Dünyanı idarə edən gizli təşkilatların şok yaradacaq planları - ARAŞDIRMA - FOTOLAR

Dünyanı idarə edən və dünyanın siyasi gedişatının xəritəsini əvvəlcədən çəkən görünməz əllərin idarə etdiyi müxtəlif gizli təşkilatlar var. Bu təşkilatlardan bəziləri dünyadakı sistemi dəyişmək və insanları idarə etmək, bəziləri şiddəti əks etdirən aksiyalar keçirtməklə qorxu yaratmaq, bəziləri isə ruhi təmizlənmə ritualları keçirmək məqsədilə yaradılıb.

a24.az bu təşkilatlardan ən çox marağa səbəb olanların adlarını təqdim edir:

İlluminati Təşkilatı

Dünyanı idarə edən gizli təşkilatların şok yaradacaq planları - ARAŞDIRMA - FOTOLARTəşkilat 1776-cı il mayın 1-də İnqolstadda (Yuxarı Bavariya), İnqolstadt Universitetinin kilsə hüququ professorlarından biri olan filosof Adam Veishaupt tərəfindən 5 nəfərlə birlikdə qurulub.

İlluminati "İşıqlanmışlar" mənasını verir. Birliyin quruluş məqsədi cəhalətlə, təcavüzlə və kilsənin ehkamları ilə mübarizə aparmaqdır. Sonralar təşkilatın gizli siyasi məqsədlərinin olduğu üzə çıxdı.

İlluminati dünya siyasət tarixində ən çox sui-qəsd nəzəriyyəsi hazırlamış icma halını alan təşkilatlarından biridir. Hazırki məqsədi isə xalq kütlələrinin qərar qəbul etmə qüvvəsini nəzarət altında saxlamaq, dünya liderlərini və iqtisadiyyatı istədiyi şəkildə istiqamətləndirməkdir.

Masonluq

Dünyanı idarə edən gizli təşkilatların şok yaradacaq planları - ARAŞDIRMA - FOTOLAR"Mason" sözünün mənası "daş ustası", "bənna" deməkdir. Təşkilatın ilk qurulduğu illərdə mason lojaları həqiqətən masonlardan, yəni daş ustalarından ibarət idi, lakin daha sonra bu lojalara bənna olmayan bir neçə adam daxil oldu və yeni qrupa "Azad və qəbul edilmiş mason" (free mason) adı verildi.

Masonluğun 16-cı əsrin sonu və 17-ci əsrin əvvəllərində yaradıldığı iddia edilir və adının "Qardaşlıq təşkilatı" olduğu bildirilir. Dünyanın bir çox ölkəsində 5 milyon üzvü var. Təkcə İngiltərə, Şotlandiya və İrlandiyada 480 min, Amerika Birləşmiş Ştatlarında isə 2 milyona yaxın üzvü var. Tarixən və hazırda da leqal sistemlərdə əhəmiyyətli yerlərdə siyasi xadimləri və əlaqələri var.

Masonlar üçün sirr və məxfiliyin qorunması xüsusi əhəmiyyət daşıyır. Masonluqda simvollar Masonların prinsiplərini daha yaxşı anlatmaq, ritualların ehtiva etdiyi mərhələləri və öyüdləri yaddaşlara həkk etmək və bunların uzun ömürlü olmalarını təmin etmək üçün istifadə edilir. Masonluqda sirr kimi xarakterizə edilən şeylərin önündə Mason işarələri, sözlər və rəmzlərə verilən mənalar durur.

Opus Dei Təşkilatı

Dünyanı idarə edən gizli təşkilatların şok yaradacaq planları - ARAŞDIRMA - FOTOLAROpus Dei 1928-ci il oktyabrın 2-də Madriddə sadə keşiş olan Jose Mariya Escriva de Balaguery Albas tərəfindən yaradılıb və 89 illik İspan əsilli təşkilatdır. 1950-ci ildə Papa tərəfindən rəsmən təsdiq olunub. Papa güclü anti-kommunist missiyasına görə açıq şəkildə təşkilata dəstək verirdi və 1982-ci ildə onun "Opus Dei" statusunu yüksəldərək təşkilat rəhbərinə, təriqət başçılarına məxsus "yepiskop" adını hədiyyə etdi.

