"Space"-nin keçmiş aparıcısı KANALIN MÜDAFİƏSİNƏ BELƏ QALXDI: "Siz hansı dövrdə qalmısınız?!"

"Space"-nin keçmiş aparıcısı KANALIN MÜDAFİƏSİNƏ BELƏ QALXDI: "Siz hansı dövrdə qalmısınız?!"Xəbər verdiyimiz kimi gənc yazıçı Eminquey Akif Space telekanalının rəhbəri Vaqif Mustafayevə açıq məktub yazıb.

Həmin məktub yerli mətbuatda dərc edilib. Adı çəkilən məktub mətbuatda böyük sensasiya doğurub. Bununla bağlı "Space" telekanalının keçmiş aparıcısı da şəxsi sosial hesabında paylaşım edərək, keçmiş iş yerinin müdafiəsinə qalxıb.

"Bayaq qarşıma xəbər çıxdı, bir sayt paylaşıb. Mənim bütün media əhlinə çox böyük hörmətim var. Amma xəbərin müəllifi Eminquey ( Ernest yox Akif ) bunu öz facebook səhifəsində paylaşıb, həmin saytdan maaş alan qardaş da hər kəsə maraqlı ola bilər deyə böyük xəbər adı ile bu yazını paylaşıb. Xəbərdə Space tv nin efiri tənqid edilir, orda çalışan insanların fəaliyyətində qüsur axtarılır. Space tv -ə böhtan və qara ləkə atan qardaşlar özlərini biraz yandırıblar. Mən artıq 5 aydır ki, Space tv de çalışmıram. Siz hansı dövrdə qalmısınız ? Mən də məktub yazacam, Ernest Heminqueye Akife görƏ, axı amerikalı yazıçı jurnalist nahaq söz yazmazdı.... Həm də Həsən Bəy Zərdabiyə, saytdandan maaş alan jurnalistə görə... Jurnalistikada dəqiq, qərəzsiz ,vicdanlı, həm də operativ olmaq şərtdir daha köhnə yazıları oxuculara "təzədir , alın" deyə sırımaz. Oxucuları zəhərlƏyəcəksiniz, vallah...
Dostlar, özünüzə baxın sonra danışın !

Məktubu olduğu kimi təqdim edirik:

Əziz və Hörmətli Vaqif Mustafayev!

Sizi narahat edən, kanalınızın narahat etdiyi siravi tamaşaçıdan biridir. Əvvəla onu deyim ki,Space tv-nin sahibi Sevil Əliyevaya böyük təşəkkür düşür.O mənada ki, bu kanaldan xeyli insan evinə çörək aparır.

Space televiziyası 1997-ci ildən fəaliyyət göstərir. Bir neçə kanaldan da yaşca böyükdür.

Adama sual verərlər ki, nöşün? O şün ki, bizdən qabaqkı nəsilin Hind filmlərinə olan marağı bütöv Space tv-ni Hindistanın dövlət televiziyasına çevirməməlidir. Artıq bu "dışşş, bıdışşşş"lar, reklam fasiləsinə düşən öpüşmə səhnələri bizə maraq vermir.

Artıq bu filmlərin əsas qayəsi olan "yağış romantikası" da biz vızzz gəlir. Bizim üçün artıq yağış da romantika deyil, şəhərin palçığını üstümüzdə evə gətirəndən sonra. Sovet dövrü də deyil ki, küçələrimiz hər səhər tezdən yuyulsun, təmizlənsin.

Əkbər yaxşı aktyordur, amma bütün Azərbaycanın doğum gününü bir verilişdə keçirmək kimin nəyinə lazımdır ki? Mikayıl haqqda yazılmayan tənqidlər qalmayıb. Hərçənd ki, Mikayıl bəyin bu tənqidlər heç mikrofonuna da deyil, amma biz də belə dincəlirik.

Xarici televiziyaların tamaşaçı kütləsinə baxanda elə bilirsən ki, o ölkələrdə yaşayan insanlar həqiqətən də çox mədənidirlər. Rusiyanın televiziyalarındakı dava-dalaşları çıxsaq, ümumi mənzərə belədir. Yəni, mənim nə demək istədiyim yəqin ki, aydındır. Hətta, tamaşaçı kütləsi orada gəlib oturub əl çalmağı özünə iş bilir, peşə bilir. Sizin tv-yə qonaq gələndə bu kütlənin başçılarını gördüm, o verilişdən bu verilişə, bu kanaldan o kanala sifariş götürürdülər. Əgər Azərbaycan bu gün dünya kanalları içinə bu kütlə ilə, bu verilişlərlə düşəcəksə, vay bizim ekranımıza.

