Son dəqiqə! Qarabağda...

Xarici işlər naziri Elmar Məmmədyarov Macarıstana rəsmi səfəri çərçivəsində bu ölkənin xarici işlər və ticarət naziri Peter Siyarto ilə təkbətək və nümayəndə heyətlərinin iştirakı ilə görüşüb.
Azərbaycan Xarici İşlər Nazirliyindən (XİN) Sonxeber.az-a verilən məlumata görə, E.Məmmədyarov 2017-ci ilin ölkələr arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi ilə əlamətdar olduğunu deyərək, xalqlarımız arasında əlaqələrin dərin tarixi kökləri olduğunu bildirib.
E.Məmmədyarov bu səfərin Azərbaycan Prezidenti İlham Əliyevin qarşıdan gələn aylarda Macarıstana səfəri, həmçinin Birgə İqtisadi Komissiyanın növbəti VII iclasının keçirilməsinə hazırlıq məqsədi daşıdığını qeyd edib.
O, Azərbaycan və Macarıstan arasında strateji tərəfdaşlıq münasibətlərinin hərtərəfli əməkdaşlığın inkişafı üçün münbit zəmin yaratdığını bildirərək, iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi üçün əlverişli imkanların mövcud olduğunu vurğulayıb. Xüsusilə, nəqliyyat, kənd təsərrüfatı, sənaye, təhsil, mədəniyyət və əczaçılıq sahələrini qeyd edib.
Azərbaycanın enerji sahəsində Avropanın etibarlı tərəfdaş olduğunu deyən nazir Elmar Məmmədyarov bu xüsusda TANAP və TAP layihələrinin plana uyğun həyata keçirildiyini bildirdi. Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizləri haqqında məlumat verən nazir Elmar Məmmədyarov Macarıstan şirkətlərinin də bu dəhlizlərin yaradacağı imkanlardan faydalana biləcəyini dedi.
E.Məmmədyarov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqlar prosesinin hazırkı statusu barəsində həmkarını məlumatlandırıb və münaqişənin BMT TŞ-nın müvafiq qətnamələrində də əks olunduğu kimi, yalnız beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq, Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində həll edilməli olduğunu diqqətə çatdırıb. Həmçinin, regional sülhə və təhlükəsizliyə ciddi təhdid olan bu münaqişənin həlli üçün Ermənistan qoşunlarının Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarılmalı olduğunu vurğulayıb.
E.Məmmədyarov Macarıstanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində hər zaman Azərbaycanın ədalətli mövqeyini və münaqişənin məhz Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında həllini dəstəkləməsinin yüksək qiymətləndirildiyini bildirib.
P.Siyatro Azərbaycan və Macarıstan arasında ikitərəfli münasibətlərin hazırkı səviyyəsindən məmnunluğunu ifadə edərək, bu əməkdaşlıq ruhunun beynəlxalq təşkilatlar çərçivəsində, xüsusilə qarşılıqlı səsvermə ənənəsi şəkilində davam etdirilməsinin vacibliyini qeyd edib. Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın vacib tərəfdaş olduğunu deyən P.Siyatro Macarıstanın Azərbaycandan nəql edilən qazın idxal edilməsində maraqlı olduğunu bildirib. O, həmçinin Azərbaycan və Avropa İttifaqı arasında Strateji tərəfdaşlıq haqında Sazişin Macarıstan Hökuməti tərəfindən tam dəstəkləndiyini diqqətə çatdırıb.
Macarıstan şirkətlərinin Azərbaycanda uğurla fəaliyyət göstərdiyini və Qərbi Avropadan olan tərəfdaşların Azərbaycan bazarı uğrunda rəqabət apardığını qeyd edən Peter Siyarto xüsusilə əczaçılıq sahəsinə toxunub. O, Macarıstan hökumətinin Azərbaycandan olan tələbələrin Macarıstanın ali təhsil müəssisələrində təhsil alması üçün 200 nəfərlik kvota ayırdığı barədə məlumat verib.
Görüşdə ikitərəfli münasibətlərin digər aspektləri, hüquq-müqavilə bazasının genişləndirilməsi, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər barəsində geniş fikir mübadiləsi aparılıb. Görüşdən sonra nazirlərin iştirakı ilə birgə mətbuat konfransı keçirilib.
Son dəqiqə! Qarabağda...Son dəqiqə! Qarabağda...Son dəqiqə! Qarabağda...Son dəqiqə! Qarabağda...


