Evdə abortlarla bağlı baş ginekoloqdan SOS: "Bağırsaq, uşaqlıq deşilə, çürüyə bilər"-Sonsuzluq təhlükəsi

Evdə abortlarla bağlı baş ginekoloqdan SOS: "Bağırsaq, uşaqlıq deşilə, çürüyə bilər"-Sonsuzluq təhlükəsiÖvlad ən şirin pay hesab olunsa da, hələ doğulmamış ondan vaz keçənlərin sayı kifayət qədərdir. Arzuolunmaz hamiləlikdən yaxa qurtarmaq istəyənlər dölü bətndəykən məhv etmək üçün əsasən tibb müəssisələrinə üz tutsalar da, bəzən elə evdə də abort etdirənlər az deyil. Evdə abortun təhlükəli olduğu barədə tibb işçiləri tərəfindən dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq, hələ də bu riski gözə alıb el arasında "mamaça" kimi tanınan təhsilsiz şəxslərə müraciət edənlərə rast gəlinir. Evdə abortun ucuz başa gəlməsi və sair məqamlar qadınları bu cür qanunsuz abortlara əl atmağa vadar edir.
Həmsöhbətimiz Günel Məmmədova 28 yaşı olmasına baxmayaraq indiyədək 7 dəfə abort üçün müraciət etdiyini deyir. İki dəfə evdə abort etdirdiyini söyləyən G. Məmmədova daha sonra bunun üçün qadın məsləhətxanalarına müraciət edtiyini söyləyir: "Qadınlar evdə aborta əsasən ucuz olduğu üçün üstünlük verirlər. Amma indi evdə abort da elə ucuz başa gəlmir. Əvvəl 20 manata evdə abort etdirmək mümkün idisə, indi "mamaça"lar da 30 manat qiymət qoyub. Ona görə də, üstünə 10 manat da qoyub qadın məsləhətxanasında abort etdirmək daha sərfəlidir".
Həmsöhbətimiz evdə aborta əsasən ginekoloq tanışı olmayanların, 3 aydan sonra abort etdirmək istəyənlərin müraciət etdiyini söyləyir. Onun sözlərinə görə, 12 ayadək uşağı tibb müəssisəsində abort etdirmək 40-50 manata başa gəlirsə, 3 aydan sonra abortun qiyməti daha baha olur: "Əgər ginekoloq tanışın yoxdursa, 3 aydan artıq uşağı abort etməyi çox həkim boynuna götürmür. Özləri də deyirlər ki, xəstə tanış deyilsə ona güvənmirlər. Çünki, uşaq sağlamdırsa, 12 həftədən sonra abort etmək qanunsuzdur. Ona görə də, qadınlar çox vaxt "mamaça"lara üz tuturlar. "Mamaça"ların abort etməsinin təhlükəli olduğu deyilsə də, indi bu işlə məşğul olanların çoxu doğum evlərində illərlə doğuşda iştirak edən "akuşerka"lardır. Amma ginekoloq tanışın varsa hamiləlikdən süni doğuşla da qurtulmaq mümkündür. Tibb müəssisələrində süni doğuşu isə doğuş qiymətinə edirlər. "Mamaça"lar süni doğuşa boyun olmurlar. Çünki, süni doğuşu evdə etmək təhlükəlidir".
