Azərbaycanın məşhur əməkdar artisti əsəbiləşdi: "Yaşlı müğənnilərə..."- VİDEO - FOTO

"ARB Ulduz"un "Şou məkan" verilişinin növbəti qonağı əməkdar artist Ruhəngiz Allahverdiyeva olub.

Əməkdar artist ilk olaraq bəzi həmkarları kimi tez-tez görünməklə sevənlərinin gözünü yormaq istəmədiyini deyib:

"Təbii ki, çağırılan yerə gedirəm. Efirdə çox olanda tamaşaçı da bizdən doyur, bezir. Deyir, hansı kanalı açırıq eyni müğənnini görməkdən yoruluruq. Elə az-az olsun, yaxşı olsun".

Daha sonra məşhurların sosial şəbəkələrlə bağlı yaralı yerinə toxunan Rühəngiz xanım ardı-arası kəsilməyən yersiz tənqidlərdən də danışıb:

"Ya geyiminə lağ edirlər, ya makiyaja lağ edirlər. Bilib bilmədən yazırlar. Yaşlı müğənnilərə də ürəkləri nə istəyir yazırlar. Belə şeylər də olur. Düşünsünlər ki, qocalıq hər adama nəsib olmur. Biz ocağımızda valideynlərimizi qoruyuruq. 90 yaşı olur, yenə həkimə aparırıq ki, valideynlərimizə heç nə olmasın. Əgər sən atanı, ananı istəyirsənsə, Azərbaycan xalqının sənətkarı sənə musiqisi ilə zövq verir, onun mahnılarına qulaq asırsan, toyuna çağırırsan. Belə olan halda, niyə sən ona başqa söz yazırsan? Qəşəng sözlər yaz da".

Məkandan və şəraitdən asılı olmayaraq hər zaman geyim mədəniyyətini nümayiş etdirdiyini deyən sənətçi bütün bunları fanatları üçün etdiyini dilə gətirib:

"Sovet zamanından bu günə qədər məkandan asılı olmayaraq, mən heç vaxt öz geyimimdən, səliqəmdən qalmamışam. Mən geyim mədəniyyətimi göstərirəm. Daxilimdə olanı nümayiş etdirirəm. Çünki tamaşaçı sənin sənətini, danışığını, zövqünü, geyimini bir yerdə yaxşı görmək istəyir".

Geyimləri ilə bağlı hər zaman məsləhət almağı sevən və ən əsası bacaran əməkdar artistin ona sərt ismarıclar göndərən insanlara tövsiyəsi də olub:

"Mən geyimimi ən az 20-30 adamdan soruşuram ki, necədir? Yaxşı deyilsə, mən həmin geyimi mütləq dəyişirəm. Çünki kənardan baxıb qiymətləndirdilər ki, bu, yaxşı deyil. İncimirəm. Kimsə yazır bu, nə geyimdir? Ola bilər yazsın ki, xanım, mən sizi belə yox, belə görmək istəyirəm. Olmazmı ki, bunu incə formada yazsın, sözünü desin. Sənətçilər körpə uşaq kimidirlər. Bizim xətrimizə dəymək olmaz. Biz insanlara səadət, xoşbəxtlik, yaşamaq eşqi veririk".

Qeyd edək ki, "ARB Ulduz" kanalını Azərspace 1 peykində 11024 tezliyində, polyarizasiya: (V), FEC 5:6, symbol rate: 12698 izləyə bilərsiniz.

Azərbaycanın məşhur əməkdar artisti əsəbiləşdi: "Yaşlı müğənnilərə..."- VİDEO - FOTOAzərbaycanın məşhur əməkdar artisti əsəbiləşdi: "Yaşlı müğənnilərə..."- VİDEO - FOTOAzərbaycanın məşhur əməkdar artisti əsəbiləşdi: "Yaşlı müğənnilərə..."- VİDEO - FOTO


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Şou-biznes   Baxılıb: 3749   Tarix: 26 may 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Flora Kərimova: "Rahat yat, Cavanşir"

Xalq artisti Flora Kərimova mərhum Əməkdar artist Cavanşir Məmmədovun vəfatı ilə bağlı "Instagram" səhifəsində paylaşım edib. xəbər ki, sənətçi mərhumla birgə görüntülərini paylaşaraq bunları yazıb:. "Arzular tükənmir, bitmir. Ümidlə gözlədiyimiz arzuların içində yaşanılan həyat acılı-şirinl

21 aprel
.