Tv-nin ən əsas simaları da xəbər aparıcılarıdır ki, Space-nin xəbərlər proqramı adamı birbaşa nevroza aparır. Deməli, proqramın aparıcıları Elvin Basqallı və Nurlan Əliyevdir. Elvin Basqallı da Nurlan Əliyev də gözəl insanlardır. Elvinsə həm də yerlimdir. Amma bu proqramda siz xalqa önəmli informasiyaları çatdırmalısınız, qışqırmalı yox.

Sakit tərzdə, əcaib intonasiyalarda yox. Bunu sizin təcrübəsizliyinizə də keçmək olardı, amma elə də qısa zaman deyil ki, efirdəsiniz. Hətta, İradə İsaq sizin haqqınızda şikayət statusu yazanda, iş yoldaşlarınızdan biri bu nöqsanların dəfələrlə sizə irad tutulduğu və sizin də bu halınızdan məmnun olduğunuz bəlli oldu. Sizin xəbərlərin sürətinə çatmaq üçün 6,3 motor beyin lazımdı. Özü də dönə-dönə deyirsiniz ki, bizi qaçırmayın. Qardaş, mən hər dəfə sizin xəbərlərə baxanda təngənəfəs oluram. Bizi qaçıran sizsiniz e, biz sizi qaçırmırıq.

Banu verilişində o gözəl xanım rayon-rayon, kənd-kənd Azərbaycanın canına düşüb toylarımızı çəkir, xub. Amma filan rayonun filan kəndinin filan ailəsindəki toy mənim nəyimə gərək? Hə, adət-ənənəni göstəririk, deyirsinizsə, bu tip verilişlərin istifadə müddətdi çoxdan keçib, vallah, keçib ee, keçib.

Hamı bilir ki, aş, kabab, buğlama, bozbaş, küftə, dolma və başqa isti yeməklər rayon toylarının adətidir. Hamı bilir ki, gəlin-qaynana ancaq toyda öz mehribanlıqlarının zirvəsinə çatırlar.

Lampa başına fırlanma, çörək kəsmə, bal yedizdirmə, Quran altından keçirmə, boşqab sındırma, ayaq basdalama və başqa xürafat inanclar ayrılmaz hissəmizdir.

Sən toy çaldırırsan, sonra banklar sənə toy tutur. Maşın önünü kəsən uşaqlara manatlıq tullamaqla deyil e.

Məsələn, niyə Azərbaycan televiziyasında "istedad" gəzən verilişlər yoxdur? İstedad deyəndə təkcə qatar dartan pəhləvanlar, zəngulə vuran xanəndələri nəzərdə tutmuram ha, mən qeyri-adi istedadları deyirəm. Çünki, kanallarımızın özündə qeyri-adiliyə meyillilik azdır, maraq azdır.Elə toy,elə konsert,elə ağlaşma.Nə isə, Space tv...

Bəlkə də xalqın çox hissəsi sizin fəaliyyətinizdən razıdır, xoşhaldır. Amma siz xalqın sevimli kanalı olduğunuzu deyirsiniz.

Mən də bu xalqdan biri olaraq həm öz adıma, həm də həmfikirlərim adıma yazıb bildirirəm ki,çiçəklənmə dövrümüzün məhsuldarlığından siz də istifadə edin,soyunun bu nimdaş verilişləri əyninizdən. Soyunun bu hind nostalgiyasını əyninizdən.

Görənlər bizi Hindastanla qonşu dövlət saymasın,hind adətlərinə düçar kimi tanımasın. Soyunun bu qışqırığı ki, informasiyalar beynimizi qapmasın, sığallasın.

Və o zaman görəcəksiniz ki, soyunmaq təkcə biədəblik deyil, biyabırçı məşhurlaşma planı deyil, həm də işıqlanmaqdır, aydınlanmaqdır. Azaldın bu bayağı müğənniləri qonaq siyahınızdan.

Sonda Vaqif müəllim, savadınıza, intellektinizə, istedadınıza inanıb sizdən yeniliklər gözləyirik, Space Hindistanın yox, Azərbaycanın televiziyasıdır".


