Bakıda hər kəs 9 uşaqlı bu ailədən danışır - ÜRƏKPARÇALAYAN VİDEO

Bakıda hər kəs 9 uşaqlı bu ailədən danışır - ÜRƏKPARÇALAYAN VİDEOHeç qarşınıza çıxıbmı skamyalarda, daşın-kötüyün üzərində, lap elə küncdə-bucaqda yerdən oturub dizlərini qucaqlayaraq yatan azyaşlı? Gələcəyi müəmmalı olan uşağının yanında boynubükük dayanan, əli heç nəyə və heç kimə çatmayan ata-ana necə, gördünüzmü? Bəzən ağır yük daşıyan yaşlı bir insanın ora-bura vurnuxmağından getməyə ünvanı olmadığını, enində-sonunda yükünü harasa bir kənara qoyub çöldə qalacağını görür, ancaq bütün bunları sadəcə seyr etməklə kifayətlənirik. Bəzilərimizsə belə kimsəsiz və çarəsiz insanlar gördükdə uzun-uzadı düşünür, təəssüflənirik. Bu hisslər əlbəttə ki, kömək etmək imkanımız olmayanda içimizdə baş qaldırır. İmkanımız daxilində yardım etdiyimiz də olur heç şübhəsiz ki. Amma bu yardım həmin insanların həyatını yox, sadəcə gününü dəyişə bilər. O da çox yox. Bəlkə də bir neçə saatlıq. Çünki həyatda elə çətin, ağır durumlar var ki, onları sadə insanların yox, yalnız imkanlı adamların dəstəyi ilə dəyişmək mümkün olur. Belə durumları adətən evsizlik, yuvasızlıq, kimsəsizlik də adlandırmaq olur. Əlbəttə ki, bu həyatı insan özü seçmir. İnsanın bu vəziyyətə düşməsinin müxtəlif səbəbləri olur. Bəzən nəticə o qədər ağır olur ki, insan onu bu vəziyyətə gətirən səbəbkara nifrət etməkdən daha çox, onu normal həyata qaytara biləcək xilaskara, xeyirxaha ümid etməyə üstünlük verir...

Həftələrdir ki, 9 uşaqlı bir ailə həmin o skamyalara, daş döşəmələrə sığınıb ümidlə yaşayır... Ümid edir ki, nə zamansa başı üzərində doğma bir dam olacaq. Ailə iki həftəyə yaxındır 28 may metrosunun yaxınlığında, parkların birinə sığınıb. Vəziyyətləri bu insanları hansısa bir xeyirxahın tapılacağı ümidi ilə yaşamağa vadar edir. Ata və ana Bakıya 5 azyaşlı uşağı ilə gəlib... Bura çarəsizlikdən, səslərini hamıya eşitdirmək üçün üz tutublar. Biz çəkilişə gedərkən uşaqlarından biri skamyada uzanıb yatmışdı. Ata və ana əllərindən gəldiyi qədər qalan uşaqların qayğısını çəkirdilər. Hazırda çöldə qalan bu ailədə 9 uşaq var. Ailənin başçısı Natiq Hacıyev 1969-cu ildə Gəncə şəhərində doğulub. Anasını körpəykən itirib, nənəsinin himayəsində böyüyüb. Sonra əsgər gedib. 1992-93-cü illərdə Şuşanın müdafiəsində döyüşüb, yaralanıb, Qarabağ əlilidir. Natiq xanımı və 5 uşağı ilə birgə Gəncədən Bakıya gəlib. Artıq kirayə pulunu çatdıra bilmədikləri üçün dövlətdən sığınacaq istəmək olub məqsədləri. Valideynlər sığınacağı özlərindən çox bu körpələri üçün istəyirlər.

