Azərbaycanlılar Ermənistanda hakimiyyəti ələ almaq üçün HƏRƏKƏTƏ KEÇDİ

Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev regional zəminli siyasi qüvvələrin yaranmasının əleyhinə olduğunu deyib: "Ermənistan işğalında qalan, o cümlədən, bu gün digər ölkələrin sərhədləri daxilində olan torpaqlarımız ümummilli problemdir. Zaman-zaman belə təşəbbüslər, təklif irəli sürülüb, lakin fikrimcə, bu ümummilli məsələlərə ziyan vuran yanaşmadır. Qərbi Azərbaycan torpaqları da, oradan deportasiya olunan soydaşlarımızın məsələsi də regional yox, milli məsələdir".

VİP sədri belə bir partiyanın yaranması ilə deportasiya olunmuş soydaşlarımızın Ermənistanda siyasi hakimiyyətə iddia irəli sürməsi və işğal altındakı torpaqlarımızın azad olunmasında rol oynaya bilməsi fikri ilə razıdır. Lakin hazırda bunu etməyin çox çətin olduğunu da qeyd edib.
Azərbaycan Qaçqınlar Cəmiyyətinin sədri Əziz Ələkbərli Qərbi Azərbaycan Partiyasının yaradılması ideyası ilə çıxış edib. Sədr hesab edir ki, Qaçqınlar Cəmiyyəti ictimai təşkilatdır və siyasi fəaliyyətlə məşğul olmur.

"Soydaşlarımızın çoxu bu fikirdədir ki, qərbi azərbaycanlıların mübarizəsini məqsəd və məramına iri hərflərlə yazacaq bir siyasi təşkilatın yaranmasının da artıq vaxtı çatıb. Çox güman ki, bu, Qərbi Azərbaycan Partiyası olacaq, əsas məqsədi də Qərbi Azərbaycan torpaqlarını erməni işğalından azad etmək olacaq", - deyə o bildirib.
Fikirlər var ki, Qərbi Azərbaycan Partiyasının yaranması öz ata-yurdlarından deportasiya olunmuş azərbaycanlıların Ermənistanda siyasi hakimiyyətə iddia irəli sürməsinə də imkan yarada bilər.

"Azərbaycanlılar Qərbi Azərbaycandan deportasiya olunandan sonra onların ikili vətəndaşlıq statusu var idi. Yəni həm Azərbaycan, həm də Ermənistan pasportu daşıyırdılar. Lakin sonrakı illərdə ikili vətəndaşlıqları ləğv edildi və bununla da onların Ermənistanda nəyəsə iddia etməsi imkanı da aradan qaldırıldı. Bu, səhv addım idi və bununla biz böyük bir imkanı itirdik. İndiki statusla onların Ermənistan daxilində nəyəsə iddia etməsi çətindir", - deyə VİP sədri vurğulayıb.

Ə.Əliyev hesab edir ki, deportasiya edilən soydaşlarımızın ikili vətəndaşlıq statusunun bərpa olunması nəzəri baxımdan mümkün görünür: "Lakin bunun olduqca mürəkkəb məsələ olduğunu da unutmamalıyıq".
Keçmiş dövlət katibi, politoloq Qabil Hüseynli hesab edir ki, belə bir partiyanın yaradılmasınən həm müsbət, həm də mənfi tərəfləri var: "Müsbət tərəfləri odur ki, dünya ictimai rəyində, bütövlükdə Azərbaycanın milli şüurunda itirilmiş torpaqlar gündəmdə saxlanılır. Lakin mən bunu siyasi partiya kimi təsəvvür edə bilmirəm. Bu baxımdan, belə bir partiyanın olmasının mənfi tərəfləri cəmiyyətin ictimai düşüncəsində müəyyən narazılıqla qarşılana biləcəyidir. Çünki siyasi partiya siyasi hədəflərlə bağlı olan məsələdir. Bu adda partiyanın yaradılması isə regional düşüncəyə gətirib çıxara, həmçinin, milli şüurda haçalanma ilə nəticələnə bilər. Əziz Ələkbərli milli ideyaya sadiq adamdır, əminliklə deyə bilərəm ki, onun regionçuluqla heç bir əlaqəsi yoxdur".

Q.Hüseynli qeyd edib ki, əsas məqsəd ideoloji müharibəni səngitməməkdir: "Bu, ideoloji müharibə həm bütün Azərbaycanın, həm də qərbi azərbaycanlıların davası olmalıdır. Lakin bunları bir-birindən ayırmaq olmaz. Mümkündür ki, Qərbi Azərbaycan davası hansısa vahid bir təşkilatın rəhbərliyi altında olsun, lakin siyasi partiyanın yaradılması fikrini kənara qoymalıyıq".

Qərbin azərbaycanlıların belə bir partiya ilə Ermənistanda siyasi hakimiyyətə iddia etməsinə gəlincə, Q.Hüseynli bunun hazırda mümkün olmadığını deyib.

