamamilə kollektivin fikridir. Orada yazılanlar nə mənim, nə Mir Şahinin, nə Vaqifin, nə də Seyfullanın sözləridir. Bütün vəziyyətimiz orada öz əksini tapıb. Bunun başqa cür izahı yoxdur. Biz çox pis vəziyyətdəyik və heç kim səsimizi eşitmir. ANS fəaliyyətdə olduğu zaman kollektiv işləyirdi, maaş alırdı və öz işlərini sevirdilər. Biz vaxtilə güllə altında işləmişik. Yaxşı, belə olan halda bizdən nə terrorist çıxar ki? Kim işləmirsə, yalnız onların fəaliyyətində nöqsan olmur. Biz işlədiyimiz üçün nöqsanlarımız da olub. Nöqsan olanda cərimə etmək, cəza vermək olar. Ancaq bağlamaq doğru deyil. Vəziyyətimiz çox pisdir".

Müraciətin hökumət tərəfindən necə qarşılanacağı barəsində isə Mais Məmmədovun fikirləri aşağıdakı kimidir: "Biz hökuməti söyməmişik, danlamamışıq, sadəcə olaraq, istəyirik ki, hökumət bizi eşitsin. Azərbaycan vətəndaşlarıyıq və buna da haqqımız var. Biz öz ölkəmizi çox sevirik və heç zaman aramızdan casus, terrorist çıxmayıb, çıxa da bilməz. 79 yaşım var, özüm də şəkər xəstəsiyəm. Ayaqda güclə durduğum halda, işdən çıxmamışam. Yeganə jurnalistəm ki, mənə deyirdi-filan yerə getmə, ancaq gedirdim. İrandan reportaj verdiyim zaman uşaqlarımın həyatı təhlükə altına düşmüşdü. Yəni bizim hər birimizin iş xatirəsi, tarixi var. Hər nə isə..."

Onu da qeyd edək ki, ANS Şirkətlər Qrupunun vitse-prezidenti, Mir Şahin Ağayev sosial şəbəkədə yazdığı statusda bildirib ki, ANS-i hakimiyyət yox, kütləvi laqeydlik bağlayıb: "Mənim davam hakimiyyətlə deyil, bu laqeydliklədir".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Hadisə   Baxılıb: 1559   Tarix: 19 may 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Ürəyi zəif olanlar baxmasın! - Bakıda ağırtonnajlı maşın qadının üzərindən keçdi - ANBAAN VİDEO

Aprelin 17-si saat 22 radələrində Binəqədi rayonunun Sulutəpə qəsəbəsi ərazisində N.Dadaşov idarə etdiyi "Howo" markalı avtomobillə yolun kənarı ilə hərəkət edən 35-40 yaşlı qadını vurub. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən -in sorğusuna cavab olaraq bildirilib. Qeyd olunu

22 aprel
.

Qubada müxtəlif təyinatlı kəsici-deşici alətlər satan şəxslər saxlanılıblar

Müxtəlif təyinatlı kəsici-deşici alətlərin satışı və gəzdirilməsinin ictimai təhlükəsizliyə aşkar təhdid yaratması nəzərə alınaraq, onların satışının qarşısının alınması istiqamətində Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən tədbir keçirilib. Bu barədə -a Daxili İşlər Nazirliyinin (DİN) Mətbua

27 aprel
.

Bakıda 56 yaşlı qadını avtomobil vurub

Bakının Nəsimi rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. "Report"un məlumatına görə, rayonun Həsən Əliyev küçəsində qeydə alınıb. Belə ki, avtomobil yolu keçən 1968-ci il təvəllüdlü Seyidova Sevda Tofiq qızını vurub. Yaralı təcili tibbi yardımın köməkliy

28 aprel
.

Bakıda restoranda yanğın olub: Üç nəfər tüstüdən zəhərlənib

Bakı şəhərinin Yasamal rayonunda restoranın çölündə quraşdırılmış bir ədəd kompressor yanıb. Bu barədə -a Fövqəladə Hallar Nazirliyindən bildirilib. Vurğulanıb ki, yanğın zamanı üç nəfər (restoranın işçiləri) tüstüdən zəhərlənib. Digər kompressorlar və restoran yanğından mühafizə olunub. Yanğın yanğında

28 aprel
.

Xaçmaz bazarında yanğın olub

Xaçmaz şəhərində yerləşən bazar ərazisində yanğın olub. Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Bildirilib ki, bazarda bir dam altında tikilən ümumi sahəsi 2500 m² olan 20 ədəd müxtəlif təyinatlı obyektdən 2 ədədinin dam örtüyünün taxta atmaları 215 m² sahədə və içərisində ik

21 aprel
.

Bakıda toydan çıxan rəqqasə qəzaya uğrayıb - FOTO

Bakının Xətai rayonu, Babək prospektində yol-nəqliyyat hadisəsi baş verib. APA xəbər verir ki, Jalə Hüseynova rəqqasə kimi işlədiyi yaxınlıqdakı şadlıq sarayından çıxaraq KIA markalı avtomobilinə əyləşib. Bu zaman onun avtomobilinə eyni istiqamətdən gələn KIA markalı maşın çırpılıb. Daha sonra həmi

28 aprel
.

13 il əvvəl yoxa çıxan 14 yaşlı qız gözlənilmədən evə qayıtdı

2010-cu il oktyabrın 20-də ABŞ-ın Texas ştatının Amarillo şəhərciyində itkin düşən 14 yaşlı Cessika Delqadillo qəflətən evə qayıdıb. -ın xarici mediaya istinadən verdiyi xəbərə görə, o, 13 il əvvəl məktəbə gedib və bir daha geri qayıtmayıb. Valideynlər dərhal polisə müraciət etsələr də, axtarışlar he

21 aprel
.

Ceyranbatan su kanalında batan 13 yaşlı oğlanın meyiti tapıldı

Aprelin 20-də Ceyranbatan su kanalının Sumqayıt şəhərinin "Stansiya Sumqayıt" adlanan ərazisindən keçən hissəsində batan yeniyetmənin cəsədi tapılıb. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Bildirilib ki, aprelin 20-də sözügedən ərazidə batan 2011-ci il təvəllüdl

27 aprel
.

Xaçmazda dönərxana yanıb

Xaçmaz şəhərində yanğın baş verib. APA xəbər verir ki, Xaçmaz bazarının yaxınlığında yerləşən dönərxana qəfil alışıb. Əraziyə FHN-in canlı qüvvəsi və texnikası cəlb olunub. Hazırda yanğının məhdudlaşdırılması istiqamətində iş aparılır

21 aprel