Erməni Müsəlmanlar QARABAĞA köçürülür

Əksəriyyəti İslamın sünni təriqətinə sitayiş edən Hemşin ermənilərinin sayı 400 minə yaxındır...
"Hemşin", yaxud "Amşen" adlanan müsəlman ermənilərin işğal altındakı Azərbaycan torpaqlarına köçürülməsi yenidən gündəmə gətirildi.

Moderator.az Rusiyada nəşr olunan erməni saytların istinadla xəbər verir ki, bu barədə növbəti təşəbbüsü "Qolos Armenii" portalının fəal yazarı, qatı daşnak Razdan Madoyan irəli sürüb.

Öncə Hemşin ermənilərin kimliyi ilə qısaca tanış olaq.

İnternet ensiklopediyası "Vikipediya"dakı məlumatlara əsasən Amşen, yaxud Hemşin erməniləri suberməni etnik qruplarından biridir. Əsasən Türkiyənin və Gürcüstanın Qara dəniz sahillərində, o cümlədən Ermənistanda və Rusiyada yaşayıblar. Hemşin -Türkiyənin Rizə vilayətinin bir bölgəsidir. Qara dənizdən 19 kilometr aralı, Rizədən isə 57 kilometr yandadır. Ərazisi orta hesabla 120 kvadrat kilometr olan bölgənin şimalında Pazar, qərbində Çayeli və Kaptanpaşa, cənubunda isə Camlıhemşin yaylaqları ilə Ərzurumun İspir bölgəsi ilə qonşuluqdadır.

Hemşin etnosunun ümumi sayının hazırda 400 minə yaxın olduğu hesab edilir. Osmanlı dövründə Hemşin ermənilərinin bir hissəsi İslam dinini qəbul edib, yəni müsəlmandır. Türkiyə ərazisində yaşayan Hemşin ermənilərinin əsas hissəsi İslamın sünni təriqətinə mənsubdur, bir hissəsi isə erməni Apostol kilsəsinə sitayiş edir.

1944-cü ildə Hemşin erməniləri Gürcüstanın Acaristan bölgəsindən türklər, kürdlər və yunanlarla birlikdə Qazaxıstana və Qırğızıstana sürgün edilib. 80-ci illərin sonlarında Qazaxıstandakı Hemşin erməniləri SSRİ rəhbərliyinə müraciət edərək Ermənistana köçürülmələrini istəyiblər. Ancaq Moskva müsəlman ermənilərin Ermənistana köçürülməsinin problem yaradacağını düşünərək bu istəyi rədd edib. Orta Asiyada yaşayan hemşinlərin əksəriyyətinin müsəlman olduğu bildirilir.

Son dövrlərdə müsəlman ermənilərin işğal altındakı torpaqlarımıza köçürülməsi bir neçə dəfə gündəmə gətirilib. 2011-ci ildə R.Karabacakov deyilən birisi, hemşinlərin nümayəndəsi kimi ermənilərin Orta Asiyadan Dağlıq Qarabağa köçürülməsi proqramını hazırlamaq üçün Ermənistana gəlib. Karabacakov Ermənistandan Azərbaycanın işğal altındakı ərazilərinə gedib və orada ilkin olaraq 200 erməni ailəsinin məskunlaşması məsələsini müzakirə edib. Həmin vaxt Karabacakov belə demişdi:"Bizim yerimiz Ermənistandır. Tale elə gətirib ki, 250 il ərzində biz köçəri həyat sürmüşük, Acarıstandan Orta Asiyaya qədər yer dəyişdirmişik. Biz nəhayət ki, indi doğma torpaqlarda məskunlaşmaq qərarına gəlmişik. İstəyirik ki, bizim xalqımız dağınıq yox, kompakt yaşasın..."