Məşhur müğənninin qohumu sevgilisi tərəfindən ÖLDÜRÜLDÜ - FOTO

Türkiyədə Ömər Öktem tərəfindən güllələnərək öldürülən Selin Yalının məşhur müğənni Yalının qohumu olduğu üzə çıxıb. xəbər verir ki, bu barədə "Ntv Haber" məlumat yayıb. Nəzarətə alınan Ömər Öktem qətli etiraf edib. Qeyd edək ki, Selin Yalının cənazəsi Maltəpə Mərkəzi Məscidində qılınan cüm

27 aprel
.

"Cavanşir Məmmədov o qadını Allaha həvalə etdi"

Aparıcı Sərxan Kərəmoğlunun mərhum Əməkdar artist Cavanşir Məmmədovla bağlı paylaşımı diqqət çəkib. Axşam.az xəbər verir ki, aparıcı sənətçinin bir qadın tərəfindən haqsızlığa uğradığını yazıb. O, həmin şəxsin adını açıqlamayıb. "Bir ay öncə mənə təşəkkür etdi. Bir qadın var, onu Allaha həvalə etdi

21 aprel
.

"Murada dedi ki, aktrisadı, boşa onu getsin" - VİDEO

Aktrisa və aparıcı Ülviyyə Xəlilbəyli maraqlı açıqlamalar verib. xəbər verir ki, o, şəxsi həyatı barədə danışıb. Həyat yoldaşı ilə ailədaxili münasibətdə yaşadığı çətinliklərdən danışan aktrisa psixoloqa müraciət etdiklərini bildirib. Onun məsləhətindən şok düşən Ülviyyə bu barədə Xəbərin var?"

28 aprel
.

Taleh Yüzbəyov həyat yoldaşını siqaretlə YANDIRDI - VİDEO

Aktyor Taleh Yüzbəyovun bloger həyat yoldaşının başına iş gəlib. xəbər verir ki, bu barədə Xatirə öz sosial şəbəkə hesabında paylaşdığı bildirib. "Bəli, mənim həyat yoldaşım siqaretlə alnımı yandırdı" - deyə o bildirib. Xatırladaq ki, cütlüyün iki övladı var

29 aprel
.

Xalq artistinin əməliyyatdan sonra görmə qabiliyyəti tamamilə zəifləyib: Estetik cərrahı yenə məhkəməyə verdi

Xalq artisti Flora Kərimova özəl klinikalardan birini və Heydərova Sevinc adlı həkimi yenidən məhkəməyə verib. "Unikal"ın məlumatına görə, məhkəmə prosesi may ayının 17-də Nəsimi Rayon Məhkəməsində hakim Günay Abidovanın sədrliyi ilə keçiriləcək. Belə ki, Flora xanımla Sevinc Heydərova arasınd

28 aprel
.

"Xəstəxanada olarkən halallaşmışdıq" - Elgiz ağladı

"Biz Cavanşir Məmmədovla eynik vaxtda koronavirusa yoluxmuşduq. Pandemiyanın ən kritik vaxtında xəstələnmişdik, ikimiz də xəstəxanaya düşdük. Həmin ərəfədə xəstəxanalarda yer də yox idi. Cavanşir müəllim Fatmayı tərəfdə xətəxanada idi, çox uzağa düşmüşdü. Mən isə Musa Nağıyeva adına xəstəxanad

21 aprel
.

Bu da Azərbaycanın "Avroviziya" mahnısına çəkilən klip - VİDEO

"Avroviziya" beynəlxalq mahnı müsabiqəsi üçün ölkəmizi təmsil edəcək "Özünlə apar" mahnısının klipi təqdim olunub. xəbər verir ki, klip "Avroviziya" mahnı müsabiqəsinin rəsmi "YouTube" kanalında yayımlanıb. Qeyd edək ki, birinci və ikinci yarımfinallar 7 və 9 ma

28 aprel
.

"Nisə Qasımovaya halallıq vermirəm" - Ceyran Haşımova

"Xalq artisti adını daşıyan bir müğənni var ki, efirə çıxıb hər şeydən danışır, amma üzvü olduğu "Lalə" qızlar ansamblının adın çəkmir. Halbuki o, ilk addımlarını bu ansamblda atıb. Nankorluqlarını qəbul edirəm, halallıq vermirəm". Axşam.az xəbər verir ki, bunu Xalq artisti Ceyra

29 aprel