Qeyd edək ki, hazırda "mamaça"lar tərəfindən evdə abort hallarına rast gəlinsə də, yaxın gələcəkdə tibbi təhsili olmadan evdə qanunsuz abort edənlər daha sərt şəkildə cəzalandırılacaq. Belə ki, Azərbaycanda qanunsuz abort etməyə görə daha ağır cəzaların tətbiqi nəzərdə tutulur. Bu barədə məsələ Cinayət Məcəlləsinə təklif edilən dəyişikliklərdə öz əksini tapıb. Məcəllənin 141-ci (Qanunsuz abort etmə) maddəsinə təklif olunan dəyişikliklərə görə həkim tərəfindən tibb müəssisələrindən kənarda abort etməyə görə, cərimə 500 manatdan 1000 manatadək, xüsusi ali tibbi təhsili olmayan şəxs tərəfindən abort etməyə görə 1000 manatdan 1500 manatadək, bu əməllər nəticəsində zərərçəkmiş şəxsin sağlamlığına ehtiyatsızlıqdan ağır zərər vurulduqda isə 2000 manatdan 3000 manatadək məbləğdə müəyyən edilir. Hazırki Məcəllədə isə eyni əməllərə görə cərimələr müvafiq olaraq 200 manatadək, 300 manatadək və 300 manatdan 500 manatadək məbləğdə müəyyən edilib. Qeyd edək ki, Məcəlləyə təklif edilən dəyişikliklərin Milli Məclisin mayın 31-də keçiriləcək plenar iclasında müzakirəyə çıxarılması nəzərdə tutulur.
Həkim ginekoloqlar isə, evdə aborta görə cərimələrin daha da sərtləşdirilməsinin tərəfdarıdırlar. Səhiyyə Nazirliyi Doğuşayardım Komissiyasının sədri, Respublika Perinatal Mərkəzin direktoru Sevinc Məmmədova da evdə abortların qanunsuz olduğunu, ciddi fəsadlarla sonuclandığı barədə həyəcan təbili çalır. Həmsöhbətimiz deyir ki, Xəstəliklərin Beynəlxalq Təsnifatının 10-cu buraxılışında evdə abort kriminal abort kimi qeyd olunur: "Bəllidir ki, Azərbaycanda hamiləliyin 12 həftəsinədək aborta icazə verilir. 12 həftədən sonra isə abort üçün mütləq tibbi göstəriş olmalıdır. Hamiləliyin 6-7 həftəsində mini abortların qadın məsləhətxanalarında aparılmasına icazə verilir. 8 həftədən sonra döldə sümükləşmə olduğundan abortda qanaxma təhlükəsi yaranır. Ona görə də, 8 həftədən sonra abortların stasionarda aparılmasına icazə var".
Həmsöhbətimiz deyir ki, hazırda hamiləliyin dərmanla pozulması kimi üsulla da abortun bütün tibb müəssisələrində aparılmasına icazə verilmir: " "Medikamentoz" üsulla abortun aparılması üçün həm klinikanın, həm də həkimin xüsusi lisenziyası olmalıdır. Medikamentos abort yalnız xüsusi lisenziyası olan tibb müəssisələrində, xüsusi lisenziya almış həkimlər tərəfindən aparıla bilər".
S. Məmmədova abortların evdə aparılmasının qadını ölümlə üz-üzə qoymaq riskinin olduğunu söyləyir: "Evdə abortun qadağan edilməsinin bir sıra səbəbləri var. İlk növbədə abortun steril şəraitdə steril alətlərlə aparılması şərtdir. Evdə abort zamanı qadın heç bir müayinəyə cəlb olunmur. Amma tibb müəssisəssində abortdan öncə qadından müxtəlif viruslara görə analizlər götürülür. Bu da təhlükəli xəstəliklərin abortla yayılmasının qarşısını alır. Tibbi qaydalara görə abort edilən otaq üç dəfə əsas təmizləmədən keçməli, abortdan sonra əsas təmizləmə aparılmalıdır. Tibb müəssisələrində abortun 12 həftədən sonra aparılması həkim komissiyasının qərarı ilə rəsmi blankda möhürlə təsdiqlənməlidir. Əgər tibbi göstəriş yoxdursa, heç bir tibb müəssisəsi hamiləliyin 12-ci həftəsindən sonra qanunsuz olaraq abort edə bilməz. 