Lənkəranskinin düşməni ilə bağlı elə xəbər yayıldı ki...

Lənkəranskinin düşməni ilə bağlı elə xəbər yayıldı ki...Azərbaycanlı "qanuni oğru", "Rəşad Gəncinski" ləqəbi ilə tanınan Rəşad İsmayılovun avqustun sonunda Abxaziyada güllələnməsi kriminal aləmdə yeni savaş yaradıb. Məlum olduğu kimi, "Gəncinski" Abxaziyanın Qudauti şəhərinə Azərbaycanın ən titullu "qanuni oğru"su Nadir Səfilovun ("Lotu Quli") tapşırığı ilə gedibmiş. Səfərdə əsas məqsəd isə "Quli"yə yaxın olan "Nika Qaqrinski" ləqəbli "qanuni oğru" Nikolay Dqebuadzeyə dəstək vermək olub.

Qudautiyə gedən "Rəşad Gəncinski" şəhərdəki restoranların birində olarkən "Nika" ilə düşmən olan "qanuni oğru", "Pıza" ləqəbli Raul Bartsba silaha əl atıb.

Nəticədə azərbaycanlı "qanuni oğru" və "Nika Qaqrinski" güllə yarası alıblar. Rusiya mətbuatı yazır ki, "Gəncinski" ayağından yaralanıbmış və müalicəsini yarımçıq qoyaraq, xəstəxanadan qaçıb.

İddia olunur ki, "Rəşad Gəncinski" hazırda sağalıb və internet vasitəsilə kriminal aləmdəki dostları ilə əlaqə saxlayır. Onun Moskvaya qayıtması barədə xəbərləri yaxın ətrafı təsdiq etmir. Çünki Moskva polisi bir müddət əvvəl onun adamlarını ələ keçirib. Həmin şəxslər reketlik, adam oğurluğu və digər cinayətlərdə ittiham edilirlər. Onların ilkin ifadələrindən sonra hüquq-mühafizə orqanları "Rəşad Gəncinski" barəsində axtarış elan edib.

"Qanuni oğru"nun güllə ilə "həmkarını" yaralaması isə kriminal aləmdə geniş rezonans doğurub. Çünki bu, kriminal aləmdə qəbuledilməzdir. "Rosbalt" yazır ki, "Pıza" öz əməlini belə izah edib ki, onun oturduğu restorana gələnlər özlərini "qanuni oğru" kimi deyil, xuliqan kimi aparıblar. "Pıza" əlavə edib ki, "Nika Qaqrinski"nin "oğru" statusu sual altındadır, "Rəşad Gəncinskini" isə sifətdən tanımayıb.

Bu səbəbdən də silaha əl atıb. Rusiya mediası iddia edir ki, bu izahat "Gəncinskini" Abxaziyaya göndərən "Lotu Quli"ni təmin etməyib və o, "Pıza"nı cəzalandırmağa qərar verib. "Rosbalt" bunu "Pıza"nın sonu kimi qiymətləndirir. Bildirilir ki, abxaz "qanuni oğru"nu aradan götürmək o qədər də asan olmayacaq, çünki o, Abxaziyadan kənara çıxmır.

Daha bir xəbər odur ki, "Pıza" artıq yunan mafiyasından etdiyi əmələ görə dəstək alıb. Bu yaxınlarda "Quli"yə qarşı qruplaşma yaradan azərbaycanlı "qanuni oğru"ların da "Pıza" ya dəstək verəcəkləri deyilir. Söhbət Rafiq Eyvazov ("Rafiq Masallılı"), Cavid Məmmədov ("Dato Ağcabədili"), Emin Əhmədov ("Emin Hacıqabullu") və Ceyhun Əsgərovdan ("Ceyhun Gəncəlidən") gedir. Bu isə kriminal aləmdə yeni savaşın anonsu deməkdir.

Yada salaq ki, "Rəşad Gəncinski"nin "Quli"nin klanına qoşulduğu barədə məlumatlar hələ bir neçə ay əvvəl yayılmışdı. Məlumatlarda deyilirdi ki, "Quli" "Rövşən Lənkəranski"nin qətlindən sonra güclənərək, bir-birinin ardınca Moskva və Moskva ətrafında gəlirli ticarət obyektlərini, ticarət mərkəzlərini, bazarları öz nəzarətinə alıb.

Rusiya hüquq-mühafizə orqanlarındakı mənbə o zaman bildirmişdi ki, "Rəşad Gəncinski" qanqsterlər arasındakı söhbətlərdən birində "Lənkəranski"ni onun əmri ilə "o biri dünyaya göndərdiklərini" deyibmiş. "Rəşad Gənsinski" bildirib ki, "Lənkəranski"nin qətlinin motivi onun yaxın dostu, "göyərti kralı" kimi tanınan biznesmen Cambulat Şamiloğlunun öldürülməsidir. Amma daha maraqlısı odur ki, Rusiya hüquq-mühafizə orqanları "Rəşad Gəncinski"ni Canbulat Şamiloğlunun qətlinin sifarişçisi kimi axtarışa verdi.

