Əflatun Amaşov Zərdabinin büstünü ziyarət edib

Əflatun Amaşov Zərdabinin büstünü ziyarət edibMətbuat Şurasının və Sputnik Beynəlxalq İnformasiya Agentliyi və Radiosunun təmsilçiləri milli mətbuatımızın banisi Həsən bəy Zərdabinin Mərkəzi Nəbatat Bağında yerləşən büstünü ziyarət ediblər. Sonxeber.az Lent.az-a istinadən verilən məlumata görə, ziyarət milli mətbuatımızın yaranmasının 142-ci öldönümü münasibəti ilə gerçəkləşib. Bununla bağlı keçirilmiş mərasimdə çıxış edən Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov "Əkinçi" qəzetinin Azərbaycanın ictimai fikir tarixində oynadığı rola diqqət çəkib. O bildirib ki, "Əkinçi"nin ümumilikdə 56 sayı işıq üzü görüb. Lakin nəşrin missiyası sonradan milli qəzetlərin yaranmasına böyük təkan verib. "Əkinçi"nin maarifçilik ideyaları öz davamını "Kəşkül", "Ziya", "Kaspi", "Şərqi-rus", "Molla Nəsrəddin" kimi dövrün tanınmış nəşrlərində tapıb. Ə.Amaşov çıxışında həmçinin müasir dövrdə Azərbaycan mediasının inkişaf xüsusisyyətlərindən söz açıb. Şura sədri vurğulayıb ki, ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi media siyasəti eyni zamanda Həsən bəy Zərdabinin xalqın tərəqqsinə yönəlmiş maarifçilik xəttinə böyük ehtiramın nümunəsidir.
Sputnik Beynəlxalq İnformasiya Agentliyi və Radiosunun rəhbəri Əziz Əliyev çıxışında bildirib ki, Azərbaycan mətbuatının banisi olan Həsən bəy Zərdabi tarixdə dərin iz buraxmış görkəmli şəxsiyyətdir. Onun miras qoyduğu irsi qorumaq son dərəcə vacibdir.
Ə.Əliyev Sputnik Beynəlxalq İnformasiya Agentliyi və Radiosu Mətbuat Şurası ilə birgə Həsən bəy Zərdabinin xatirəsini görkəmli mütəfəkkirin büstünün olduğu Mərkəzi Nabatat bağında anılmasının artıq ənənəyə çevrildiyini bildirib. O, toplantı iştirakçılarını Milli Mətbuat və Jurnalistika Günü Münasibəti ilə təbrik edərək Zərdabinin maarifçilik xəttinin qorunmasından məmnunluğunu dilə gətirib.
Qeyd edək ki, Həsən bəy Zərdabinin Milli Elmlər Akademiyasının Mərkəzi Nəbatat Bağında yerləşən büstünü ziyarət ənənəsinin əsası ötən ilin iyulun 21-də Sputnik Beynəlxalq İnformasiya Agentliyi və Radiosu ilə Mətbuat Şurası tərəfindən qoyulub. Uzun müddət bu büst ölkənin media ictimaiyyətinin diqqətindən kənarda qalıb.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 803   Tarix: 22 iyul 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində SON DURUM

Ermənistanla Azərbaycan arasındakı şərti sərhədin Qazax istiqamətindən görüntülər yayılıb. Ermənistan mediasında yayılan kadrlarda hazırda işğal altında olan Bağanis Ayrım kəndində azərbaycanlılara məxsus viran qalmış evlər əks olunub. Həmçinin Ermənistan KİV-də bölgədə delimitasiya prosesinin aparılmasın

23 aprel
.

İlham Əliyev: "Biz dörd kənd məsələsini heç vaxt yaddan çıxarmamışıq"

"İkinci Qarabağ müharibəsindən dərhal sonra dörd kənd məsələsini qaldırdıq. Əslində, biz həmin kəndləri heç vaxt yaddan çıxarmamışıq". AZƏRTAC xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev aprelin 23-də ADA Universitetində təşkil olunan "COP29 və Azərbaycan üçün Yaşıl Baxış" mövzusund

23 aprel
.

İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO

Azərbaycanda səfərdə olan Qırğızıstan Prezidenti Sadır Japarova Qarabağ atı hədiyyə edilib. AZƏRTAC xəbər verir ki, aprelin 25-də Ağdamda Azərbaycan İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar və sonra Qarabağ atların

25 aprel
.

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamda məktəbin təməlqoyma mərasimində iştirak ediblər

Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdam rayonunun Xıdırlı kənd tam orta məktəbinin birgə təməlqoyma mərasimində iştirak ediblər. Bununla bağlı AZƏRTAC məlumat yayıb

25 aprel
.

İlham Əliyevin Berlində Olaf Şolts ilə geniş tərkibdə görüşü başlayıb

Aprelin 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Berlində Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts ilə geniş tərkibdə görüşü başlayıb. Bununla bağlı AZƏRTAC məlumat yayıb

26 aprel
.

Ermənistanda çaxnaşma: Nəzarətdən çıxan bir qrup hərbçi saxlanıldı - YENİLƏNİB

Ermənistanın Tavuş vilayətinin Kirants kəndində aksiyalara qoşulan hərbi qulluqçular cinayət məsuliyyətinə cəlb olunublar. Bu barədə Ermənistan İstintaq Komitəsi məlumat yayıb. Bildirilib ki, erməni zabit A.Ç. və gizir F.B. 12 sıravi müqaviləli hərbçiyə etirazların baş verdiyi əraziyə getmələrini tapşırıb

27 aprel
.

Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - Video

Xəbər verdiyimiz kimi, 24 il əvvəl ABŞ Dövlət Departamentinin xüsusi nümayəndəsi, Minsk Qrupunun həmsədri Keri Kavano tərəfindən ulu öndər Heydər Əliyevə təsəlli olaraq təqdim olunan Ağdam Cümə məscidinin bir parça daşı məscidə qaytarılıb. "Qafqazinfo"nun məlumatına görə, həmin həssas anlar

25 aprel
.

Ərdoğandan Ermənistana xəbərdarlıq: "Fürsət qapıları həmişə açıq qalmır"

"Artıq regionda yeni bir nizam qurulur". Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İraqdan qayıdarkən jurnalistlərə müsahibəsində bildirib. O qeyd edib ki, gerçəkliklə heç bir əlaqəsi olmayan uydurma tarixi hekayələr üzərində hərəkət etməkdənsə, zamanın reallıqlarına əsaslanaraq hərəkə

23 aprel
.

Prezident İlham Əliyev: Sülhə nail olmaq üçün çox yaxşı fürsətlər var

Ermənistanla Azərbaycan arasında gedən proses nəticəsində sərhədlərin delimitasiyası, hətta demarkasiyası da başlamışdır. 1990-cı və 1992-ci illərdə işğal edilmiş 4 Azərbaycan kəndi bizə qaytarılıb. AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev aprelin 26-da Berlind

26 aprel