Gizli təşkilat olan Opus Deinin bütün üzvləri Katolik peşə sahiblərindən ibarətdir. Hər ölkədə də təşkilatdan məsul Kardinal var. Onlara görə Papanın şəxsiyyəti Kilsədən də, Papalıqdan da üstündür. Papa Tanrı-Krallığının müqəddəs lideridir. Bu cür ucalan adam, əlbəttə fövqəladə bir adamdır.Ona görə də Opus Dei fövqəladə adamın təmsil etdiyi Vatikan Dövlətini ucaldar və Kilsəni ikinci planda görər.

2.8 milyard dollar sərvəti, 15 universiteti, 97 texniki məktəbi, 36 orta məktəbi olan Opus Dei ilə əlaqədar xeyli mübahisələr olub və təşkilatın adı heç də yaxşı hallandırılmayıb. Təşkilat isə bunlarla bağlı hər hansı bir açıqlama verməyib.

Kəllə və Sümüklər Təriqəti
Dünyanı idarə edən gizli təşkilatların şok yaradacaq planları - ARAŞDIRMA - FOTOLAR1832-ci ildə Uilyam Huntington Russell və Alphonso Taft tərəfindən Yalo Universitetində "Society of Skull and Bones" adı ilə yaradılıb. Gizli quruluş kimi adı saysız-hesabsız sui-qəsd nəzəriyyəsində hallandırılan tələbə icmasıdır. Məqsədi isə dünyanın yeni nizamını reallaşdırmaqdır. Birliyin üzv siyahısı, universitet rəhbərliyi də daxil olmaqla ictimaiyyətdən gizli saxlanılır.

Məzar adı verilən "S&B"nın mərkəzi qədim Yale düşərgəsidir. Bu təşkilata üzv olmaq üçün Yale Universitetində sonuncu kurs magistr tələbəsi olmaq lazımdır. Pledge adı verilən namizədlər üçüncü kursda "Skull and Bones" üzvləri tərəfindən müəyyən olunur və namizəd olarlarsa, bir ildən sonra müşahidələrə əsasən üzvlüyə qəbul ediləcəkləri barədə özlərinə məlumat verilir. Uyğun görülən namizədlər isə bu bir illik izləmədən sonra,sonuncu kursda üzvlüyə qəbul edilirlər.

Üzv olmayanların daxil olmadığı və hər hansı bir pəncərə olmayan binalara 1960-cı illərdə iki Yale tələbəsi meşədə tapdıqları gizli keçid vasitəsilə daxil olub. Onlar sonradan binalarda gördükləri haqda danışıblar. Məxfi quruluşa malik olan binada müxtəlif məbədlər və rituallar üçün materiallar var. Üst mərtəbədə yerləşən böyük məzar daşının üstündə isə yan-yana duran üç kəllə, yanında bir tac, bir əsa və bir qələm var. Altında isə almanca "Kim Kral, Kim Şahzadə, Kim Dilənçidir? Ölüm Qarşısında Hamı Bərabərdir" ifadəsi yazılıb.

Bəzi ABŞ prezidentlərinin və dünyanın varlı şəxslərinin təşkilatın üzvü olduğu və yüksək vəzifələrə gətirildiyi bildirilir.

Trilateral Komissiya (Üçtərəfli Komissiya)

Dünyanı idarə edən gizli təşkilatların şok yaradacaq planları - ARAŞDIRMA - FOTOLARGizli təşkilat Yeni Dünya Nizamını bütün dünyaya yəni Şimali Amerika, Avropa və Yaponiyaya daha yaxşı yaymaq üçün ABŞ-da yaradılıb və 1973-cü ildə Devid Rokfeller, Henri Kissenger və Zbiqnev Bjezinski tərəfindən qurulub.