Rusiya mətbuatı yazırdı ki, azərbaycanlı "qanuni oğru" qətl göstərişini hazırda həbsdə olan "Şakro Molodoy" kimi tanınan Zaxari Kalaşovdan alıb və killer axtarışına çıxıb. 2016-cı ildə Moskvanın yol polisi əməkdaşları təsadüf nəticəsində bir nəfəri saxlayıblar və ondan Canbulat Şamiloğlunun qətlə yetirildiyi silah tapılıb. Araşdırma nəticəsində killerin telefonundan "Rəşad Gəncinski" ilə zəngləşməsi və yazışdığı məlum olub. Tapılan yazışmada söhbət Canbulatın öldürülməsindən gedirmiş. Rusiya İstintaq Komitəsi faktla bağlı cinayət işi açıb, amma "Rəşad Gəncinski"nin bu məsələyə görə axtarışa verildiyi dəqiq bilinmir.

Məlumat üçün deyək ki, "Rəşad Gəncinski" 1978-ci ilin 16 martında Gəncədə anadan olub. "Qanuni oğru" adını isə 2013-cü ildə alıb.

Mənbə: musavat.com


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Kriminal   Baxılıb: 2924   Tarix: 08 sentyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Qaxda meşəlik ərazidə yanğın BAŞLADI

Bu gün səhər saat 07 radələrində Qax rayonu Güllük kənd inzibati ərazisində, yüksək dağlıq-meşəlik ərazidə yanğın qeydə alınıb. xəbər verir ki, yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Qax və Zaqatala Rayon Dövlət Yanğından Mühafizə Hissələrinin texnikaları və şəxsi heyətləri

25 avqust 2021
.

Azərbaycanda DƏHŞƏT - Arvad ərini öldürüb, kolluqda gizlətdi

Neftçala rayonunda 9 il əvvəl törədilərək bağlı qalmış cinayətin açılması təmin edilmişdir. Baş Prokurorluqdan -a verilən məlumata görə, 09.02.2013-cü il tarixdə Neftçala rayon sakini Mənəfov Mayis Nazim oğlunun Neftçala şəhəri, M.Ə.Sabir küçəsində yerləşən qəbirstanlığın yanındakı kolluq ərazidə çürümü

10 sentyabr 2021
.

Azərbaycanda iki qardaş bıçaqlandı: Biri öldü - YENİLƏNİB

Sentyabrın 12-i saat 23:00 radələrində Ağstafa rayonu, Köçəskər kəndi ərazisində kənd sakinləri – Yaşar Yusifovun öldürülməsi, qardaşı Müşvik Zeynalova isə xəsarətlər yetirilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Ağstafa Rayon Prokurorluğunda aparılan araşdırmalarla 1986-cı il təvəllüdl

13 sentyabr 2021
.

Azərbaycanda qadın qonşusunu bıçaqla öldürdü

Prokurorluq Gəncə şəhərində qadının qətli ilə bağlı məlumat yayıb. Şəhər Prokurorluğundan -a daxil olan məlumatda deyilir:. "Avqustun 31-i saat 17 radələrində Gəncə şəhər sakini, 1963-cü il təvəllüdlü Sücayət Məmmədovanın öldürülməsi barədə şəhər prokurorluğuna məlumat daxil olmuşdur. Aparılmı

1 sentyabr 2021
.

İmişlidə mübahisə qanlı bitdi: 32 yaşlı kişi bıçaqlandı

İmişli rayonunda bıçaqlanma hadisəsi baş verib. -ın məlumatına görə, hadisə Şahverdili kəndində qeydə alınıb. Belə ki, 1989-cu il təvəllüdlü Hüseynov Səbuhi Sabir oğlu mübahisə zəminində bıçaqlanıb. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona döş qəfəsinin kəsilmiş-deşilmi

5 sentyabr 2021
.

Azərbaycanda dəhşətli qətl - Qardaş bacısını amansızlıqla öldürdü

Sentyabrın 15-i saat 16 radələrində Kürdəmir rayon sakini 1986-cı il təvəllüdlü Dilarə Nəsirovanın yaşadığı evdə öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Kürdəmir rayon Prokurorluğundan -a verilən məlumata görə, aparılmış araşdırmalarla zərərçəkmişin qardaşı 1984-cü il təvəllüdlü Xəya

16 sentyabr 2021
.

Bakı sakini döyülərək öldürüldü

Avqustun 31-i saat 07 radələrində paytaxtın Səbail rayonunda 1972-ci il təvəllüdlü Eldar Qurbanovun üzərində xəsarət izləri olan meyitinin aşkar edilməsi faktı ilə bağlı Səbail rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Səbail rayon prokurorluğunda

1 sentyabr 2021
.

Cəlilabadda DƏHŞƏT - 18 yaşlı gənc evində döyülərək baltalandı

Cəlilabad rayonunda döyülmə hadisəsi baş verib. -ın məlumatına görə, hadisə rayonun Şükürlü kəndində qeydə alınıb. Belə ki, Şükürlü kənd sakini, 18 yaşlı Şəbi Şəbiyev evlərində bir neçə şəxs tərəfindən döyülüb. Ağır xəsarət alan Ş. Şəbiyevə baş nahiyyəsindən balta xəsarəti də yetirilib. Yaralı ağır vəziyyətd

11 sentyabr 2021
.

Gəncədə qadın qətlinin detalları: Hadisə yun çırpmaq üstündə olub - YENİLƏNİB

Ötən gün Gəncə şəhərində baş verən qətllə bağlı bəzi detallar məlum olub. Hüquq-mühafizə orqanlarından -a bildirilib ki, iki qonşu arasında baş verən mübahisə yun təmizləmək üstündə olub. Belə ki, Gəncə şəhər sakini, 1963-cü il təvəllüdlü Sücayət Məmmədova yaşadığı binanın qarşısında yun çırpırmış. B

1 sentyabr 2021