Erməni saytlarının yazdığına görə, hələ 1984-cü ildə Krasnodar diyarından və Abxaziyadan Hemşen ermənilərini Ermənistanda bir kəndə köçürməyə cəhd edilib. Lakin Spitak zəlzələsindən sonra bu plan yarımçıq qalıb. Qırğızıstandan 200 erməni ailəsinin Ağdərə rayonu ərazisində məskunlaşması planlaşdırılırdı. Bu məqsədlə onlara torpaq sahəsi və ev heyvanları veriləcəyi gözlənilirdi. Çünki hemşin erməniləri Qırğızıstanda əsasən heyvandarlıqla məşğul olub. Həmin layihəyə Rusiyadakı Hemşin Erməniləri İttifaqı da dəstək verirdi. Təşkilatın təmsilçisi Georgi Mxitaryan demişdi ki, gələcəkdə proqramı genişləndirmək və Rusiyadan, Qazaxıstandan da Hemşin ermənilərini Qarabağa köçürmək planlaşdırılır. Son məlumatlara görə, 2011-2012-ci illərdə ermənilərin məkrli planı baş tutmayıb. Ancaq əlimizdə işğal altındakı torpaqlarımıza gəlib-gedənlərin dəqiq statistikası varmı? Köçürülmə tədricən, gizli şəkildə də həyata keçirilə bilər. Suriyadan, ən azı, onlarla erməni ailəsinin Qarabağa köçürülməsi faktı artıq heç kəs tərəfindən təkzib edilmir...

O da var ki, görünür, Ermənistan və Dağqlıq Qarabağda müsəlman dininə mənsub şəxslərin xristian ermənilərin arasına köçürülməsini yerli xristianlarla münaqişə yaranması və ya əksinə, müsəlmanlığın təbliği baxımından təhlükəli hesab edənlər də var. Həm də buna rəsmi qurumların maliyyə imkanları da yetmir. Yenidən müsəlman ermənilərin Qarabağa köçürülməsini gündəmə gətirən Razdan Madoyan isə bunun ermənilər üçün bir neçə cəhətdən faydalı olacağını hesab edir. Daşnak erməni, əvvəla, həmin köçürülmə nəticəsində işğal edilmiş torpaqlarda əhalinin sayının artacağını xəyal edir. Digər tərəfdən, o, müsəlman dininə mənsub insanların xristian ermənilərin yaşadığı əraziyə köçürülməsinin guya Qarabağ münaqişəsinin dini amillə əlaqəli olmadığını sübut edəcəyini, ermənilərin Türkiyədəki Hemşin soydaşlarıyla münasibətlərinin istiləşməsinə şərait yaradacağını və s. düşünür.

Bütün hallarda Ermənistanın əsasən İslama sitayiş edən bu erməni etnosunu Azərbaycanın işğal altındakı ərazilərinə köçürmək planları kifayət qədər məkrli və təhlükəlidir. Artıq on illərdir ki, Ermənistan Dağlıq Qarabağla yanaşı, ona bitişik rayonlarda - Kəlbəcər, Laçın və Zəngilanda da qeyri-qanuni məskunlaşmanı davam etdirir. Biz yalnız ona arxayın ola bilərik ki, qanun bizim tərəfimizdədir. Bəli, beynəlxalq konvensiyalara görə, başqa ölkənin ərazisini işğal altında saxlayan dövlət orada etnik tərkibi dəyişdirə və məskunlaşma apara bilməz. Amma beynəlxalq qanunlara məhəl qoyulsaydı, olan-qalan torpaqlarımızın 1/5-i bir qərinə düşmən tapdağı altında qalmazdı...
Erməni Müsəlmanlar QARABAĞA köçürülürErməni Müsəlmanlar QARABAĞA köçürülürErməni Müsəlmanlar QARABAĞA köçürülürErməni Müsəlmanlar QARABAĞA köçürülür


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 3964   Tarix: 20 sentyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Müştərilər "AFB Bank"dan pullarını geri götürür – Bank zərərlə işləyir

Xəbər verdiyimiz kimi, Azərbaycanda fəaliyyət göstərən 23 bankdan 19-u 2024-cü ilin 1-cü rübü üçün maliyyə hesabatını açıqlayıb. xəbər verir ki, maliyyə hesabatını açıqlayan banklar arasında yalnız "AFB Bank" zərər edib. Səhmlərinin 99,6%-i fiziki şəxs İsmayılov Hikmət Əbuzər oğluna məxsu

27 aprel
.

