Yazıçılar Birliyindən bəyanat: Əxlaqsızlıq yuvaları axtarırlarsa…

Yazıçılar Birliyindən bəyanat: Əxlaqsızlıq yuvaları axtarırlarsa…Azərbaycan Yazıçılar Birliyi qalmaqallı "26" kafesi ilə bağlı bəyanat yayıb.

Sonxeber.az həmin bəyanatı təqdim edir:

"Uzun illərdir ki, Yazıçılar Birliyinin əmlakı olan birinci mərtəbədəki sahə kirayə verilir. Bu kirayədən gələn gəlirlər qəpiyinəcən Birliyin az maaşlı işçilərinə əlavə ödəniş kimi, xəstə və ehtiyacı olan yazıçılara yardım üçün və ara-sıra kiçik kitabların nəşrinə xərclənir, hamısının dəqiq hesabatı aparılır. "Buranı bağlayacayıq, qoymayacayıq" və s. deyənlərin buna nə hüquqi, nə mənəvi haqqı çatır. Neçə-neçə ağır maddi durumda olan yazıçını köməksiz qoymaq heç kəsə başucalığı gətirməz. Doğrudur, xalqımız onu da yaxşı deyib ki, toxun acdan xəbəri olmaz.

Qalmaqalın özü barədə. Nədən başladı rəsmi şəxslərin və qabaqcadan xəbərdar edilmiş media nümayəndələrinin iştirakı ilə keçirlirən bu basqın, reyder reysi?

Kiminsə ağlına gəlib ki, dünya kafelər şəbəkəsi kimi məlum olan 26 rəqəmini bədnam Bakı komissarları ilə əlaqələndirsin. Güllələnmiş adamların şərəfinə kafe? Bu fikir o qədər gülünc və absurddur ki, heç cavab verməyə də dəyməzdi. Amma bu uydurma bəhanə ilə kimlərinsə coşub özündən çıxması, "asacağıq, kəsəcəyik" deyə xox gəlməsi acı təəssüf doğurur. Kafeni işlədənlərin atası və qardaşının ermənilər tərəfindən qətlə yetirildiyini yada salanda şəhid ailəsini erməni havadarlığında suçlamaq abırsızlığın son həddidir. Bu azmış kimi hətta Yazıçılar Birliyinə də əl və dil uzadırlar. O təşkilata ki, Qarabağ fitnəkarlığı ortalığa atılandan bəri həmişə erməni millətçiləri ilə mübarizənin ən fəal iştirakçısı olub. Bir çox yazıçılarımız, o cümlədən Birliyin rəhbərləri Bakıda, Moskvada, Türkiyədə, Avropa ölkələrində xalqımızın haqq işini müdafiə edən, erməni təcavüzünü, dinc əhaliyə qarşı vəhşiliklərini ifşa edən yazılar yazıb, çıxışlar ediblər.

Guya kiminsə arvadı ya dayısı ermənidir kimi populist sözləri və psixi sapıntıları ciddi qəbul etmək düz deyil, onları, sadəcə, sayıqlama saymaq olardı, amma Bakının İcra başçısı Hacıbala Abutalıbov kimi mötəbər rəsmi şəxsin Birliyimizin katibi Çingiz Abdullayevə verdiyi cavaba münasibət bildirməmək də olmaz, çünki bu cavab, yumşaq şəkildə desək, yanlışlıqlarla doludur. Əvvəla, kafenin keçmiş adı Hacıbala müəllimin dediyi kimi "26-lar" yox, "26"dır. İkincisi, kafenin adının həm də ingiliscə yazılması da heç cür komissarlarla əlaqələndirilə bilməz. Onda gərək Bakıda yüzlərlə müəssisənin, idarənin, dükanın, bankın, hotelin adlarının həm də ingiliscə yazılması da komissarlarla bağlı olsun. Bakının bir çox ictimai iaşə yerlərində olduğu kimi, "Xanımlara qəlyan çəkmək pulsuzdur" ifadəsi buranı əxlaqsızlıq yuvası və priton adlandırmağa əsas vermir. Əgər əxlaqsızlıq yuvaları axtarırlarsa, bəzi bağlarda və küçələrdə müştəri axtaran həqiqi pozğunları yığışdırsınlar.

Bəs bu lüzumsuz mərəkənin əsl səbəbi nədir? Bu, çox sadə izah olunur. Sentyabrın 8-də "Yeni Müsavat" qəzetində Bakının bir küçəsinin fotoşəkli verilmişdi. Küçə "26 Bakı komissarı" (!) adlanır. Özü də Sabunçu rayonundadır.

