"Qarabağ" yeni mövsümə qələbə ilə başladı

"Qarabağ" yeni mövsümə qələbə ilə başladıBu gün Azərbaycan Premyer Liqasında 2017/18 mövsümünə start verilib.

Premyer Liqadakı 103 günlük sükut FİFA referisi Əliyar Ağayevin start fiti ilə pozulub.

Mövsümün açılış oyununda ölkənin iki ən titullu komandası qarşılaşıb. 8-ci km qəsəbə stadionunda keçirilən görüşdə "Neftçi" və "Qarabağ" komandaları üz-üzə gəlib.

Əvvəlki bütün çempionatlarda iştirak edən komandaların budəfəki Azərbaycan derbisində də ağdamlılar qalib gəlib. Son 4 mövsümün çempionu səfər görüşündən 3 xalla ayrılıb. Ağdam təmsilçisi ilk yarıda vurulan 2 qolla qarşılaşmanın taleyini böyük ölçüdə həll edib. Mahir Mədətovun mövsümün ilk qolu və dubluna imza atıb. Fasilədən sonra isə əyalət klubu daha bir qol vurub. Bu dəfə Dino Ndlovu fərqlənib. "Neftçi" böyükhesablı məğlubiyyətdən uzatma dəqiqələrində qaçıb. Rahid Əmirquliyevin avtoqolu bakılılar üçün mövsümdə ilk top olub. Beləliklə, "Qarabağ" mövsümün açılış matçında 3 xalı 3 qolla qazanıb – 3:1.

Qollar: Rahid Əmirquliyev, 90+2-öz qapısına - Mahir Mədətov, 14, 40, Dino Ndlovu, 63

(apa)


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
İdman   Baxılıb: 1299   Tarix: 12 avqust 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

İbrahimoviç "Milan"da dəyişikliklərə səbəb olacaq mühüm qərarlar verəcək

"Milan"ın keçmiş hücumçusu, hazırkı baş məsləhətçisi Zlatan İbrahimoviç komandanın yeni baş məşqçisinin seçilməsində, eləcə də yay transfer pəncərəsində futbolçuların alınmasında əsas rol oynayacaq. Bundan əvvəl mətbuatda isveçlinin Antonio Konteni baş məşqçi postuna dəvət etməkdə maraqlı olduğ

27 aprel
.

Azərbaycanda cüdo ilə məşğul olanların sayı 18 min nəfəri ötüb

Azərbaycan Cüdo Federasiyasının (ACF) növbəti konfransı keçirilib. "Report" ACF-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, iclasda gənclər və idman naziri Fərid Qayıbov, ACF-nin prezidenti Rəşad Nəbiyev, konfrans üzvləri və digər rəsmilər iştirak ediblər. Tədbir Azərbaycanın dövlət himnini

21 aprel
.

"Barselona" iki futbolçusu ilə bağlı qərar verib

İspaniyanın "Barselona" klubunda icarə əsasında çıxış edən Joau Kanselu və Joau Feliks in taleyinə aydınlıq gəlib. "Report" "Sport.es" nəşrinə istinadən xəbər verir ki, "Barsa" rəhbərliyi Kanselonun xidmətində maraqlıdır və müdafiəçi ilə yeni mövsümün əvvəli müqavil

27 aprel
.

Futbolçu formasını 50 avroya satdı - Video

İspaniya 3-cü Liqasında mübarizə aparan "Malaqa"lı Dani Lorenzo öz formasını 50 avroya azarkeşlərə satıb. "Qafqazinfo" xəbər verir ki, çempionat matçından sonra azarkeş 21 yaşlı Dani Lorenzodan formasını istəyib. Futbolçu isə forması qarşılığında 50 avro tələb edib. Tərəfdar 50 avr

16 aprel
.

Azərbaycanlı qızla evlənən İlhan Mansız ilk dəfə övladını göstərdi - FOTO

Türkiyə millisinin keçmiş futbolçusu İlhan Mansız şəxsi həyatı ilə diqqət çəkib. xəbər verir ki, ötən il Lela Leyla adlı azərbaycanlı xanımla ailə quran Mansız yeni doğuln övladının fotolarını paylaşıb. Görüntülər keçmiş futbolçunun ailə fotosessiyasındandır. O övladına Imre Leon adını verib

27 aprel
.

Mbappe vədinə xilaf çıxdı

PSJ-nin prezidenti Nasser Əl-Xəlaifi hücumçu Kilian Mbappeyə əsəbiləşib. Məlumata görə, Mbappe avqustda Əl-Xəlaifiyə PSJ ilə müqaviləni uzadacağına söz verib. Bununla belə, fransız forvardın yay transfer pəncərəsində parisliləri tərk edərək karyerasını "Real Madrid"də davam etdirməsi qərar

21 aprel
.

Məşhur futbolçu İtaliya klubunun baş məşqçisi oldu

İtaliya A Seriyasında çıxış edən "Udineze" klubu Fabio Kannavaro ilə müqavilə imzalayıb. Bu barədə İtaliya klubunun rəsmi saytı məlumat yayıb. 50 yaşlı italiyalı mütəxəssis yeni klubu ilə mövsümün sonuna qədər razılığa gəlib. O, son olaraq İtaliyanın digər təmsilçisi "Benevento"n

23 aprel
.

Hacı Əliyevin son durumu AÇIQLANDI

"Özümü yaxşı hiss edirəm". Bu barədə İdman.biz-ə güləş üzrə 3 qat dünya və 4 qat Avropa çempionunu Hacı Əliyev özü məlumat verib. H.Əliyev bildirib ki, hazırda səhhəti yaxşıdır:. "Gözümün müalicəsi artıq bitib, üzümdəki şiş də artıq gedib. Müəyyən zədələrim var ki, qalmaqda davam edir

25 aprel
.

Mbappedən mövsümün rekordu

PSJ-nin hücumçusu Kilian Mbappe bu mövsüm bütün turnirlərdə 40-dan çox qol vuran ilk avropalı olub. "Qafqazinfo" xəbər verir ki, Fransa millisinin üzvü son olaraq Çempionlar Liqasının 1/4 final mərhələsində "Barselona" ilə oyunda dubl edib. 25 yaşlı forvard ümumilikdə 42 matçda (24-

17 aprel