SON DƏQİQƏ! Tarif Şurasının rəsmisindən benzinin qiymətinin qalxması ilə bağlı AÇIQLAMA - "Benzinin qiymətinin qalxması yükdaşıma və ictimai nəql

SON DƏQİQƏ! Tarif Şurasının rəsmisindən benzinin qiymətinin qalxması ilə bağlı AÇIQLAMA - "Benzinin qiymətinin qalxması yükdaşıma və ictimai nəql"Aİ-92" markalı avtomobil benzininin tarifindəki dəyişikliyin yükdaşımaya, ictimai nəqliyyatda, o cümlədən, avtobusla müntəzəm sərnişin daşımaya hər hansı aidiyyəti yoxdur".

Sonxeber.az xəbər verir ki, bunu APA-ya açıqlamasında Tarif Şurasının katibinin müavini Ceyhun Nəcəfov deyib. O, qeyd edib ki, ölkədə istehsal edilən mühərrik yanacaqlarının keyfiyyətinin yüksək avrostandartlara çatdırılması, ekoloji mühitin yaxşılaşdırılması və artan ölkədaxili tələbatın etibarlı təmin edilməsi məqsədilə investisiya imkanlarının genişləndirilməsi, neft emalı sənayesində yenidənqurma və modernləşdirmə işlərinin həyata keçirilməsinin zəruriliyi, eləcə də ötən illər ərzində manatın məzənnəsində baş verən dəyişikliklər, artan daxili tələbatın SOCAR-ın ixrac imkanlarını məhdudlaşdırması və xarici valyuta gəlirlərinin azalması nəzərə alınaraq, "Aİ-92" markalı avtomobil benzini üzrə tarif tənzimlənməsi aparılıb:

"Yükdaşıma, ictimai nəqliyyat, o cümlədən, avtobusla müntəzəm sərnişin daşıma sahələrində dizel yanacağından, bir sıra avtobuslarda isə maye və ya sıxılmış qazdan istifadə olunur. Həmçinin, dəniz nəqliyyatı ilə yük və sərnişin daşımalarda da dizel yanacağından istifadə edilir. Hava nəqliyyatına gəlincə isə, bu sahədə də "Aİ-92" markalı avtomobil benzinindən deyil, reaktiv mühərrik yanacağından istifadə olunur. Göründüyü kimi, tarif dəyişikliyinin dizel yanacağına, aviabenzinə, maye və sıxılmış qaza aidiyyəti olmadığı üçün yük və sərnişin daşıma baxımından əlavə xərc yaratmır".

"Səs" qəzetinin baş redaktoru Bəhruz Quliyev APA-ya açıqlamasında bildirib ki, ictimaiyyətin qiymət artımından irəli gələn narahatlığına əsas yoxdur. Onun sözlərinə görə, dövlət öz vətəndaşının rifahı naminə bütün addımları hesablanılmış formada atır: "Mənə elə gəlir, əgər ciddi şəkildə hər hansı problem yaransaydı, bu addım atılmazdı. İkinci bir tərəfdən baxanda, qonşu dövlətlərlə müqayisədə bizdə olan avtomobil benzini hələ qiymət dəyişikliyindən sonra da aşağıdır. Tarif Şurasının açıqlamasında da göstərilib ki, hər hansı bir narahatlığa əsas yoxdur. Dövlət müxtəlif sektorlarda qiymətin süni şəkildə artırılmasına nəzarət edir.

Ötən dəfə də süni şəkildə narazılıq yaranmışdı, siyasi manipulyasiya yaradan qruplar var idi. Onlar deyirdilər, bu addımlar ciddi narazılıqlar yaradacaq, xalq kəskin reaksiya verəcək və s. Amma məlum oldu ki, bu kiminsə şəxsi iddiası, hansısa qrupların marağına xidmət edən məsələdir. Dövlətin süni qiymət artımına nəzarət edən qurumları var. Hesab edirəm, benzinin qiymətinin qalxmasını kimsə siyasi manipulyasiya predmetinə çevirirsə, bu əsassızdır, uğursuz olacaq. Çünki xalq öz dövlətinin yanındadır".

