Ailəsində faciə yaşayan Alim Qasımov oğlu ilə bağlı gerçəyi buna görə gizlədirmiş - FOTO

Ailəsində faciə yaşayan Alim Qasımov oğlu ilə bağlı gerçəyi buna görə gizlədirmiş - FOTOXəbər verildiyi kimi ötən həftənin sonlarında xanəndə Alim Qasımovun oğlu toyda olarkən orada dava düşüb.

Əlbəyaxa olan qohumlarını ayırmağa cəhd göstərən Qadir Qasımov zərbələrə tuş gəlib və onun gözü bərk əzilib. Xalq artisti Alim Qasımov da hadisə ilə bağlı jurnalistlərin suallarını cavablandırıb, baş verənləri danışıb, amma… Xanəndənin müxtəlif saytlara verdiyi müxtəlif açıqlamaları birmənalı qarşılanmayıb.

Alim Qasımovun dünən Yenicag.az-a açıqlamasında oğlunun gözünə məftil dəydiyini deyib:

"Əminəvəsi niyə oğlumun gözünü çıxartsın ki… Gözü yalnız Allah çıxara bilər. Oğlumun gözünə məftil dəyib. Şükür salamatçılıqdır. Həkimə apardıq, dərman tökdü, indi evdədir. İş olanda olur da".

Bu gün isə Ölkə.az saytına oğlunun pilləkəndan yıxılaraq əzildiyini bildirib:

"Orada nə dava olmayıb, nə də oğlumu vurmayıblar. Güzdəkdə evimiz var. Pilləkəndən düşəndə ayağı çaydaşına ilişib, dişi sınıb, gözü də zədələnib. Amma heç bir davadan söhbət gedə bilməz. Sadəcə, kimsə çağırıb, Qadir də yuxulu olub. Ayağı ilişib yıxılıb".

"Bizimyol" saytına açıqlamasında isə hadisənin toyaxşamında baş verdiyini təsdiqləyib.

Maraqlıdır, xalq artistini bir gündə 3 fərqli açıqlama verməyə, daha doğrusu, yalan danışmağa nə məcbur edir?

Yenicag.az yenidən ustad sənətkarla əlaqə saxlayıb. A. Qasımovun bu dəfə cavabı belə olub:

"Mən dünən başqa yerdəydim, əsl həqiqəti bilmirdim. Qadirin gözünə məftil dəydiyi üçün zədələndiyini demişdim. Əslində, pilləkəndan yıxılıb. Belə də ki, hadisə olanda olur, nə dəxli var harda olub, niyə olub? Mən də bir dəfə getdiyim yerdə başıma daş düşdü. Kimsə getdiyi yerdə qəzaya düşür ölür, gündə min dənə hadisə baş verir, əsas odur ki, Qadir sağ-salamatdır".

Xanəndə oğlunun səhhəti ilə bağlı bunları da qeyd etdi:

"Həkimə aparıb-gətiririk. Oğlum baş verənlərə görə stress keçirib. Görək həkimlər nə qərar verəcək. Hələ ki, konkret heç nə demirlər. Əgər lazım olsa, Azərbaycanda müalicə olunacaq, olmasa, xarici ölkələrin birinə aparacağıq. Bu məsələni şişirtmək, məni sorğu-sual etmək lazım deyil, dua edin ki, oğlumun gözü sağalsın".

Yeri gəlmişkən qeyd edək ki, 2015-ci ildə Qadir Qasımov avtomobil qəzası da keçirib. O, qəza nəticəsində yüngül xəsarət alıb.

Cəvahir


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Mədəniyyət   Baxılıb: 4353   Tarix: 11 iyul 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Naxçıvanda nazir əvəzi idarə müdirini işdən çıxardı

Babək Rayon Mədəniyyət İdarəsinin müdiri Fətəli Müslüm oğlu Axundzadə vəzifəsindən azad olunub. "Report"un yerli bürosu xəbər verir ki, bununla bağlı Naxçıvan Muxtar Respublikasının mədəniyyət naziri vəzifəsinin müvəqqəti icraçısı, nazir müavini Həsən Seyidov əmr imzalayıb. Əmrə əsasən, Babə

28 fevral
.

Xalq artisti Elgiz Əkbərdən niyə incidi?

