Təcili! Azərbaycan Naxçıvana böyük hərbi qüvvə cəmləyir

Proses Ermənistan tərəfindən diqqətlə izlənilir

Azərbaycan strateji əhəmiyyəti olduqca yüksək olan Naxçıvanda böyük hərbi qüvvə cəmləşdirir.

Sonxeber.az Virtualaz.org saytına istinadən xəbər verir ki, bu haqda Britaniyada mənzillənmiş "Chatham House" analitik mərkəzinin Rusiya proqramlarının əməkdaşı, azərbaycanlı təhlilçi Zaur Şiriyevin EurasiaNet portalında dərc edilmiş məqaləsində deyilir.
Müəllif xatırladır ki, Naxçıvan Ermənistanın paytaxtı Yerevana və digər strateji hədəflərinə ən yaxın yerləşən Azərbaycan ərazisidir. Bu baxımdan mümkün hərbi əməliyyatlar zamanı Naxçıvan da münaqişəninən qaynar nöqtələrindən biri olacaq.
Azərbaycan Naxçıvanda Əlahiddə Ümumqoşun Ordusu yaradıb, habelə bu eksklav əraziyə yeni hava hücumundan müdafiə sistemləri, raketlər və artilleriya, o cümlədən "Smerç" reaktiv yaylım atəşi sistemləri, "T-300 Kasırğa" uzaqvuran reaktiv sistemlər, T-122 "Sakarya" qaubitsaları yerləşdirib. Naxçıvan ərazisində vaxtaşırı olaraq Türkiyə ordusu ilə birgə təlimlər keçirilir
Naxçıvanda böyük hərbi qüvvənin cəmləşdirilməsi Ermənistan tərəfindən diqqətlə izlənilir. "Biz unutmalı deyilik ki, hərbi əməliyyatların bərpa olunması təhdidi qarşısındayıq və düşmənin həmləsi istənilən istiqamətdən baş verə bilər"-müəllif erməni siyasi analitik Melik Şirinyanın bu fikirlərini sitat göstərir.

Bildirilir ki, Naxçıvandakı hərbi birləşmələrin yenidən təchiz olunması və təchizatı 2013-cü ildə Zakir Həsənovun müdafiə naziri təyin olunmasından sonra başlayıb. Hansı ki, o vaxt Zakir Həsənov Naxçıvandakı hərbi birləşmələrin zabitlərinin sıralarını "silkələyib", prezident İlham Əliyev muxtar respublikada silahlı birləşmələrin möhkəmləndirilməsinə dair sərəncam verib.

Zaur Şiriyevin yazdığına görə hazırda Naxçıvanda 20 minə qədər hərbçi, o cümlədən on minlərlə ehtiyat qüvvə, 400-ə qədər zirehli transportyor, təyyarələr, hava hücumundan müdafiə və artilleriya sistemləri cəmləşdirilib. EurasiaNet-ə azərbaycanlı zabitlərdən biri anonimlik şərti ilə deyib ki, Naxçıvanda stavka kəmiyyətə yox, keyfiyyətədir. "Dəyişiklik aktiv personalın sayında deyil, strukturda, qüvvələrin hazırlığında və təhlükə zamanı qərarların qəbulunda daha böyük müstəqilliyin təmin olunmasındadır"-mənbə bildirib.

Naxçıvanda hərbi qüvvənin cəmləşdirilməsində Türkiyənin də mühüm rolu var. Türkiyə Qars müqaviləsinə əsasən Naxçıvana qarant ölkədir. Hər il keçirilən hərbi təlimlərlə Türkiyənin Naxçıvan regionundakı rolu və əhəmiyyəti nəzərə çaprdırılır. Bundan əlavə Azərbaycanla Türkiyə arasında centlmen razılaşması da var: təhlükəsizlik məsələləri ilə məşğul olan türk hərbçiləri və mülki şəxsləri Azərbaycana gələndə Naxçıvana da baş çəkirlər.

