Xəbərdarlıq - Azərbaycanda 20 gün...

Xəbərdarlıq - Azərbaycanda 20 gün...Yevlax-Zaqatala-Gürcüstan Respublikası dövlət sərhədi yolunun Zaqatala şəhəri ərazisindən keçən hissəsi bağlanıb.
Sonxeber.az APA-ya istinadən xəbər verir ki, Zaqatala şəhərinin girişindəki Tala çayı üzərindəki körpünün əsaslı təmiri ilə əlaqədar ötən gün axşam saatlarından yolda hərəkət məhdudlaşdırılıb.

Balakən və əks istiqamətdə hərəkət edən yüngül tonnajı (16 tonadək) avtomobillər digər körpüdən istifadə edəcək. Ağır tonnajlı yük avtomobilləri üçün isə həmin körpünün yanında çaydan yol açılıb.

14 saylı Yol İstismar İdarəsinin müdiri Mövlud Qəhrəmanov APA-ya bildirib ki, təmirə bağlanan körpü 1967-ci ildə istifadəyə verilib. Körpünün uzunluğu 132 metr, eni 7 metrdir. Təmirdən sonra körpüdə hərəkət zolağının eni 10 metr, piyada zolaqları isə 3 metr təşkil edəcək. Qrafik əsasında körpüdə aparılan təmir işlərinin 20 gün müddətinə başa çatdırılması nəzərdə tutulub.

Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyev M-5 Yevlax-Zaqatala-Gürcüstan Respublikası dövlət sərhədi avtomobil yolunun Zaqatala-Balakən-Mazımçay hissəsinin əsaslı təmiri ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Bu məqsədlə "Azəravtoyol" Açıq Səhmdar Cəmiyyətinə 24,6 milyon manat ayrılıb.

Yevlax-Zaqatala-Gürcüstan Respublikası ilə dövlət sərhədi magistral yolunun 124 və 164-cü km-lərində əsaslı təmir işlərinə artıq başlanılıb.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 1783   Tarix: 14 sentyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Səfir: Qazaxıstan Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasına töhfə verməyə hazırdır

Qazaxıstan Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasına töhfə verməyə hazırdır. "Report" xəbər verir ki, bunu Rusiyanın Qazaxıstandakı səfiri Dauren Abayev TASS-a müsahibəsində deyib. O bildirib ki, Qazaxıstan bütün proseslərə kömək etməyə hazırdır: "Bu, həm də Rusiya

4 may
.

11-ci sinif şagirdi vəfat etdi

Xudatda məktəbli vəfat edib. xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. Bildirilib ki, Hafiz Qubatov uzun sürən ağır xəstəlikdən sonra vəfat edib. O, Nəriman Nərimanov adına 2 nömrəli tam orta məktəbin 11-ci sinfində təhsil alırdı

3 may
.

Bu tarixdə mobil telefonla danışmayın - Əhaliyə XƏBƏRDARLIQ

Fövqəladə Hallar Nazirliyi (FHN) gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib. xəbər verir ki, nazirlik əhaliyə müraciət edərək, gözlənilən hava şəraiti ilə əlaqədar müvafiq təhlükəsizlik qaydalarına riayət etməyə çağırıb. Güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqət

4 may
.

Bakıda 55 yaşlı qadının meyiti tapıldı

Bakının Yasamal rayonu ərazisindəki evlərin birində qadın meyiti tapılıb. "Qafqazinfo" xəbər verir ki, hadisə Həsən bəy Zərdabi küçəsində çoxmənzilli binada baş verib. Orada yaşayan 1969-cu il təvəllüdlü L.Əliyevanın meyiti aşkar edilib. Hadisə yerinə prokurorluq əməkdaşları gəlib. Faktla bağl

4 may
.

Evinə qaz və işıq çəkmək istəyənlərin nəzərinə! - Tarif Şurasından QƏRAR

Elektrik və qazpaylayıcı şəbəkələrə qoşulma xidmətləri və bir sıra dərman vasitələri üzrə qiymətlər müəyyənləşdirilib. Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının Katibliyindən -a verilən xəbərə görə, istehlakçıların elektrik və qazpaylayıcı şəbəkələrə qoşulması üçün daha keyfiyyətli xidmətlərdə

4 may
.

Sumqayıtda ana övladları ilə birlikdə itkin düşüb

Sumqayıtda ana və övladları itkin düşüblər. "Report"un yerli bürosu məlumat verir ki, 1991-ci il təvəllüdlü Şəbnəm Sahib qızı Alıyeva övladları, 2013-cü il təvəllüdlü Ayxan Nəsrəddin oğlu Alıyevi və 2012-ci il təvəllüdlü Ayan Nəsrəddin qızı Alıyevanı da götürərək 4-cü mikrorayonda yaşadığ

4 may
.

Hava şəraiti ilə bağlı Bakı Marafonu iştirakçılarına MÜRACİƏT

Sabah Bakıda və Abşeron yarımadasında havanın arabir tutulub açılacağı gözlənilir. Səhər saatlarında, əsasən saat 10:00-12:00 radələrində bəzi yerlərdə zəif yağış yağacağı ehtimalı var. Milli Hidrometeorologiya Xidmətinin direktoru Nazim Mahmudov -a bildirib ki, gün ərzində mülayim cənub-şərq küləyini

4 may
.

Bu halda qadınlar pensiyaya tez çıxa biləcək - PREZİDENT TƏSDİQLƏDİ

Yalnız valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşağı övladlığa götürüb səkkiz yaşınadək tərbiyə edən həmin kateqoriyadan olan qadınların, eləcə də əlilliyi müəyyən edilmiş uşağı olan şəxslər erkən pensiyaya çıxacaq. xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı "Əmə

3 may
.

Şəhid anası: "Soruşdum ki, balamın bütün əzaları yerindədir?" - VİDEO

Baku TV-də jurnalist Afaq Hüseynovanın təqdimatında Vətən müharibəsi şəhidi Abbas Əliyev haqqında reportaj efirə gedib. Azərbaycan Ordusunun əsgəri olan Abbas Əliyev Cəbrayılın, Füzulinin, Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb, 2020-ci ilin noyabrın 2-də Xocavənd döyüşləri zamanı şəhi

5 may