Martın 10-da Xalq artisti Naibə Allahverdiyevanın yubiley tamaşası keçirilib. Naibə Allahverdiyeva tamaşaya aparıcı Elgiz Əkbəri dəvət etsə də, aparıcı tamaşaya gəlməyib. Elgiz Əkbər öz proqramında Naibə Allahverdiyeva ilə canlı bağlantı quraraq, efirdə ondan üzr istəyib. -a açıqlama verən aktrisa incikliyin

13 mart
.

Xalq artisti: "Ulduz xəstəliyinə tutulublar, elə bilirlər ki, oxumasalar da, aktyordurlar"

"Çəkildiyim bütün filmləri, serialları başa vurmuşam. "Alatava"da çəkildim. Düzdür, Stanislavski deyib ki, rolun böyüyü-kiçiyi yoxdur, amma mənim üçün böyüyü də var, kiçiyi də. Mən burada kiçik bir rolda oynadım, 3-4 seriyada varam. Əlixan Rəcəbovla bu rola bir çalar verə bildik. Komediyad

29 fevral
.

Cavanşir Quliyev: "Hazırda yaxşıyam, demək olar əvvəlki vəziyyətə dönmüşəm"

"Hazırda yaxşıyam, demək olar əvvəlki vəziyyətə dönmüşəm. Bu müddət ərzində üç əməliyyat keçirdim, ürək, beyin və qarın boşluğunda əməliyyat oldum". xəbər verir ki, bu sözləri Heydər Əliyev Fondu tərəfindən Türkiyədə müalicə olunan Azərbaycanın Əməkdar incəsənət xadimi, bəstəkar Cavanşir Quliye

21 fevral
.

Van Qoqun əsəri 4,5 milyon avroya satıldı

Məşhur rəssam Vinsent Van Qoqun (1853-1890) 1884-cü ildə çəkdiyi "Ağ papaqlı kəndli qadının portreti" tablosu Niderlandın Maastrixt şəhərində keçirilən Avropa İncəsənət Sərgisində (TEFAF) satılıb. Qeyd olunur ki, portretin yeni sahibi sənət əsəri üçün 4,5 milyon avrodan (təxminən 8,3 milyo

11 mart
.

"Avroviziya-2024" başladı

İsveçin Malmö şəhərində "Avroviziya-2024" mahnı müsabiqəsinin birinci yarımfinalı başlayıb. Axşam.az-ın məlumatına görə, birinci yarımfinalda 15 ölkə təmsilçisi yer alacaq. Onlar Ukrayna, Kipr, Polşa, Serbiya, Litva, Xorvatiya, İrlandiya, Sloveniya, İslandiya, Finlandiya, Portuqaliya, Lüksemburq

7 may
.

Yusif Abdullayev: "2022-2023 cü illərlə müqayisədə xalça ixracımız 30 faiz artıb"

"2022-2023-cü illərlə müqayisədə xalça ixracımız 30 faiz artıb". xəbər verir ki, bunu İxracın və İnvestisiyaların Təşviqi Agentliyi - AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev Azərbaycanda ilk dəfə keçirilən Milli Xalça Festivalı zamanı jurnalistlərə açıqlamasında deyib. O bildirib ki

4 may
.

Kemeron yeni "Avatar"la bağlı şayiələri təkzib edib

Məşhur rejissor Ceyms Kemeron "Avatar"ın üçüncü hissəsinin ilkin montajdan sonrakı versiyasının doqquz saat olduğu ilə bağlı şayiələri təkzib edib. "Əgər qaralama montajdan sonrakı materialın doqquz saatlıq olsaydı, mən ov tüfəngini götürüb başıma atəş açardım. Yox, mən dedim ki, ümumilikd

17 fevral
.

"Hicran" tamaşasının Orxanı İLLƏR SONRA - VİDEO

"Hicran" tamaşasının Orxanı, Əməkdar artist Bəhram Əliyev illər sonra müsahibə verib. xəbər verir ki, uzun illərdən sonra aktyor ilk dəfə "Xəbərin olsun" verilişinə qonaq olub. Bəhram Əliyev bildirib ki, aktyoru ilk dəfə 1979-cu ildə teatra dəvət ediblər. "Hicran" tamaşas

17 may