Sarkisyandan Qarabağla bağlı HİYLƏGƏR OYUN: 2018-ci ilin aprelinə kimi...

Sarkisyandan Qarabağla bağlı HİYLƏGƏR OYUN: 2018-ci ilin aprelinə kimi...Azərbaycan və Ermənistan prezidentlərinin MDB dövlət başçılarının Soçidə keçirilən sammiti çərçivəsində görüşü olmadı. Hərçənd, görüş öncəsi bu haqda ehtimallar səsləndirilirdi.
İndi əsas gözlənti prezidentlərin ilin sonuna kimi görüşəcəyi ilə bağlıdır. ATƏT-in Minsk qrupu həmsədrlərinin regiona səfərin nəticələri ilə bağlı yaydıqları bəyanatda buna açıq işarələr var idi. Bununla yanaşı, ilin sonuna kimi Rusiyanın da prezidentlərin görüşünü təşkil etmək istədiyi deyilir. Lakin Soçi sammitindən bir gün sonra – dünən baş verən iki məqam diqqətdən qaçmadı:

Birinci: Ermənistan snayperləri təmas xəttinə yeridərək, mövqelərimizi atəşə tutdu.

İkinci: Ermənistan xarici işlər nazirinin müavini Savarş Koçaryan "bu gün danışıqların irəliləməsinin heç bir imkan yoxdur" deyərək, Azərbaycana qarşı "atəşkəsə nəzarət mexanizmləri" şərtini irəli sürdü.

Bu iki məqam Ermənistanın faktiki olaraq, danışıqlardan yayındığını, masada əyləşməmək üçün siyasi və hərbi platformada təxribata əl atdığını deməyə əsas verir.

Ermənistan mediasında yer alan informasiyalar da işğalçı ölkənin məqsədini açıq şəkildə göstərir.

Siyasi şərhçi Aram Amatuni yazır ki, Serj Sarkisyan diqqəti daxili problemlərə ayırır: "Ölkədə ictimai-iqtisadi problemlər var, eləcə də hökumət daxilində mübarizə qızışır. Təcrübə göstərir ki, bu, Sarkisyan üçün təbii hadisədir. Lakin o, öz hakimiyyətini qorumaq üçün təkcə daxili yox, xarici faktorları da nəzərə almalıdır. İdiki məqamda danışıqlar masasında əyləşmək hər şeydən öncə Sarkisyanın hakimiyyəti üçün təhlükəlidir".

Erməni şərhçinin sözlərindən belə anlaşılır ki, Sarkisyan danışıqları ən az 2018-ci ilin aprelinə kimi uzatmaq niyyətindədir. Həmin vaxt o, prezident səlahiyyətlərini təhvil verəcək və hakimiyyət üzərində nəzarəti saxlamaq üçün özünə yeni post açacaq. Bu proses fonunda A.Amatinin "Sarkisyan daxili siyasətdə yenə də Qarabağ kartına müraciət edəcək" sözləri diqqət çəkir.

Hesab etmək olar ki, Sarkisyan danışıqlar masasında əyləşməmək üçün siyasi və hərbi təxribatlarını davam etdirəcək.

A.Amatini qeyd edir ki, "Qarabağ ətrafında ciddi proseslər başlayanda, bu, müharibə mərhələsinə keçid üçün əsas olur. İndiki məqamda, danışıqların saxlanılması daha yaxşıdır, əks halda, "ciddi danışıqlar" arxasınca müharibəni gətirir".

Erməni şərhçinin dediklərindən belə anlaşılır ki, Sarkisyan həm də müharibə qorxusuna görə danışıqların dondurulmasına çalışır. Faktiki olaraq, işğalçı ölkə təhlükəli oyun oynayır. Çünki danışıqların dondurulması müharibə fitilinin hər an alovlanması deməkdir.

O da istisna deyil ki, Sarkisyan prezident postunu təhvil verdikdən sonra nəzarəti əldən verməmək üçün təmas xəttində gərginliyin olmasında maraqlıdır. Çünki onun 2018-ci ildən sonra Milli Təhlükəsizlik Şurasının baş katibi olacağı haqda informasiyalar var. Qarabağda istənilən toqquşma Sarkisyanın "lazımlılıq" potensialını artıra bilər. Ermənistan prezidentinin Soçidən gələn kimi snayperləri təmas xəttinə göndərməsi də bütün bunların fonunda diqqət çəkir.

