Təcili! Ermənilərin Qarabağda itirdiyi yeni mövqelər

Təcili! Ermənilərin Qarabağda itirdiyi yeni mövqelərİlham Əliyevin Soçi səfəri öz nəticəsini verdi

Rusiyanın aparıcı ermənipərəst saytlarından biri "Regnium" son iki gündür birdən-birə Dağlıq Qarabağın adı ilə bağlı Azərbaycanın xeyrinə sayıla biləcək addım atıb.

Yazarların əksəriyyəti ermənipərəst olan sayt birdən-birə "Artsax" və "Dağlıq Qarabağ Respublikası" ifadələrini başlıqda ümumiləşdirərək münaqişədən əvvəlki variantda, rusca Dağlıq Qarabağ Muxtar Respublikası mənasını verən "NKAO" variantında təqdim etməyə başlayıb.

Böyük ehtimalla bu, saytın sahibi, Rusiya dərin dövlətinin təmsilçisi olan Modest Kolerovun aldığı xüsusi göstərişin nəticəsində baş verib. Hər halda, son günlərdə Ermənistan NATO və ATƏT-ə əməkdaşlıqda Rusiyanı qıcıqlandıracaq müəyyən addımlar atır. Məsələn, iyulun 30-da Gürcüstanda başlayacaq "Noble Partner 2017" NATO hərbi təlimlərinə Cənubi Qafqazdan yalnız Gürcüstan və Ermənistan qatılacaq.

İlk başdan bu tədbirə yalnız Gürcüstan və Azərbaycan dəvət almışdı, lakin Azərbaycan dəvətdən imtina edib və bu, Ermənistanın dövrəyə girməsinə səbəb olub. Ermənistan təlimlərə qoşulmaq üçün müraciət edib və müsbət cavab alıb. Erməni KİV-ləri bunu "Azərbaycan şans verdi" kimi başlıqlarla bayram edib.

Əslində, son bir neçə ildə müstəqil erməni mətbuatı Rusiya əleyhinə təbliğat ruporuna çevrilib və düşünmək olar ki, erməni jurnalistlər artıq məqsədlərinə çatıblar - bu ölkədə son üç ildə Qərb tərəfdarlarının payı 12%-dən 40%-dək yüksəlib. Yəni ehtimal etmək mümkündür ki, Rusiya artıq Ermənistandan əl götürüb və buna görə də Qarabağ münaqişəsində Azərbaycana tərəf meyllənməyə başlayıb.

Lakin Azərbaycanın keçmiş dövlət müşaviri, politoloq Qabil Hüseynli İstiPress-ə müsahibəsində bu məsələnin NATO ilə bağlı olmadığını bildirib:

"Ermənistan NATO ilə münasibətləri Rusiyaya təzyiq üçün yaxşılaşdırır. Amma bu, Rusiyanın Ermənistanın arxasından çəkilməsinə, Rusiya - Ermənistan münasibətlərinin köklü pisləşməsinə səbəb ola bilməz. Qafqazda Rusiyanın öz maraqları var və Ermənistanın bu məsələdə xüsusi vacib yeri var. Rusiya asanlıqla bu ölkədən çıxmaz".

Qabil Hüseynlinin sözlərinə görə, əslində, Qarabağ məsələsi ilə bağlı rus KİV-lərində müşahidə edilən yumşalma Rusiya ilə Azərbaycan arasında gedən birbaşa ünsiyyətin nəticəsidir:

"Bu məsələdə Azərbaycan prezidenti İlham Əliyev ilə Rusiya prezidenti Vladimir Putin arasında Soçidə gedən danışıqların rolu ola bilər. Görüşdə Azərbaycan prezidenti İlham Əliyev Rusiyada kök salmış erməni lobbisi barədə faktları Vladimir Putinə təqdim edib. Həmin lobbiyə xarici işlər naziri Sergey Lavrov rəhbərlik edir və bu lobbi mətbuata xüsusilə fəal yerləşib. İndi Azərbaycan prezidenti faktları Putinə təqdim edib, nəticə necə olacaq, gələcək göstərəcək".

İstənilən halda, Azərbaycan bu istiqamətdə fəaliyyətini dərinləşdirməlidir. Regionun ən güclü dövləti olan Rusiya həm də Azərbaycanın strateji tərəfdaşı, qeyri-neft sektorunun əsas bazarıdır. Bu ölkə ilə münasibətlərimizin ildən ilə yaxşılaşması həyati vacib məsələdir.

