Həbsdən çıxan "Lotu Quli" kimdir? - FOTO

Bu gün uzun müddətdir həbsdə olan kriminal avtoritet, "qanuni oğru" Nadir Səlifov ("Lotu Quli") azadlığa buraxılıb.

Sonxeber.az Oxu.Az-a istinadən xəbər verir ki, Quli 90-cı illərin əvvəllərində xüsusilə ağır cinayət törətməkdə ittiham olunub.

Nadir Səlifov 1972-ci il avqust ayının 28-də Gürcüstanın Dmanisi rayonunda doğulub.

"Quli" gürcü dilində "ürək" deməkdir. Kriminal aləm ona bu ləqəbi ürəkli olduğuna görə verib.

"Quli" Marneulidə doğulan azərbaycanlı Otari Bədəlovla ("Otar") yaxın dost olub.

"Otar"ın 2003-cü il martın 21-də Moskvadakı "Suşi" barda naməlum şəxslər tərəfindən güllələnməsindən sonra "Lənkəranski"yə "oğru" adı verən "Nardaranlı Mirseymur" da qətlə yetirilib ki, bunu da indiyədək "Quli"nin qisas cavabı hesab edənlər var. İllərdir bu qarşılıqlı qətllər davam edir və son olaraq bu ilin fevralında Moskvadakı "Abşeron" restoranında baş vermiş atışmada da "Quli" və "Lənkəranski" tərəfdarları arasında itkilər olub. Gürcüstan doğumlu azərbaycanlı "qanuni oğru"lar və kriminallar bu davada, əsasən, "Quli"ni dəstəkləyir. Vaxtilə onlar bu dəstəyi Rusiya kriminalının "xaç atası" sayılan, Gürcüstan doğumlu Aslan Usoyandan da ("Ded Xasan") alıblar.

"Quli"nin Gürcüstana ekstradisiyası məsələsi bir neçə dəfə gündəmə gəlsə də, bu da hansısa səbəbdən mümkün olmayıb.

Azərbaycanda qətl hadisəsində suçlu bilinərək 15 il müddətinə azadlıqdan məhrum edilən "Quli"nin vəkillərinin sözlərinə görə, o, həbs edildiyi zaman Gürcüstanda verilən keçmiş SSRİ-nin pasportunu daşıyıb. İddiaya görə, "Quli" həbsxanada olduğu bu illərdə Azərbaycan vətəndaşlığı alması ilə bağlı rəsmi müraciət etməyib.

2005-ci ildə isə onun haqqında daha bir qalmaqallı cinayət işi açılıb.

Qeyd edək ki, dünən Lənkərandan Bakıya gələn qatardakı xüsusi təyinatlı vaqondan qaçan Əli Ağami və "Qoca" ləqəbli avtoritet Etibar Məmmədovun "Lotu Quli"yə yaxın şəxslərdən olduğu bildirilir.
Həbsdən çıxan "Lotu Quli" kimdir? - FOTOHəbsdən çıxan "Lotu Quli" kimdir? - FOTOHəbsdən çıxan "Lotu Quli" kimdir? - FOTOHəbsdən çıxan "Lotu Quli" kimdir? - FOTO


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 4167   Tarix: 24 oktyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Narahatlığa heç bir əsas yoxdur! - MN

15-19 dekabr tarixlərində Pirəkəşkül qəsəbəsi yaxınlığındakı poliqonda, həmçinin Ağdərə rayonu ərazisindəki təlim mərkəzində istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla məhv edilməsi prosesi həyata keçiriləcək. xəbər verir ki

15 dekabr
.

Bu gündən hava kəskin soyuyacaq - XƏBƏRDARLIQ

Dekabrın 13-ü gündüzdən 14-ü gündüzədək ölkə ərazisində hava şəraitinin arabir yağıntılı olacağı, şimal-qərb küləyinin güclənəcəyi gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, havanın temperaturu ötən günlərlə müqayisədə 5-7 dərəcə aşağı enəcək

13 dekabr
.

500 manat olan pensiyalar BU QƏDƏR ARTACAQ - AÇIQLAMA

"Azərbaycanda orta aylıq əməkhaqqındakı artım dinamikasını müşahidə edirik. Artıma ən çox təsir göstərən faktor 2025-ci ildə sosial paketin icra edilməsi ilə bağlıdır". -ə istinadən xəbər verir ki, bu sözləri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramo

14 dekabr
.

Bazar gününün hava proqnozu

Bakıda və Abşeron yarımadasında dekabrın 14-də arabir yağıntılı olacağı gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, gecə və səhər bəzi şəhərətrafı ərazilərdə qısa müddətə yağışın sulu qarla qarışıq yağacağı ehtimalı var. Gündüz tədricən kəsiləcək. Gücl

13 dekabr
.

Dövlət mülkiyyətinə keçirilmiş mallar üzrə hərrac keçiriləcək

Gələn il yanvarın 9-da dövlət mülkiyyətinə keçirilmiş malların satışı üzrə növbəti gömrük hərracı təşkil olunacaq. Əmlak Məsələləri Dövlət Xidmətinə istinadən xəbər verir ki, hərraca müxtəlif kateqoriyalar üzrə dövlət mülkiyyətinə keçirilmiş mallar çıxarılacaq. Onların arasında avtomobil ehtiyat hissələri

13 dekabr
.

Gəncədə qadın itkin düşdü

Gəncədə 38 yaşlı qadın itkin düşüb. "Qafqazinfo" xəbər verir ki, şəhər sakini Verdiyeva Samirə Murad qızı yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb. S. Verdiyevanın əlamətləri: boyu 157 sm, dolu bədən quruluşlu, saçları qara, gözlərinin rəngi qəhvəyidir. Şəkildə gördüyünüz şəxsi tanıyanlarda

13 dekabr
.

Türkiyə Prezidenti: Əhatəli bir konstitusiya hazırlamaq niyyətindəyik

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan həm sivil, həm azadlıqyönümlü, həm də əhatəli bir konstitusiya hazırlamaq niyyətində olduqlarını bəyan edib. "Report" "TRT Haber"ə istinadən xəbər verir ki, Türkmənistan səfərindən dönərkən təyyarədə jurnalistlərə açıqlamasında R.T.Ərdoğan bildiri

13 dekabr
.

21 ailə Cəbrayıla qayıdır - Fotolar

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir. AZƏRTAC-a istinadən xəbər verir ki, bu mərhələdə Cəbrayıl rayonunun Horovlu kəndinə 21 ailə - 79 nəfər köçürülüb. Qeyd edək ki, Cəbrayıl rayonunun Horovlu kəndinə köç edənlər respublikanı

15 dekabr
.

Bakının məşhur universitetində söküntü işləri başlayır

Bakı Slavyan Universitetinin tədris binalarında və yataqxanasında cari təmir işləri aparılacaq. -ə istinadən xəbər verir ki, təmir işləri çərçivəsində bir sıra söküntü və hazırlıq işlərinin görülməsi nəzərdə tutulur. Layihənin ehtimal olunan dəyəri 1 milyon 839 min manat təşkil edir. Qeyd edək ki, b

15 dekabr