Hazır olun! Benzindən sonra bu sahələrdə bahalaşma olacaq

Tarif Şurasının müvafiq qərarı ilə "Aİ-92" markalı avtomobil benzininin pərakəndə satış qiyməti artırılaraq, 1 litr üçün 0,90 AZN müəyyən olunub. Bu digər sahələrə nə kimi təsir göstərəcək?

Millət vəkili Fazil Mustafa bunun bütün sahələrə təsir edəcəyini və sosial vəziyyətin daha da çətinləşəcəyini bildirib:

"Tarif Şurası benzinin qiymətinin qaldırılmasını qonşu ölkələrlə müqayisədə bizdəki qiymətlərin aşağı olması ilə əsaslandırıb və ən azından daxili bazarı qorumaq üçün bunun edilməsi olduğunun vacibliyini qeyd edib. Hər halda belə bir əsaslandırma qaneedici deyil, çünki əhalinin gəlir səviyyəsi yüksəldiyi təqdirdə bunun edilməsi daha faydalı və məqsədəuyğun olardı. Tarif Şurasının bu qərarı bütün sahələrə öz təsirini göstərəcək. Enerji, qaz, daşınma ilə bağlı olan bütün sahələrdə qiymət artacaq və bu o deməkdir ki, ümumi sosial vəziyyət daha da çətinləşəcək".

İqtisadçı-ekspert Qubad İbadoğlu da məsələyə münasibət bildirib. O, bunun psixoloji (panik) və iqtisadi (məsrəf artırıcı) təsirləri olacağını, həmçinin cari ilin ikinci yarısında inflyasiya proseslərinin daha da sürətlənəcəyini qeyd edib:

"Növbədə hansı mallardır? Bu qərarın manatın məzənnəsinə təsiri necə olacaq?

Bu gündən "Aİ-92" markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 90 qəpik müəyyən olunub. Yanacaq məhsullarında qiymət artımı yalnız "Aİ-92" markalı avtomobil benzini ilə məhdudlaşmayacaq, alternativ məhsulların, o sıradan da yüksək markalı benzinin və dizel yanacağının qiymətində də bahalaşma labüddür.

Benzinin qiymət bahalaşmasının ikili -psixoloji (panik) və iqtisadi (məsrəf artırıcı) təsirləri olacaq. Psixoloji təsirlər qısa, iqtisadi təsirlər isə uzunmüddətli və davamlıdır. Benzinin qiyməti kəskin artdığı halda nəqliyyat tariflərinin stabil saxlanılması "mümkün deyil". Odur ki, ilk növbədə xüsusi (taksi) və ictimai nəqliyyatda (şəhərdaxili və şəhərlərarası avtobuslarda) sərnişin daşınmasında gediş haqları qalxacaq. Beləliklə də bazarların qarşılıqlı təsiri ilə metroda və dəmiryol nəqliyyatında da gediş haqları bahalaşacaq. Bununla yanaşı, avtomobil, hava və dəniz nəqliyyatında yük daşınma üçün yanacaq məsrəflərinin artması əsas istehlak mallarının qiymətinin də bahalaşmasına gətirib çıxaracaq.
Gözləntilərə görə, cari ilin ikinci yarısında inflyasiya proseslərini daha da sürətləndirəcək. Məlumat üçün qeyd edim ki, cari ilin birinci yarısında inflyasiya 13,9 faiz olub. Belə olan halda da qiymətlərin ümumi səviyyəsi xarakterizə edən istehlakçı qiymətləri indeksinin orta illik səviyyəsi 15 faizdən az olmayacaq. Qiymətlərin bu səviyyədə bahalaşması aztəminatlı ailələrin büdcəsinə təsirsiz ötüşməyəcək. Bu isə sosial vəziyyəti daha da gərginləşdirəcək, dolanışıq imkanlarını məhdudlaşdıracaq və son nəticədə əhalinin siyasi narazılığını daha da artıracaq.

Hazırda avtomobil benzininin pərakəndə satış qiyməti ABŞ dolları ilə Birləşmiş Ərəb Əmirliyində 0,48, Omanda 0,47, Nigeriyada 0,46, Qazaxıstanda və Malayziyada 0,44, Bəhreyndə 0,42, Ekvadorda 0,39, Misirdə 0,36, İranda 0,34, Küveytdə və Əlcəzairdə 0,32, Türkmənistanda 0,27, Səudiyyə Ərəbistanında 0, 24, Venesuelada 0,01-dir. Müqayisə üçün qeyd edim ki, Azərbaycanda isə 15 iyun 2017-ci ildən etibarən 1 litr "Aİ-92" markalı avtomobil benzinin qiyməti 0,53 ABŞ dolları təşkil edib

