SON DƏQİQƏ! Azərbaycanlı məşhur iş adamı NURÇU DƏSTƏSİNİN qurbanı oldu:

SON DƏQİQƏ! Azərbaycanlı məşhur iş adamı NURÇU DƏSTƏSİNİN qurbanı oldu:SON DƏQİQƏ! Azərbaycanlı məşhur iş adamı NURÇU DƏSTƏSİNİN qurbanı oldu:Qəbələdə tanınmış Haciyev Arifin oğlu Səttar Hacıyev Nurçulardan ibarət quldur dəstənin qurbanı olub.

Sonxeber.az bildirir ki, o, BiG.AZ-a bunları danışdı:

"Nikoil" bankdan götürdüyüm krediti ödəməkdə çətinlik çəkdiyim üçün Ayaz Əliyev adlı tanışımdan borca 4000 AZN pul istədim.
O da öz növbəsində borca yox, sələmə pul verdiyini bildirdi. Dediyinə görə, sələmdə 300 000 manatdan çox pulunun dövr etdiyini bildirərək nə qədər lazımdırsa, mənə sələmə - aylıq 10 faizlə verə bildiyini söylədi.
Razılaşma əsasında ondan 10 faizlə 4000 AZN götdüm. Razılaşmaya əsasən, bir ay sonra 4400 AZN qaytarmalı idim. Üzərindən 7-8 gün keçdikdən sonra Ayaz məni "Nurçu" cəmiyyətinə qoşulmağı təklif etdi və məni gecələr toplaşdıqları məclislərə dəvət də etdi.
Bunun müqabilində məndən aylıq 3500 AZN cəmiyyətin fonduna pul ödəməyi tələb etdi. Əvəzində, qısa zamanda hər şeyin dəyişəcəyini və bu cəmiyyət vasitəsi ilə mənim imkanlarımın genişlənəcəyinə dair vədlər verirdi. Təbii ki, mən bütün bundan imtina etdim və hətta ona düzgün yolda olmadığını bildirdim.
Elə bu söhbətdən 2-3 gün sonra Ayaz mənə təcili olaraq 6000 AZN ödəməli olduğumu dedi. Bu pulu ödəməyim üçün məni başqa tanışının üzərinə göndərdi. Onlar da öz növbəsində Ayaz kimi faizi vaxtından əvvəl qaldırmaqla məni soymağa başladılar.
Sən demə, Ayaz Əliyev haqqımda digər tanışlarına - Elgün Hüseynov, Simyar Əskərəliyev, Ayaz Əliyev, Vaqif Osmanov, Emin Quliyev, Seferov Samir, Seferov Nadir, Seferov Ramin, Kazımov Ceyhun və digər qrup üzvlərinə ötürüb. Onlar da özlərini MTN Kapitanı, MTN Nərimanov rayon rəisi, DİN əməliyyat müvəkkili, kriminal aləmlə yaxın şəxslər kimi, yuxarı dərəcəli nurçu kimi, türmədə rəis müavini, Eldar Mahmudovun sürücüsü kimi təqdim edərək - silahla, saxta vəsiqə ilə məni hədələyərək nağd pul və əmlak şəklində mənim 700 000 AZN vəsaitimi mənimsəyiblər.

Sonuncu dəfə isə iki nəfər məni Əhmədli metrosu ərazisində döyərək, məndən 170 000 ABŞ dolları pul istədilər. Mən də hadisə Xətai ərazisində baş verdiyi üçün Xətai Prokurorluğuna müraciət etdim. Bundan sonra cinayət işi başladı və İstintaqı üçün Xətai polis İdarəsinə göndərildi.
İşi Baş Müstəntiq Vüsal Şahbazov aparırdı.
Lakin istintaq lazımi qaydada aparılmadığı, işə biganə yanaşıldığı, cinayətkarların əksəriyyətinin, o cümlədən, şahidlərin dindirilmədiyi, səslər ekspertizaya göndərilmədiyi halda, mənə işin məhkəmədə olduğunu bildirirdilər. Dəstənin digər üzvləri ilə məhkəmə çəkişməsinin olmadığı və etdikləri cinayətlərə görə məsuliyyətə cəlb edilmədikləri fakt olsa da lazımi tədbir görülməmişdir.
Cinayət işi başlandıqdan sonra Ayaz Əliyev üzərimə avtomobil sürdü,
məhkəmələrə Nurçular vasitəsi ilə müdaxilə etdirdiyini bildirdi və hətta yenidən cəmiyyətin fonduna pul ödəməyi tələb etdi. Dayısı Teymura əmr verərək mənə psixi təsir etməyə başladılar.
Hədələr bitmədiyindən mən Birinci xanım Mehriban Əliyevaya, Prezident İlham Əliyevə, DİN rəhbərliyinə müraciət ünvanladım və İstintaq DİN Baş İstintaq İdarəsi tərəfindən nəzarətə götürüldü".

Bundan əlavə, Səttar Haciyevin BiG.AZ-a onu da bildirdi ki, cəmiyyətdə onunla bağli böhtan xarakterli məlumatlar yayirlar. 3 gün əvvəl DİN Baş İstintaq İdarəsinə dəvət edildiyini və İstintaqın şəffaf aparılacağından narahat olmadığını bildirib:
"DİN rəhbərliyinə dərin təşəkkürümü bildirirəm. İndi bildim ki, ölkəmizdə qanunlar yüksək səviyyədə işləyir. Onu da bildirmək istəyirəm ki, kiminsə başına cinayətlə oyun açıblarsa, əminliklə deyə bilərəm ki, narahat olmasınlar. Çünki ölkəmizdə hüquq-mühafizə orqanları yüksək peşəkarlıqla çalışır. Təbii ki, bu da cənab Prezidentimiz İlham Əliyevin əməyinin bəhrəsidir".

