Azərbaycanın futbol tarixini yazan memar - QURBAN QURBANOV KİMDİR?
Qarabağ futbol komandasının baş məşqçisi Qurban Qurbanov dünən xalqına unudulmaz sevinc yaşadıb. O, futbol tarixinə yeni bir imza yazıb. Bəs, görəsən fəxrimiz olan Qurban Qurbanov kimdir?
GoldNews.Az xəbər verir ki, Qurban Qurbanov 13 aprel 1972-ci ildə Zaqatala rayonun Aşağı Tala kəndində fəhlə ailəsində dünyaya gəlib. Azərbaycanlı futbol mütəxəssisi, keçmiş Azərbaycan futbolçusu, əməkdar məşqçidir. Futbolçu kimi hücumçu mövqeyində oynamışdır.
Futbolçu karyerası ərzində Azərbaycan "Daşqın" Zaqatala , "Turan" Tovuz, "Kür-Araz" Mingəçevir, "Neftçi" Bakı, "İnter" Bakı, Gürcüstan "Alazani" və Rusiyanın "Dinamo" Stavropol, "Fakel" Voronej, "Baltika" Kalininqrad, "Volqar" Həştərxan klublarında çıxış edib. Beş dəfə Azərbaycan Kubokunun qalibi, bir dəfə ölkə çempionatının bombardiri olub.
1992-2005-ci illər ərzində Azərbaycan milli futbol komandasının heyətində 67 oyun keçirib və 14 qol vurub. Milli komandanın bombardiridir. 2006-cı ildə futbolçu karyerasını başa vurub və həmin il Bakının "İnter" klubunun idman direktoru vəzifəsində çalışıb. 2006-2008-ci illərdə "Neftçi" klubunda baş məşqçi və idman direktoru vəzifələrini tutub.2008-ci ildən indiyə kimi "Qarabağ" Ağdam klubunun baş məşqçisidir. "Qarabağ" klubu ilə iki dəfə Azərbaycan Kubokunun qalibi olub, iki dəfə Azərbaycan Çempionatının qızıl, bir dəfə gümüş, iki dəfə isə bürünc medalını qazanıb. Qurbanovun rəhbərliyi altında "Qarabağ" ilk dəfə 2014/2015 mövsümündə UEFA Avropa Liqasının qrup mərhələsində oynamaq hüququ əldə edib.
Qurban Qurbanovun ailə vəziyyəti
Onun üç bacısı, iki qardaşı var. Qardaşı Musa Qurbanov da futbol mütəxəssisidir. Qurban valideynlərinin sonuncu övladıdır.
Orta təhsilini Aşağı Tala kəndində alıb. 1979-cu ildən birinci sinfə Aşağı Tala 5 saylı səkkiz illik məktəbdə başlayıb, son iki sinfi 3 saylı orta məktəbdə davam edib.
Uşaq vaxtlarından futbolla məşğul olub. 9-cu sinifdə oxuyarkən məşqçi Şaban Şirdanov onu "Daşqın" Zaqatala klubuna gətirib. 9-cu sinfi bitirəndə həmin klubda əsas heyətdə oynamağa başlayıb.
1989-cu ildə atası vəfat edib. 2017-ci il 18 aprelində isə anası Güləbatın xanım vəfat edib. Evlidir, 2 övladı var: Musa və Zəhra. Musa "Neftçi" futbol klubunda aşağı yaş qrupları üzrə komandalarda məşq edir.
