Kənan M.M-ə cavab verdilər: "ÜZR İSTƏMƏSƏ..." - SORĞU

Kənan M.M-ə cavab verdilər: "ÜZR İSTƏMƏSƏ..." - SORĞURejissor aktyor Kənanın M.M.-in oktyabrın 2-də tamaşaçılara təqdim etdiyi "Gecə qonağı2" filmi qalmaqala səbəb oldu. Baş rolda Kənan M.M-in də oynadığı filmin qala gecəsində müğənni xanımı Aygün Mahmudova da iştirak edib. Filmin səs problemləri, ssenarinin gözlənilən qədər təsiredici olmaması bir kənara, həyat yoldaşı Aygün xanımın geyimini xəbər edən jurnalisti təhqir etdi. Sosial şəbəkələrdə tənqid xəbərlərinə təhqirlə cavab verən Kənan M.M filmin uğursuzluğunu jurnalistləri söyməklə ört basdır etmək istədi.

BiG.AZ məsələ ilə bağlı jurnalistlərin fikirlərini öyrənib. Həmin sorğunu sizə təqdim edirik.

Kənan M.M-ə cavab verdilər: "ÜZR İSTƏMƏSƏ..." - SORĞUPublika.az-ın şou jurnalisti Pərviz Hüseynli

"Həmin xəbərdə Kənan Mahmudovun ailəsinə və ya özünə qarşı qərəzli heç bir məlumat dərc edilməyib. Necə deyərlər, görünən kənd bələdçi istəmir. Hər insan öz beyninə və səviyyəsinə görə xəbəri qavrayır. Normal şəkildə etirazını bildirmək onun haqqıdır, amma təhqir etmək artıq onun iç dünyasını göstərir. Hər bir şəxs başqasını söyərkən, birinci öz ailəsini fikirləşməlidir. Kənan özünü 16 yaşlı yeniyetmələr kimi aparır. "Əgər filmimi bəyənməsələr, deməli problem tamaşaçıdadır" deyən insandan başqa nə gözləmək olar ki?

Medianı başına toplayıb "Sizsiz biz heçik" deyən adam, filminin səhəri günü medianı təhqir edir. Ona görə də özünü eqolu aparan, mətbuatı təhqir edən Kənan və Kənan kimi olan insanlara qarşı media birləşməli və onları reklam etməməlidir".

Kənan M.M-ə cavab verdilər: "ÜZR İSTƏMƏSƏ..." - SORĞUQafqazinfo.az saytının şou jurnalisti Elvin Elxan

"Ümumiyyətlə, kiminsə şərəf və ləyaqətini alçaltmaq yolverilməzdir, sətraltı olsa belə. Kənan bəy emosional bir şəkildə həmin paylaşımı edib. Əlbəttə, onun etiraz etmək hüququ var. Ancaq bu tərzdə qeyri-etik və vulqar sözlərdən istifadə etməsini bir incəsənət üzvünə yaraşdırmıram. İstənilən halda mətbuatda xanımı ilə bağlı yazılan xəbərdə şərəf və ləyaqəti alçaldan bir hal yoxdur. Mənə maraqlıdır, bizdə məhkəmə mədəniyyəti nə vaxt formalaşacaq? Kim narazıdırsa, qurumlara mütaciət etsinlər, kimin haqlı, kimin haqsız olduğu müəyyənləşsin. Yoxsa post yazıb bundan şou çıxarmaq bu insana yaraşmır. İndi də bir tendensiya var. Elza Seyidcahan bunların əlinə yaxşı "kozur" verib. Həmin sözü öz pis niyyətlərinə uyğunlaşdırıblar, düzgün deyil. Hər kəs öz yerini bilsə, hamı da sakit işini görər".

Kənan M.M-ə cavab verdilər: "ÜZR İSTƏMƏSƏ..." - SORĞUShowxeber.az-ın jurnalisti Elman Məmmədov

"Mən buna pis baxıram, ümumiyyətlə, filmdən tənqid yazılıbsa, bu o deməkdir ki, filmdə nöqsanlar var. Təhqir etməyiblər ki. Xoş söz yazanda yaxşı olur, tənqid yazanda pis olur jurnalistlər?
Məsələn, biz Aygünlə Röyanın necə tənqidli xəbərlərin yazmışıq, amma bu cür yanaşmayıblar. Özləri deyib ki, siz xoş sözlər yazanda yaxşı olur, tənqid yazanda qəbul etmirik. Belə çıxır ki, filmə ancaq tərif yağdırmaq lazımdır? Bəs nöqsanlara göz yumulmalıdır?"

Kənan M.M-ə cavab verdilər: "ÜZR İSTƏMƏSƏ..." - SORĞUMətbuat.az-ın redaktoru Oral Əliyev Mədənçi

"Mənim bu məsələyə münasibətim pisdir. Jurnalistin informasiya əldə etmək, yaymaq hüququ var. Bu hüquqlar Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilib. Mən bilmirəm Kənan bəy niyə belə hala yol verib. Yəqin o anın təsiri ilə hisslərinə hakim ola bilməyib. Hesab edirəm ki, həmkarlarımızdan üzrxahlıq edərək məsələni yoluna qoya bilər. Kənana yaraşan budur. Çünki Kənan da, bizdə yaradıcı insanlarıq. Yaradıcı insan yaradıcı insanı daha yaxşı anlamalıdır".

