Son dəqiqə! Türkiyədə tutulan 24 yaşlı azərbaycanlı İŞİD-çinin kimliyi bilindi atası onu ifşa etdi: "Oğlum illərdir..."

Son dəqiqə! Türkiyədə tutulan 24 yaşlı azərbaycanlı İŞİD-çinin kimliyi bilindi atası onu ifşa etdi: "Oğlum illərdir..."Xəbər verdiyimiz kimi, mayın 21-də Ankarada terror planlaşdıran azərbaycan əsilli İŞİD üzvü saxlanılıb. Onun ifadəsi əsasında keçirilən əməliyyat zamanı iki İŞİD terrorçusu məhv edilib. Hələlik onların kimlikləri açıqlanmayıb.

Türkiyə mətbuatının yaydığı məlumata görə, terrorçuları Ankaraya aparan və daha sonra İstanbula qayıdarkən yaxalanan şəxs Azərbaycan vətəndaşı Abhüseyn Cəlilovdur. O, Qusar rayonunun Yasab kəndinin sakinidir, 1993-cü ildə anadan olub.

A.Cəlilovun atası Ravil Cəlilov AzVision.az-a bildirib ki, oğlu Dağıstanda olduğu zaman İŞİD-çilərə qoşulub: "Abhüseyn üç il öncə Dağıstana işləməyə getmişdi. O, tikintidə işləyidi. Daha sonra onu Dağıstandan deportasiya etdilər. Abhüseyn orada olan zaman saqqqalılara qoşulmuşdu. Kəndə qayıdandan sonra saqqal saxlayırdı. Ailədə, qohumlarımız arasında heç kəs onun yolunu getməyib. Abhüseyni Dağıstanda olan saqqalı uşaqlar öz tərəflərinə çəkdilər. Oğluma həmişə deyirdim ki, saqqal saxlama, bu yoldan çəkil, öz yoluna qayıt. Başa salırdım ki, bu yolun sonu yoxdur. Məcbur edirdim ki, saqqalını kəssin".

R.Cəlilovun sözlərinə görə, oğlu Qazaxıstana işləmək üçün gedəcəyini gedərək hamıdan gizli Türkiyəyə yollanıb.

"Biz elə bilirdik ki, o, Qazaxıstana işləməyə gedir. Türkiyəyə getməsi barədə məlumatımız yox idi. O, bizi aldatdı. Mən və həyat yoldaşım onu bu yoldan çəkindirməyə çalışırdıq. Oğlumu evləndirmişdik. Fikirləşirdik ki, bu yoldan çəkinər. Həyat yoldaşı da onun yolunu tutdu".

Qeyd edək ki, Ankarada öldürülən terrorçuların hakim AKP-nin ötən bazar günü keçirilən növbədənkənar qurultayına qarşı terror hücumu planlaşdırdıqları açıqlanıb.

Ankara valisi Ercan Topaca jurnalistlərə bildirib ki, bu terrorçuların izinə İstanbulda yaxalanan Azərbaycan vətəndaşının ifadəsi əsasında düşmək mümkün olub. Həmin şəxs iki İŞİD üzvünü kirayə avtomobillə Ankaraya aparıb və paytaxtın mərkəzi rayonlarından birində kirayələnmiş mənzilə yerləşdirib. Terrorçuların qaldıqları evdən "Kalaşanikov" avtomatları, çoxsaylı əl qumbaraları, partlayıcılar aşkarlanıb.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Hadisə   Baxılıb: 9000   Tarix: 23 may 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

İndoneziyada təbii fəlakət: 10-dan çox ölən var - VİDEO

İndoneziyada daşqınlar və torpaq sürüşmələri baş verib. Məlumata görə, təbii fəlakət nəticəsində 14 nəfər həlak olub. Cənubi Sulavesi əyalətinin Luvu rayonunda baş verən daşqınlar və torpaq sürüşmələri 2052 ailəyə ziyan vurub. 115 nəfər evlərini tərk edib.( )

4 may
.

Türkiyədə ağır yol qəzasında 2 nəfər ölüb, 1 nəfər yaralanıb

Türkiyənin Kütahya şəhərinin Çavdarhisar rayonunda avtomobilin ağaca çırpılması nəticəsində iki nəfər ölüb, bir nəfər yaralanıb. "Report" xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb. Yaralı Kütahya Şəhər Xəstəxanasına çatdırılıb. Nəqliyyat vasitəsindəkilərin mərmər zavodunu

5 may
.

Xəzər rayonunda avtoqəza: Xəsarət alan var

Bakının Xəzər rayonunda baş verən yol-nəqliyyat hadisəsi zamanı 23 yaşlı gənc yaralanıb. "Report" xəbər verir ki, iki avtomobilin toqquşması nəticəsində 2001-ci il təvəllüdlü Şamil Məmməd oğlu Babaşzadə xəsarət alıb. Yaralı müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıb. Faktla bağl

4 may
.

Bakıda minik avtomobili yanıb

Bakı şəhərinin Binəqədi rayonunda "Land Rover" markalı minik avtomobilinin idarəetmə lövhəsi və mühərrik hissəsi yanıb. Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Bildirilib ki, avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfində

5 may
.

Polisdən Abşeronda ƏMƏLİYYAT: Dəstə üzvləri saxlanıldılar

Abşeron rayonu Saray qəsəbəsində yerləşən gizli sexdə xarici ölkələrin tanınmış əmtəə nişanlarından istifadə edilməklə keyfiyyətsiz yuyucu vasitələrin hazırlanaraq satışa çıxarıldığı aşkar olunub. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, araşdırma zamanı müəyyə

4 may
.

Qaxda mağaza sahibinin pulunu oğurlayan müştəri saxlanıldı

Qax şəhərində yerləşən mağazaların birindən oğurluq edilib. Obyekt sahibi içərisində pul, bank kartları və sənədlər olan pulqabısının oğurlanması barədə polisə məlumat verib. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupu məlumat yayıb. Bildirilib ki, rayon polis şöbəsini

4 may
.

Göyçayda avtomobil köşkə çırpıldı: Xəsarət alan var

Göyçayda yol-nəqliyyat hadisəsi baş verib. Bizim.Media xəbər verir ki, hadisə Heydər Əliyev prospektində qeydə alınıb. Belə ki, VAZ-2107 markalı avtomobilin sürücüsü 21 yaşlı Nəbi Səhrab oğlu Nəbizadə həmin yolda hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq yol kənarındak

28 aprel
.

Başqırdıstanda yol-nəqliyyat hadisəsində 4 nəfər ölüb

Rusiyanın Başqırdıstan Respublikasında iki minik avtomobilinin iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsində dörd nəfər ölüb. "Report" TASS-a istinadən xəbər verir ki, bu barədə respublikanın prokurorluğu məlumat yayıb. "Bu gün Maqnitoqorsk – İra yolunun 346-cı kilometrliyində İbrayev

28 aprel
.

Bakı metrosunda qorxulu anlar - VİDEO

Bu gün Bakı metrosunda qorxulu anlar yaşanıb. -in xəbərinə görə, bir nəfər metronun "Gənclik" stansiyasında qatar yoluna düşüb. Sözügedən şəxs digər şəxslərin müdaxiləsindən sonra platformaya çıxarılıb. "Bakı Metropoliteni" QSC-nin Mətbuat Xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat

1 may