B. Quliyev əlavə edib ki, dövlət tərəfindən atılan hər bir addım cəmiyyət tərəfindən müsbət qiymətləndirilir:

"Əgər zərurətdirsə, qonşu dövlətlərlə, dünyada gedən proseslərlə uyğunlaşma gedirsə, bunu təbii qarşılamaq lazımdır. Bu addımları hər hansı oyun alətinə, siyasi manipulyasiyaya çevirmək lazım deyil. Belə məqamlarda dövlət öz vətəndaşının hüquqlarını böyük həssaslıqla qoruyur. Kimsə süni qiymət artımına yol verərsə, öz marağı çərçivəsində çıxış edərsə, bunun qarşısı dövlət tərəfindən alınmalıdır və alınacaq. Bu cür hallarda səlahiyyətli qurumlar çox həssaslıqla prosesləri izləyirlər".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 14338   Tarix: 16 iyul 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Uşaqpulu ilə bağlı açıqlama: Ayda hər ailəyə 100 manat…

İstər ərzaq, istər geyim, istərsə də digər məhsullar xeyli bahalaşıb. Bir çox ailələr aylıq xərclərin çox, gəlirlərin isə az olduğunu deyir. Bu səbəbdən də uşaqpulunun yenidən verilməsinə ümid edirlər. Hətta deputat Sabir Rüstəmxanlı da müsahibələrinin birində hökumətin uşaqpulu verməsinin tərəfdar

5 may
.

Bakı həbsxanasında ÖLÜM

Azərbaycanda daha bir məhkum həbsdə ölüb. -ın əldə etdiyi məlumata görə, hadisə Penitensiar Xidmətin Bakıdakı cəzaçəkmə müəssisəsində qeydə alınıb. Orada cəza çəkən məhkum Mirəli Bəşirov dünyasını dəyişib. Onun xəstəlikdən öldüyü bildirilir

3 may
.

COP29 zamanı fəaliyyət göstərəcək dövlət və özəl xəstəxanaların ilkin siyahısı müəyyənləşib

COP29 zamanı tibbi xidmətin təminatçısı qismində cəlb olunacaq dövlət və özəl tibb müəssisələrinin ilkin siyahısı müəyyənləşib. "Report" xəbər verir ki, bu barədə səhiyyə naziri Teymur Musayev BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29

4 may
.

Adil Əliyevin ailəsinə ağır itki

Milli Məclis sədrinin müavini, Gənclər və İdman Komitəsinin sədri Adil Əliyevə ağır itki üz verib. "Qafqazinfo" xəbər verir ki, vitse-spikerin qayınatası Aydın Abdullayev dünyasını dəyişib. Allah rəhmət eləsin!

4 may
.

"Green card"a müraciət edənlərin NƏZƏRİNƏ

Bu gün "Green card" müraciətlərin nəticələri açıqlanacaq. xəbər verir ki, nəticələrin yaxın saatlarda açıqlanacağı bildirilir. DV Lotereyasının rəsmi internet saytında nəticələrə namizədlərin təsdiq nömrəsi ilə baxmaq olar. Qeyd edək ki, "Green card" qaliblərinə ABŞ-də yaşamaq v

4 may
.

Bakıya yağış, dağlıq rayonlara qar yağacaq - HAVA PROQNOZU

Martın 6-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, gecə və axşam bəzi yerlərd

5 may
.

Ermənilərin 30 ildə darmadağın etdiyi kənddəki bərpa işlərindən görüntülər - VİDEO

Laçın rayonunun Sus kəndinə Böyük Qayıdış üçün son tamamlama işləri aparılır. 25 hektar ərazini əhatə edən Sus kəndində hər bir evin 12 sot həyətyanı sahəsi var. Burada ümumilikdə 59 ev tikilib. Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun direktor müavini Vüqar İmranov bildirib ki, bu evlərin 13-ü ik

4 may
.

Aparıcı Turan Məmmədli ana oldu - FOTO

Baku TV-nin aparıcısı Turan Məmmədli ana olub. xəbər verir ki, o, bu barədə özü məlumat yayıb. Aparıcı bildirib ki, qızı Sofiya dünyaya gəlib:. "Xoş gəldin bu dünyaya, may gülüm Sofiya Cəfərova". Qeyd edək ki, Turan futbolçu Ruslan Cəfərov ilə evlidir

3 may
.

Evinə qaz və işıq çəkmək istəyənlərin nəzərinə! - Tarif Şurasından QƏRAR

Elektrik və qazpaylayıcı şəbəkələrə qoşulma xidmətləri və bir sıra dərman vasitələri üzrə qiymətlər müəyyənləşdirilib. Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının Katibliyindən -a verilən xəbərə görə, istehlakçıların elektrik və qazpaylayıcı şəbəkələrə qoşulması üçün daha keyfiyyətli xidmətlərdə

4 may