Kənan M.M-ə cavab verdilər: "ÜZR İSTƏMƏSƏ..." - SORĞUBiG.AZ-ın redaktoru Rövşən Əsədov

"Kənanın keçmişi barədə söz açmaq istəməzdim, bu günə gəlincə isə biz onun əməyinə hörmətlə yanaşıb çəkdiyi filmin qala gecəsinə qatıldıq. Hətta həmişə olduğu kimi bu dəfə də reklam xarakterli yazı dərc etdik. Hər bir halda ortada nəticəsindən asılı olmayaraq əmək var, əməyə hörmət naminə bunu etdik. Lakin Kənan bu hörmətin qarşılığında hörmətsizlik etdi, həm də öz şəninə xas şəkildə etdi bunu.
İstər hüquqi aspektdən, istər mənəvi-psixoloji cəhətdən yanaşsaq Kənan bizə, jurnalistlərə qarşı hörmətsizlik etdi. Yəni bunun hüquqi tərəfin bir kənara qoysaq heç insanlığa yaraşmaz hörmət qarşılığında hörmətsizlik etmək, küçə tərzinə keçmək.

Bu məsələdə birmənalı olaraq uduzan tərəf Kənan oldu. Çünki hər bir halda onun boğazı bizim qılıncımızın altındadır, bizim Kənandan gəlib-keçəcəyimiz belə yoxdur. Ola bilər Kənan təhsil almışam deyir, amma təhsil alan insan bu şəkildə davranmazdı. Görünür, o, sadəcə universitetlə evləri arasındakı məsafəni ölçməklə məşğul imiş. Biz ziyalı insanlarıq, bizə onun tərzində cavab vermək yaraşmaz. Bu gündən etibarən Kənan Mahmudov adlı rejissor tanımıram, artıq Kənan Mahmudov özünün də dediyi kimi, taksi sürücüsüdür. Çünki təhsil alan rejissor belə ifadələr işlətməz".

Kənan M.M-ə cavab verdilər: "ÜZR İSTƏMƏSƏ..." - SORĞUYenicag.az-ın jurnalisti Cəvahir Səlimqızı
"Kənan M.M-in kiməsə əsəbiləşib bütün medianı hədəfə alması yol verilməzdir. Təhqiri isə ümumiyyətlə, hec kimə yaraşdırmıram. Hansısa məşhurun konkret kiminləsə problemi var idisə, bunu təhqirə yol vermədən öz aralarında həll edə bilərdi. Üzrxahlıq mütləqdir".

Kənan M.M-ə cavab verdilər: "ÜZR İSTƏMƏSƏ..." - SORĞUPrimeTime.az-ın jurnalisti Teymur Məmmədov

Fikrimcə, rejissor müğənni və ya aktyor hansısa bir işi təqdim edirsə tərif olunduğu qədər tənqidə də hazır olmalıdır. Tənqidi qəbul etməyən sənət adamlarının özləri qədər yaradıcılıqları da müzakirə olunmamalıdır. Kənan M.M özü haqda yüksək fikirdədir. Azərbaycan mətbuatının bir üzvünü təhqir edilirsə bu, hamıya şamil olunur. Kənan özünə çəki düzən verməyi bacarmır və bu tip hərəkət onun tərəfdən bir neçə dəfə də təkrar olunub. Bir sözlə, insan media tərəfindən baykot edilməlidir.

Kənan M.M-ə cavab verdilər: "ÜZR İSTƏMƏSƏ..." - SORĞUAzxeber.com-un jurnalisti Nazim Qasımzadə

"Kənan kimi bir çox məhşurlar tənqidi qəbul edə bilmir. Tənqidi yazıya təhqir kimi cavab verməyi özlərinə sanki şərəf bilirlər. Xarici şou bizneslə ayaqlaşmağa çalışırlar, bəs xarici məşhurlar kimi tənqidlərə niyə açıq deyillər? Xəbərə gəldikdə isə orda tənqidi bir şey yoxdur. Özü mədəniyyətdən danışır, bəs niyə sosial şəbəkədə 18+ ifadələr işlədir. Bu gün onları məşhur edən mətbuat sabah adi bir siravi şəxs də edə bilər".

Maira Namazova


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
  Baxılıb: 2795   Tarix: 05 oktyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Azərbaycanda 1, 3 və 5 qəpiklər LƏĞV OLUNUR? - AÇIQLAMA

Bəzən 1,3 və 5 nomiallı qəpiklər lazımi anda köçməyə çatır, bəzən də heç əhəmiyyət belə verilmir. Bu qəpiklər gündəlik həyatımızda daha az istifadə olunur. Hətta gündəlik alış-veriş zamanı bizə qalıq kimi qaytarılanda bəzən olur onları heç götürmürük. Marktlərdə elə olur ki, bu qəpikləri qəbul belə etmi

26 aprel
.