Masonlar sisteminə bir növ aid olan Komissiya ilk olaraq Karter hökumətində böyük gücə malik olub. Hökumətdə Karterin özü də daxil 20 mühüm şəxs Komissiyaya üzv idi. Komissiyanın digər üzvləri öndə gələn maliyyəçilər, sənayeçilər və akademiya ekspertləri olub. Karterdən sonra gələnlərdə də Trilateralın təsiri görünüb. Buş və Klinton da Üçtərəfli Komissiyanın üzvləri idi.

Bjezinski 1973-1976-cı illərdə təşkilata rəhbərlik edib. Təriqətin simvolu isə belədir: Bir kürənin üç yanından üç üçbucaq çıxır və kürənin ortasında birləşir, əslində isə birləşməyiblər. Bunları birləşdirəndə bir böyük üçbucaq meydana çıxır. Hər bir üçbucaq trilateralin üç bölgəsinin rəmzidir. Üçbucaqlar yəqin ki, piramida simvoludur. Böyük üçbucaq də böyük piramidadır. Böyük piramidanın birləşməməsi vahid dünya dövlətinin hələ qurulmadığını göstərir.

Ku Klux Qəbilə Təşkilatı

Dünyanı idarə edən gizli təşkilatların şok yaradacaq planları - ARAŞDIRMA - FOTOLAR1865-ci il dekabrın 24-də ABŞ-da Tennessi Ştatında qurulan qara dərililər əleyhinə irqçi gizli təşkilatdır. Qurucuları isə Böyük Sehrbaz kimi tanınan Nathan Bedford Forrest, Kapitan Con C. Lester, Mayor Ceyms R. Crowe, Con D. Kennedi, Kalvin Cons, Riçard R. Reed, Frank O. Mkkorddur.

Ku Klux Qəbilə təşkilatı Amerikada Vətəndaş Müharibəsindən sonra qaradərililərin qazandığı haqlara, azadlıqlara və ağ dərili, qara dərili bərabərliyinə qarşı çıxıb. Məqsədlərinə çatmaq üçün zorakılıq və terrora əl atıblar. Təşkilat iki dəfə dağılmasına baxmayaraq, 1950 və 1960-cı illərdə yenidən canlanıb. Hazırda da bəzi bölgələrdə fəaliyyət göstərir.

Bohemian Klubu

Bohemian Klübü

1872-ci ildə yaradılmış təşkilatdır. ABŞ-ın qərbində yaşayan elitalar bu birliyin üzvüdür. Respublikaçılar və Respublikaçı namizədlərin hamısı birliyin üzvüdür.

Fəaliyyətləri son dərəcə gizli olan birliyə giriş ABŞ dövlət gücləri tərəfindən əngəllənir. ABŞ-ın hər əyalətində məbədləri var. Simvolları bayquşdur. Rituallarda bayquşa xitab edilir və bir simvol olaraq bayquş motivindən istifadə edilir.

Bohemian Grove həm çox zəngin, həm də ən dərin elitaların meydana gətirdiyi daha üst və çox gizli bir seçmə klubudur. Minə yaxın amerikalı elita davamlı olaraq həftə sonu Kaliforniyada və ya digər əyalətlərdəki fermalarda toplanıb, mərasimlər təşkil edirlər və gizli rituallar keçirirlər.

Gül – Xaçlılar Təşkilatı

Dünyanı idarə edən gizli təşkilatların şok yaradacaq planları - ARAŞDIRMA - FOTOLARGül – Xaçlılar Təşkilatı 16-ci əsrdə Avropada qurulan gizli bir təşkilatdır. Adı gül və xaçdan ibarət olan ən əhəmiyyətli simvollardan uydurulub.

Gül-Xaçlılar fəlsəfəsinin əsasının Tantrik seks olduğu bildirilib və Jennings mason simvolu olan Süleyman Möhürünün iç-içə keçmiş kişi və qadın üçbucaqlar formasında həyatı birləşdiyini qeyd edib.