Mənbə: publika.az


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 1277   Tarix: 13 oktyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

İlham Əliyev: "Azərbaycanda ciddi və ya potensial qaydada yarana biləcək hər hansı risk yoxdur"

"Azərbaycanda ciddi və ya potensial qaydada yarana biləcək hər hansı risk yoxdur". AZƏRTAC xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev aprelin 23-də ADA Universitetində təşkil olunan "COP29 və Azərbaycan üçün Yaşıl Baxış" mövzusunda beynəlxalq forumda çıxışında deyib. "Üzləş

23 aprel
.

​​​​​​​Azərbaycan və Qırğızıstan arasında ikiqat vergitutma aradan qaldırılır

Azərbaycanla Qırğızıstan arasında "Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş" imzalanıb. xəbər verir ki, sənədləri Azərbaycanın iqtisadiyya

24 aprel
.

Qırğızıstan Prezidenti Sadır Japarov Füzuli rayonuna gedib

Azərbaycan Respublikasında dövlət səfərində olan Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 25-də Füzuli rayonuna gəlib. xəbər verir ki, Füzuli Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Qırğız Respublikasının Prezidenti Sadır Japarovu Azərbaycan Respublikasını

25 aprel
.

Növbəti delimitasiya zamanı hansı kəndlər QAYTARILACAQ? - Açıqlama

Xəbər verdiyimiz kimi, 2024-cü il aprelin 23-də Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sərhəddə yerdəki geodeziya ölçmələrinə əsaslanaraq koordinatların dəqiqləşdirilməsi prosesi çərçivəsində ilk sərhəd dirəyi quraşdırılıb. İki ölkənin ekspert qruplarının işi davam edir. Hansı əraziləri

25 aprel
.

İranın mədəniyyət naziri Azərbaycana gələcək

İranın mədəniyyət naziri Məhəmməd Mehdi İsmaili Azərbaycana gələcək. Bu barədə nazir yerli mediaya açıqlamasında bəyan edib. Onun sözlərinə görə, səfərin məqsədi region ölkələri ilə münasibətlərin yaxşılaşdırılması yolunu davam etdirmək və beynəlxalq sammitdə iştirak etməkdir. M.M.İsmaili rəsmilərl

29 aprel
.

"İranın Azərbaycana dostluq mesajları verib, Təbrizdə Ermənistanın baş konsulluğunu açması düzgün və etik deyil" -Politoloq

Yaxın zamanlarda Təbrizdə Ermənistanın Baş Konsulluğu açılacaq. Bununla bağlı Ermənistan hökumətinin iclasında qərar qəbul edilib. Eyni zamanda, baş konsulun əldə edəcəyi maaş da açıqlanıb. Bildirilir ki, konsulun gəliri 2565 dollar həcmində təyin edilib. Təbrizdə Ermənistanın baş konsulugun açıqlmas

26 aprel
.

Konsulun vəzifələri artırıldı - FƏRMAN

Karantin qoyulan xəstəliklər əvvəllər bu xəstəliklərin olmadığı ərazilərdə meydana çıxdıqda konsul xəstəliyin yayıldığı rayonun adını, xəstəliyə tutulmuşların sayını və yerli hakimiyyət orqanları tərəfindən epidemiyaya qarşı görülən tədbirləri göstərməklə, bu barədə dərhal Xarici İşlər Nazirliyi, Azərbayca

29 aprel
.

Qırğızıstan prezidentinin Azərbaycana dövlət səfəri başa çatıb - FOTO

Qırğız Respublikasının Prezidenti Sadır Japarovun Azərbaycan Respublikasına dövlət səfəri aprelin 25-də başa çatıb. AZƏRTAC xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Füzuli Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Prezident Sadır Japarovu Azərbayca

25 aprel
.

Prezident Almaniyadan belə yola salındı - Video

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyevin Almaniyaya işgüzar səfəri aprelin 26-da başa çatıb. "Qafqazinfo" Prezidentin Almaniyadan yola salınma görüntülərini təqdim edir:

27 aprel