Vətəndaş nikahlarının qadağan olunmasi təklifinə ilahiyyatçılardan cavab (VİDEO)

Son 10 ildə vətəndaş nikahından doğulan uşaqların sayı şəhərlərdə 3 dəfə, kənd və rayonlarda isə 6 dəfəyə qədər artıb. 2016-cı ildən bəri rəsmi qeydə alınmamış nikahda olan qadınlar tərəfindən doğulan uşaqların sayı 200 minə yaxındır. Millət vəkili Fəzai Ağamalı vətəndaş nikahlarının tam qadağan olunmasın

25 aprel
.

Zaqatalada pomidor turşusundan zəhərlənən qohumlardan biri xəstəxanada ölüb

Zaqatalada iki həftə əvvəl pomidor turşusundan zəhərlənən qohumlardan biri xəstəxanada ölüb. -a verilən məlumata görə, rayonun Yuxarı Tala kənd sakini, 1963-cü il təvəllüdlü Murad Ramazan oğlu Ramazanov ötən gün axşam saatlarında müalicə aldığı Respublika Toksikologiya Mərkəzində dünyasını dəyişib. Qey

26 aprel
.

Bakıda kimin heykəlinin ucaldılmasına ehtiyac var? - SORĞU + VİDEO

Qədimliyi və müasirliyi özündə cəmləşdirən Bakıda müxtəlif mövzularda heykəl, büst və abidələrin olması vacibdir. Maraqlıdır, vətəndaşlar bu barədə nə düşünürlər?. Onlar kimin heykəlinin ucaldılmasını istəyirlər? Baku TV mövzu ilə bağlı paytaxt sakinlərinin rəyini öyrənməyə çalışıb. Məlum olub ki, insanla

25 aprel
.

Etdiyi təklifə görə jurnalistin atasını qəbirdən çıxarmaq İSTƏDİLƏR - VİDEO

Tarixə nəzər salsaq görərik ki, Gəncənin adı bir neçə dəfə dəyişdirilib. 4 min illik zəngin tarixə malik Gəncə şəhəri 1804-cü ildən 1918-ci ilə qədər Yelizavetpol adlandırılıb. 1918-ci ildən Gəncə adı yenidən bərpa edilsə də 22 fevral 1935-ci ildə şəhərin adı dəyişdirilərək Kirovabad olub. Nəhayət 5

26 aprel
.

Evliliklərdə yaş fərqi VACİBDİR? "Makron özündən 20 yaş böyük "arvad alır", niyə başqasına olmaz"- Maraqlı AÇIQLAMA

Bu gün ara-sıra mətbuatda 20-25 yaşlı gənc oğlanların özündən yaşca böyük xanımlarla ailə qurması ilə bağlı xəbərlər gedir. Həət vir neçə ölkənin prezidentinin həyat yoldaşı özündən yaşca böyükdür. Ailə quran cütlüklərdə, qadının kişidən böyük olması gələcəkdə ailə hansı problemlərin yaranmasına gətiri

26 aprel
.

Paşinyan-kilsə qarşıdurmasında kim qalib gələcək? (ŞƏRH)

"Paşinyan rəqiblərinə dirəniş göstərə biləcək. Ermənistanda kilsənin proseslərə həlledici təsiri mövcud deyil". Bunu Qaynarinfo-ya açıqlamasında konfliktoloq Üzeyir Şəfiyev Ermənistanda durmadan artmaqda olan Paşinyan-kilsə qarşıdurmasını şərh edərkən deyib. Ekspert bildirib ki, Paşinyan Ermənistand

25 aprel
.

100 yaşı münasibətilə vals oynadı, şərəfinə parad təşkil edildi: Almatıdan maraqlı görüntülər - FOTO/VİDEO

Qazaxıstanın Almatı şəhərindən olan Böyük Vətən müharibəsi veteranı Tamara Maksimovanın 100 yaşı tamam olub. Günün qəhrəmanı üçün şəxsi parad təşkil olunub. Sosial şəbəkələrdə bununla bağlı kadrlar paylaşılıb. Bildirilib ki, yerli paraşütçülər onu ad günü və qarşıdan gələn Qələbə günü münasibətilə təbri

25 aprel
.

Qadının gözünü əri ÇIXARDIB? - Ər-arvad bir yerdə yaşaya bilmirsə qanun nə deyir? - VİDEO

Həyat yoldaşının yetirdiyi xəsarət nəticəsində bir gözünü itirdiyini iddia edən Anastasiya Bektimirovanın sosial şəbəkələrdə yaydığı video müraciət gündəm yaradıb. O sosial şəbəkə üzərindən paylaşdığı müraciətdə gözünü itirməsinə səbəb olan həyat yoldaşına iki il həbs cəzası verilməsinə baxmayaraq, cəz

26 aprel