9 uşaq anası Zemfira İbrahimova 1973-cü ildə Xudatda doğulub. 1997-ci ildə Natiqlə ailə qurub. Orta təhsil alıb. 20 ildir evsizdir gördüyünüz bu çoxuşaqlı ailə. 8 ilədək Xaçmazda kirayə qalan ailə, sonra Şəmkirin Qərəcəmil kəndinə köçüb. Elə orada da kirayədə yaşayıb bu körpələr. Həmin kənddə ailənin iki qızı ərə gedib. Biri 18, biri 17 yaşında. 2015-ci ildə Gəncəyə köçən ailənin artıq kirayədə yaşamaq imkanı da olmayıb. Şəhərin parklarında, Dəmiryol Vağzalında, qohum evlərində qalıblar. Amma bu cür yaşamaq elə də asan olmayın. Ümidlərini Bakıya bağlayıblar. Paytaxtdır, nə qədər olmasa səfillikləri, sərgərdanlıqları daha yüngül keçər-düşünüb Bakıya gəliblər. Bakıda da Dəmiryol Vağzalında gecələyirlər. Gecələri vağzalda, gündüzləri bu parkda keçir.

Ailənin böyük uşağı 21, kiçiyi isə 3 yaşındadır. Zemfira xanım deyir ki, bu Vətən üçün 5 əsgər böyüdür. Özü də bunu qürurla, baş ucalığı ilə edir. Çünki Azərbaycana, torpağına və insanlarına bağlıdır.

Natiq Gəncədə orta məktəbi və aktyorluq dərnəyini bitirib. Deyir, həyatın ailəsi və övladları üçün bu qədər çətin olacağını bilməzdi. Əslində onun ev tikməyə gücü də olmayıb heç vaxt. Gecə-gündüz xanımı ilə istixanalarda günəmuzd çalışıb. Yalnız uşaqlarının gündəlik ərzağını ödəyə biliblər, vəssalam. Bir də illərlə davam edən kirayə haqqını. Subay vaxtı Natiq 3 il Cəfər Cabbarlı adına Gəncə Dövlət Dram Teatrında aktyor kimi çalışıb. Deyir bir çox tamaşalarda rol alıb və bu sənəti sevib. Amma davamsız problemlər onu sıxıb deyə sonradan baş götürüb qazanc arxasınca Rusiyaya gedib.

Zemfira İbrahimova deyir ki, onların problemi 20 ildir davam edir: "Cənab prezidentdən xahiş edirəm çoxuşaqlı ana kimi bizə bir otaqlı yataqxana da olsa versinlər. Heç olmasa bu uşaqlarımın başını salmağa yerləri olsun. Düzdür, öz zəhmətimizlə işləriyik parnikdə, çöllərdə yenə də dolanışığımız çətindir. Uşaqları kirayədə saxlamaq çox çətindir".

Danışdıqca bir ana kimi ürəyində qalan arzuları da bölüşürdü Zemfira xanım. Kasıbçılıqdan uşaqlarının heç birinin orta təhsili belə yoxdur. Deyir, ailə quran hər iki qızının təhsil almaq arzusu ürəyində qalıb. Böyük oğulları istixanada işləyir deyə Bakıya gələ bilməyiblər. Ana bu beş balasının heç olmasa orta təhsil almasını arzulayır. Bunun üçün də o, sığınacaq istəyir, həm uşaqların təhsil alması, həm də başları üstündə bir damın olması üçün: "Bircə ümidim Allahdır, bir də prezidentimizdir". Natiq camaatdan razılıq edir. Deyir onlara laqeyd deyil insanlar.

Əslində Zemfira xanım çoxuşaqlı ana olmasından heç də narazı deyil. Əksinə, deyir bu çox yaxşıdır. Sadəcə maddi çətinlik imkan vermir ki, Tanrının bəxş etdiyi bu əvəzsiz nemətin dadını çıxarda bilsinlər.

Ailə ümidini hər şeydən üzməyib. Belə çətin, sonu bəlli olmayan bir durumda da hələ ki, möcüzənin baş verəcəyinə inanır Natiqlə Zemfira. İmkanlı şəxslərdən kömək gözləyirlər. Əsas ümidlərini isə dövlətə bağlayıblar: "Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevdən xahiş edirəm ailəmə yaşamaq üçün sığınacaq versin. Çox-çox xahiş edirəm".

Qeyd: Natiq Hacıyevlə əlaqə saxlamaq üçün telefon nömrəsini diqqətinizə çatdırırıq: 050-384-78-17


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Hadisə   Baxılıb: 1333   Tarix: 13 sentyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Yeddi gündən sonra meyiti tapılan İbrahimin FOTOSU

Sosial şəbəkələrdə aprelin 20-də Ceyranbatan su kanalının Sumqayıt şəhərinin "Stansiya Sumqayıt" adlanan ərazisindən keçən hissəsində batan və yeddi gün sonra meyiti tapılan 13 yaşlı İbrahim Əliyevin görüntüləri yayılıb. həmin fotonu təqdim edir:. Qeyd edək ki, 2011-ci il təvəllüdlü İbrahi

27 aprel
.

