Son dəqiqə! Cəbhədən təcili xəbər - Erməni hərbçilər...

Son dəqiqə! Cəbhədən təcili xəbər - Erməni hərbçilər...Son zamanlar Ermənistan ordusunda neqativ halların sayının artması müşahidə olunur.

Əsgərlərin yaxın qohumları və dostlarının feysbuk sosial şəbəkəsində paylaşdığı postların təhlilindən sonra bu cür qənaətə gəlmək mümkün olub. Məlumata əsasən, bir müddət əvvəl Azərbaycanın işğal olunmuş ərazilərində yerləşən hərbi hissələrin (feysbukda paylaşılan məlumata görə motoatıcı alaylardan) birində müddətli hərbi xidmət keçən üç hərbi qulluqçu arasında əlbəyaxa dava ilə nəticələnən münaqişə baş verib. Münaqişəyə səbəb kimi zabitlərin laqeyd münasibəti nəticəsində əsgərlər arasında "dedovşina" hallarının artması göstərilir.

Belə ki, qeyd edilən alayın rabitə bölüyündə xidmət keçən əsgərlər Rubik Avakyan və Serik Gevorkyan həmin bölükdə xidmət edən digər əsgər, Ermənistan hərbi komissarlığından hərbi xidmətə çağırılan Karen Akopyana dəfələrlə təzyiq göstərərək onların "botinka"larını təmizləməyi tələb etmişlər.

Bu barədə Karen Akopyanın qohumu Artur Amatuni özünün feysbuk səhifəsində məlumat paylaşıb. O bildirib ki, Karen əsgər yoldaşlarının tələbini yerinə yetirməkdən imtina edərkən Rubik və Serik onu istifadəyə yararsız olan radiostansiyanın ehtiyat hissələri ilə döyərək bədən xəsarətləri yetiriblər. Aldığı zərbələrdən biləyi sınan K.Akopyan hospitala yerləşdirilib.

Digər hadisə isə Talış kəndi ətrafında yerləşən hərbi hissədə baş verib. Ovanes Minasyan adlı sosial şəbəkə istifadəçisi öz feysbuk səhifəsində paylaşdığı məlumatda bildirib ki, onun yaxın dostunun xidmət etdiyi hərbi hissədə 6 hərbi qulluqçu arasında nizamnamədən kənar münasibətlər zəminində kütləvi dava baş verib. Dava nəticəsində müxtəlif bədən xəsarətləri alan 4 hərbçi hospitala yerləşdirilib.

Ermənistan ordusunda nizamnamədən kənar münasibətlərin sayının artmasını təsdiq edən digər paylaşımı isə sosial şəbəkə vasitəsilə Qurgen Petrosyan adlı istifadəçi edib. O bildirib ki, Dağlıq Qarabağ ərazisindəki hərbi hissələrdən birində xidmət edən dayısı oğlu kapitan Edik Poğosyan komandanlığın ona qarşı qərəzli münasibətindən bezərək dəfələrlə tərxis olunmaq istəsə də, buna nail olmayıb. Məhz bu səbəbdəndir ki, o artıq üçüncü dəfədir ki, hərbi hissəni özbaşına tərk edərək Yerevana qaçıb.

Mənbə: axar.az


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 4811   Tarix: 27 iyul 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Nazir direktoru işdən çıxardı

Valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 1 nömrəli tam orta internat məktəbinin direktoru İsmayıl Əliyev vəzifəsindən azad edilib. "Unikal"ın əldə etdiyi məlumata görə, bununla bağlı elm və təhsil naziri Emin Əmrullayev əmr imzalayıb. Hələlik direktor vəzifəsinə təyinat yoxdur

25 aprel
.

Azərbaycanla Ermənistan arasında 35 sərhəd dirəyi quraşdırılıb - VİDEO

Azərbaycan ilə Ermənistan arasındakı sərhəddə koordinatların dəqiqləşdirilməsi işləri çərçivəsində aparılan geodeziya ölçmələri əsasında nəzərdə tutulan işlərin yarısından çoxu 2024-cü il aprelin 29-dək yerinə yetirilib, 35 sərhəd dirəyi quraşdırılıb. xəbər verir ki, bu barədə Azərbaycan Baş nazirini

29 aprel
.

Prezident İlham Əliyev: Sülhə nail olmaq üçün çox yaxşı fürsətlər var

Ermənistanla Azərbaycan arasında gedən proses nəticəsində sərhədlərin delimitasiyası, hətta demarkasiyası da başlamışdır. 1990-cı və 1992-ci illərdə işğal edilmiş 4 Azərbaycan kəndi bizə qaytarılıb. AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev aprelin 26-da Berlind

26 aprel
.

Naxçıvanın yeni baş naziri kimdir? - DOSYE

Naxçıvan Ali Məclisinin qərarı ilə muxtar respublikanın yeni Baş naziri Ceyhun Cəlilov təyin olunub. yeni baş nazirin dosyesini təqdim edir:. Ceyhun Ramiz oğlu Cəlilov 1987-ci ildə Naxçıvan Muxtar Respublikasının Şahbuz şəhərində anadan olub. 2009-cu ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxal

25 aprel
.

Rusiya Qarabağdakı abidələrlə bağlı məsələlərin həllində Bakı və İrəvana yardım göstərməyə hazırdır

"Rusiya Qarabağ ərazisində dağıdılmış abidələrlə bağlı məsələlərin həllində Azərbaycan və Ermənistana kömək göstərməyə hazırdır". Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova brifinqdə bildirib. "Ermənistan və Azərbaycan arasında mədəni abidələrin, tarixi abidələrin v

25 aprel
.

Azərbaycan Prezidenti: "Biz özümüzü həm Avropada, həm də dünyanın Şərq hissəsində rahat hiss edirik"

"Biz özümüzü həm Avropada, həm də dünyanın Şərq hissəsində rahat hiss edirik. Bu yerləşmə bizi narahat etmir". AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev aprelin 23-də ADA Universitetində keçirilən "COP29 və Azərbaycan üçün Yaşıl Baxış" mövzusunda beynəlxal

23 aprel
.

Azərbaycanla Ermənistan arasında 28 sərhəd dirəyi quraşdırılıb - YENİLƏNİB + VİDEO

"Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasındakı sərhəddə koordinatların dəqiqləşdirilməsi işləri çərçivəsində aparılan geodeziya ölçmələri əsasında nəzərdə tutulan işlərin təxminən 35 faizi 2024-cü il aprelin 26-dək yerinə yetirilib, 28 sərhəd dirəyi quraşdırılıb". AZƏRTAC xəbə

26 aprel
.

Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb

Aprelin 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qırğız Respublikasının Prezidenti Sadır Japarovun iştirakı ilə Azərbaycan-Qırğızıstan sənədlərinin imzalanması mərasimi olub. Bununla bağlı AZƏRTAC məlumat yayıb

24 aprel
.

Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycana dövlət səfərinə gəlib - YENİLƏNİB

Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 24-də Azərbaycan Respublikasına dövlət səfərinə gəlib. AZƏRTAC xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Qırğız Respublikasının Prezident

24 aprel