Qurucusu Kristian Rosenkreuzdur.Bəziləri təşkilatın qədim Misirdə formalaşdığını və Platon, İsa və İskəndəriyyəli Filo kimi, qeyri-adi din və fəlsəfə liderlərinin də təşkilata üzv olduqlarını irəli sürürlər. Ancaq təşkilatın tarixini 16-ci əsrdən daha qədimə əsaslandıracaq heç bir dəlil mövcud deyil.

Təşkilat 1630-cu ildə Malineler şurası tərəfindən cadugərlik və dini azğınlıqda günahlandırılaraq bağladılıb.

Majestik 12 Təşkilatı
Dünyanı idarə edən gizli təşkilatların şok yaradacaq planları - ARAŞDIRMA - FOTOLARABŞ Prezidenti Harri S.Trumen tərəfindən 1947-ci ildə alimlər, əsgərlər və dövlət rəsmilərindən yaradılan 12 üzvlü gizli təşkilatdır. Məqsədləri Rosvell hadisələrini və yadplanetliləri, uçan boşqabları araşdırmaqdır.

Majestic 12 təşkilatı FBI ilə gizli işləyir və Dallas ştatında yadplanetlilər haqqında ABŞ prezidentinə hesabat verib. Bu sənədlər 1982-ci ilə qədər xalqdan gizlədilib.

Məbəd Cəngavərləri

Dünyanı idarə edən gizli təşkilatların şok yaradacaq planları - ARAŞDIRMA - FOTOLARFransız əsilli Hugues də Payen tərəfindən 1119-cu ildə Qüdsdə Xristian zəvvarları qorumaq üçün 9 cəngavərdən ibarət qrup yaradılıb. Katolik Kilsəsi tərəfindən rəsmi olaraq 1129-ci ildə tanınan təriqət qısa zamanda güclənib. Ən güclü vaxtlarında əsgəri qüvvəsi 20.000-i keçib, lakin onların sadəcə 10 faizi təriqətə bağlı cəngavərlər olub. Təriqətin ömrü demək olar ki, Səlib Yürüşləri ilə bir olub. Cəngavərlər çox amansız döyüşçülər olublar.

1307-ci ildə təriqətə rəhbərlik edən Jak də Molay təriqəti Hospitalierlerle birləşdirmək istəyib, amma razılığa gələ bilməyib. Papa Fransa Kralı IV Filippin təzyiqi ilə təriqət dağıdılıb və üzvləri həbs olunaraq işgəncə altında qəbul etdikləri ittihamlara görə edam ediliblər.

"Thule Society" Təşkilatı

Dünyanı idarə edən gizli təşkilatların şok yaradacaq planları - ARAŞDIRMA - FOTOLAR1912-ci ildə Rudolf Von Serbottendorff tərəfindən qurulmuş gizli təşkilatdır. Hitlerin bu təşkilat sayəsində yüksəldiyi haqda şaiyələr var.

Thule təşkilatının simvolu cüt buynuzlu Vikinq dəbilqəsidir. Kökləri itkin qitə "mu" mədəniyyətinə əsaslanan bu doktrinanın təməl daşları insan psixologiyasının məlum olmayan tərəfləri və zaman ölçüləridir. Məqsədləri Dünyanın taleyini dəyişib, üstün bir irq meydana gətirmək və "üstün ağıllılarla" dialoqa keçməkdir.

Thule təşkilatının mərkəzi I Dünya Müharibəsindən sonra İstanbula köçürülüb. Təşkilatın sədri Hitler tərəfindən İstanbula göndərilən, sonra İstanbulda "intihar edib" adıyla öldürülən (Türk ədəbiyyatında "Gizli Müsəlman Baron" deyə anılan), "Baron Rudolf von Sebottendorff"dur (digər adı "Rudolf Glauer"). Tədqiqatçı yazar Jason Bishop, Baron Sebottendorffun İslam mistizmi və Süfizmini bütün detalları ilə çox yaxşı bilən və təriqətlərlə birbaşa təması olan şəxs olduğunu bildirir.