Biləsuvarda ərzaq mağazasının anbarı yanıb

Biləsuvar rayonunda ərzaq mağazasının anbarı yanıb. Bu barədə -a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Bildirilib ki, ümumi sahəsi 63 m² olan ərzaq mağazasına bitişik sahəsi 25 m² olan anbarın dam örtüyünün yanar konstruksiyaları və içərisində olan mallar yanıb. Mağaza yanğından mühafizə olunub

28 aprel
.

Bakıda yaşayış binasında yanğın oldu

Bakının Xətai rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub. Bu barədə -a FHN-nin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Bakı şəhərinin Xətai rayonunda çoxmərtəbəli yaşayış binasının 10-cu mərtəbəsində ümumi sahəsi 100 m² olan 5 otaqlı mənzildə 3 ədəd yataq dəsti, 1 ədəd kreslo,

24 aprel
.

Azərbaycanda DƏHŞƏT! Sevdiyi şəxsin ölümünə dözmədi - Toy günü öz MEYİTİ TAPILDI - FOTOLAR

Azərbaycanda yaşanan olay insanları kədərləndirib. -a istinadən xəbər verir ki, gənc qız sevdiyi şəxsin ölümünə dözməyib toy günü vəfat edib. Oğlan qəzada vəfat etdiyi üçün toy günü həyatını sonlandıran 20 yaşlı qızın son məktubu:. "Bu gün ən xoş günümdür, Rəşada qovuşmağa gedirəm. Toyumuza gəlməd

28 aprel
.

Azərbaycanda onlayn oyunlara qoşulan istifadəçilərin kart hesabları oğurlanıb

Sosial şəbəkələrdə feyk hesablar açaraq onlayn oyunlara istifadəçilərin kart hesabından 30 min manat oğurlanıb. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, polis əməkdaşlarının paytaxt ərazisində həyata keçirdikləri əməliyyat tədbiri nəticəsində bu əməli törətməkd

27 aprel
.

Bakıda 56 yaşlı qadını avtomobil vurub

Bakının Nəsimi rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. "Report"un məlumatına görə, rayonun Həsən Əliyev küçəsində qeydə alınıb. Belə ki, avtomobil yolu keçən 1968-ci il təvəllüdlü Seyidova Sevda Tofiq qızını vurub. Yaralı təcili tibbi yardımın köməkliy

28 aprel
.

Lənkəranda Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Lənkəran şəhərində 24 yaşlı Əhməd Salayev anasının xərçəng xəstəsi olmasını eşidib həyatına qəsd edib. xəbər verir ki, hadisə bu gün axşam saatlarında dəniz kənarında baş verib. Vətən müharibəsi iştirakçısı olan Ə.Salayev əvvələr polis nəfəri kimi Lənkəran RŞPŞ-də polis nəfəri kimi xidmət edib. O, intizaml

24 aprel
.

Sədərək rayonunda sursat partladı: Həlak olan mülki şəxslər dəfn ediliblər - YENİLƏNİB + FOTO/VİDEO

Sədərək rayonunda sursat partlayışı nəticəsində həlak olan mülki şəxslər dəfn ediliblər. "Report" xəbər verir ki, rayonun Qaraağac kəndi ərazisində Ermənistan tərəfindən vaxtilə atılmış hərbi sursatın partlaması nəticəsində həlak olan 1951-ci il təvəllüdlü Vilayət Həsən oğlu Rzayev və 1970-c

28 aprel
.

Xaçmaz bazarında yanğın olub

Xaçmaz şəhərində yerləşən bazar ərazisində yanğın olub. Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Bildirilib ki, bazarda bir dam altında tikilən ümumi sahəsi 2500 m² olan 20 ədəd müxtəlif təyinatlı obyektdən 2 ədədinin dam örtüyünün taxta atmaları 215 m² sahədə və içərisində ik

21 aprel