Son dəqiqə! İlham Əliyev mühüm FƏRMAN imzaladı

Son dəqiqə! İlham Əliyev mühüm FƏRMAN imzaladıAzərbaycan Prezidenti İlham Əliyev "Valyuta tənzimi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2017-ci il 25 aprel tarixli 649-VQD nömrəli Qanununun tətbiqi haqqında fərman imzalayıb.

Fərmana əsasən, Azərbaycan Respublikasının Nazirlər Kabinetinə Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının "Valyuta tənzimi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikası Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək, Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək tapşırılır.

Fərmana əsasən, Azərbaycan Respublikasının Nazirlər Kabineti mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlamalı və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat verməli, qeyd edilən Qanundan irəli gələn digər məsələləri həll etməlidir.

2. Müəyyən edilsin ki:

Fərmana əsasən müəyyən edilir:

- "Valyuta tənzimi haqqında" Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin 5-ci hissəsində, 13-2.5-ci və 13-10.1-ci maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

- həmin Qanunun 3-cü maddəsinin 9-cu hissəsində və 13-1.2.6-cı maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Vergilər Nazirliyi həyata keçirir;

- həmin Qanunun 13-1.2.7-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi həyata keçirir;

- həmin Qanunun 13-11.1-ci maddəsində "rəsmi dövri mətbu nəşr" dedikdə "Azərbaycan" və "Xalq qəzeti" qəzetləri nəzərdə tutulur;

Həmin Qanunun 13-10.1-ci maddəsində nəzərdə tutulmuş girov vəsaitinin məbləği:

- Bakı şəhərində 50000 (əlli min) manat və 50000 (əlli min) ABŞ dolları;

- Abşeron rayonunda, Sumqayıt və Gəncə şəhərlərində 25000 (iyirmi beş min) manat və 25000 (iyirmi beş min) ABŞ dolları;

- bu Fərmanın 2.5.1-ci və 2.5.2-ci yarımbəndlərində nəzərdə tutulan inzibati ərazi vahidləri istisna olmaqla, digər şəhər və rayonlarda, habelə Naxçıvan Muxtar Respublikasında 10000 (on min) manat və 10000 (on min) ABŞ dollarıdır.

Fərmana əsasən, Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasına üç ay müddətində aşağıdakı normativ xarakterli aktları qəbul edib həmin aktların Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək tapşırılır.

Həmçinin Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası:

- "Valyuta tənzimi haqqında" Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin 5-ci hissəsinə uyğun olaraq, Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla, valyuta əməliyyatlarının aparılması qaydasını;

- həmin Qanunun 3-cü maddəsinin 9-cu hissəsinə uyğun olaraq, Azərbaycan Respublikasının Vergilər Nazirliyi ilə razılaşdırmaqla, valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslər tərəfindən valyuta mübadiləsi əməliyyatları üzrə gəlirlərin və xərclərin uçotunun aparılması qaydasını;

- həmin Qanunun 13-1.1-ci maddəsinə uyğun olaraq, valyuta mübadiləsi fəaliyyətinə lisenziyanın alınması üçün ərizənin formasını;

- həmin Qanunun 13-9-cu maddəsinə uyğun olaraq, valyuta mübadiləsi fəaliyyətinə nəzarətin həyata keçirilməsi qaydasını;

- həmin Qanunun 13-10.4-cü maddəsinə uyğun olaraq, girov vəsaitinin geri alınmasına dair rəyin formasını;

3.2. valyuta mübadiləsi əməliyyatlarının aparılması qaydasında valyuta mübadiləsi əməliyyatlarının həyata keçirilməsi üçün təşkilati, texniki təchizat və təhlükəsizlik tələblərini, valyuta mübadiləsi əməliyyatları üzrə uçotun, hesabatın və sənədləşmənin vahid formalarını, onların təqdim olunması qaydasını və müddətlərini, valyuta mübadiləsi fəaliyyəti həyata keçiriləcək obyektlərin yerləşəcəyi əraziləri, habelə həmin Qanunun 13-1.2.9-cu maddəsində nəzərdə tutulan təsdiqedici sənədlərin siyahısını müəyyən etməlidir;

Fərmana əsasən, yerli icra hakimiyyəti orqanlarına Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi və Maliyyə Bazarlarına Nəzarət Palatası ilə razılaşdırmaqla, onlara aid inzibati ərazi vahidlərinin ərazilərində valyuta mübadiləsi fəaliyyəti həyata keçiriləcək obyektlər üçün Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasına müvafiq yerlərin ayrılmasını bir ay müddətində təmin etmək tapşırılır.

Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların "Valyuta tənzimi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat verməlidir.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 6588   Tarix: 19 may 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Rusiya Qarabağdakı abidələrlə bağlı məsələlərin həllində Bakı və İrəvana yardım göstərməyə hazırdır

"Rusiya Qarabağ ərazisində dağıdılmış abidələrlə bağlı məsələlərin həllində Azərbaycan və Ermənistana kömək göstərməyə hazırdır". Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova brifinqdə bildirib. "Ermənistan və Azərbaycan arasında mədəni abidələrin, tarixi abidələrin v

25 aprel
.

İlham Əliyev: "Ermənistan Naxçıvan Muxtar Respublikası ilə yol əlaqəsini qurmaq imkanını bloklayır"

"Zəngəzur dəhlizinə gəldikdə, qeyd etdiyiniz kimi, 2020-ci il noyabrın 10-da imzalanmış Üçtərəfli Bəyanatda bu məsələ aydın şəkildə əks olunur. Bəli, "Zəngəzur dəhlizi" sözü orada qeyd olunmayıb. Lakin yazılıb ki, Azərbaycanın şərq hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında yo

23 aprel
.

Prezident və birinci xanım Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndərib

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Azərbaycanın ilk ombudsmanı Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndərib. Report-a istinadən xəbər verir ki, əklil mərhumənin məzarı üstünə qoyulub

25 aprel
.

Növbəti delimitasiya zamanı hansı kəndlər QAYTARILACAQ? - Açıqlama

Xəbər verdiyimiz kimi, 2024-cü il aprelin 23-də Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sərhəddə yerdəki geodeziya ölçmələrinə əsaslanaraq koordinatların dəqiqləşdirilməsi prosesi çərçivəsində ilk sərhəd dirəyi quraşdırılıb. İki ölkənin ekspert qruplarının işi davam edir. Hansı əraziləri

25 aprel
.

Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - Video

Xəbər verdiyimiz kimi, 24 il əvvəl ABŞ Dövlət Departamentinin xüsusi nümayəndəsi, Minsk Qrupunun həmsədri Keri Kavano tərəfindən ulu öndər Heydər Əliyevə təsəlli olaraq təqdim olunan Ağdam Cümə məscidinin bir parça daşı məscidə qaytarılıb. "Qafqazinfo"nun məlumatına görə, həmin həssas anlar

25 aprel
.

Azərbaycan Prezidenti: "Biz özümüzü həm Avropada, həm də dünyanın Şərq hissəsində rahat hiss edirik"

"Biz özümüzü həm Avropada, həm də dünyanın Şərq hissəsində rahat hiss edirik. Bu yerləşmə bizi narahat etmir". AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev aprelin 23-də ADA Universitetində keçirilən "COP29 və Azərbaycan üçün Yaşıl Baxış" mövzusunda beynəlxal

23 aprel
.

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamda məktəbin təməlqoyma mərasimində iştirak ediblər

Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdam rayonunun Xıdırlı kənd tam orta məktəbinin birgə təməlqoyma mərasimində iştirak ediblər. Bununla bağlı AZƏRTAC məlumat yayıb

25 aprel
.

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində SON DURUM

Ermənistanla Azərbaycan arasındakı şərti sərhədin Qazax istiqamətindən görüntülər yayılıb. Ermənistan mediasında yayılan kadrlarda hazırda işğal altında olan Bağanis Ayrım kəndində azərbaycanlılara məxsus viran qalmış evlər əks olunub. Həmçinin Ermənistan KİV-də bölgədə delimitasiya prosesinin aparılmasın

23 aprel
.

Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycana dövlət səfərinə gəlib - YENİLƏNİB

Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 24-də Azərbaycan Respublikasına dövlət səfərinə gəlib. AZƏRTAC xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Qırğız Respublikasının Prezident

24 aprel