Sonxeber.az
Telegramda izləyin
Hadisə   Baxılıb: 3015   Tarix: 22 avqust 2017  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Gəmidə qadın sərnişinə qarşı törədilən İYRƏNC ƏMƏL - FOTO

Türkiyənin şəhərlərarası sərnişindaşıma gəmisində xoşagəlməz hadisə baş verib. -ın "DHA" agentliyinə istinadən məlumatına görə, İstanbuldan Bursaya gedən sərnişinlər arasında G.Ş adlı xanım səyahət sırasında yuxulayıb. Yusuf Yıldırım adlı sərnişin isə bundan istifadə edərək qadına qarşı əxlaqsı

17 sentyabr 2021
.

19 yaşlı ana doğuş zamanı öldü

Cəlilabadda qadın doğuş zamanı ölüb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə Cəlilabad Müalicə Diaqnostika Mərkəzində qeydə alınıb. İlkin məlumata görə, rayonun Muğan kənd sakini, 2002-ci il təvəllüdlü Həziyeva Fatimə Zaur qızı qeysəriyyə əməliyyatından sonra vəfat edib. Övladı sağdır

13 sentyabr 2021
.

Bakıda dəhşətli qəzadan görüntülər - VİDEO

Sosial şəbəkələrdə ötən gün Bakıda baş verən ağır yol qəzasının görüntüləri yayılıb. -ə istinadən xəbər verir ki, hadisə "Koroğlu" metrostansiyası yaxınlığında qeydə alınıb. Qəza zamanı toqquşan avtomobillərdən biri aşıb. Hadisədən sonra Heydər Əliyev prospekti Hava limanı istiqamətində sıxlı

14 sentyabr 2021
.

Ustanı yarımstansiyada "tok" vurub öldürdü

Sentyabrın 16-ı saat 10 radələrində Gəncə şəhər sakini, 1966-cı il təvəllüdlü İlyas İsmayılovun Gəncə şəhər 35/6 kv-lıq süzgəc yarımstansiyasında elektrik cərəyanı vurması nəticəsində ölməsi ilə bağlı şəhər prokurorluğuna məlumat daxil olub. Gəncə şəhər Prokurorluğundan -a verilən məlumata görə, aparılmı

17 sentyabr 2021
.

Bakıda təcili tibbi yardım maşını qəzaya düşüb, xəsarət alan var

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. "Report" xəbər verir ki, hadisə Nəsimi rayonunda qeydə alınıb. Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının 9 saylı Bölməsinin təcili tibbi yardım maşını çağırışa gedərkən digər avtomobillə toqquşub. Qəza zamanı tibb bacısı

14 sentyabr 2021
.

Vətən müharibəsi iştirakçısı qəzada öldü - FOTOLAR

Sabirabadda baş vermiş ağır yol qəzasında Xaçmaz Rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin böyük məsləhətçisi, Vətən müharibəsi iştirakçısı Elşən Ağayev həyatını itirib. "Report"a istinadən xəbər verir ki, hadisə Yastıqoba kəndind

13 sentyabr 2021
.

Biləsuvarda buğa məktəb direktorunun qabırğasını sındırdı

Biləsuvar rayonunda 7 il bəslədiyi buğa direktor müavinini xəstəxanalıq edib. -a istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Cürəli kəndində məktəb direktoru Alim Hacıyevin yaşadığı ünvanda olub. Hacıyev həyətyanı sahədəki təssərrüfatında mal-qaraya qulluq edərkən buğa ona qəfil hücum edib. Nəticəd

18 sentyabr 2021
.

Antalyanın məşhur istirahət bölgəsində nəhəng burulğan - VİDEO

Bu gün səhər saatlarında Antalyanın Kəmər bölgəsində dəniz üzərində təxminən 15 dəqiqə davam edən nəhəng burulğan meydana gəlib. Ətrafda olan insanlar təbiət hadisəsini telefonları ilə qeydə alıblar. Qeyd olunur ki, nəhəng burulğan sahilə çatmayaraq tədricən zəifləyərək yox olub.\

15 sentyabr 2021
.

Azərbaycanda xəstə əməliyyatdan əvvəl öldü

Sumqayıt sakini əməliyyat masasında ölüb. -a istinadən xəbər verir ki, hadisə 2 saylı Sumqayıt şəhər xəstəxanasında qeydə alınıb. Həmin xəstəxanada qarın nahiyəsindəki yırtıqdan əməliyyat olunacaq 52 yaşlı Heybət Salmanov anesteziya verilərkən dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır

16 sentyabr 2021