QANDONDURAN İFADƏLƏR- "Başına balta ilə vurdum, gördüm barmağı kəsilib yerə düşüb"

QANDONDURAN İFADƏLƏR- "Başına balta ilə vurdum, gördüm barmağı kəsilib yerə düşüb"Siyəzəndə qardaşını öldürməyə cəhddə təqsirləndirilən Vüsal Əskərovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Sonxeber.az Lent.az-a istinadən məlumat verir ki, cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Ənvər Seyidovun icraatında araşdırılır.

İstintaqla müəyyən edilib ki, Vüsal Əskərov keçən il oktyabrın 21-də axşam saatlarında başqa bir şəxsə borcunu qaytarmaq üçün atasından 15 manat pul istədiyinə görə qardaşı Zəka Əsgərovla mübahisə edib. Qardaşı onun ünvanına nalayiq söyüşlər söyüb. Bir neçə gün ərzində bunu həzm edən bilməyən Vüsal Əskərov qardaşını öldürmək qərarına gəlib. Oktyabr 24-də, gecə saat 5 radələrində sərxoş vəziyyətdə ailə üzvlərinin yatmasını gözləyərək, balta ilə qardaşının sifətinə zərbələr endirib. Yaralı xəstəxanaya çatdırılıb. Onun həyatını xilas etmək mümkün olub.

Vüsal Əskərov da könüllü şəkildə polisə təslim olub.

Ona Cinayət Məcəlləsinin 29.120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürməyə cəhd) maddəsi ittiham verilib.

İttiham üzrə özünü təqsirli bilən Vüsal Əskərov istintaqa ifadəsində bildirib ki, avtoyuma məntəqəsində işləyib ailəsini dolandırıb: "2010-cu ildən atam, anam, qardaşım Zəka və arvad-uşaqla eyni evdə yaşamışıq. Ailə üzvləri ilə münasibətim həmişə yaxşı olub. Lakin son 5-6 ildir ki, qardaşım Zəka ilə yola getmirdik. Aramızda söz-söhbət, dava-dalaş olub. Zəka evdə mütəmadi olaraq səbəbsiz yerə dava salırdı, nalayiq sözlər deyirdi, hətta yaşlı atamı təhqir edirdi. Anam öləndən sonra Zəka başladı ki, yaşadığımız ev ona çatacaq. Hətta evə müştəri gətirirdi ki, satıb Rusiyaya gedəcəkdi. Zəka ilə münasibətlərimiz pisləşmişdi. Qazandığı pulu da özünə xərcləyirdi, evə bir qəpik xeyri yox idi. Hətta evin bəzi əşyalarını da satıb xərcləyirdi. Evdə özünü pis aparır, arvad-uşağımın yanında mənə söyürdü".

