"Lotu Quli"nin qulağını kəsdirdiyi azərbaycanlı avtoritet kimdir? - FOTO
Keçən il İstanbulda azərbaycanlı kriminal avtoritet Rafiq Eyvazovun döyülməsi və qulağının kəsilməsi ilə bağlı görüntülər yayılmışdı.
Sonxeber.az lent.az-a istinadən xəbər verir ki, görüntülərdən məlum olurdu ki, Rafiq Eyvazov "Lotu Quli" kimi tanınan kriminal avtoritet Nadir Səlifovun adamları tərəfindən döyülüb. Bundan sonra Rafiq Eyvazov Nadir Səlifovla şəxsi düşmənçiliyə başlayıb.
Həmin hadisənin təfərrüatına gəldikdə, hadisənin pul üstündə baş verdiyi ehtimal edilir.
Mətbuatda qeyd edilib ki, Eyvazov daha öncə Bakının 8 saylı islah təcridxanasında cəza çəkərkən Səlifovun qruplaşmasında olub, münaqişədən sonra qruplaşmadan çıxmaq istədiyini bildirib.
Tezliklə Səlifovun adamları Eyvazovu İstanbul aeroportunda qarşılayıblar və onu restorana aparıblar. Eyvazov tək olmayıb, onunla birlikdə türk dostu da olub. Restoranın çıxışında cinayətkarlar Eyvazovu silahla hədələyərək tanışı ilə bərabər adam olmayan yerə aparıblar.
Orada hər ikisini vəhşicəsinə döyüblər, Eyvazovun isə qulağını kəsiblər. Baş verən hadisədən sonra Masallinski bir neçə gün xəstəxanada qalıb.
Bundan sonra Rafiq Masallinski digər azərbaycanlı kriminallarla birləşib qisas almaq niyyətində düşüb. Rafiq məhz İstanbulda ona edilən davada iştirak edən 2 avtoritetin öldürülməsi nail olub.
Rafiq Masallinski kimdir?
Rafiq Yavər oğlu Eyvazov 1982-ci il yanvar ayının 21-də Masallı rayonu Qarabağ küçəsində anadan olub. Onun milliyyətcə talış olduğu qeyd edilib.
O, gənc yaşlarından müxtəlif cinayətlərə görə dəfələrlə saxlanılıb. Lakin bunlar barəsində elə də geniş məlumat yoxdur. Daha sonra Rafiq Eyvazov Rusiyada və Azərbaycanda kriminal aləmin üzvləri ilə münasibət qurmağa başlayıb. Rafiq Masallinski 2013-cü il fevral ayında keçirilən "sxodka" zamanı "qanuni oğru" adına yiyələnib.
Rafiq Eyvazov həmin sxodkada Əlibaba Həmidov (Qoca Bakinski), Arif Mehdiyev (Arif Sumqayıtski), Vaqif Süleymanov (Vaqif Diplomat), Yunus Nəzərov (Yunus Yasamalinski), Rəşad İsmayılov (Rəşad Gəncinski), Baxış Əliyev (Baxa) və başqa bir neçə gürcü lotu tərəfindən "tac"landırıb.
2013-cü ilin martın 27-də Rafiq Eyvazov "Bandontel" tərəfindən Bakıda həbs edilib. Onun üzərindən "Makarov" tipli tapança və 5 güllə aşkarlanıb. O, ifadəsində düşmənləri olduğu üçün silah gəzdirdiyini deyib.
Rafiq Eyvazov cəzasını Qobustanda yerləşən ciddi rejimli həbsxanada çəkib. O, bu dövrdə həmin həbsxanada "opşak"a baxan Ramin Əliyev (Dobri Ramin və yaxud Kriti Ramin)lə dostluq edib. Bunu əks etdirən fotolar var.
"Dobri Ramin" isə uzun müddət Qobustanda cəza çəkən məhbuslar arasında "böyük qardaş" kimi tanınıb. ("Dobri Ramin" də dünyasını dəyişib).
Həmin dövrlərdə Eyvazovun "Lotu Quli" ilə münasibətləri pisləşməyə başlayıb.
Məhz Nadir Səlifov tərəfindən onun oğru adı əlindən alınıb. Lakin bu, uzun çəkməyib, Eyvazovun oğru adı bərpa edilib.
Həbsdən çıxandan sonra Rafiq Eyvazov Rusiyada və Türkiyədə yaşayır. Lakin tez-tez Azərbaycana gəldiyi də məlumdur. Sonuncu dəfə Rövşən Lənkəranskinin məzarını ziyarət edib.










Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 5032 Tarix: 10 oktyabr 2017
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bu gündən hava kəskin soyuyacaq - XƏBƏRDARLIQ
Dekabrın 13-ü gündüzdən 14-ü gündüzədək ölkə ərazisində hava şəraitinin arabir yağıntılı olacağı, şimal-qərb küləyinin güclənəcəyi gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, havanın temperaturu ötən günlərlə müqayisədə 5-7 dərəcə aşağı enəcək
13 dekabrYeni ildə neçə gün İŞ olmayacaq?
31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar ölkədə bir həftəlik tətilin elan olunması hələ də ictimaiyyətin gündəmindədir. Müzakirələr əsasən bayram günlərinin ardıcıllığını təmin etmək məqsədilə aparılır. Əvvəlcə mediada məlumat yayıldı ki, 2025-ci ilin 29
13 dekabrBu şəxslər də gələn ildən daha çox vergi ödəyəcək
"Vergi Məcəlləsi"nə edilən yeni dəyişikliklərə əsasən, sabit qəbz və ailə kəndli təsərrüfatları üçün mövcud rejim saxlanılsa da, dərəcələr artırılacaq. Belə ki, gələn ildən qüvvəyə minməsi nəzərdə tutulan dəyişikliklərə əsasən, sabit qəbzdə regional əmsallarda 3 faizlik dərəcə 5 faizə, 5 faizli
13 dekabr"Nə? Harada? Nə zaman?" oyunu üzrə VIII Azərbaycan Çempionatı keçirilib
Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Azərbaycan Gənclər Fondunun dəstəyi, Xəzər İntellektual Gənclər Klubu, Atəşgah İntellektual Oyunlar Klubu və Gənc Könüllülər İctimai Birliyinin birgə təşkilatçılığı ilə "Nə? Harada? Nə zaman?" intellektual oyunu üzrə VII Azərbaycan Çempionat
15 dekabrÜç avtomobil toqquşdu - Broyler toyuqları ətrafa dağıldı
Yevlaxda zəncirvari qəza baş verib, bir avtomobil su kanalına düşüb. "Qafqazinfo"nun xəbərinə görə, yol-nəqliyyat hadisəsi rayonun Hacıselli kəndi ərazisindən keçən magistiral yolda qeydə alınıb. Hərəkətdə olan yük avtomobili idarəetmədən çıxaraq "Opel" və "Mercedes" markal
15 dekabrBayram günlərinin üst-üstə düşməsi - Məzuniyyətə necə təsir edəcək?
Əmək məzuniyyəti ilə bağlı qanunvericiliyə dəyişiklik olunur. "Qafqazinfo" xəbər verir ki, bu məsələ Milli Məclisin Regional məsələlər komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Əmək Məcəlləsinə təklif edilən dəyişiklikdə öz əksini tapıb. Layihəyə əsasən, əmək məzuniyyəti dövrün
14 dekabrŞirvanda 6 uşaq anası həyata belə qaytarıldı - Palatadan təsirli video
Həkim ürəyi dayanan pasiyenti 45 dəqiqə sonra həyata qaytara bilib. xəbər verir ki, bu barədə görüntüləri Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) yayıb. Belə ki, Şirvan Şəhər Mərkəzi Xəstəxanasında cərrahi əməliyyatdan təxminən bir həftə sonra ürəyi dayanan şəxs 45 dəqiqəlik mübarizədən sonr
13 dekabr"Klinikaya 4300 manat ödədim, resept verib yola saldılar..."
"Lux İnternational Hospital"a kəskin mədə ağrısı, ürəkbulanma ilə müraciət etmişdim. Bir neçə gün müayinələrdən keçdim, ümumilikdə 4300 manat ödəniş etdim. Amma bunun müqabilində normal xidmət görmədim, xəstəyə başdansovdu yanaşaraq pul alıb və resepti verib yola salırlar". Bu iddia il
13 dekabrBakıda əhalini SEVİNDİRƏCƏK XƏBƏR - Bu ərazidə...
Bakı şəhərində keçmiş sənaye fəaliyyəti nəticəsində çirklənmiş göllərin mərhələli şəkildə təmizlənməsi nəzərdə tutulur. -in əldə etdiyi məlumata görə, yaxın 20 il ərzində ekoloji bərpaya ehtiyacı olan əsas su hövzələri müəyyən edilib. Plana əsasən Böyükşor, Xocahəsən, Qu və Bülbülə göllərinin təmizlənməs
15 dekabr