Sonxeber.az
Telegramda izləyin
İdman Baxılıb: 2740 Tarix: 24 avqust 2017
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
"Qarabağ"da heyətdən kənarlaşdırılan Elvin Cəfərquliyev milliyə çağırıldı
Azərbaycan milli komandası mayın 28-dən 30-dək Bakıda, iyunun 1-dən 10-dək isə Avstriyanın Bad-Valtersdorf şəhərində təlim-məşq toplanışında olacaq. xəbər verir ki, millimiz Avstriya toplanışı çərçivəsində iyunun 5-də Malta, 9-da isə San Marino yığmasına qarşı iki yoldaşlıq oyunu keçirəcək. Macarıstanı
23 mayAzərbaycan güləşçisi Avropa çempionu oldu - FOTO
Azərbaycanın sərbəst güləşçisi Yusif Abdullayev Bolqarıstanın Samokov şəhərində keçirilən U15 Avropa çempionatında qızıl medal qazanıb. xəbər verir ki, 38 kq çəki dərəcəsində çıxış edən idmançımız finalda Gürcüstan təmsilçisi Rezi Yobidze ilə qarşılaşıb. Abdullayev həlledici görüşdə rəqibinə 10:0 hesab
24 may"Qalatasaray"a yeni prezident seçildi
"Qalatasaray" klubunda keçirilən seçkili ümumi yığıncaq başa çatıb və Dursun Özbek yenidən klub prezidenti seçilib. "Anadolu Agentliyi"nə istinadən xəbər verir ki, seçki "Qalatasaray" Liseyində keçirilib. Məlumata görə, Dursun Özbek seçkidə yeganə namizəd olub. Səsverməd
24 may"Çelsi"dən Xabi Alonso ilə bağlı qərar
"Çelsi" klubu rəsmi saytı vasitəsilə Xabi Alonsonun komandanın yeni baş məşqçisi vəzifəsinə təyin olunduğunu elan edib. xəbər verir ki, ispaniyalı mütəxəssis iyulun 1-dən etibarən vəzifəsinin icrasına başlayacaq. Alonso ilə imzalanmış müqavilənin müddəti dörd il təşkil edir. "Onun bu təyinat
17 mayUlduz futbolçu matç zamanı çətin anlar yaşadı
"Arsenal"ın futbolçusu Piero Hincapie "Burnley" ilə keçirilən oyunda xoşagəlməz hadisə ilə üzləşib. türk mediasına istinadən xəbər verir ki, matçın gedişində futbolçunun şortu çıxıb və o, qısa müddətlik çaşqınlıq yaşayıb. Hadisə stadionda və sosial mediada maraqlı anların yaranmasın
19 mayMəhəmməd Salah karyerasını Türkiyədə davam etdirə bilər
Bu yay "Liverpul"la yollarını ayıracaq Məhəmməd Salahın karyerasını yüksək səviyyədə davam etdirmək istədiyi və bu istiqamətdə "Fənərbağça" variantının gündəmə gəldiyi iddia olunur. "Team Talk" nəşrinə istinadən xəbər verir ki, İstanbul təmsilçisi misirli ulduzun transfer
21 mayBelçika çempionu 19 yaşında ÖLDÜ
Belçikalı qadın velosipedçi Yilke Mixilsen onkoloji xəstəliklə (xərçənglə) uzun müddət mübarizədən sonra 19 yaşında vəfat edib. -ın xəbərinə görə, bu barədə son aylarda idmançının sağlamlıq vəziyyəti ilə bağlı yeniliklərin paylaşıldığı özünün sosial şəbəkə hesabında məlumat verilib. Üç il əvvəl Yilk
16 mayAzərbaycanın iki güləşçisi yarımfinalda
Bolqarıstanın Samokov şəhərində güləş üzrə U-17 Avropa çempionatı davam edir. "Qafqazinfo" xəbər verir ki, bu gün Azərbaycanın 5 qadın güləşçisi xalça üzərinə çıxıb. Gülxanım Şirinova 1/4 finalda rusiyalı Zlata Koreşovaya 3:12 hesabıyla məğlub olub. Nuray Cəfərli makedoniyalı Frosina Atanasovay
14 mayElvini istəyən iki klub açıqlandı: 1 milyon avro maaş tələb edir
İntizamsız davranışlarına görə "Qarabağ"ın əsas heyətindən uzaqlaşdırılan Elvin Cəfərquliyevə bir neçə təklif var. -a istinadən xəbər verir ki, Macarıstanın "Ferentsvaroş" klubu müdafiəçini israrla heyətinə qatmaq niyyətindədir. Onlar bir neçə dəfə "Qarabağ"a təklif göndərib
21 may