Əhaliyə şad xəbər - yeni iş yerləri açılacaq

"Ötən il Azərbaycanda 79 sahibkarlıq subyektinə 84 investisiya təşviqi sənədi təqdim olunub ki, bu layihələrin reallaşdırılması nəticəsində yerli istehsala 1 milyard manatdan çox investisiya yatırılacaq".
Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında "2016-cı il üçün dövlət büdcəsinin icrası haqqında" qanun layihəsi və dövlət büdcəsinin icrasına dair illik hesabatın müzakirəsi zamanı iqtisadiyyat nazirinin müavini Sevinc Həsənova bildirib.
Nazir müavini deyib ki, atılan bu cür addımlar nəticəsində Azərbaycanda 6700-ə yaxın yeni iş yeri yaradılacaq:
"Təqdim edilmiş layihələrin 45 faizi kənd təsərrüfatı, 55 faizi isə sənaye sahələrində olmaqla onların 40 faizi Bakı ətrafı qəsəbələri və Abşeron rayonunda, 60 faizi isə regionların payına düşür ki, bu da regional inkişafa öz təsirini göstərəcək".
S.Həsənova vurğulayıb ki, Azərbaycanda sahibkarlıq sahəsində yoxlamaların sayı 1000 dəfə azaldılıb:
"Hesab edirəm ki, yoxlamaların azalması onların sərbəst fəaliyyətinə şərait yaradıb".
Nazir müavini qeyd edib ki, büdcə konsolidasiya tədbirlərinin və sərt pul siyasətinin həyata keçirildiyi bir şəraitdə iqtisadi fəallığəın və məşğulluğun təmin edilməsi məqsədi ilə ölkə iqtisadiyyatına yerli və xarici maliyyə resurslarının cəlb edilməsi və tədiyyə balansının tarazlığının təmin edilməsi üçün dövlətin təşviq mexaznimlərinin tətbiqinin əhəmiyyəti daha da artıb:
"Bununla əlaqədar ötən ildən tətbiq olunan investisiya təşviqi mexanizminin özəl investisiyanın artımına ciddi töhfə verib".
***
Bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası işə başlayıb.
Publika.az xəbər verir ki, iclasın gündəliyinə Hesablama Palatasının "2016-cı il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsinə və dövlət büdcəsinin icrasına dair illik hesabatı daxil edilib.
İclasda Hesablama Palatasının sədri Vüqar Gülməmmədov. maliyyə nazirinin müavini Azər Bayramov, iqtisadiyyat, vergilər və digər nazirliklərin nümayəndələri iştirak edir.
İclasda ilk çıxış edən komitənin sədri Ziyad Səmədzadə bildirib ki, 2016-cı il Azərbaycan tarixində islahatlar ili kimi yadda qalıb:
"Dünyada ölkələr arasında toqquşmalar, ziddiyətlərin artmasına baxmayaraq, ölkəmiz stabillik nümayiş etdirir. Bunun nəticəsidir ki, dünyada gərginliyə baxmayaraq Azərbaycan iqtisadiyyyatı öz inkişafını davam etdirir".
Z.Səmədzadə qeyd edib ki, "2016-cı il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsinə və dövlət büdcəsinin icrasına dair illik hesabat Milli Məclisə vaxtında təqdim edilib.
Onun sözlərinə görə, komitə üzvləri sənədlə yaxından tanış olublar.
İclasda çıxış edən maliyyə nazirinin müavini Azər Bayramov bildirib ki, ABŞ-ın Federal Ehtiyat Sistemi (FED) faiz dərəcələrini artırıb və dollar bahalaşıb:
"Bu da dollardan asılı olan valyutaların stabilliyinə əlavə problemlər yaradıb və Azərbaycan da daxil olmaqla bir çox ölkələrdə inflyasiyanın artmasına, iqtisadi artım sürətinin azalmasına təsir edib".
Nazir müavini qeyd edib ki, büdcə gəlirlərinin artıqlaması ilə yerinə yetirilməsi hesabına 1 yanvar 2017-ci il tarixinə 2 307 milyon manat həcmində sərbəst xəzinə qalığı yaranıb:
"ÜDM-də gəlirlərin xüsusi çəkisi yüksək qalıb və keçən il bu göstərici 29 faiz təşkil edib. Qeyri-neft sektorundan daxilolmaların büdcə gəlirlərində payı 47,3 faizə çatıb ki, bu da 2015-ci illlə müqayisədə 5,7 faiz bəndi çoxdur".
A.Bayramov əlavə edib ki, hazırda gedən prosesləri nəzərə alaraq ölkə iqtisadiyyatının artım tempinin müsbətə doğru artacağını proqnozlaşdıra bilərik.
Hazırda iclas çıxışlarla davam edir.
Əhaliyə şad xəbər - yeni iş yerləri açılacaqƏhaliyə şad xəbər - yeni iş yerləri açılacaqMənbə: publika.az


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 1238   Tarix: 25 may 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Anar Məmmədli saxlanılıb

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDTM) rəhbəri Anar Məmmədli saxlanılıb. Bu barədə -ə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı məlumat verib. O bildirib ki, A.Məmmədli barəsində araşdırma aparılır

29 aprel
.

