Meyiti ortalıqda qalan xalq artisti Xumar dəfn olundu

Meyiti ortalıqda qalan xalq artisti Xumar dəfn olunduXalq artisti Xumar Zülfüqarova "Qurd Qapısı" qəbiristanlığında torpağa tapşırılıb.
Bu barədə Teleqraf.com-a açıqlamasında mərhumun nəvəsi Eldar Zülfüqarov məlumat verib.
O, qeyd edib ki, vida mərasimində xalq artistinin Xoreoqrafiya məktəbindən olan dostları, məktəbin tələbə və müəllim heyəti iştirak edib. Sənətkarı son mənzilə yola salmağa Məryəm Süleymanova, Təranə Muradova kimi tanınmış tələbələri də gəliblər.
Eldar Zülfüqarov deyib ki, dəfnin təşkilinə Mədəniyyət və Turizm Nazirliyinin də köməyi dəyib: "Biz dəfn üçün yer axtarırdıq. Mədəniyyət və Turizm Nazirliyinin nümayəndələri dəfn və vida mərasimini öz öhdələrinə götürdülər, ona yer ayırdıqlarını bildirdilər".
Mərhumun 3 mərasimi sabah Teymur Əliyev küçəsində yerləşən 9 mərtəbəli binanın arxa həyətində baş tutacaq.

Qeyd edək ki, Xumar Zülfüqarova 1927-ci il noyabr ayının 15-də Bakı şəhərində görkəmli teatr və kino aktyoru Rza Əfqanlının ailəsində anadan olub. O, 1945-cı ildə Bakı Xoreoqrafiya məktəbini bitirib. 1945-1966-cı illərdə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, 1966-1978-ci illərdə Azərbaycan Dövlət Filarmoniyasının Mahnı və Rəqs ansamblının solisti və bədii rəhbəri, Dövlət Rəqs Ansamblının yaradıcılarından biri, 1978-1988-ci illərdə Azərbaycan Dövlət Qastrol və konsert üzrə birliyinin ilk baş baletmeysteri olub. 1950-ci ildə Bakı Xoreoqrafiya Məktəbində pedaqoji fəaliyyətə başlayan Xumar Zülfüqarova 60 il ərzində bir neçə nəsil rəqqas və xoreoqraf yetişdirib. (report)


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Mədəniyyət   Baxılıb: 5016   Tarix: 03 iyul 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Alban-Udi dini icmasının sədri: "Pasxanı Qarabağda atalarımızdan miras qalmış kilsələrdə qeyd edəcəyik"

"İnanıram ki, gələcəkdə Pasxa bayramını Qarabağ və ətraf rayonlarda yerləşən, atalarımızdan miras qalmış kilsələrdə qeyd edəcəyik". Bunu "Report"a Alban-Udi Xristian dini icmasının sədri Robert Mobili deyib. "Bu gün Pasxa bayramı ilə əlaqədar xeyli təbriklər almışıq. Xüsusilə

5 may
.

Rövşən Məmmədov Flora Xəlilzadəni AzTV-yə QAYTARDI

Bu yaxınlarda Azərbaycan Televiziyasının (AzTV) Ədəbi-dram verilişləri Baş Redaksiyasının baş redaktoru vəzifəsindən təqaüdə göndərilən Əməkdar jurnalist Flora Xəlilzadə yenidən AzTV-yə qayıdıb. xəbər verir ki, onun qayıdışı barədə Azərbaycan Televiziyasının rəhbəri Rövşən Məmmədov bildirib. "Flor

10 fevral
.

"Bəyin oğurlanması"nın Gülbadamı vəfat etdi

Aktrisa Naibə Əlibəyova dünyasını dəyişib. "Qafqazinfo" xəbər verir ki, bu barədə jurnalist Əli Novruzəliyev feysbukda bildirib. Sənətkar Yasamal qəbiristanlığında torpağa tapşırılıb. O, uzun müddətdir onkoloji xəstəlikdən əziyyət çəkirdi. Qeyd edək ki, "Bəyin oğurlanması" filmind

7 mart
.

"Sehirli xalat"ın "Zərifə" və "Eldar"ı 60 il sonra - Video

Əməkdar mədəniyyət işçisi Yusif Şeyxov və aktrisa Solmaz Hətəmova "Sabahın xeyir, Azərbaycan" verilişində qonaq olublar. Axşam.az xəbər verir ki, 1964-cü ildə yayımlanan "Sehrli xalat" filminin aktyorları ekran işində necə rol aldıqlarından danışıblar. S.Hətəmova filmdə "Zərifə"

5 may
.

Yusif Abdullayev: "2022-2023 cü illərlə müqayisədə xalça ixracımız 30 faiz artıb"

"2022-2023-cü illərlə müqayisədə xalça ixracımız 30 faiz artıb". xəbər verir ki, bunu İxracın və İnvestisiyaların Təşviqi Agentliyi - AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev Azərbaycanda ilk dəfə keçirilən Milli Xalça Festivalı zamanı jurnalistlərə açıqlamasında deyib. O bildirib ki

4 may
.

"Avroviziya" şərhçimiz bəlli oldu

"Avroviziya-2024"​ beynəlxalq mahnı müsabiqəsinin Azərbaycandan builki şərhçisinin kimliyi açıqlanıb. İctimai Televiziya və Radio Yayımları Şirkətinin Mətbuat Xidmətindən "Qaynarinfo"ya verilən məlumata görə, müsabiqədə şərhçi tanınmış televiziya və radio aparıcısı Nurlana Cəfərov

4 aprel
.

Xalq artisti: "Nazirlik bilir ki, mənə qarşı haqsızlıq olub, amma hələ susur"

"Mədəniyyət Nazirliyi bilir ki, mənə qarşı haqsızlıq olub, amma hələ susur". Bunu "Qaynarinfo"ya açıqlamasında Xalq artisti Məzahir Süleymanov deyib. Aktyor bu haqsızlığın Sumqayıt Dövlət Dram Teatrından qaynaqlandığından danışıb:. "80 yaşım tamam olub. Amma Sumqayıt Dövlət Dra

13 mart
.

Tarixin ən qanlı diktatorlarından biri barədə film çəkiləcək

"Emmy"nin 10 mükafatına sahib olan "Çernobıl" serialının rejissoru Yohan Renk yeni layihəsini lentə almağa hazırlaşır. O, İraqın keçmiş lideri Səddam Hüseynin həyatının son günlərindən bəhs edən film çəkəcək. Filmdə baş rolu "Saltburn" və "The Banshee of İnisherin"

17 fevral
.

Xalq artisti VƏFAT ETDİ

Azərbaycan və Tacikistan SSR-nin Xalq artisti, müğənni Leyla Şəripova vəfat edib. "Qafqazinfo" xarici mətbuata istinadən xəbər verir ki, sənətkar 94 yaşında Almaniyanın Düsseldorf şəhərində vəfat edib. Onun ölüm səbəbi açıqlanmır

20 fevral