Azərbaycanda proteindən ölüm faktı - İçək, ya içməyək?

Ötən gün Ağdam rayon sakini Sabir İbrahimovun protein qəbul etməsi nəticəsində dünyasını dəyişməsi həmin qidaların zərərli olub-olmaması məsələsini növbəti dəfə gündəmə gətirib.

Uzun zamandır, Azərbaycanda protein qidalarının insan orqanizminə mənfi və ya müsbət təsirləri barədə vahid fikir yoxdur. İdman məşqçiləri bunun heç bir ziyanı olmadığını bildirsələr də, həkimlər bu fikirlə qətiyyən razılaşmır. Elə dünən 36 yaşlı S. İbrahimovun da ölüm səbəbinin protein olduğunu həkimlər qeyd ediblər. Onlar bildirib ki, idmançı protein qəbul etməsinə görə qaraciyəri sıradan çıxıb.
"Qafqazinfo" məsələnin yenidən aktuallaşdığı bir məqamda idman məşqçisi Ceyhun Vəliyevə və həkim Turan Qurbanovaya müraciət edərək fikirlərini öyrənib.

Azərbaycanda proteindən ölüm faktı - İçək, ya içməyək?C. Vəliyev protein qəbul etməklə insanın qaraciyərinin yüklənmədiyini qeyd edib:
"Protein qəbulu zamanı qaraciyər və böyrəyin əlavə yüklənməsi mümkün deyil. Həkim Bərdədə vəfat edən idmaçının ölüm səbəbinin protein olduğunu necə deyə bilər? Proteinin ümumiyyətlə orqanizmə zərəri yoxdur. Həmin idmançı yəqin ki, insulin vurmaqdan, ya da sirop qəbul etməkdən dünyasını dəyişib. İdmançıların çoxu yarışlara hazırlaşan ərəfədə şəkər xəstələri üçün olan insulin iynəsindən istifadə edirlər ki, çəkiləri daha tez artsın. İnsulin şəkəri disbalans edir. Ola bilsin ki, ondan dünyasını dəyişib. Çünki bir müddət əvvəl poverliftinq idman növü üzrə çempionumuz Zərdüşt Həsrətov dünyasını dəyişdi. Həmin idmançı da insulindən vəfat etmişdi. İnsulini vurduqdan sonra 3 saat ərzində yatmaq olmaz. Həmin idmançı da insulini vurub yatmışdı. Yuxuda olan zaman da dünyasını dəyişmişdi. İndi bu idmançı da ya insulindən, ya da iynələrdən rəhmətə gedib".

O, əlavə edib ki, Azərbaycanda protein sahəsi üzrə ixtisaslaşmış konkret həkimlər yoxdur: "Ölkədə idman nutrioloqu yoxdur. Bir dəfə televiziyaların birində həkimlə də məsələni mübahisələndirmişdim. Hamısı elə bilirlər ki, protein qidaları iynə və ya dərmandır. Proteini canlı yayımda həkimə göstərib soruşdum ki, tərkibindəki hansı maddəyə görə bunun ziyanlı olduğunu deyirsiniz? O, proteinin tərkibinə baxdı, ancaq heç nə deyə bilmədi. Həkimlər heç proteinin tərkibini bilmirlər. İdman nutrioloqu olmadığına görə də istifadiçələrə məşqçilər yardım edir. Bu qidaları qəbul edənlər də məşqçiləri ilə məsləhətləşməlidirlər".

Azərbaycanda proteindən ölüm faktı - İçək, ya içməyək?Həkim Turan Qurbanovanın sözlərinə görə isə proteinin tamamilə zərərli olması haqqında konkret informasiya yoxdur:

"Adətən idmançılar bədənlərini gücləndirmək üçün uzun müddət və yüksək dozada protein qidalarından istifadə edirlər. Bu qidalar daha çox böyrəklərdə və qaraciyərdə pozğunluq yaradır. Belə ki, həmin qidalardan uzun müddət istifadə etdikdə böyrəklərin xroniki xəstəliyi yarana bilər. Bundan əlavə allergiya mümkündür (yəni, həmin qidanın tərkibində olan hər hansı zülala qarşı). Ola bilər ki, həmin zülalı bədən qəbul etməsin. Həmçinin bağırsaqlarda yaşayan mikrofloranı dəyişdirə bilər. Belə ki, bağırsaqda yaşayan bakteriyaların artmasına səbəb ola bilər ki, bu da bir bakterioza gətirib çıxarır. Bundan əlavə, köklük, abdonominal ağrılar baş verə bilər.