Azərbaycan 26 ildir ki, müstəqilliyini elan edib (26 rəqəmini ayrı yerə yozmayın ha)! Bu 26 ildə nəinki küçənin adı dəyişdirilməmiş, onun lövhəsi belə təzələnmiş və latın əlifbasıyla yenidən yazılıb divara vurulmuşdur. Xalqımızın cəlladlarının xatirəsinə havadarlıq etmək, bax, budur və elə həmin gün, yəni qəzetdə bu məlumat və şəkil çıxan gün hədəfi ayrı ünvana yönəltməkçün bu "26" kafe avanturasına start verildi. Əhsən deyək ki, bu kampaniyanın təşkilatçıları çox qıvraq hərəkət ediblər. Ayın 8-də olan hadisəyə 9-da çıxan rəsmi qəzetlərdə dərhal geniş material həsr olunub və həmişə hər şeyə hazır olanların rəyləri toplanıb. Elə bil yazıçılardan ermənilərlə mübarizə apardıqları üçün heyif çıxırlar.

Sovet dövrünü yaşamış insanlar belə əcinnə ovlarını da, məsələnin əsl mahiyyətindən xəbərsiz "cəmiyyət nümayəndələrinin" əlüstü "ovçularla" həmrəy olduqlarını da yaxşı xatırlayırlar. Elə Şaumyanı da, başqa komissarları da tərifləyib göylərə qaldıran, bu temalarda dissertasiyalar müdafiə edib yüksək elmi adlar alanlar öz tarixçilərimiz deyildimi? Hansı biri üzrxahlıq edib, O, Azərbaycan xalqından onu illər boyu aldatdıqları üçün üzr istəyib?

Hacıbala müəllim iddia edir ki, "Sözü gedən məkan əvvəllər fəaliyyət göstərmiş Məmməd Arif Dadaşzadə adına kitabxanaya, eyni zamanda görkəmli Azərbaycan şair və yazıçıları olan Hüseyn Cavid, Səməd Vurğun, Mikayıl Müşfiq, Süleyman Rüstəm, Rəsul Rza və digər bu kimi dahi şəxsiyyətlərin tarixi izlərinin olduğu Natəvan klubuna aiddir. Belə bir yerə əxlaqsız gecə klubu olan "26-lar kafesi"nin fəaliyyət göstərməsi bu dahi şəxslərin ruhuna və Azərbaycan xalqına hörmətsizlikdir".

Dahilərin ruhuna və Azərbaycan xalqına hörmətsizlik bilmədiyin bir məsələ haqqında belə iddialı hökmlər verməkdir. Natəvan klubu Yazıçılar Birliyinin o məkanında deyil, həmişəki kimi, üçüncü mərtəbəsində yerləşir və indi də fəaliyyət göstərir, demək olar ki, hər gün bu klubda ədəbi tədbirlər keçirilir. Əgər hörmətli Hacıbala müəllim bir dəfə Yazıçılar təşkilatına reyder reysiylə deyil, əziz müsafir kimi təşrif gətirsəydi, onu məmnuniyyətlə dördüncü mərtəbədə yerləşən və fəaliyyət göstərən Məmməd Arif kitabxanasıyla da tanış edərdik və bu böyük alimin binamızda vurduğumuz barelyefini də görərdi.

Hacıbala müəllim Natəvan klubunda bir ədəbi tədbirimizdə iştirak etsəydi, onu da bilərdi ki, mənhus 37-ci ildə repressiya qurbanları olmuş böyük Hüseyn Cavidin və Mikayıl Müşfiqin Natəvan klubundan xəbərləri ola bilməzdi, çünki bu klub 1939-cu ildə açılıb. (Elə Yazıçılar İttifaqı da o vaxtdan bu binaya köçüb). Axı nə qədər yanlış sözlər deyib, onlardan yanlış nəticələr çıxarmaq, ictimaiyyəti xamlamaq olar. Yeri gəlmişkən bu böyük alimin – Məmməd Arifin yaşadığı evə xatirə lövhəsi vurdurmağı Hacıbala müəllimdən xahiş edirik.

Ermənilərin və ermənipərəstlərin Azərbaycan Yazıçılar Birliyinin əleyhinə dedikləri, yazdıqları, Sovet vaxtı Moskvaya millətçiliyimiz haqqında donos vermələrinin səbəbi aydındır. Bəs özümüzünkülər niyə bu təşkilata belə qənim kəsilib, əllərindəki bütün imkanlardan istifadə edərək, bu təşkilatı və ayrı-ayrı görkəmli yazıçıları nüfuzdan salmağa çalışırlar? Yazıçıların nə külli miqdarda var-dövləti, nə yüksək vəzifələri, nə müxtəlif imkanları var. Bircə silahları var – o da qələmləridir, amma unudulmasın ki, bu çox güclü silahdır və həmin silahla damğalananlar tarixdə bu damğayla qalacaqlar.