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 3438   Tarix: 24 iyul 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir

Fransa tərəfi üzr istəməlidir. xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadənin Fransanın daxili işlər naziri Jerald Darmanan tərəfindən Azərbaycanın diktatura adlandırılması ilə bağlı yerli medianın sualına cavabında deyib. O bildirib ki, Fransa tərəfində

17 may
.

İlham Əliyev Millətlər Birliyinin baş katibini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 13-də Millətlər Birliyinin (Commonwealth) baş katibi Patrisiya Skotlendi qəbul edib. Bununla bağlı AZƏRTAC məlumat yayıb

13 may
.

Azərbaycanda səfərdə olan Aleksandr Lukaşenkonun rəsmi qarşılanma mərasimi olub

Azərbaycan Respublikasına dövlət səfərinə gələn Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun mayın 16-da rəsmi qarşılanma mərasimi olub. AZƏRTAC xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda Belarus Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Azərbayca

16 may
.

Prezident Cəbrayılın bu kəndlərinin təməllərini qoydu

Azərbaycan Prezidenti İlham Əliyev mayın 18-də Cəbrayıl rayonunun Böyük Mərcanlı, Karxulu və Sarıcallı kəndlərinin təməllərini qoyub. xəbər verir ki, bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb

18 may
.

"Sülhlə bağlı müəyyən narazılıqlar aradan qalxıb, Cenevrə görüşü yeni əlaqələr yaranmasına səbəb olacaq" - Politoloq

Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri Sahibə Qafarova və Alen Simonyan mayın 16-da Cenevrədə görüşəcəklər.Bu barədə Ermənistan KİV-ləri məlumat yayıb. Bildirilib ki, Ermənistan nümayəndə heyəti mayın 15-18-də Parlament sədrlərinin VI Ümumdünya Konfransının hazırlıq komitəsinin iclasınd

14 may
.

Prezident İlham Əliyev qəbul keçirib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 13-də Tuvalunun general-qubernatoru Falani Tofinqanı, Tonqa Krallığının Baş naziri Savaleni Siaosi Ofa Ki Vahafolaunu və Baham Adaları Birliyinin xarici işlər naziri Mitçel Frederik Audleyi qəbul edib. Bu barədə AZƏRTAC məlumat yayıb

13 may
.

Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib - SƏRƏNCAM

Prezident İlham Əliyev Bir sıra birinci instansiya məhkəmələri hakimlərinin təyin edilməsi və bəzi birinci instansiya məhkəmələri hakimlərinin vəzifələrinin dəyişdirilməsi haqqında Sərəncam imzalayıb. -in xəbərinə görə, Sərəncamla "Məhkəmələr və hakimlər haqqında" qanunun 94-cü və 96-cı maddələrin

13 may
.

Belarus Prezidenti Aleksandr Lukaşenko Füzuli rayonuna gedib

Azərbaycan Respublikasında dövlət səfərində olan Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko mayın 17-də Füzuli rayonuna gedib. AZƏRTAC xəbər verir ki, Füzuli Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkon

17 may
.

Aqil Abbas: "Yaşı 70-i ötmüş bütün deputatları bir yerə yığıb güllələmək lazımdır"

Son günlər gündəmi zəbt edən əsas mövzulardan biri də Azərbaycanda yeni parlament seçkisinin nə vaxt keçiriləcəyidir. Yayılan məlumatlar bu prosesin çox da uzaqda deyil, yaxın 2-3 ay ərzində baş tutacağını söyləməyə əsas verir. İddialara görə, hakimiyyət yeni parlamentin daha gənc və dinamik şəxslərdə

14 may