Vüsal Əskərov qeyd edib ki, hadisə baş verməzdən 2-3 gün əvvəl evdə atası və qardaşı Zəka ilə yeyib-içiblər: "Araq içirdik. Mənim bir nəfərə borcum vardı. Atama dedim ki, 15 manat ver, camaatın pulunu verim. Zəka isə buna etiraz etdi. Atama dedi ki, pulu vermə. Dedim, sənin nə işinə qalıb?! Aramızda yenə mübahisə düşdü. Məni söyməyə başladı. Həmin gündən bir-birimizdən küsdük. Nə danışdıq, nə də münasibət saxladıq. Ayın 23-ü idi. Yağış yağmışdı, "moyka"da iş yox idi. Ona görə bütün günü evdə oturdum. Evdə bütün günü Zəkanın elədiklərini götür-qoy elədim. Axırda onu öldürmək qərarına gəldim. Gecənin düşməyini gözlədim ki, hamı yatandan sonra Zəkanı öldürüm. Oturdum televizora baxdım. Hava da soyumuşdu. Üşüdüyümdən yarım litr araq alıb içdim. İçə-içə onu necə öldürəcəyim haqqında düşünürdüm. Bıçaqla vuracağım təqdirdə ölməmək ehtimalını ağlımdan keçirdim. 5-6 ildir başıma açdığı oyunlara görə Zəkanı ağrı yetirməklə öldürmək üçün balta ilə vurmağa qərar verdim. Həyətdən baltanı götürdüm, Zəka yatan otağa girdim. Üzü divar tərəfə idi. Zəkanı çağırdım ki, bilim yatıb-yatmayıb. Həmin vaxt Zəka başını çevirərək mənə "hə" dedi. Bu zaman bildim ki, oyaqdır. Özüm də istəyirdim ki, oyaq olsun, bilsin ki, mən öldürmüşəm. Balta ilə Zəkanın başına zərbələr vurmağa başladım. Neçə zərbə vurduğumu xatırlamıram. Həmin vaxt Zəka qışqıraraq onu vurmamağımı xahiş etdi. Buna məhəl qoymayaraq Zəkanın əlinin üstündən başına zərbələr vurdum. Bu vaxt Zəka çarpayıdan yerə yıxıldı. Səs-küyə atam və yoldaşım gəldi. Atam baltanı əlimdən aldı. Zəkanın bir neçə barmağı balta ilə kəsilərək sallanmışdı. Sonradan bir barmağının kəsilib yerə düşdüyünü gördüm. Fikirləşdim ki, bu zərbələrdən sonra Zəka öləcək. Atam təcili yardım çağırdı. Mən də evdən çıxıb polisə gedib, qardaşımı vurduğumu etiraf etdim".

İstintaqda danışan Zəka Əsgərov da qardaşı ilə münasibətlərinin 3-4 il əvvəl pozulduğunu deyib: "Vüsal son illər həddən çox içki içir, sərxoşluq edirdi. İçəndən sonra özünü idarə edə bilmirdi, ailə üzvlərini döyürdü, hətta xəstə anama da əl qaldırıb. Səbəbsiz yerə evə dava-dalaş salırdı. Dəfələrlə onu tənbeh edərək sərxoşluq eləməməsini tapşırmışdım. Gördüm, mənə məhəl qoymur. Pul qazananda hamısını kafedə qoyurdu. Evdə onun əlindən məişət əşyası qalmırdı. Hamısını satıb araq alırdı. Vüsala deyəndə ki, içmə, məni söyürdü. Əsəbiləşib, mən də onu söymüşəm. Amma arvadı Səfurəyə heç vaxt heç nə deməmişəm. Evdə bütün günü dava idi. Atam da bunun əlindən gedib polisə şikayət yazmışdı".

Zəka Əsgərov bildirib ki, Vüsala işə getməyini desə də, o işə gəlməyib: "Hadisədən bir-neçə gün əvvəl yuxudan durub işə gedirdim. Vüsala dedim ki, dur işə gedək. Mənə dedi, sən get, mən sonra gələcəm. Həmin günü işə gəlmədi. Axşam saatlarında evə gəldim, Vüsaldan işə niyə gəlmədiyini soruşdum. Mənə dedi, işim vardı. Hiss elədim ki, yenə içib. Bir söz demədim, otağıma keçib uzandım. Gecə yatmışdım. Birdən sifətimə balta zərbəsi gəldi. O zaman yuxudan oyandım. Zərbənin gücündən çarpayıdan yerə yıxıldım. Qışqırdım. Vüsaldan xahiş elədim ki, məni vurmasın. O, buna məhəl qoymadı. Əlimin üstündən balta ilə başıma zərbələr vurdu. Əlimin üstündən balta ilə vuranda bir neçə barmağımı kəsdi. Səs-küyə atam və arvadı gəldi. Atam baltanı əlindən aldı. Sonra həkimlər gəldi. Sonrasını xatırlamıram. Lakin o, məni vurmamışdan qabaq səsləməyib, yatdığım yerdə vurub".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Hadisə   Baxılıb: 2182   Tarix: 26 may 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Cəlilabadda yetkinlik yaşına çatmayanlara tütün məmulatlarının satıldığı üç mağaza aşkarlanıb

Polis əməkdaşları yetkinlik yaşına çatmayan şəxslərə alkoqollu içkilərin və tütün məmulatlarının satışının qarşısının alınması istiqamətində tədbirləri davam etdirirlər. DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan "Report"a verilən məlumata görə, Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarını

28 aprel
.

