Son dəqiqə! İrəvanda çaxnaşma: Azərbaycan döyüş taktikasını dəyişir

Son dəqiqə! İrəvanda çaxnaşma: Azərbaycan döyüş taktikasını dəyişirErməni mətbuatı Ermənistan silahlı qüvvələri tərəfindən dinc azərbaycanlı yaşayış məntəqələrinin atəşə tutulması barədə yayılan xəbərlərə qorxu ilə yanaşmağa başlayıb.

Azərbaycan Müdafiə Nazirliyi tərəfindən uzun illər boyu hər gün açıqlanan ətəşkəs xəbərləri erməni mətbuatı tərəfindən birdən-birə yeni müharibənin anonsu kimi qəbul edilib.

Söhbət avqustun 8-də gündüz saatlarında cəbhənin Xocavənd-Füzuli istiqamətində Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupunun növbəti dəfə təxribat törətmək məqsədilə Azərbaycanın mövqelərinə basqın etməyə cəhdindən gedir. Azərbaycan Müdafiə Nazirliyinin bəyanatına görə, dərhal görülən tədbirlər nəticəsində geri çəkilməyə məcbur edilən təxribat qrupunun bir üzvü sərrast atəşlə məhv edilib. Müdafiə Nazirliyinin mətbuat xidməti dediklərinə sübut kimi videogörüntülər də nümayiş etdirib.

Ermənistanın Dağlıq Qarabağdakı işğalçı silahlı birləşmələrinin mətbuat sözçüsü Senor Astryan dərhal xəbəri təkzib etdi. Lakin bir sıra analitik erməni portalları bunu Azərbaycanın döyüş taktikasını dəyişməsi kimi dəyərləndiriblər. "Lragir"də təxminən buna bənzər adla məqalə yazmış erməni şərhçi Akop Badalyan erməni ictimaiyyətini çox narahat edən suallar verir:

"Dinc yaşayış məntəqələrinin atəşə tutulması ilə bağlı verilən periodik xəbərlər Azərbaycanın yeni taktikasıdırmı? Bu cür transformasiyanın səbəbi nədir? Bu, daxili, yoxsa xarici auditoriyaya ünvanlanıb? Bu, hücuma hazırlıqdırmı? Bakı nəyə can atır?"

Müəllif məqaləsində suallarına özünəməxsus cavablar tapmağa çalışır və erməni xalqını bunun hücuma hazırlıq olmadığına inandırmağa çalışır. Amma Akop Badalyan ya yanılır, ya da bilərəkdən öz hakimiyətinin uğursuz siyasətinə haqq qazandırmaq üçün yalan danışır - Azərbaycan ordusu hücuma və torpaqlarını azad etməyə həmişə hazırdır. Sadəcə, hücuma qərar öz vaxtında - beynəlxalq rəy, daxili ehtiyac və imkanlar nəzərə alınaraq veriləcək.

Özü də bu qərar nə qədər uzansa, Ermənistan üçün o qədər də pis olacaq. Azərbaycan ordusu hücum edib öz torpaqlarını işğaldan azad etməklə erməni xalqını Qarabağ bəlasından xilas etməsə, Ermənistanın boşalması davam edəcək. Böyüməkdə olan gənclər müharibə qorxusundən ölkəni tərk edir. Qarabağ müharibəsi Ermənistanda 100 kəndin tam ləğvinə səbəb olub, 300-ə yaxın kənd isə məhvə doğru gedir. Qarabağ müharibəsi Ermənistandan 1,5-2 milyon adamın mühacirət etməsinə səbəb olub, əhali sayı 3,6 milyondan 1,9 milyona düşüb. İndi Ermənistan səlib yürüşləri dövrünün Bizansını xatırladır - boşalan kəndlər, kəndlərə çevrilən şəhərlər, əkilməyən torpaqlar və ölkədən kənara böyük köç. Erməni xalqını bu bəladan yalnız Azərbaycan ordusu xilas edə bilər. Qarabağ müharibəsi başa çatmazsa, Qafqazda ermənilərin sonu çatacaq.