Bununla da bu mübahisəyə son qoymaq istəyirik və qarşı tərəfi də Yazıçılar Birliyi kimi nüfuzlu təşkilata daha təmkinlə və hörmətlə yanaşmağa çağırırıq".
mənbə:oxu.az


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Hadisə   Baxılıb: 2269   Tarix: 12 sentyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Abşeronda 49 yaşlı qadın qətlə yetirilib: Əri saxlanılıb

Aprelin 28-də saat 22:30 radələrində Abşeron rayonu ərazisində 1976-ci il təvəllüdlü Ağayeva Sevincin kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb. Bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinə

28 aprel
.

Bakıda avtomobil yanır, yolda tıxac yaranıb - VİDEO

Bakıda metronun "20 Yanvar" stansiyası yaxınlığında avtomobil yanır. -a istinadən xəbər verir ki, avtomobilin söndürülməsi üçün hadisə yerinə yanğınsöndürmə briqadaları cəlb edilib. Hadisə nəticəsində Moskva prospektində ciddi tıxac yaranıb. Hazırda yanğının tam söndürülməsi üçün iş aparılı

27 aprel
.

Tovuzda sərnişin avtobusu piyadanı vurub

Tovuzda piyadanın vurulması ilə nəticələn yol-nəqliyyat hadisəsi baş verib. APA-nın məlumatına görə, hadisə rayonun Düz Cırdaxan kəndində qeydə alınıb. Bakıdan Qazaxa gələn sərnişin avtobusu yolu keçmək istəyən orta yaşlı qadını vurub. Qadının vəziyyətinin ağır olduğu bildirilir

28 aprel
.

Lənkəranda Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Lənkəran şəhərində 24 yaşlı Əhməd Salayev anasının xərçəng xəstəsi olmasını eşidib həyatına qəsd edib. xəbər verir ki, hadisə bu gün axşam saatlarında dəniz kənarında baş verib. Vətən müharibəsi iştirakçısı olan Ə.Salayev əvvələr polis nəfəri kimi Lənkəran RŞPŞ-də polis nəfəri kimi xidmət edib. O, intizaml

24 aprel
.

Bakıda 56 yaşlı qadını avtomobil vurub

Bakının Nəsimi rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. "Report"un məlumatına görə, rayonun Həsən Əliyev küçəsində qeydə alınıb. Belə ki, avtomobil yolu keçən 1968-ci il təvəllüdlü Seyidova Sevda Tofiq qızını vurub. Yaralı təcili tibbi yardımın köməkliy

28 aprel
.

Yeddi gündən sonra meyiti tapılan İbrahimin FOTOSU

Sosial şəbəkələrdə aprelin 20-də Ceyranbatan su kanalının Sumqayıt şəhərinin "Stansiya Sumqayıt" adlanan ərazisindən keçən hissəsində batan və yeddi gün sonra meyiti tapılan 13 yaşlı İbrahim Əliyevin görüntüləri yayılıb. həmin fotonu təqdim edir:. Qeyd edək ki, 2011-ci il təvəllüdlü İbrahi

27 aprel
.

Yola qaçan azyaşlını maşın vurdu - ANBAAN VİDEO

Bakıda azyaşlını maşın vurub. xəbər verir ki, hadisə paytaxt küçələrinin birində baş verib. Belə ki, yolu qaçaraq keçməyə çalışan iki azyaşlıdan birini avtomobil vurub. Avtomobilin sürəti az olduğundan hadisə yüngül xəsarətlə nəticələnib

25 aprel
.

SON DƏQİQƏ! Məşhur tiktoker evinin qarşısında ÖLDÜRÜLDÜ - FOTO

TikTok-da yüz minlərlə izləyicisi olan məşhur İraq fenomeni Om Fahad Bağdadda naməlum şəxslər tərəfindən güllələnərək öldürülüb. xəbər verir ki, hadisə şahidlərinin sözlərinə görə, Om Fahad evinin qarşısında avtomobilində olarkən motosikletdə olan şəxs tərəfindən odlu silahla öldürülüb. İraq Daxili İşlə

28 aprel
.

Bakıda restoranda yanğın olub: Üç nəfər tüstüdən zəhərlənib

Bakı şəhərinin Yasamal rayonunda restoranın çölündə quraşdırılmış bir ədəd kompressor yanıb. Bu barədə -a Fövqəladə Hallar Nazirliyindən bildirilib. Vurğulanıb ki, yanğın zamanı üç nəfər (restoranın işçiləri) tüstüdən zəhərlənib. Digər kompressorlar və restoran yanğından mühafizə olunub. Yanğın yanğında

28 aprel