Bilderberq Qrupu

Dünyanı idarə edən gizli təşkilatların şok yaradacaq planları - ARAŞDIRMA - FOTOLARBilderberqin ilk qurucuları arasında Hollandiya Şahzadəsi Bern və Polşalı sosioloq Dr. Cozef Hieronim Retingerin adı var. Retinger Bilderbergin atası kimi tanınır. Retingerin ölümündə sonra daimi baş katibliyə Hollandiyalı iqtisadçı Ernst van der Beugel gətirilib. Təsisçilər arasında olan Şahzadə Bern isə 1976-ci ilə qədər Türkiyənin də aralarında olduğu ölkələrə Lockheed firmasının hərbi silah satışı ilə bağlı korrupsiya qalmaqalına adı qarışana qədər komitə sədri vəzifəsinə fasiləsiz davam edib. Amerikalı fəxri baş katiblər arasında müvafiq Karnegi Beynəlxalq Sülh Fondundan Cozef E. Conson, Prinston Universitetindən və eyni zamanda CİA əməkdaşı və Amerika Prezidenti Con F. Kennedinin müşavirlərindən olan Uilyam Bundy, Əfqanıstan Səfiri Teodor L. Eliot, Jr. Və Corctaun Universiteti Diplomatik İşlər İnstitutundan Casimir A. Yost var.

Bilderberq İclasları dünya miqyasında fəal siyasi liderlərlə yanaşı, biznes, media və akademiya dairələrinin ən aparıcı mütəxəssislərinin bir araya gəlməsi ilə aparılan təxminən 120-150 nəfərin iştirak etdiyi illik, şəxsi görüşlərdir.

Bilderberg bir çox mənbədə Dünyanın Ağaları kimi tanınan çoxmillətli hökumət kimidir. Bu gizli təşkilatın dünyanın pul axınına nəzarət etdiyi söylənilir.

Ordo Templi Orientis

Dünyanı idarə edən gizli təşkilatların şok yaradacaq planları - ARAŞDIRMA - FOTOLAROTO-nun banisi Karl Kellner Avstriyalı mason olub. O qeyd edir ki, ona üç nəfər tərəfindən antik sehr və mistisizmin sirləri verilib.

Masonlardan fərqli olaraq qadınlar da bu təşkilata daxil edilib. Bundan başqa təşkilatın quruluşu masonluğa çox bənzəyib. OTO-nun rəsmiləri onsuz da yüksək səviyyələrdə olan masonlardan ibarətdir. Təşkilatda qadın və kişinin cinsi əlaqədə olduqdan sonra ifraz etdiyi mayenin düzgün istifadə edilərsə fəlsəfə daşı kimi güc obyekti olacağına inanılır. Lojanın rituallarından bir hissəsi bu növ cinsi mərasimlədən ibarət idi. Təşkilata qadınların daxil edilməsinin bir səbəbi də biu olub.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 5156   Tarix: 08 sentyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

"Milyonçular" görüşdülər: DJ Fateh və Kənan İmirzalıoğlu bir arada

Aparıcı və DJ Fateh Türkiyədə aparıcı və aktyor Kənan İmirzalıoğlu ilə görüşüb. xəbər verir ki, onlar K.İmirzalıoğlunun aparıcısı olduğu "Kim milyoner olmak ister?" televiziya şousunun studiyasında görüşüblər. DJ Fateh həmin anın görüntüsünü sosial şəbəkə hesabında paylaşıb. O, şəkilə "Milyonlu

21 aprel
.

Səudiyyə Ərəbistanı Həcc ziyarəti ilə bağlı xəbərdarlıq etdi

Səudiyyə Ərəbistanının Həcc və Ümrə Nazirliyi Həcc ziyarəti ilə bağlı xəbərdarlıq edib. Nazirlik zəvvarlara saxta şirkətlərin qurbanı olmamağı və müqəddəs səfərlərini yalnız səlahiyyətli şirkətlər vasitəsilə bron etməyi tövsiyə edib. Qeyd edilib ki, Həcc ziyarətinin müvafiq icazə olmadan həyata keçirilməs

28 aprel
.