Azərbaycanda onlayn oyunlara qoşulan istifadəçilərin kart hesabları oğurlanıb

Sosial şəbəkələrdə feyk hesablar açaraq onlayn oyunlara istifadəçilərin kart hesabından 30 min manat oğurlanıb. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, polis əməkdaşlarının paytaxt ərazisində həyata keçirdikləri əməliyyat tədbiri nəticəsində bu əməli törətməkd

27 aprel
.

Qubada müxtəlif təyinatlı kəsici-deşici alətlər satan şəxslər saxlanılıblar

Müxtəlif təyinatlı kəsici-deşici alətlərin satışı və gəzdirilməsinin ictimai təhlükəsizliyə aşkar təhdid yaratması nəzərə alınaraq, onların satışının qarşısının alınması istiqamətində Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən tədbir keçirilib. Bu barədə -a Daxili İşlər Nazirliyinin (DİN) Mətbua

27 aprel
.

Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR - VİDEO

Dörd aylıq körpənin balkondan düşərək vəfat etdiyi yerin görüntüləri yayılıb. -ın məlumatına görə, bədbəxt hadisə paytaxtın Sabunçu rayonu, Ramana qəsəbəsi ərazisində baş verib. Eyvandan düşərək dünyasını dəyişən dörd aylıq Ayla Eyvazlının babasının sözlərinə görə, hadisəyə səbəb ehtiyatsızlıq olub

26 aprel
.

Naxçıvandakı partlayışda həlak olanların FOTOLARI

Xəbər verdiyimiz kimi, bu gün Sədərək rayonu ərazisində sursat partlayışı nəticəsində 1951-ci il təvəllüdlü Rzayev Vilayət Həsən oğlu və 1970-ci il təvəllüdlü Əliyev Adəm Həsən oğlu həlak olublar. "Qafqazinfo" həlak olan mülki şəxslərin fotolarını təqdim edir:

28 aprel
.

Yevlaxda avtoxuliqanlıq edən şəxs HƏBS EDİLDİ

Yevlaxda sürücülük hüququ olmayan və avtoxuliqanlıq edən şəxs həbs edilib. Bu barədə -a Daxili İşlər Nazirliyindən bildirilib. Vurğulanıb ki, Yevlax Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən şəhər ərazisində yol-hərəkəti qaydalarını pozaraq avtoxuliqanlıq hərəkətləri etdiyin

28 aprel
.

Vətəndaş ona hədiyyə edilən ov tüfəngini könüllü polisə təhvil verdi

Abşeron rayonu, Masazır qəsəbəsində yaşayan bir nəfər Abşeron Rayon Polis İdarəsinə müraciət edərək əmisi oğlunun hədiyyə etdiyi sənədləri olmayan ov tüfəngini könüllü təhvil vermək istədiyini bildirib. Bu barədə -a Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, vətəndaşa nümunəvi hərəkətin

28 aprel
.

Efirdə hamilə qadının ərindən ŞOK SÖZLƏR: "40 yaşı var, mən cavan ailə istəyirəm" - VİDEO

Arb-də yayımlanan "Səni axtarıram" verilişində yaşanan hadisə diqqət çəkib. xəbər verir ki, efirə üz tutan şikayətçi qadının ərinin söylədikləri hər kəsi təəccübləndirib. Özündən yaşca böyük qadınla ailə quran gənc oğlan buna məcbur edildiyini iddia edib. Həbsxanaya düşməkdən qorxduğunu deyə

28 aprel
.

Tovuzda sərnişin avtobusu piyadanı vurub

Tovuzda piyadanın vurulması ilə nəticələn yol-nəqliyyat hadisəsi baş verib. APA-nın məlumatına görə, hadisə rayonun Düz Cırdaxan kəndində qeydə alınıb. Bakıdan Qazaxa gələn sərnişin avtobusu yolu keçmək istəyən orta yaşlı qadını vurub. Qadının vəziyyətinin ağır olduğu bildirilir

28 aprel