Hikmət Hacıyev: "Mülki əhali hər gün Ermənistanın yerləşdirdiyi milyonlarla mina ilə üzləşir"

"Azərbaycanın mülki əhalisi demək olar ki, hər gün Ermənistanın yerləşdirdiyi milyonlarla mina ilə üzləşir". xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" hesabınd

27 aprel
.

Peskov: "Bakı və İrəvan arasında təmasların davam etdirilməsinin tərəfdarıyıq"

"Rusiya bütün mübahisəli məsələlərin həlli, həmçinin sülh müqaviləsinin imzalanması üçün Azərbaycan və Ermənistan arasında təmasların davam etdirilməsinin tərəfdarıdır". Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Ermənistanda delimitasiya prosesinə etirazlara münasibət bildirərkə

27 aprel
.

Cavanşir Məmmədovun ailəsinə sərt ittiham: "Son arzusunu yerinə yetirmədilər" - VİDEO

Əməkdar artist Cavanşir Məmmədov 2 ay öncə iştirak etdiyi verilişlərin birində vəsiyyətini açıqlamışdı. Mərhum sənətçinin vəsiyyəti insanlar arasında marağa səbəb olmuşdu. Bəs görəsən, onun bu vəsiyyətinə niyə əməl olunmadı?. -a istinadən xəbər verir ki, bu sualla Filologiya üzrə fəlsəfə doktoru Aqi

27 aprel
.

Sabah 31 dərəcə isti olacaq

Aprelin 28-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında havanın yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 14-18 isti, gündüz 26-31 isti olacaq. Atmosfer təzyiqi normadan yüksə

27 aprel
.

Azərbaycanda bu zavod bağlanır

"Qazax Konserv Zavodu" ASC-nin səhmdarlarının illik ümumi yığıncağı keçiriləcək. -a istinadla xəbər verir ki, yığıncağın iyunun 10-da keçirilməsi planlaşdırılıb. Səhmdarların ümumi yığıncağına ASC-nin ləğvi, bununla bağlı İdarə Heyətinin və Direktorlar Şurasının (Müşahidə Şurasının) fəaliyyətin

27 aprel
.

Bakının bu rayonunda qaz kəsiləcək

Bu gün saat 23:00-dan etibarən Bakının Nəsimi rayonunun Abbasqulu ağa Bakıxanov küçəsi ilə Ağadadaş Qurbanov küçəsinin kəsişməsində qaz xəttində aşkar olunmuş sızmanın ləğv edilməsi məqsədi ilə qaz təchizatı dayandırılacaq. -ın məlumatına görə, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz"

26 aprel
.

Azərbaycanda yüksək vəzifəyə TƏYİNAT

Sumqayıt Dövlət Universitetinə (SDU) rektor müşaviri təyin olunub. Bu barədə -a Sumqayıt Şəhər İcra Hakimiyyətindən məlumat verilib. Bildirilib ki, "Mercedes-Benz Consulting" şirkətinin süni intellekt üzrə baş məsləhətçisi, Berlin Texniki Universitetinin süni zəka üzrə doktorantı, Dövlət Proqram

26 aprel
.

Bakının bu küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Sabah saat 09:00-dan aprelin 28-i saat 22:00-a qədər Bakının Elşən Süleymanov küçəsində (Bəhruz Nuriyev küçəsindən Cəmşid Naxçıvanski küçəsinə qədər olan hissədə) aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq. bu barədə "Azərbaycan Avtomobil Yolları Dövlə

26 aprel