PKK terrorçuları 30 azərbaycanlını saxladı, avtobusu dərəyə aşırdı
Terrorçular Naxçıvana gələn avtobusa hücum ediblər, sərnişinlər 5 saat girov saxlanılıb.
"Türk şirkətinə məxsus avtobusda məndən başqa 30-35 azərbaycanlı olub. Bizi 5 saat girov saxladıqdan sonra buraxıblar. Daha sonra bəzi sərnişinlərin pasportlarını qaytarıblar. Bəziləri isə avtobusda qalıblar".
Sonxeber.az bildirir ki, bunu anspress-ə açıqlamasında Ərzurumda təhsil alan azərbaycanlı tələbə Səbri Musayev deyib. Onun verdiyi məlumata görə, ötən gecə PKK-nın saxladığı avtobus Türkiyədən Naxçıvana gəlirmiş.
Tələbənin sözlərinə görə, terrorçular sərnişinləri düşürdüşdən sonra avtobusu dərədən aşırıblar. "İndi onu çıxarmaq üçün texnikanı gözləyirlər".
S.Musayev deyib ki, onların məqsədləri camaatı qorxutmaq olub. Bizi saxladıqları müddətdə uşaqları dağa göndərməyi, hakim partiyaya qarşı mübarizəyə çağırışlar ediblər.
Saat 12:50
Ötən gecə PKK terrorçularının Türkiyədə Qars-Ərzurum-İqdır magistral yolunu bağlayaraq girov götürdüyü 70 nəfər arasında azərbaycanlılar da var. Bu barədə məlumatı ANS PRESS-ə Türkiyədə təhsil alan Sənan Musayev adlı tələbə verib. Onun sözlərinə görə, 70 nəfər arasında 30-a yaxın azərbaycanlı olub.
"Avtobusda olanlar Ərzuruma müalicə məqsədi ilə gediblər. Avtobusda olanlar arasında mənim qardaşım Səbrin də var. PKK üzvləri onların əlindən sənədləri və pulları alandan sonra buraxıblar. Hazırda sənədsiz qalan şəxslər Azərbaycan tərəfə keçə bilmirlər".
ANS PRESS-in "İHA"ya istinadən verdiyi məlumata görə, 70 girovu 2 saat sonra azadlığa buraxan terrorçular Kağızman bələdiyyəsinə aid avtobusu və 3 TIR-ı od vuraraq yandırıblar. Polis və jandarm qüvvələri bölgədə təhlükəsizlik tədbirlərini gücləndiriblər.
Sonxeber.az
Telegramda izləyin
Kriminal Baxılıb: 1463 Tarix: 01 avqust 2015
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
DSX-nin əsgəri özünü güllələdi - Komandir ittiham olunur
Dövlət Sərhəd Xidmətinin Biləsuvar rayonunda yerləşən hərbi hissəsinin əsgəri Hüseyn Hüseynov özünü güllələyərək həyatına qəsd edib. "Qafqazinfo" xəbər verir ki, onun hərbi xidmət zamanı komandiri olmuş kapitan Səfəralıyev Mahmud Hikmət oğlu tərəfindən çoxsaylı təhqir və zorakılıq halların
28 noyabrNaxçıvanda uşaq oğrusu peyda olub? - RƏSMİ AÇIQLAMA
Ötən gün sosial şəbəkələrdə Naxçıvanda "uşaq oğrusunun peyda olması" ilə bağlı yayılan görüntülər polis əməkdaşları tərəfindən araşdırılıb. -a Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, araşdırmalarla görüntünü sosial şəbəkələrdə yaya
8 dekabr3 nəfərin öldüyü yanğınla bağlı cinayət işi açıldı - Baş Prokurorluq
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında baş verən yanğınla əlaqədər Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsinin əməkdaşları tərəfindən aidiyyəti dövlət qurumları, o cümlədən Fövqəladə Hallar Nazirliyinin əməkdaşlar
21 noyabrEvinə gedən qadını hədələyərək pulunu aldı - Tərtərə qaçdı
Bakının Nizami rayonu ərazisində quldurluq hadisəsi qeydə alınıb. DİN-in Mətbuat xidmətindən -a bildirilib ki, dekabrın 7-də qadın yaşadığı evə doğru gedərkən naməlum şəxs yaxınlaşaraq onu kəsici-deşici alətlə hədələyib. Həmin şəxs bu yolla qadına məxsus 1300 manat dəyərində iki qızıl üzüyü və çantasındak
13 dekabrƏli Kərimli həbs olundu
Səbail Rayon Məhkəməsində Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyatla saxlanılan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli barəsində qətimkan tədbirinin seçilməsi barədə təqdimata baxılıb. -ın məlumatına görə, təqdimat təmin edilib, Əli Kərimli barəsində 2 ay 13 gü
1 dekabrƏməliyyat sarğısını açdırmaq üçün xəstəxanaya getmişdi - Qəzada öldü
Bakıda ölümlə nəticələnən yol qəzası törətməkdə ittiham edilən taksi sürücüsünün məhkəməsi başa çatıb. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Suraxanı Rayon Məhkəməsində 1992-ci il təvəllüdlü Yusif Osmanova (soyad şərtidir) hökm oxunub. Bildirilib ki, hadisə bu ilin yanvarında Suraxan
1 dekabrRusiyada tutulan azərbaycanlı ölkəyə gətirildi
Beynəlxalq axtarışa verilmiş Azərbaycan vətəndaşı Əkbər Xəlilov Tariyel oğlu Rusiyadan ölkəmizə ekstradisiya edilib. xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb. Bildirilib ki, Baş Prokurorluğun vəsatəti əsasında Rusiya Baş Prokurorluğu tərəfindən "Mülki, ailə və cinayət işləri üzr
17 noyabrBakıda restoranın yaxınlığında faciə - 4 ofisiant öldü
Bu gün paytaxtın Binəqədi rayonu Biləcəri qəsəbəsində faciəvi hadisə baş verib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, "Lake Hotel" restoranının yaxınlığında oranın 4 əməkdaşı cərəyan vurması nəticəsində vəfat edib. "Azərişıq" ASC-dən sorğumuza cavab olaraq bildirild
21 noyabr