Azərbaycanda sovet dövrünün abidələrindən ibarət park yaradılsın - TƏKLİF

Azərbaycanda sovet dövrünün abidələrindən ibarət park yaradılsın - TƏKLİF"Əsas odur ki, biz tarixi olduğu kimi gələcək nəsillərə çatdıraq"

Azərbaycanda sovet dövrünün abidələrindən ibarət parkın yaradılması təklif edilib.

Bunu Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Rafael Hüseynov komitənin bu gün keçirilən iclasında çıxış edərkən deyib.

O bildirib ki, tarixinin müəyyən dövründə Stalinə, Leninə münasibət pis olub, onların abidəsi dağıdılıb:

"Mən vaxtilə Bakıda sovet dövrünün abidələri dağıdılanda bir məsələ təklif etmişdim, o təklif hələ də qüvvədə qalır. O abidələrdən hələ dağıdılmayanları var. Təklif etmişəm ki, o abidələrin hamısını yığsınlar. 11-ci Orduya, 26 Bakı Komissarına həsr olunmuş abidələr də, ayrı-ayrı komissarlara, partiya xadimlərinə hazırlanmış abidələr də dağıdılmasın. Onların hamısı yığılsın, ayrıca park düzəldilsin. Bu da olsun, bizim qəmli, keçmiş tariximiz. Dərslərdə uşaqları aparaq sovet tarixini göstərsinlər. Bildirsinlər ki, bizə 11-cı Ordunun xilaskarımız olduğunu deyiblər, amma bunlar bizim xilaskarımız olmayıb, onlar Azərbaycanı işğal ediblər. Yaxud Azərbaycanın başqa siyasi xadimləri olub ki, o dövrdə onlar qəhrəman sayılıblar, adlarına küçələr verilib. Amma dövr dəyişib. Bu gün qəhrəman saydığımız Cumhuriyyət qurucularının da adları sovet dövründə qadağan edilib. Siyasətləri dəyişməklə ayrı-ayrı insanlara olan münasibətlərin dəyişməsi düzgün deyil. Əsas odur ki, biz tarixi olduğu kimi gələcək nəsillərə çatdıraq".

R.Hüseynov qeyd edib ki, Polşada "Dekommunizasiya haqqında qanun qəbul edilib: "Polşada aprelin 1-də "Dekommunizasiya haqqında" qanun qəbul edilib. Yəni kommunizmin yaşamasını göstərən abidələrin dağıdılması nəzərdə tutulur. Biz o abidələrin dağıdılmasının əleyhinəyik. Rusiyanın Dövlət Duması da buna ayrıca öz etirazını bildirəcək. Bu tarixdir, ona toxunmaq olmaz"./Trend


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Mədəniyyət   Baxılıb: 1080   Tarix: 19 sentyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Məşhur serialın meksikalı aktrisa vəfat edib

Məşhur serialın meksikalı aktrisa Renata Flores 74 yaşında vəfat edib. Qeyd edək ki, Renata Flores bir zamanlar çox populyar olan "Vəhşi qızılgül" (Dikaya roza) teleserialında xadimə Leopoldina rolu ilə tanınıb

10 fevral
.

Van Qoqun əsəri 4,5 milyon avroya satıldı

Məşhur rəssam Vinsent Van Qoqun (1853-1890) 1884-cü ildə çəkdiyi "Ağ papaqlı kəndli qadının portreti" tablosu Niderlandın Maastrixt şəhərində keçirilən Avropa İncəsənət Sərgisində (TEFAF) satılıb. Qeyd olunur ki, portretin yeni sahibi sənət əsəri üçün 4,5 milyon avrodan (təxminən 8,3 milyo

11 mart
.

Aktrisa evində səs verdi - Video

Aktrisa Məsumə Babayeva növbədənkənar prezident seçkilərində səsvermə hüququndan istifadə edib. "Qafqazinfo" xəbər verir ki, 72 yaşlı sənətkar səhhəti ilə əlaqədar evində səs verib. O bu barədə feysbuk səhifəsində paylaşım edib. Qeyd edək ki, M. Babayeva uzun illər Azərbaycan Dövlət Gənc Tamaşaçıla

7 fevral
.

Xalq artisti: "Ulduz xəstəliyinə tutulublar, elə bilirlər ki, oxumasalar da, aktyordurlar"

"Çəkildiyim bütün filmləri, serialları başa vurmuşam. "Alatava"da çəkildim. Düzdür, Stanislavski deyib ki, rolun böyüyü-kiçiyi yoxdur, amma mənim üçün böyüyü də var, kiçiyi də. Mən burada kiçik bir rolda oynadım, 3-4 seriyada varam. Əlixan Rəcəbovla bu rola bir çalar verə bildik. Komediyad

29 fevral
.

Tarixin ən qanlı diktatorlarından biri barədə film çəkiləcək

"Emmy"nin 10 mükafatına sahib olan "Çernobıl" serialının rejissoru Yohan Renk yeni layihəsini lentə almağa hazırlaşır. O, İraqın keçmiş lideri Səddam Hüseynin həyatının son günlərindən bəhs edən film çəkəcək. Filmdə baş rolu "Saltburn" və "The Banshee of İnisherin"

17 fevral
.

Azərbaycanlı gənc Harvard Universitetində professor kimi fəaliyyətə başlayıb

Azərbaycanlı gənc Röya Talıbova Harvard Universitetinin Kennedi adına Dövlət İdarəetmə İnstitutunda professor (tenure-track) olaraq fəaliyyətə başlayıb. "Qafqazinfo"nun məlumatına görə, həmyerlimiz bundan əvvəl Vanderbilt Universitetinin Siyasi elmlər departamentində və Data Elmləri İnstitutund

11 mart
.

Əməkdar artist vəfat etdi

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru, Əməkdar artist Rahib Əliyev vəfat edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə jurnalist Turan Etibaroğlu feysbukda bildirib. Sənətkar 78 yaşında dünyasını dəyişib. Qeyd edək ki, R. Əliyev 12 iyul 1945-ci ildə Bakı şəhərində anadan olub

28 mart
.

Mövlud Süleymanlı vəsiyyətinə uyğun dəfn ediləcək

Xalq yazıçısı Mövlud Süleymanlının dəfn yeri açıqlanıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə -a mərhumun ailəsindən məlumat verilib. Qeyd edilib ki, yazıçı vəsiyyətinə uyğun olaraq öz anasının yanında dəfn ediləcək:. "Bizə vəsiyyət etmişdi ki, Şamaxıda anasının yanında dəfn edək. Vid

22 fevral
.

Gülhüseyn Kazımlı VƏFAT ETDİ - FOTO

Tanınmış ictimai xadim, şair-publisist və tədqiqatçı Gülhüseyn Kazımlı vəfat edib. Bu barədə -a mərhumun qohumları məlumat veriblər. G.Kazımlı uzun müddətdir əziyyət çəkdiyi onkoloji xəstəlikdən dünyasını dəyişib. Gülhüseyn Kazımlı 1950-ci ildə Cəbrayıl rayonunun Kavdar kəndində anadan olub. Azərbayca

25 fevral