Xalq artisti Aygün Kazımova 66 rəqəminin SİRRİNİ AÇDI : "Həmin gün Şeytan..."

Xalq artisti Aygün Kazımova 66 rəqəminin SİRRİNİ AÇDI : "Həmin gün Şeytan..."Xalq artisti Aygün Kazımova media nümayəndələri ilə görüşüb.

Milli.Az axşam.az-a istinadən bildirir ki, müğənni sentyabrın 22-də "Krystal hall"da baş tutacaq solo konserti ilə bağlı sualları cavablandırıb.

Tədbiri sənətçinin mətbuat katibi Aynur Hacıyeva açaraq "Milyonluq layihə üzərində çalışırıq. 60-70 nəfərdən ibarət komanda çalışır. Səhər hamıdan tez məşqə özü gəlir. Gecə də hamıdan sonra buradan çıxır" sözlərini deyib.

A.Kazımova konsertinin musiqi prodüseri, əməkdar artist Rəşad Haşımovdan danışıb:

"Rəşadla bir neçə layihəmiz olub. Bizi bağlayan çox amillər var. Bu layihədə mənim üçün önəmli olan insanlardan biridir. Yaradıcılıq həyatımda bir çox layihələrə birlikdə imza atmışıq. Repertuar seçimi çox çətin idi. Köhnə mahnıların hamısı yeni aranjimanda olacaq. Rəşadla birlikdə dəfələrlə zəngləşib, görüşürdük. Mən orada 50 mahnı oxuya bilmərəm. Konsertimizin məqsədi başqadır. Nələrəsə tabeyik, çərçivədən çıxa bilmirik.

Səs rejissorumuz Jerar Albodur. Jerar dünya ulduzları ilə çalışıb. Onun bizimlə çalışması Allahdan bir işdir. Elə oldu ki, həmin tarixdə qrafiki boş oldu".

Kazımova bildirib ki, konsert günü 10 ədəd avtobus ayrılıb. Və onlar tamaşaçıları tədbirin baş tutacağı məkana pusluz çatdıracaq.

Son günlər xeyli çəki atmasıyla diqqət çəkən A.Kazımova necə arıqlamasının sirrini açıb:

"Mənim üçün önəmlisi yaxşı görünmək və sağlam olmaqdır. Əgər bir neçə ay əvvələ qayıtsanız, görərsiniz bu layihəni nə vaxt başladım. Belə yazmışdım: həyatımı sıfırladım. İlk addımı özümdən başladım. Böyük sevgi, əzm, məşqlər 8 ay ərzində məni bu çəkiyə gətirib çıxardı. Hər kəs bu layihəyə ürəyini qoyub".

Müğənni gələcək layihələrindən də söz açıb:

"Hər zaman konsert bitəndən sonra mən depressiyaya düşürəm. İndi yolunu tapdım. Red Bentifor ilə işbirliyimiz davam edəcək. Bu dəfə depressiyaya düşməyəcəm. Düşünürəm ki, o mənim növbəti şanslarımdan biridir".

Aygün sentyabrın 22-ni seçməsinin maraqlı səbəbini bölüşüb:

"Bu həyatda maraqlı şeylər baş verir. Heç nə təsadüf deyil. Bir gün bütün günü məni 22 rəqəmi izlədi.ş Elə ayın da 22-si idi. Bir dostum Almaniyadan mənə villa fotosu atdı və təbrik etdi. Deyir, ən bahalı küçədə villa almısan. Deyirəm, məndə bu bəxt hardadı? Villaya baxıram ki, üstünə "Aygün 22" yazılıb. Deyirlər ki, Aygün 4 ildir bu evi alıb, qızı ilə tez-tez gəlir bura. Həmin gün saata baxıram 22, hesablayıram 66 gəlir. Deyirəm, yox, bu işdə mənə şeytan kömək edə bilməz. Dostumla yazışanda saata baxıram ki, 22:22. Beləcə, konsert oldu 22 tarixində".

İfaçı konsertdə heç bir duet ortağının olmayacağını söyləyib:

"Yalnız özüm mahnılar səsləndirəcəm. Bir reper həmin gün mənimlə səhnəni bölüşəcək. Gənc və istedadlı biridir. Komandamızın bir üzvüdür. Kimliyi gizli qalsın. Elə o səhnədə də ona xeyir-dua verəcəm".