Xatırladım ki, Tarif Şurası benzinin qiymətinin artırılmasının əsas kimi SOCAR-ın ixrac imkanlarını məhdudlaşdırması və xarici valyuta gəlirlərinin azalmasını göstərib. Bu onu göstərir ki, hazırkı hakimiyyət yenə də koprorativ maraqları istehlakçı maraqlarından üstün tutur və məlum qərarı ilə məqsədli şəkildə ümumi qiymət artımını stimullaşdırır. Bu həm də artan qiymət hesabına dövriyyə daha çox manat kütləsini cəlb etməklə manatın məzənnəsində müşahidə olunan "sabitliyi" davam etdirmək istəyinə də xidmət edir".
Hazır olun! Benzindən sonra bu sahələrdə bahalaşma olacaqHazır olun! Benzindən sonra bu sahələrdə bahalaşma olacaqMənbə: qaynarinfo


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 12002   Tarix: 15 iyul 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Əhalinin NƏZƏRİNƏ: Sabah saat 11:00-dan...

Sabah saat 11:00-dan etibarən Hacıqabul - Bəhrəmtəpə - Mincivan - Ermənistanla dövlət sərhədi avtomobil yolunun 43-cü km-lik hissəsində (Sabirabad rayonu ərazisində) yerüstü piyada keçidinin inşası ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq. bu barədə Azərbaycan Avtomobi

27 aprel
.

MTK və sakinlər qarşı-qarşıya: Yeddi ildir kirayədə yaşamağa məcburuq – VİDEO

Paytaxtın Xətai rayonu Mehdi Mehdizadə küçəsi, 2 ünvanında MTK pilot layihə icra edir. Lakin sökülən binanın sakinləri bildiriblər ki, yeni tikilən bina onlara vəd edilən vaxtda təhvil verilməyib. "Binamız yeddi ildir sökülüb. İki ilə təhvil veriləcəyini demişdilər. Amma deyilən kimi olmadı. Əziyyə

27 aprel
.

Cavanşir Məmmədovun ailəsinə sərt ittiham: "Son arzusunu yerinə yetirmədilər" - VİDEO

Əməkdar artist Cavanşir Məmmədov 2 ay öncə iştirak etdiyi verilişlərin birində vəsiyyətini açıqlamışdı. Mərhum sənətçinin vəsiyyəti insanlar arasında marağa səbəb olmuşdu. Bəs görəsən, onun bu vəsiyyətinə niyə əməl olunmadı?. -a istinadən xəbər verir ki, bu sualla Filologiya üzrə fəlsəfə doktoru Aqi

27 aprel
.

Xankəndidə silah və sursatlar aşkarlanıb

Ötən gün Xankəndi şəhəri ərazisindən 7 ədəd müxtəlif markalı avtomat silahı, 1 pulemyot, 1 tapança, 10 qumbara, 3 trotil, 70 patron darağı, 2210 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb. Bu barədə -a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. Bunda

27 aprel
.

"Sühməramlılar bu tarixə qədər Qarabağı tam tərk edəcək"

"Qarabağdakı rusiyalı sülhməramlı kontingentinin demək olar ki, hamısı regionu tərk edib". "Qafqazinfo" xəbər verir ki, bu barədə məlumatı Azərbaycan Müdafiə Nazirliyindəki mənbəyə istinadən "Reuters" agentliyi yayıb. Mənbənin sözlərinə görə, hələ regionda qalan sülhməramlıları

27 aprel
.

Gecələr insanlara qorxu yaşadan qadın kameraya düşdü - Video

Mingəçevirdə naməlum şəxsin gecələr qapıları döyüb insanları narahat etməsi, həyəcan yaratması barədə polisə müraciətlər daxil olub. "Qafqazinfo" xəbər verir ki, şəhərin M.Hüseyn küçəsində yaşayan sakinlər gecə yarısı həmin şəxsin qapıları döydüyünü, sonra qaranlıq yerlərdə gizləndiyini, qeyri-adekva

26 aprel
.

Mağazadan qovulan qadınla bağlı QORXUNC AÇIQLAMA: "Onu zorla..."

"Mağazadan qovulan gənc qadınla bağlı mənim yanaşmam bir qədər fərqlidir. Görüntülərdəki xanımın geyim tərzi, davranışı bir az şübhəli idi. Mən insan alveri məsələləri məşğul olduğuma görə, bunu sezə bilirəm". Bu sözləri -a "Qadın təşəbbüsü və sosial problemlərin həllinə yardım" İctima

27 aprel
.

Sabah 31 dərəcə isti olacaq

Aprelin 28-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında havanın yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 14-18 isti, gündüz 26-31 isti olacaq. Atmosfer təzyiqi normadan yüksə

27 aprel
.

Reuters: Sonuncu sülhməramlı Qarabağı nə zaman tərk edəcək?

"Rusiyanın Qarabağdakı sülhməramlı kontingentinin demək olar ki, hamısı regionu tərk edib". Bu barədə "Reuters" xəbər yayıb. Bildirilir ki, kontingentin qalan hissəsinin mayın sonuna kimi Qarabağı tərk edəcəyi gözlənilir. "Sülhməramlıların bütün zirehli texnikası, o cümlədə

27 aprel