İşlə bağlı sənədləri və adı çəkilən dəstə üzvlərinin şəkillərini sizə də təqdim edirik:

SON DƏQİQƏ! Azərbaycanlı məşhur iş adamı NURÇU DƏSTƏSİNİN qurbanı oldu:SON DƏQİQƏ! Azərbaycanlı məşhur iş adamı NURÇU DƏSTƏSİNİN qurbanı oldu:SON DƏQİQƏ! Azərbaycanlı məşhur iş adamı NURÇU DƏSTƏSİNİN qurbanı oldu:SON DƏQİQƏ! Azərbaycanlı məşhur iş adamı NURÇU DƏSTƏSİNİN qurbanı oldu:SON DƏQİQƏ! Azərbaycanlı məşhur iş adamı NURÇU DƏSTƏSİNİN qurbanı oldu:SON DƏQİQƏ! Azərbaycanlı məşhur iş adamı NURÇU DƏSTƏSİNİN qurbanı oldu:


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Hadisə   Baxılıb: 7165   Tarix: 26 may 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Qaradağda quyudan meyit tapıldı

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhərinin Qaradağ rayonunda neft məhsullarının tullantıları olan quyuda kişi meyitinin aşkarlanması ilə bağlı məlumat daxil olub. FHN-ə istinadən xəbər verir ki, məlumatla əlaqədar FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətini

1 may
.

İndoneziyada təbii fəlakət: 10-dan çox ölən var - VİDEO

İndoneziyada daşqınlar və torpaq sürüşmələri baş verib. Məlumata görə, təbii fəlakət nəticəsində 14 nəfər həlak olub. Cənubi Sulavesi əyalətinin Luvu rayonunda baş verən daşqınlar və torpaq sürüşmələri 2052 ailəyə ziyan vurub. 115 nəfər evlərini tərk edib.( )

4 may
.

Keçmiş məhkumlar narkotiklə tutuldular

Ağsu Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı əməliyyatlar keçirilib. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupu məlumat yayıb. Bildirilib ki, tədbirlərlə rayon sakinləri - əvvəllə

4 may
.

İlahiyyat İnstitutunun gənc məzunu vəfat etdi

Azərbaycanda İlahiyyat İnstitutunun keçmiş tələbəsi vəfat edib. xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb. Bildirilib ki, Azərbaycan İlahiyyat İnstitutunun təhsil göstəricilərinə görə fərqlənən gənc məzunu Günel Aslanova uzun sürən xəstəlikdən sonra vəfat edib

28 aprel
.

Göyçayda intihara cəhd hadisəsi baş verib

Göyçay sakini sirkə turşusu içərək intihara cəhd edib. APA xəbər verir ki, hadisə nəticəsində rayon sakini 1993-cü il təvəllüdlü Nuranə Fəzail qızı İsmayılova sirkə turşusundan zəhərlənmə diaqnozu ilə Göyçay Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir. Faktl

5 may
.

Kəlbəcərdə yük maşını aşıb, sürücü ölüb

Kəlbəcərdə yük maşını aşıb. xəbər verir ki, hadisə rayonun Qamışlı kəndi ərazisində qeydə alınıb. Belə ki, Türkiyə vətəndaşı 1989-cu il təvəllüdlü Uysal Emrah hadisə yerində ölüb. Hadisə yerinə Kəlbəcər Rayon Polis Şöbəsinin əməkdaşları cəlb olunublar. Faktla bağlı araşdırma aparılır

1 may
.

Bakıda həkimə əri çoxsaylı bıçaq zərbəsi vurdu

Bakının Suraxanı rayonunda ailə məişət zəminində dava zamanı qadın bıçaqlanıb. APA-nın məlumatına görə, hadisə Əmircan qəsəbəsində qeydə alınıb. Belə ki, 1973-cü il təvəllüdlü Arzu Bəxtiyar qızı Balabəyova əri ilə mübahisə zamanı bıçaqlanıb. Ona əri ümumilikdə 14 bıçaq zərbəsi vurub. Yaralı ağır vəziyyətd

4 may
.

Braziliyada daşqınlar nəticəsində ölənlərin sayı artıb

Braziliyanın cənubundakı Rio-Qrandi-du-Sul ştatında baş verən güclü daşqınlar nəticəsində 39 nəfər ölüb, 68 nəfər itkin düşüb. Rio-Qrandi-du-Sul həftənin əvvəlindən güclü yağışlar davam edir. Bu günə qədər 350 mindən çox insan təbii fəlakətdən zərər çəkib. Hazırda onminlərlə yerli sakin evlərini tər

4 may
.

Xəzər rayonunda avtoqəza: Xəsarət alan var

Bakının Xəzər rayonunda baş verən yol-nəqliyyat hadisəsi zamanı 23 yaşlı gənc yaralanıb. "Report" xəbər verir ki, iki avtomobilin toqquşması nəticəsində 2001-ci il təvəllüdlü Şamil Məmməd oğlu Babaşzadə xəsarət alıb. Yaralı müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıb. Faktla bağl

4 may