Tanınmış teleaparıcı Aytən Səfərova evə buraxılıb

Tanınmış teleaparıcı Aytən Səfərova xəstəxanadan evə buraxılıb. -ın əldə etdiyi məlumata görə, aparıcı ötən həftə xəstəxanadan çıxıb. Xatırladaq ki, aprelin 17-si saat 7 radələrində Xətai rayonunun 8 Noyabr prospekti ilə Sadıqcan küçəsinin kəsişməsində İsmayıl Məmmədovun idarə etdiyi "Hyundai ix-35"

29 aprel
.

Əhaliyə CİDDİ XƏBƏRDARLIQ! Sabah axşamdan may ayının 3-dək...

Sabah Bakıda geomaqnit qasırğası olacaq. Axşam saat 21:00-dan etibarən başlayan qasırğa zəif kimi təsnifləndirilib. Geomaqnit qasırğası may ayının 3-dək davam edəcək. Maqnit qasırğaları insanlara müxtəlif yollarla təsir edir. Bu zaman meteohəssas və xroniki xəstəliyi olan insanlar, eləcə də yaşlıla

28 aprel
.

"Networking Azerbaijan" Biznes Klubunun növbəti "100% Networking Day" adlı tədbiri keçirilib

16 aprel 2024 tarixində "Networking Azerbaijan" Biznes Klubunun növbəti "100% Networking Day" adlı tədbiri keçirilib. Dövlət qurumlarının nümayəndələrinin, müxtəlif sahələrdə fəaliyyət göstərən sahibkarların iştirakı ilə keçirilmiş tədbirin məqsədi. sahibkarlar arasında biznes əlaqələrini

29 aprel
.

Azərbaycanda yeni iş yerləri açılacaq - Deputat AÇIQLADI

Azərbaycanda COP29-la bağlı qeyri-rezident fiziki şəxslərə vergi güzəştlərinin tətbiq edilməsi COP29-un təşkilinə daha çox qeyri-rezidentlərin cəlb edilməsinə və həmin müddətdə işlərin aktiv şəkildə həyata keçirilməsinə imkan verəcək. Ətraflı. "Yeni Sabah" xəbər verir ki, bunu Trend-ə Mill

30 aprel
.

Britaniya deputatları Sunakı vəzifəsindən uzaqlaşdıra bilər

Böyük Britaniyanın hakim Mühafizəkarlar Partiyasının bir neçə deputatı mayın 2-də bələdiyyə, yerli və regional hakimiyyət orqanlarına seçkilər keçirildikdən sonra Baş nazir Rişi Sunakı vəzifəsindən uzaqlaşdırmaq niyyətindədir. "Report" xəbər verir ki, bu barədə "Financial Times" nəşr

28 aprel
.

ABŞ Dövlət katibi: Azərbaycanla ikitərəfli əlaqələri gücləndirmək niyyətindəyik

Dövlət katibi Antoni Blinken Azərbaycan Prezidenti İlham Əliyevlə telefon danışığında ABŞ ilə Azərbaycan arasında ikitərəfli əlaqələrin gücləndirilməsi üçün ölkəsinin niyyətini ifadə edərək enerji, iqlim, nəqliyyat, COP29 sahələrində əməkdaşlıq məsələlərini qeyd edib. Dövlətimizin başçısı da öz növbəsind

28 aprel
.

Bu il Kəlbəcərdə daha 4 SES istismara veriləcək - Video

Yaşıl enerjiyə keçidin sürətləndirilməsi, atmosferə atılan karbon qazının miqdarının azaldılması, təbii qaza qənat edilməsi, ekoloji cəhətdən təmiz enerji istehsal edilməsi üçün bir çox ərazilərdə olduğu kimi işğaldan azad edilən Kəlbəcər rayonunda da "AzərEnerji" tərəfindən kompleks işlə

29 aprel
.

Prezident İlham Əliyevlə Antoni Blinken arasında telefon danışığı olub

Aprelin 28-də ABŞ Dövlət katibi Antoni Blinken Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. AZƏRTAC xəbər verir ki, Antoni Blinken ilk növbədə Ermənistan ilə Azərbaycan arasında sərhədlərin delimitasiyası sahəsində əldə olunmuş razılaşma ilə bağlı təbriklərini çatdırıb, bunun ABŞ tərəfində

28 aprel