Müəllif qeyd edir ki, muxtar respublikada hərbi qüvvələrin cəmləşdirilməsi ötən il Rusiyanın Ermənistana "İsgəndər" raketləri verməsindən sonra yeni stimul qazanıb. Belə ki, Ermənistanın "İsgəndər"lərinə qarşı Azərbaycan əsas stavkanı Naxçıvana edir və muxtar respublikadan Ermənistan ərazisinə güclü zərbələr endirilməsini nəzərdən keçirir. Naxçıvan sərhədlərindən Yerevana qədər cəmi 60 kilometr məsafə var. Bu isə o deməkdir ki, Azərbaycanın "Smerç"ləri (90 km mənzilli) və "Qasırğa"ları (100-120 km mənzilli) asanlıqla Ermənistan paytaxtını vura bilər.
Təcili! Azərbaycan Naxçıvana böyük hərbi qüvvə cəmləyirTəcili! Azərbaycan Naxçıvana böyük hərbi qüvvə cəmləyirTəcili! Azərbaycan Naxçıvana böyük hərbi qüvvə cəmləyirTəcili! Azərbaycan Naxçıvana böyük hərbi qüvvə cəmləyir


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 4385   Tarix: 11 avqust 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycan Ordusunun Baş Qərargah rəisi Rusiya sülhməramlılarına təşəkkür edib

Azərbaycanın müdafiə nazirinin birinci müavini, Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Qarabağdan çıxarılan Rusiya sülhməramlılarına göstərdikləri xidmətlərinə görə təşəkkür edib. "Report"un verdiyi xəbərə əsasən, K.Vəliyev bu barədə Xocalıda sülhməramlı kontingentin Azərbaycanı

15 may
.

Azərbaycan-Belarus sənədləri imzalanıb

Mayın 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun iştirakı ilə Azərbaycan-Belarus sənədlərinin imzalanması mərasimi olub. Bununla bağlı AZƏRTAC məlumat yayıb

16 may
.

İlham Əliyev və Mehriban Əliyeva Zəngilan rayonunda "Ağalı" hotelinin açılışında iştirak ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva mayın 18-də Zəngilan rayonunun Ağalı kəndində "Ağalı" hotelinin açılışında iştirak ediblər. Bu barədə xəbər verir

18 may
.

"Gülüstan" sarayında İlham Əliyevin adından Aleksandr Lukaşenkonun şərəfinə dövlət ziyafəti verilir

Bu dəqiqələrdə Bakıda, "Gülüstan" sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun şərəfinə dövlət ziyafəti verilir. Bu barədə AZƏRTAC məlumat yayıb

16 may
.

Ölkəmizdə də müdafiə naziri mülki şəxs ola bilərmi?

Nazirin hərbi və ya mülki şəxs olması məsələsi ölkə qanunvericiliyi və hərbi doktrinasında orduya verilən vəzifələrlə birbaşa bağlı olur. Avropa, ümumiyyətlə, NATO təcrübəsinə nəzər saldığımız zaman bir çox ölkədə mülki sistemdə fəaliyyət göstərən qadınların da müdafiə naziri təyin edilməsi təcrübəsini

14 may
.

Ramiz Tahirov vəzifəsindən azad olundu - Foto

Müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin (HHQ) komandanı general-leytenant Ramiz Tahirov hərbi xidmətdə olmağın son yaş həddi ilə bağlı ehtiyata buraxılıb. "Qafqazinfo"nun məlumatına görə, bununla bağlı müvafiq sərəncam imzalanıb. Bu gün Zakir Həsənovun rəhbərliyi ilə keçirilən toplantıd

11 may
.

"Gəlir gəlsin, gəlmir, heç lazım da deyil" - Prezidentdən sərt xəbərdarlıq

"Hansısa səfirin Şuşaya gəlməsi bizə minnət kimi təqdim edilməməlidir. Gəlir gəlsin, gəlmir, heç lazım da deyil. Guya onların gəlib-gəlməməsi ilə nəsə dəyişir, heç nə dəyişmir". "Qafqazinfo" xəbər verir ki, bunu Prezident İlham Əliyev Şuşaya köçmüş ilk sakinlərlə görüşü zamanı deyib

10 may
.

Azərbaycanda saxlanılan erməni separatçıların həbs müddəti uzadılıb

Qarabağda qondarma separatçı rejimin "prezidentləri" olmuş Bako Saakyan, Araik Arutyunyan, sabiq "xarici işlər naziri" David Babayan, eləcə də "parlament sədri" David İşxanyan, generallar Lyova Mnatsakanyan, David Manukyan barəsində seçilmiş həbs qətimkan tədbirlərinin müddət

15 may
.

Belarus Prezidenti Aleksandr Lukaşenkonun Azərbaycana dövlət səfəri başa çatıb - FOTO

Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun Azərbaycan Respublikasına dövlət səfəri mayın 17-də başa çatıb. AZƏRTAC xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Füzuli Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Prezident Aleksand

17 may