Qidalar böyrək vasitəsilə orqanizmdən xaric olunur. Ona görə də əsasən böyrəkdə pozğunluqlar yarada bilər. Həmçinin də qaraciyəri poza bilər. Qaraciyəri, yaxud böyrəyi sıradan çıxarması məsələsi isə individualdır. Belə ki, kimin hansı orqanizmi zəifdirsə, birinci növbədə ona təsir edir".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Hadisə   Baxılıb: 1557   Tarix: 19 may 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Bakıda 15 yaşlı məktəbli bıçaqlandı

Bakının Xətai rayonunda bıçaqlanma hadisəsi qeydə alınıb. APA xəbər verir ki, hadisə Əhmədli qəsəbəsində baş verib. Belə ki, 17 nömrəli məktəbin qarşısında 2007-ci il təvəllüdlü Rəsul Anar oğlu Hüseynov tanışı ilə mübahisə zamanı bıçaqlanıb. Yaralı Sabunçu Tibb Mərkəzinə yerləşdirilib. Yaxınlarının verdiy

12 may
.

Ağdaşda fərdi yaşayış evində yanğın baş verib - VİDEO

Ağdaşda fərdi yaşayış evində yanğın hadisəsi baş verib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, hadisə Ağdaş rayonu, H.Əliyev prospektində yerləşən fərdi yaşayış evində baş verib. Məlumatla əlaqədar əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Ağda

12 may
.

Leysan 28 nəfəri öldürdü

Leysan yağışlar İndoneziyanın Qərbi Sumatra əyalətində su basması və torpaq sürüşməsinə yol açıb. -ın "Reuters"-ə istinadən verdiyi məlumata görə, su basması və torpaq sürüşməsi nəticəsində azı 28 nəfər ölüb, 4 nəfər itkin düşüb. İndoneziya Təbii Fəlakətlərlə Mübarizə üzrə Milli Agentlik təbi

12 may
.

Bakıda yol qəzasında 4 nəfər xəsarət alıb

Bakının Nərimanov rayonunda dörd nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. "Report"un məlumatına görə, iki avtomobilin toqquşması nəticəsində sərnişinlər 2004-cü il təvəllüdlü İsayev Ömər Rövşən oğlu, 1989-cu il təvəllüdlü Heydərov Vəkil Adil oğlu, 1976-cı i

12 may
.

Bakıda dəhşət: Sahibsiz itlər azyaşlıya hücum etdilər - VƏZİYYƏTİ AĞIRDIR

Bakıda sahibsiz itlər azyaşlı qıza hücum ediblər. -ın əldə etdiyi məlumata görə hadisə Qaradağ rayonu, Lökbatan qəsəbəsi, "Qobu Park" yaşayış massivində qeydə alınıb. Belə ki, 2013-cü il təvəllüdlü Ə.M (ad, soyad şərtidir) bu gün axşam saatlarında həyətdə dostları ilə oynayarkən itlər ona hücu

11 may
.

24 yaşlı tibb bacısı xəstəxanada öldü - Müəmmalı hadisə - FOTO

İstanbulda özəl xəstəxanalardan birində tibb bacısı dünyasını dəyişib. haberler-ə istinadən xəbər verir ki, İstanbulda özəl xəstəxanalardan birində xəstə babası ilə birgə qaldığı iddia edilən 24 yaşlı tibb bacısı Selen Bilgin səhər saatlarında xəstəxana otağında ölü tapılıb. Hadisə ilə bağlı saxlanıla

18 may
.

Lənkəranda baş verən ZƏLZƏLƏNİN GÖRÜNTÜLƏRİ - DƏHŞƏTLİ VİDEO

Xəbər verdiyimiz kimi, bu gün Talış dağlıq zonasında 5.2 və 4.4 maqnitudalı iki zəlzələ qeydə alınıb. Zəlzələ Lənkəran və ətraf rayonlarda hiss edilib. Zəlzələ anına aid videolar sosial şəbəkələrdə yayılıb. Baş verən zəlzələ sakinlər arasında təşvişə də səbəb olub

12 may
.

Əyyar İmanov QƏFİL VƏFAT ETDİ

Rusiyada yaşayan gənc azərbaycanlı biznesmen qəfil vəfat edib. -a istinadən xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. Bildirilib ki, Sankt-Peterburq şəhərində biznes fəaliyyəti göstərən Əyyar İsmayıl oğlu İmanov bu gün dünyasını dəyişib. Onun nəşi sabah Bakıya gətirilərək dəfn ediləcə

18 may
.

XƏBƏRDARLIQ - Mayın 22-dən 25-dək...

Mayın ayının 19-u paytaxtda yenidən geomaqnit qasırğası müşahidə olunacaq. -ə istinadən xəbər verir ki, qasırğa gecə saatlarında öz təsirini göstərməyə başlayacaq. Növbəti gündən etibarən isə geomaqnit qasırğası səngiyəcək. Mayın 22-dən etibarən isə yenidən müşahidə olunmağa başlayacaq və bu hal ayı

18 may