Mənbə: istipress


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 3292   Tarix: 25 iyul 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - Video

Xəbər verdiyimiz kimi, 24 il əvvəl ABŞ Dövlət Departamentinin xüsusi nümayəndəsi, Minsk Qrupunun həmsədri Keri Kavano tərəfindən ulu öndər Heydər Əliyevə təsəlli olaraq təqdim olunan Ağdam Cümə məscidinin bir parça daşı məscidə qaytarılıb. "Qafqazinfo"nun məlumatına görə, həmin həssas anlar

25 aprel
.

Azərbaycan XİN Avropa Parlamentinə cavab verib

Avropa Parlamentini bir daha Azərbaycanın daxili işlərinə və məhkəmə proseslərinə müdaxiləni dayandırmağa çağırırıq. report-a istinadən xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə Avropa Parlamentinin 25 aprel 2024-cü il tarixli qətnaməsi ilə bağlı bildirib

26 aprel
.

Ərdoğandan Ermənistana xəbərdarlıq: "Fürsət qapıları həmişə açıq qalmır"

"Artıq regionda yeni bir nizam qurulur". Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İraqdan qayıdarkən jurnalistlərə müsahibəsində bildirib. O qeyd edib ki, gerçəkliklə heç bir əlaqəsi olmayan uydurma tarixi hekayələr üzərində hərəkət etməkdənsə, zamanın reallıqlarına əsaslanaraq hərəkə

23 aprel
.

Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb

Aprelin 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qırğız Respublikasının Prezidenti Sadır Japarovun iştirakı ilə Azərbaycan-Qırğızıstan sənədlərinin imzalanması mərasimi olub. Bununla bağlı AZƏRTAC məlumat yayıb

24 aprel
.

Prezident: "Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər göstərilir"

"Cənubi Qafqazda ayırıcı xətləri çəkmək üçün bəzi cəhdlər göstərilir. Məhz bu səbəbdən Avropa Komissiyasının sədri, ABŞ-nin Dövlət katibi və Ermənistanın baş nazirinin tarixdə görünməmiş Brüssel görüşündən narahatlığımızı bildirdik". AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Prezident

23 aprel
.

"İranın Azərbaycana dostluq mesajları verib, Təbrizdə Ermənistanın baş konsulluğunu açması düzgün və etik deyil" -Politoloq

Yaxın zamanlarda Təbrizdə Ermənistanın Baş Konsulluğu açılacaq. Bununla bağlı Ermənistan hökumətinin iclasında qərar qəbul edilib. Eyni zamanda, baş konsulun əldə edəcəyi maaş da açıqlanıb. Bildirilir ki, konsulun gəliri 2565 dollar həcmində təyin edilib. Təbrizdə Ermənistanın baş konsulugun açıqlmas

26 aprel
.

İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO

Azərbaycanda səfərdə olan Qırğızıstan Prezidenti Sadır Japarova Qarabağ atı hədiyyə edilib. AZƏRTAC xəbər verir ki, aprelin 25-də Ağdamda Azərbaycan İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar və sonra Qarabağ atların

25 aprel
.

İlham Əliyev: "COP29 bizə imkan verəcək ki, Qlobal Cənub ölkələri ilə təmasları gücləndirək"

"Ümidvaram, bu beynəlxalq platforma (COP29 – red.) bizə imkan verəcək ki, Qlobal Cənub ölkələri ilə təmasları gücləndirək, eyni zamanda, Avropa ölkələri ilə də əlaqələri uğurla inkişaf etdirək". AZƏRTAC xəbər verir ki, bu fikri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 26-d

26 aprel
.

Naxçıvanın yeni baş naziri kimdir? - DOSYE

Naxçıvan Ali Məclisinin qərarı ilə muxtar respublikanın yeni Baş naziri Ceyhun Cəlilov təyin olunub. yeni baş nazirin dosyesini təqdim edir:. Ceyhun Ramiz oğlu Cəlilov 1987-ci ildə Naxçıvan Muxtar Respublikasının Şahbuz şəhərində anadan olub. 2009-cu ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxal

25 aprel