"Əsas olan ideoloji mübarizədir. Fikrimcə, milli ideyanın tərkib hissəsi kimi təşkil olunacaq siyasi hərəkatın yaradılması vacibdir. Bu hərəkat yaddaşlar uğrunda mübarizə aparmalı, itirilmiş torpaqların unudulmasına qarşı çıxmalı və bunu daim gündəmdə saxlamalıdır. Ermənilər Dağlıq Qarabağ məsələsini 70 ildən sonra qabartdılar və irəliyə getdilər. Halbuki, 70 il əvvəldən bu məsələ üzərində planlar qururmuşlar. Bununla yanaşı, ermənilər olmayan soyqırımı dünyanın gündəminə gətirirlər. Biz də həqiqi olan məsələləri daim gündəmdə saxlamalı, dünya ictimaiyyəti qarşısında qaldırmalı və bu işi gələcək nəsillərə ötürmək üçün mübarizə aparmalıyıq. Yəni bu məsələ daim tətikdə saxlanıla biləcək milli ideologiyanın tərkib hissəsi olmalı və bu iş siyasi partiya yox, hərəkat altında aparılmalıdır", - deyə o bildirib.

Mənbə: publika.az
Azərbaycanlılar Ermənistanda hakimiyyəti ələ almaq üçün HƏRƏKƏTƏ KEÇDİAzərbaycanlılar Ermənistanda hakimiyyəti ələ almaq üçün HƏRƏKƏTƏ KEÇDİAzərbaycanlılar Ermənistanda hakimiyyəti ələ almaq üçün HƏRƏKƏTƏ KEÇDİAzərbaycanlılar Ermənistanda hakimiyyəti ələ almaq üçün HƏRƏKƏTƏ KEÇDİ


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 4605   Tarix: 14 avqust 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərində

Mayın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər. xəbər verir ki, dövlət başçıları Şuşada birinci yaşayış kompleksində olublar

17 may
.

Erməni təbliğat maşınının əlaltıları: Adlar, faktlar... - VİDEO

Ermənistanda daxili siyasi qarşıdurma davam edir, informasiya müharibəsi isə hər zaman onun mühüm tərkib hissəsi olub və gələcəkdə də belə olmaqda davam edəcək. Bu barədə "Caliber"in "YouTube" kanalında yayımlanan növbəti analitik videosüjetdə bildirilib. Müəllif qeyd edib ki, 2018-c

13 may
.

Belarus Prezidenti Aleksandr Lukaşenko Füzuli rayonuna gedib

Azərbaycan Respublikasında dövlət səfərində olan Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko mayın 17-də Füzuli rayonuna gedib. AZƏRTAC xəbər verir ki, Füzuli Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkon

17 may
.

Heydər Əliyev Fondunun əməkdaşları təltif ediliblər - SƏRƏNCAM

Prezident İlham Əliyev Heydər Əliyev Fondu əməkdaşlarının təltif edilməsi haqqında Sərəncam imzalayıb. AZƏRTAC xəbər verir ki, Sərəncama əsasən, Azərbaycanın ictimai və mədəni həyatında səmərəli fəaliyyətlərinə görə Heydər Əliyev Fondunun aşağıdakı əməkdaşları təltif ediliblər:. 3-cü dərəcəli "Əmək"

16 may
.

Azərbaycan və Belarus prezidentləri Şuşada birgə nahar ediblər

Mayın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Şuşada birgə nahar ediblər. Bu barədə məlumat yayıb

17 may
.

Azərbaycanda saxlanılan erməni separatçıların həbs müddəti uzadılıb

Qarabağda qondarma separatçı rejimin "prezidentləri" olmuş Bako Saakyan, Araik Arutyunyan, sabiq "xarici işlər naziri" David Babayan, eləcə də "parlament sədri" David İşxanyan, generallar Lyova Mnatsakanyan, David Manukyan barəsində seçilmiş həbs qətimkan tədbirlərinin müddət

15 may
.

Prezident İlham Əliyev qəbul keçirib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 13-də Tuvalunun general-qubernatoru Falani Tofinqanı, Tonqa Krallığının Baş naziri Savaleni Siaosi Ofa Ki Vahafolaunu və Baham Adaları Birliyinin xarici işlər naziri Mitçel Frederik Audleyi qəbul edib. Bu barədə AZƏRTAC məlumat yayıb

13 may
.

İlham Əliyev Millətlər Birliyinin baş katibini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 13-də Millətlər Birliyinin (Commonwealth) baş katibi Patrisiya Skotlendi qəbul edib. Bununla bağlı AZƏRTAC məlumat yayıb

13 may
.

Aleksandr Lukaşenko Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

Azərbaycanda dövlət səfərində olan Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko mayın 16-da Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib. xəbər verir ki, Belarus Prezidenti Ulu Öndə

16 may