Red Bentifor "Bir dostum vasitəsiylə əlaqə qurdum. Mənim üçün bu böyük görüş idi. Bundan şad oldum. Bu işbirliyi bir başlanğıcdır" deyə, A.Kazımova haqqında deyib.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Hadisə   Baxılıb: 2092   Tarix: 12 sentyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Mingəçevirdə minik avtomobili kül oldu

Mingəçevir şəhərində "Mercedes" markalı minik avtomobilinin mühərrik hissəsində elektrik avadanlıqları yanıb. Fövqəladə Hallar Nazirliyindən -a verilən məlumata görə, avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb

11 sentyabr 2021
.

Kranın dəmir qarmağı fəhlənin ölümünə səbəb oldu - FOTO

Salyan sakini bədbəxt hadisə nəticəsində ölüb. Məlumata görə, hadisə Şirvan şəhərinin "Qarasu OYL" şirkətinin podratçı təşkilatı olan "İlkin-N" firmasının sexində baş verib. Salyan rayonunun Qarabağlı kənd sakini, 1980-ci il təvəllüdlü Qurbanov Elman İsrail oğluna fəhlə işlədiyi sexd

17 sentyabr 2021
.

SON DƏQİQƏ: Bakıda ağaclıq ərazi yanır

Bakıda ağaclıq ərazidə yanğın başlayıb. xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə paytaxtın Səbail rayonu ərazisində ağaclıq ərazidə yanğın olması barədə məlumat daxil olub. Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələr

17 sentyabr 2021
.

Sosial yardım adı ilə pul tələb edən səhifələrlə bağlı RƏSMİ AÇIQLAMA

"Instagram"da "unvanli_sosial_yardim", "sosial_yardim_qeydiyyat", "unvanli_sos_yardim" kimi profillər yaradılmaqla, ünvanlı sosial yardım alınması üçün müraciət edilməsində ödəniş müqabilində köməklik ediləcəyinə dair elanlar verilir. Bu elanlar kiminsə (və y

11 sentyabr 2021
.

Rektorun anası koronavirusdan vəfat etdi

Azərbaycan Tibb Universitetinin rektoru Gəray Gəraybəyliyə ağır itki üz verib. Unikal.org-un məlumatına görə, rektorun anası Sveta xanım koronavirusdan vəfat edib. Allah rəhmət eləsin!

13 sentyabr 2021
.

Gəncədə üç yaşlı uşaq qaynar çaydanı üzərinə aşırıb

Gəncə şəhərində üç yaşlı qız ehtiyatsızlıqdan yanıq xəsarətləri alıb. "Report" xəbər verir ki, uşaq yaşadığı evdə oynayan zaman valideynlərinin nəzarətindən yayınaraq sobanın üzərində olan və içərisi qaynar suyla dolu çaydanı üzərinə aşırıb. Yanıq xəsarətləri alan azyaşlı yaxınları tərəfində

17 sentyabr 2021
.

Samuxda FACİƏ - Körpə bacı-qardaş öldü

Samux rayonunda üç və iki yaşlı körpələr naməlum şəraitdə ölüb. xəbər verir ki, hadisə Qarayeri qəsəbəsində qeydə alınıb. Kənd sakinləri - 2018-ci il təvəllüdlü Nurəddin Əfqan oğlu Quliyevin və bacısı Ruqəyya Əfqan qızı Quliyevanın yaşadıqları evdə səhhətlərində problem yaranıb. Vəziyyətləri ağırlaşa

12 sentyabr 2021
.

Nazir daha bir rəis təyin etdi

Daxili işlər orqanlarında yeni təyinat olub. xəbər verir ki, bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb. Əmrə əsasən, Sabunçu Rayon Polis İdarəsinin (RPİ) 42-ci Polis Bölməsinin rəisi polis polkovnik- leytenantı Azər Məmmədov vəzifəsindən azad olunaraq, Nərimano

11 sentyabr 2021
.

Azərbaycanda DƏHŞƏTLİ QƏZA: Sürücü iki gözətçini vurdu - ANBAAN VİDEO

Gəncə şəhərində dəhşətli hadisə baş verib. -ın məlumatına görə, yüksək sürətlə hərəkət edən avtomobil idarəetməni itirərək ərazidə xidmət aparan gözətçini vurub. Qəza təhlükəsizlik kamerasında anbaan qeydə alınıb. Hadisə bir neçə gün əvvəl baş versə də, videogörüntülər bu gün yayılıb. Daxili İşlər Nazirliyini

18 sentyabr 2021