Mənbə: istipress


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 2292   Tarix: 09 avqust 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

İlham Əliyev İraq Parlamentinin sədrini qəbul edib - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 1-də İraq Respublikası Parlamentinin sədri Möhsin Əli Əkbər Əl-Mandalavini qəbul edib. Bununla bağlı AZƏRTAC məlumat yayıb

1 may
.

Əli Əsədov Türkiyəyə səfər edəcək

Azərbaycan və Türkiyə arasında may ayının 8-də Ankarada iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 11-ci iclası və biznes-forumu keçiriləcək. Bu barədə Türkiyənin Ankara Sanayi Odasından (Ankara Sənaye Palatası) məlumat verilib. Bildirilib ki, "Türkiyə-Azərbaycan Hökumətləraras

4 may
.

Prezident: "İndi biz sülhə doğru gedirik"

Azərbaycan Prezidenti İlham Əliyev mayın 1-də Bakıda işə başlayan "Sülh və qlobal təhlükəsizlik naminə dialoq" mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində çıxışında müharibədən sonra regionda yaranmış vəziyyətdən danışıb. AZƏRTAC xəbər verir ki, dövlətimizi

1 may
.

"Almatıda keçiriləcək görüş, aparılan danışıqlar prosesinə müsbət təsir göstərəcək" - Politoloq

Xəbər verdiyimiz kimi, Ermənistan və Azərbaycanın xarici işlər nazirləri Ararat Mirzoyanla Ceyhun Bayramov Almatıda görüşəcəklər. Bununla bağlı Ermənistan XİN-in mətbuat katibi Ani Badalyan məlumat verib. Bununla belə, görüşün konkret tarixi açıqlanmayıb. Məsələ ilə bağlı politoloq Məhəmməd Əsədullazad

1 may
.

Prezident: "Azərbaycan sülhü müharibə vasitəsilə təmin etdi və bu, lazımınca nəzərdən keçirilməlidir"

"Azərbaycan sülhü müharibə vasitəsilə təmin etdi. Hesab edirəm ki, bu, lazımınca nəzərdən keçirilməlidir". AZƏRTAC xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev mayın 1-də Bakıda işə başlayan "Sülh və qlobal təhlükəsizlik naminə dialoq" mövzusunda VI Ümumdünya Mədəniyyətləraras

1 may
.

İlham Əliyevdən Xankəndi ilə bağlı SƏRƏNCAM

Prezident İlham Əliyev Xankəndi Şəhər Prokurorluğunun yaradılması haqqında Sərəncam imzalayıb. Bununla bağlı məlumat yayıb. Sərəncama əsasən, Nazirlər Kabineti Xankəndi Şəhər Prokurorluğunun yaradılması ilə əlaqədar həmin qurumun bina, avadanlıq, rabitə, nəqliyyat vasitələri ilə təmin edilməsi və digə

4 may
.

İranın mədəniyyət naziri Azərbaycana gələcək

İranın mədəniyyət naziri Məhəmməd Mehdi İsmaili Azərbaycana gələcək. Bu barədə nazir yerli mediaya açıqlamasında bəyan edib. Onun sözlərinə görə, səfərin məqsədi region ölkələri ilə münasibətlərin yaxşılaşdırılması yolunu davam etdirmək və beynəlxalq sammitdə iştirak etməkdir. M.M.İsmaili rəsmilərl

29 aprel
.

İlham Əliyev Malayziyanın Parlament Senatının prezidentini qəbul edib - YENİLƏNİB + FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 29-da Malayziyanın Parlament Senatının prezidenti Datuk Mutanq Taqalı qəbul edib. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı ölkələrimiz arasında ikitərəfli münasibətlərin müsbət istiqamətdə inkişaf etdiyini bildirərək iqtisadi sahədə də əlaqələrimizi

29 aprel
.

Azərbaycan XİN Avropa Parlamentinə cavab verib

Avropa Parlamentini bir daha Azərbaycanın daxili işlərinə və məhkəmə proseslərinə müdaxiləni dayandırmağa çağırırıq. report-a istinadən xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə Avropa Parlamentinin 25 aprel 2024-cü il tarixli qətnaməsi ilə bağlı bildirib

26 aprel