12 həftədən sonra abortun edilməsi tibbi göstərişlə təsdiqlənməlidir. Əgər döl ana bətnində inkişafdan qalıbsa, inkişafı tam dayanıbsa aborta icazə verilir. Bu məsələdə ananın da səhhəti əsas götürülür. Anada ağciyər xəstəlikləri, böyrək xəstəliyi, ürək tutması kimi ciddi xəstəliklərin olduğu həkim komissiyası tərəfindən təsdiqlənərsə, aborta icazə verilir. Hansı ki, həkim komissiyası anada bu xəstəliklərin inkişafının onun həyatını ölüm təhlükəsi ilə üz-üzə qoyması barədə qənaətə gəlir".
Komissiya rəhbəri heç bir xəstəliyin evdə aborta əsas vermədiyini və bunun texniki fəsadlarının təhlükəli olduğunu bildirir: "Tibb müəssisəsində abort edən ginekoloq mütləq öncə uşaqlığı zond vasitəsilə müayinə edərək instrumenti hansı dərinliyə qədər sala biləcəyini ölçür. Amma evdə abortda bu ölçü aparılmır. Ona görə də naşı, savadsız mamaça instrumentin salma dərinliyini ölçmədiyindən onu içəri salaraq uşaqlığı deşir. Bəzən evdə abortlarda nəinki uşaqlığın deşilməsi, hətta bağırsağın da dartılıb çıxardılmasına rast gəlinir. İnstrument daha dərinə salındıqda bağırsağı da dartıb çıxartdığından, qadın şok halına gəlir. Bu zaman qadını şok halından mütləq həkim çıxarda bilər. Mamaçanıb belə bir biliyi olmadığından şok halında müdaxilə edə bilmir. Evdə abortlarda bağırsaq dartılarkən zədələnə bilər. Eləcə də, uşaqlığın divarı deşilərkən daxilə qanaxma baş verə bilər. Bu qadın üçün ölüm təhlükəsi yaradır. Ona görə də qarın boşluğu açılıb zədələnmiş, deşilmiş yer tikilməlidir ki, qanaxma ilə ölüm baş verməsin. Eyni zamanda abort zamanı mütləq ağrıkəsicilərdən istifadə olunmalıdır. Evdə abortlar ağrıkəsicisiz aparılır ki, bu ağrılar da qadını şoka sala bilər".
Baş ginekoloq evdə abortların sonsuzluğa da gətirib çıxardığını söyləyir. Onun sözlərinə görə, uşaqlıq divarlarının hamiləlikdən azad olmaq üçün çox qaşınması sonsuzluq yarada bilir. S. Məmmədova evdə abortlarda hamiləliyin tam təmizlənməməsi, qalıq qalıb inkişaf etmə riskinin də olduğunu bildirir: "Uşaqlıq tam təmizlənmədikdə qalıq qala bu da "matka"nın irinlənməsinə gətirib çıxarda bilir. Bu zaman biz məcburuq ki, belə qadınlarda uşaqlığı tamamilə cərrahi yolla götürək. Çünki, irinləmiş septiki uşaqlıqda çürümə baş verir. Bu zaman da qadın ana olmaq şansını bir dəfəlik itirir. Ona görə də qadınlar bu cür təhlükələri göz önünə alıb evdə abortdan imtina etməlidirlər. Mən həkim tərəfindən tibb müəssisələrindən kənarda abort etməyə, xüsusi ali tibbi təhsili olmayan şəxs tərəfindən abort etməyə və bu əməllər nəticəsində zərərçəkmiş şəxsin sağlamlığına ehtiyatsızlıqdan ağır zərər vurmaya görə cəzaların daha da sərtləşdirilməsinin tərəfdarıyam".


