DİQQƏT!-Çindən Azərbaycana daha 20 min noutbuk, 800 interaktiv lövhə gətirilib

DİQQƏT!-Çindən Azərbaycana daha 20 min noutbuk, 800 interaktiv lövhə gətirilibSon illərdə Azərbaycanla Çin arasında təhsil sahəsində əməkdaşlıq fəallaşıb. Trend-in məlumatına görə, bunu təhsil naziri Mikayıl Cabbarov deyib.

M.Cabbarov bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin Çinə səfəri çərçivəsində Azərbaycan Təhsil Nazirliyi ilə Çin Xalq Respublikasının Təhsil Nazirliyi arasında imzalanmış 2016-2019-cu illərdə təhsil sahəsində əməkdaşlıq haqqında memorandum əsasında son iki ildə 43 Azərbaycan vətəndaşı Çində, 41 Çin vətəndaşı isə Azərbaycanda qarşılıqlı təqaüdlər hesabına ali təhsil almaq hüququ qazanıb.

Nazir bildirib ki, qarşılıqlı tələbə mübadiləsi təhsillə yanaşı, xalqlar arasında dostluğun güclənməsində də mühüm rol oynayacaq.

Nazir əlavə edib ki, 1 dekabr 2016-cı il tarixdə Azərbaycanın Təhsil və Kənd Təsərrüfatı nazirlikləri ilə Çinin iqtisadi-texniki mübadilə üzrə Mərkəzi arasında informasiya və kommunikasıya texnologiyaları sahəsində əməkdaşlığa dair saziş imzalanıb.

M.Cabbarovun sözlərinə görə, bu saziş çərçivəsində ayrılan vəsaitin bir qismini regionlarda yerləşən ümumtəhsil məktəblərinin İKT avadanlıqları ilə təchiz edilməsinə xərclənməsi nəzərdə tutulub.

Nazir bildirib ki, texniki dəstək çərçivəsində Çin tərəfindən Azərbaycanının Təhsil və Kənd Təsərrüfatı nazirliklərinə 20 min noutbuk, 800 interaktiv lövhə və 800 proyektor təqdim olunub.

M.Cabbarovun sözlərinə görə, təqdim olunan bu texniki avadanlıqların məhz ümumtəhsil müəssisələrində istifadə olunması nəzərdə tutulur.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
  Baxılıb: 1306   Tarix: 19 sentyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Dövlət qurumunu aldadan azərbaycanlıya cinayət işi açıldı

Rusiyada saxta passport təqdim edən azərbaycanlıya cinayət işi açılıb. Rusiya mediasına istinadla bildirir ki, Azərbaycan vətəndaşı aprelin əvvəlində Rusiya Daxili İşlər Nazirliyinin Tomsk vilayəti üzrə Miqrasiya İdarəsinə müraciət edib. İki il əvvəl Rusiya vətəndaşlığını alan kişi 14 yaşlı uşağını d

25 aprel
.

Bakıda minik avtomobili avtobusla toqquşdu: Xəsarət alan var

Bakının Xəzər rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. "Report"un məlumatına görə, Şağan qəsəbəsində sərnişin avtobusu ilə minik avtomobili toqquşub. Hadisə zamanı minik avtomobilinin sərnişini 14 yaşlı Lalə İlqar qızı Bayramlı xəsarət alıb. Yaralı təcili tibbi yardımı

26 aprel
.

Fermerlər böyük problemlə qarşı-qarşıyadır: Şitillər həşaratlar tərəfindən məhv edilir - VİDEO

Mil-Muğan bölgəsində qarpız əkini yekunlaşmaq üzrədir. Fermerlər bu il məhsuldarlığın zəif olacağından narahatdırlar. Çünki torpaq qoyduqları ştilləri həşəratlar məhv edib və hazırda problemin qarşısını almağa çalışan təsərrüfat sahələrinin digər problemi yerli toxumların olmaması və xaricdən gətirilənlari

25 aprel
.

100 yaşı münasibətilə vals oynadı, şərəfinə parad təşkil edildi: Almatıdan maraqlı görüntülər - FOTO/VİDEO

Qazaxıstanın Almatı şəhərindən olan Böyük Vətən müharibəsi veteranı Tamara Maksimovanın 100 yaşı tamam olub. Günün qəhrəmanı üçün şəxsi parad təşkil olunub. Sosial şəbəkələrdə bununla bağlı kadrlar paylaşılıb. Bildirilib ki, yerli paraşütçülər onu ad günü və qarşıdan gələn Qələbə günü münasibətilə təbri

25 aprel
.

Bakıda su borusu partladı, yolu keçilməz etdi - VİDEO

Bakının Xətai rayonu, Kazımağa Kərimov küçəsində su borusu partlayıb, yolları keçilməz edib. Burada yaşayan sakinlərin sözlərinə görə, üç-dörd ildir mövcud vəziyyət qalmaqdadır. Onlar dəfələrlə aidiyyəti qurumlara müraciət etsələr də, heç bir nəticə əldə olunmayıb. Daha ətraflı Baku TV-nin süjetində

26 aprel
.

Bakıda kimin heykəlinin ucaldılmasına ehtiyac var? - SORĞU + VİDEO

Qədimliyi və müasirliyi özündə cəmləşdirən Bakıda müxtəlif mövzularda heykəl, büst və abidələrin olması vacibdir. Maraqlıdır, vətəndaşlar bu barədə nə düşünürlər?. Onlar kimin heykəlinin ucaldılmasını istəyirlər? Baku TV mövzu ilə bağlı paytaxt sakinlərinin rəyini öyrənməyə çalışıb. Məlum olub ki, insanla

25 aprel
.

"Azərişıq" Binə qəsəbəsində qanunsuz elektrik xətləri çəkir? - VİDEO

Bakı şəhəri Xəzər rayonu, Binə qəsəbəsi, Avşarlar küçəsinin sakinləri ərazidə qanunsuz elektrik xətlərinin çəkildiyini iddia edirlər. Sakinlərin sözlərinə görə, "Azərişıq" tərəfindən küçədə çəkilən yeraltı elektrik xətləri normativlərə uyğun deyil. "Görülən işin sənədlərini bizə göstərsinlər

26 aprel
.

Bakıda yoxuşu qalxan sürücülərə təhlükə yaradan "STOP" nişanı - VİDEO

Sürücülər yoxuşlu yolda "STOP" etdikdən sonra hərəkətlərinə davam edirlər. Bu da xüsusən mexaniki ötürücü nəqliyyat vasitələrinin sürücüləri üçün ciddi problem yaradır. -ın məlumatına görə, söhbət paytaxtın Yasamal rayonu, Süleyman Tağızadə və Abdulla Şaiq küçələrinin kəsişməsindən gedir. Sürücülə

26 aprel
.

Məşhur yazıçıdan ŞOK açıqlama - "Yadplanetlilər yumurta hüceyrələrimi oğurladılar"

Məşhur yazıçı Şerri Uayld gözlənilməz açıqlama verərək, oxucularını təəccübləndirib. -ın xarici mediaya istinadən xəbərinə görə, yazıçı xanım yadplanetlilər tərəfindən qaçırıldığını və yumurta folikullarının oğurladığını söyləyib. O, hadisənin 20 il öncə baş verdiyini bildirib. "İyirmi il ərzind

24 aprel