Azərbaycanda hotellərdə xidmət qiymətləri niyə artıb? - ARAŞDIRMA

Azərbaycanda beş ulduzlu hotellərdə xidmət qiymətləri durmadan artır. -ın məlumatına görə, Dövlət Turizm Agentliyinin hesabatına əsasən, bu ilin yanvar-aprel ayları üçün Azərbaycanın şəhər və rayonlarındakı beş ulduzlu hotellərdə bir gecə qalmaq üçün orta qiymət 225 manat təşkil edib. Bu da ötən ili

21 aprel
.

Milçəklərdən təbii yolla əbədi xilas olmağın yolu açıqlandı

Yaya az qalıb, onunla birlikdə milçəklər və ağcaqanadların mövsümü də gəlir. Britaniyalı alimlər bu çağırılmamış qonaqları qısa müddətdə qurtulmaq üçün təbii üsul fikirləşiblər və nəticənin möhtəşəm olduğunu bildiriblər. Bunun üçün sirkə, zeytun yağı və şampunun bərabər nisbətdə qarışdırılması ilə "kokteyl"

21 aprel
.

Asiyanın ən varlı adamı: Yaxınlarına etdiyi hədiyyələr dodaq uçuqladır

Asiyanın ən varlı adamı Mukeş Ambani 116 milyard dollar sərvətinə malikdir və o, ailəsi ilə dəbdəbəli həyat sürür. xarici mediaya istinadən xəbər verir ki, Ambani sevdiklərinə bahalı hədiyyə verməklə ad çıxarıb. Mukeşin ailə üzvlərinə və dostlarına verdiyi bahalı hədiyyələrin siyahısını təqdim edirik

25 aprel
.

Mağazadan qovulan qadın bu dəfə GÖRÜN NƏ ETDİ- küçədə ŞOK HƏRƏKƏT... - VİDEO

Açıq-saçıq geyiminə görə mağazadan qovulan qadın bu dəfə küçədə yarıçılpaq görüntülənib. xəbər verir ki, görüntülər sosial şəbəkəd yayılıb. Qadının əynində ümumiyyətlə yubka olmayıb. Qeyd edək ki, açıq-saçıq geyiminə görə mağazadan qovulan qadın sosial şəbəkədə geniş müzakirəyə səbəb olmuşdu. Bəzilər

28 aprel
.

İctimai yerlərdə açıq-saçıq geyinmək: "Bizə çox şey deyirlər, amma ciddiyə almırıq" - VİDEO

Sosial şəbəkələrdə gənc xanımın açıq-saçıq geyiminə görə mağazadan qovulduğunu əks etdirən görüntülər yayılıb. Video insanlar tərəfindən birmənalı qarşılanmayıb. Məsələ ilə bağlı Baku TV paytaxt sakinləri arasında sorğu keçirib. Gənc müsahib bildirib ki, geyimə görə bizə çox şey deyirlər, amma ciddiy

28 aprel
.

Bir pişiyin müsbət və mənfi cəhətlər: Heyvan sahiblərinin NƏZƏRİNƏ

Hansı ev heyvanı almağa qərar verdikdən sonra cinsiyyət məsələsini həll etməyə dəyər. Aydındır ki, erkək və dişi pişiklər həm görünüş, həm də davranış baxımından fərqlənəcəklər. xarici KİV-ə istinadən xəbər verir ki, buna görə mütəxəssislər bu məsələni əvvəlcədən təhlil etməyi məsləhət görürlər. Bi

27 aprel
.

Niyə toy üzüyü sağ ələ taxılır? - MARAQLI SƏBƏB

Evləndikdən sonra üzüklərin dəyişdirilməsi ənənəsi var. Yeni evlənən cütlüklər bir-birinin sağ əlinin 4-cü barmağına üzük taxırlar. xarici KİV-ə istinadən xəbər verir ki, dünyanın müxtəlif ölkələrində toy üzükləri fərqli barmaqlara taxılır. Dini baxımdan. Məlumdur ki, xristianlar sağ əllərinə üzük taxırlar

28 aprel