Sonxeber.az
Telegramda izləyin
Hadisə   Baxılıb: 3515   Tarix: 30 may 2017  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Bakıda əfqanıstanlı kişi 14 yaşlı qıza seksual zorakılıq etdi - MƏHKƏMƏ

Bakıda Əfqanıstan İslam Respublikasının vətəndaşı Rahimi Mahdinin cinayət işi üzrə məhkəmə prosesi keçirilib. xəbər verir ki, işə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim İradə Həsənzadənin sədrliyi ilə baxılıb. Prosesdə zərərçəkmiş ifadələri dinlənilib. Zərərçəkmişlər ifadələrində bildiriblər ki, 1989-c

17 sentyabr 2021
.

Hövsan yolunda iki maşın toqquşdu - Xəsarət alan var + VİDEO

Hövsan yolunda yol-nəqliyyat hadisəsi baş verib. xəbər verir ki, hadisə Hövsan yolunda olub. Toyota Prius markalı avtomobillə Daewoo Nexia markalı minik maşını toqquşub. Baş vermiş hadisə zamanı 1 nəfər xəsarət alıb. Qəza nəticəsində hər iki avtomobilə ciddi ziyan dəyib

12 sentyabr 2021
.

Azərbaycanda xəstə əməliyyatdan əvvəl öldü

Sumqayıt sakini əməliyyat masasında ölüb. -a istinadən xəbər verir ki, hadisə 2 saylı Sumqayıt şəhər xəstəxanasında qeydə alınıb. Həmin xəstəxanada qarın nahiyəsindəki yırtıqdan əməliyyat olunacaq 52 yaşlı Heybət Salmanov anesteziya verilərkən dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır

16 sentyabr 2021
.

Sosial yardım adı ilə pul tələb edən səhifələrlə bağlı RƏSMİ AÇIQLAMA

"Instagram"da "unvanli_sosial_yardim", "sosial_yardim_qeydiyyat", "unvanli_sos_yardim" kimi profillər yaradılmaqla, ünvanlı sosial yardım alınması üçün müraciət edilməsində ödəniş müqabilində köməklik ediləcəyinə dair elanlar verilir. Bu elanlar kiminsə (və y

11 sentyabr 2021
.

SON DƏQİQƏ: Bakıda ağaclıq ərazi yanır

Bakıda ağaclıq ərazidə yanğın başlayıb. xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə paytaxtın Səbail rayonu ərazisində ağaclıq ərazidə yanğın olması barədə məlumat daxil olub. Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələr

17 sentyabr 2021
.

Bakıda təcili tibbi yardım maşını qəzaya düşüb, xəsarət alan var

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. "Report" xəbər verir ki, hadisə Nəsimi rayonunda qeydə alınıb. Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının 9 saylı Bölməsinin təcili tibbi yardım maşını çağırışa gedərkən digər avtomobillə toqquşub. Qəza zamanı tibb bacısı

14 sentyabr 2021
.

Antalyanın məşhur istirahət bölgəsində nəhəng burulğan - VİDEO

Bu gün səhər saatlarında Antalyanın Kəmər bölgəsində dəniz üzərində təxminən 15 dəqiqə davam edən nəhəng burulğan meydana gəlib. Ətrafda olan insanlar təbiət hadisəsini telefonları ilə qeydə alıblar. Qeyd olunur ki, nəhəng burulğan sahilə çatmayaraq tədricən zəifləyərək yox olub.\

15 sentyabr 2021
.

Avtoxuliqan polisi maşınla vurub

Tovuzda polis əməkdaşını maşın vurub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən -a verilən məlumata görə, sentyabrın 16-da saat 1 radələrində Tovuz şəhəri ərazisində Aşağı Öysüzlü kənd sakini, əvvəllər məhkum olunmuş E.Əliyev idarə etdiyi "VAZ-21015" markalı avtomobillə avtoxuliqanlıq edi

17 sentyabr 2021
.

Kürdəmirdə avtomobil aşdı: Ölən və yaralananlar var - FOTO

Kürdəmir rayonunda ağır avtomobil qəzası olub. xəbər verir ki, hadisə Kürdəmir-Zərdab yolunun rayonun Köhünlü kəndindən keçən hissəsində qeydə alınıb. Belə ki, "Mercedes" markalı minik avtomobili hərəkətdə olarkən idarəetmədən çıxaraq aşıb. Nəticədə avtomobildə olan bir nəfər ölüb, iki nəfə

11 sentyabr 2021